ƏLA SURƏSİ
MƏKKƏ DÖVRÜ
ƏLA SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 20
1-5 Əmələ gətirib nizama salan, ölçü qoyub sonra yol göstərən, otlağı çıxardıb sonra onu qapqara bir sel tullantısına çevirən Rəbbinin uca adını pak tut.40
6-8 Bundan sonra səni bilikləndirib, məlumatlandırıb, sonra o bilikləri və məlumatları başqalarına çatdıracağıq, sonra da sən unutmayacaqsan / tərk etməyəcəksən. Ancaq Allah istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da bilir, gizlini də. Və sənə ən asan olanı / səni ən çox sevindirəcək şeyləri asanlaşdıracağıq.
9,10 Bu səbəbdən sən dərhal öyüd ver, əgər öyüdün faydası olursa / olacaqsa; ehtiram göstərənlər nəsihəti qəbul edəcəklər.
11 Ən bədbəxt adam isə ondan qaçacaqdır.
12 O kəs ən böyük alova söykənəcək.
13 Sonra onun içində nə öləcək, nə də yaşayacaqdır.
14-17 Təmizlənən, Rəbbinin adını zikr edərək səlat edən [maddi və zehni baxımdan dəstək olan; cəmiyyəti maarifləndirməyə çalışan] kəs şübhəsiz ki, nicat tapacaqdır. Lakin siz bu bəsit dünya həyatını üstün tutursunuz. Halbuki axirət daha xeyirlidir və baqidir.
18,19 Həqiqətən, bu xilas çarələri ilk səhifələrdə; İbrahimin və Musanın səhifələrində var idi.
(8 / 87, Əla / 1-19)
Dipnot:
[i] Adın tǝsbeh edilmǝsi / adın pak tutulması: Bir adı “tǝsbeh” etmǝk [nöqsanlarda uzaq tutub ucaltmaq], ǝslindǝ o adın sahibini “tǝsbeh” etmǝk demǝkdir. Çünkü adın sahibinin ucalığı vǝ müqǝddǝsliyi, adın ucalığı vǝ paklığı ilǝ ifadǝ edilir. Yǝni adın tǝsbeh edilmǝsinin mǝqsǝdi, Rǝbbimizǝ yaraşmayan ad vǝ sifǝtlǝri Ondan uzaq tutmaq, Onun adına atılan iftiraları tǝmizlǝmǝkdir. Quranın nazil olduğu dövrdǝ ǝrǝblǝr arasında müǝyyǝn sǝhv vǝ axmaq inanışlar mövcud idi. Mǝsǝlǝn: a) mǝlǝklǝrin Allahın qızları olduğu; b) Üzeyir vǝ İsanın Allahın oğlu olduğu; c) bǝzi mǝlǝklǝrin vǝ bütlǝrin insanları Allaha yaxınlaşdırdığı; d) cinlǝrlǝ Allah arasında nǝsǝb ǝlaqǝsi [soy bağı] olduğu inanışları. Ona görǝ dǝ, “adı tǝsbeh etmǝk” ǝmrini yerinǝ yetirmǝk üçün bu cür inanışları ǝks etdirǝn ad vǝ sifǝtlǝri Rǝbbimizn ad vǝ sifǝtlǝri arasından dǝrhal çıxarmaq lazım gǝlir.