ƏLƏQ SURƏSİ
MƏKKƏ DÖVRÜ
ƏLƏQ SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 11
1-2 Əmələ gətirən; insanı embriondan əmələ gətirən Rəbbinin2 adına öyrən-öyrət!3
3-5 Öyrən-öyrət! Sənin Rəbbin isə özlərini üstün sayanlardan daha üstündür. Sənin Rəbbin ki, qələmlə öyrətdi.4 O, insana bilmədiyini öyrətdi.
(1 / 96, Ələq / 1-5)
Nəcm: 25
6-8 Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Dönüşü Rəbbinə olsa da, insan, öz-özünü kafi görəndə, mütləq yoldan çıxır.
9,10 Səlat6 elədiyi [maddi və yaxud zehni baxımdan dəstək olduğu; cəmiyyəti maarifləndirməyə çalışdığı] vaxt bir bəndəyə mane olan kimsəni gördünmü?
11,12 Heç fikirləşmisənmi ki, əgər o səlat eləyən bəndə doğru yoldaydısa və yaxud təqvanı [Allahın mühafizəsi altına daxil olmağı]7 əmr edirdisə?
13 Heç fikirləşmisənmi ki, əgər səlat eləyənə mane olan o kimsə, təkzib etmiş və üz döndərmişsə?
14 Səlata mane olan o kimsə, Allahın mütləq gördüyünü bilmədimi?
(1 / 96, Ələq / 6-14)
Nəcm: 3
15,16 Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Əgər səlat eləyənə [maddi və yaxud zehni baxımdan dəstək olana; cəmiyyəti maarifləndirməyə çalışana] maneçilik törədən o kimsə, səlata [maddi və yaxud zehni baxımdan dəstək olmağa; cəmiyyəti maarifləndirməyə çalışmağa] mane olmaqdan əl çəkməsə, and olsun ki, kəkildən, yalançı, günahkar kəkildən, saçından tutub sürüyəcəyik.
17 Belədirsə o, öz yığnağını / təşkilatını çağırsın.
18 Biz də zəbaniləri, dəf eləyənləri, mane olanları çağıracağıq.
19 Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Sən səlat eləyənə [maddi və yaxud zehni baxımdan dəstək olana; cəmiyyəti maarifləndirməyə çalışana] maneçilik törədən o kimsəyə itaət etmə. Sən Rəbbinə boyun əyib təslim ol və yaxınlaşdırıl / Rəbbin səni Özünə yaxınlaşdırsın.
(1 / 96, Ələq / 15-19)
Dipnot:
[i] Dünyada azadlıqlar aradan qaldırılaraq insanlıq şǝrǝfi tapdalanıb bir çox mǝbudlar, rǝbblǝr ǝmǝlǝ gǝtirildiyi, şirk, haqsızlıq, yanlış işlǝr vǝ fitnǝ-fǝsad yayıldığı, tǝbiǝtdǝki ahǝng pozulduğu dövrlǝrdǝ, Allah, Öz mǝrhǝmǝti sǝbǝbiylǝ müdaxilǝ edǝrǝk, o qövmlǝrǝ elçi göndǝrib kitab nazil edǝr. Allah, rǝhmǝti Öz üstünǝ borc qǝbul etmişdir. Mǝkkǝdǝ dǝ bu şǝrtlǝr altında Mǝhǝmmǝd elçi olaraq seçilǝrǝk, ona vǝhy edilmişdir.
[ii] Rǝbb “tǝrbiyǝ edib yetişdirǝn, yaratdıqlarını müǝyyǝn bir proqrama uyğun olaraq, müǝyyǝn hǝdǝflǝrǝ çatdıran, inkişafı planlayaraq idarǝ edǝn” mǝnasına gǝlir. Bu söz mütlǝq mǝnada ancaq Allah üçün işlǝdilir. İnsanlar üçün “evin rǝbbi”, “iş yerinin rǝbbi” şǝklindǝ istifadǝ edilir. Bu ifadǝyǝ ǝn yaxın söz türk dilinǝ fransız dilindǝn daxil olan “patron” sözüdür. Bu söz, yaxın mǝnanı versǝ dǝ, sadǝcǝ ticarǝt sahǝsinǝ aid olan bir ifadǝ olduğundan, “rǝbb” sözünün mǝnasını eynilǝ vermir. Ona görǝ dǝ, “rǝbb” sözünü bir-iki sözlǝ ifadǝ etmǝk imkanı olmadığından, mǝalımızda bu sözü ǝrǝbcǝdǝki kimi saxlamaq mǝcburiyyǝtindǝ qaldıq. Buna görǝ dǝ, oxucularımız, yuxarıdakı tǝrifi yaxşı yadda saxlamalıdır.
[iii] Bu ǝmr şǝxsǝn Peyğǝmbǝrǝ verilmişdir, başqalarına aidiyyǝti yoxdur. Bizim “öyrǝn-öyrǝt” şǝklindǝ tǝrcümǝ etdiyimiz “iqra” sözü mǝal vǝ tǝfsirlǝrdǝ çox halda “oxu” şǝklindǝ tǝrcümǝ edilir. Burada tǝlǝb olunan şey, bir kitab vǝ yaxud bir yazının oxunması deyil. Belǝ bir oxuma işini insan öz-özlüyündǝ dǝ yerinǝ yetirǝ bilǝr. Sözün ǝsl mǝnası, “yığ, yığdıqlarını da payla” demǝkdir. Belǝliklǝr, bununla nǝzǝrdǝ tutulan şey “öyrǝnib-öyrǝtmǝk”dir. Bu, peyğǝmbǝrlik vǝzifǝsinin ǝsl mahiyyǝtidir. Elçinin nǝyi öyrǝnib-öyrǝtmǝli olduğu daha sonra (8/87, Əla / 1-13; Nǝcm: 20) ona bildirilǝcǝk. Buna görǝ biz bu sözü “öyrǝn-öyrǝt” şǝklindǝ tǝrcümǝ etdik.
[iv] Ayǝdǝki qǝlǝmlǝ öyrǝdǝn ifadǝsi ilǝ Allahın Elçisinǝ, özünǝ gǝlǝn vǝhylǝri yazması, yazdırması; belǝliklǝ dǝ mühafizǝ altına almasının gǝrǝkliliyi işarǝylǝ bildirilmişdir.
[v] İnsan varlandığına inandıqda, özünü Allahla müqayisǝ edir, ǝmǝllǝrinǝ görǝ hesaba çǝkilmǝyǝcǝyinǝ inanaraq tağutlaşır, özünü Allahın yerinǝ qoyur, mǝsuliyyǝt hissini itirir.
[vi] “Sǝlat” sözü ǝsrlǝrdǝn bǝri ǝsl mǝnası xaricindǝ “namaz” olaraq dǝrk edilmiş vǝ o cür tǝrcümǝ edilmişdir. “Sǝlat” sözünün hǝqiqi mǝnası “dǝstǝk olmaq, kömǝk etmǝk, problemlǝrin altına öz çiynini vermǝk, problemlǝrin hǝllini öz üzǝrinǝ götürmǝk, arxa olmaq”dır. Quranda “ǝs-sǝlat” sözü “problemlǝrǝ maddi vǝ zehni baxımdan dǝstǝk olmaq, problemlǝrin hǝlli üçün öz çiynini yükün altına vermǝk” mǝnasında xüsusi isim olmuşdur. Buradakı problemlǝr sadǝcǝ fǝrdi problemlǝr deyil, eyni zamanda iqtisadi vǝ siyasi problemlǝr, tǝhsil vǝ tǝlim-tǝrbiyǝ problemlǝri kimi ictimai problemlǝri dǝ ǝhatǝ etmǝkdǝdir. Qısacası, sǝlat sosial dövlǝtin ǝsası vǝ simvoludur. Bizim mealımızda, xüsusi isim olan “ǝs-sǝlat” sözünün hǝm ǝsli, hǝm dǝ tǝrcümǝsi verilmişdir. Sǝlatın tǝrcümǝsi haqqında daha ǝtraflı mǝlumat “Tǝbyinül-Quran”dadır.
[vii] “İnsanın, özünü Allahın mühafizǝsi altına daxil edǝrǝk yaxşı ǝmǝl işlǝmǝsi, günahlardan uzaqlaşması, bununla da axirǝtdǝ ona ziyan vǝ ǝzab verǝcǝk şeylǝrdǝn özünü qoruması” mǝnasına gǝlǝn “tǝqva” Quranda ǝvvǝlcǝ “şirkdǝn qaçmaq” vǝ “axirǝtǝ inanmaq” mǝnasında işlǝdilmiş, daha sonra da imanı özündǝ ǝks etdirǝn bütün ǝmǝllǝri ehtiva edǝcǝk şǝkildǝ genişlǝndirilmiş bir qavramdır. Buna görǝ dǝ biz “tǝqva”nı “Allahın mühafizǝsi altına daxil olmaq”, “müttǝqi”ni isǝ “Allahın mühafizǝsi altına daxil olan şǝxs” kimi tǝrcümǝ etdik.