ƏNFAL SURƏSİ
MƏDİNƏ DÖVRÜ

Paylaş

 

ƏNFAL SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 465

1 Səndən müharibənin bəxşişləri; qazancları barədə soruşurlar. De ki: “Ənfal / müharibə bəxşişləri; qazancları, Allah və Elçisi / xalq üçündür. Ona görə də, siz möminsinizsə, Allahın mühafizəsi altına daxil olun, bir-birinizlə aranızdakı münasibətləri düzəldin, Allaha və Elçisinə itaət edin.

2-4 Hiç şübhəsiz möminlər ancaq, Allah yad edildikdə qəlbləri ürpərən, Onun ayələri özlərinə oxunduğu zaman, iman baxımından güclənən və [işlərin] nəticəsini yalnız Rəbbinə tapşıran, səlatı yerinə yetirən [maddi və yaxud zehni baxımdan dəstək olan; cəmiyyəti maarifləndirmə qurumlarını yaradan-yaşadan] və Bizim ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda sərf edən kəslərdir. Bax bunlar, həqiqətən inananlardır. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bəyənilmiş bir ruzi vardır.

(88/8, Ənfal / 1-4)

 

Nəcm: 466[i]

5,6 Və onlar, həqiqət açıqca bəyan edildikdən sonra, həqiqət barədə səninlə elə mübahisə edirdilər ki –möminlərdən bir dəstə həqiqətən narazı qaldığı halda Rəbbinin səni haqq olaraq evindən çıxarması kimi– elə bil göz görə-görə özləri ölümə sürüklənirdilər.

7,8 Və o zaman Allah sizə, iki dəstədən birinin mütləq sizin olacağını vəd edirdi. Siz isə şanı və şərəfi olmayan şeyin / soyğunun sizin olmasını istəyirsiniz. Allah da, Öz sözləriylə haqqı bərqərar etmək və günahkarların xoşuna gəlməsə də həqiqəti meydana çıxarmaq və batili məhv etmək üçün kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] nəslini kəsmək; haqq dini inkişaf etdirmək istəyirdi.

9 O zaman siz Rəbbinizdən kömək diləyirdiniz, Rəbbiniz, “Şübhəsiz ki, Mən bir-birinin ardınca gələn minlərlə xəbərçi ayətlə sizə kömək edirəm” deyə sizə cavab vermişdi.

10 Allah bunu, sırf sizə bir müjdə olsun və bununla ürəkləriniz sakit olsun deyə etmişdi. Və kömək yalnız Allah tərəfindəndir. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

11 O vaxt Rəbbiniz, yenə Öz tərəfindən bir xatircəmlik olaraq bir yuxuya daldırırdı. Sizi təmizləmək, pis niyyətli adamın murdarlığını / zərərini sizdən çıxarmaq, ürəyinizə qüvvət vermək və ayaqlarınızı sabitleştirmek; qədəmlərinizi möhkəmləndirmək üçün göydən üstünüzə bir su endirirdi.

12 Və o zaman Rəbbin təbii gücləri proqramlaşdırırdı: “Şübhəsiz ki, Mən sizinləyəm, haydı, inanmış kəslərə mətanət verin. Mən, kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] qəlbinə qorxu salacağam, dərhal boyunlarının üstünə vurun, bütün barmaq uclarına / oynaqlarında da!”

13 Kafirlərin belə cəzalansırılması, Allaha və Elçisinə qarşı çıxmaqları səbəbindəndir. Və kim Allaha və Elçisinə qarşı çıxsa, bilsin ki, Allahın əzabı çox şiddətlidir!

14 Budur, bunu dadın. Şübhəsiz ki, axirətdə kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün od əzabı da var.

(88/8, Ənfal / 5-14)

 

Nəcm: 467

15 Ey iman etmiş kəslər! Toplaşmış halda kafirlərlə [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd edənlərlə] qarşılaşdığınız zaman, dərhal onlara arxa çevirməyin.

16 Ve belə bir gündə hər kim onlara –təzədən qayıdıb vuruşmaq üçün geri çəkilmək və yaxud başqa bir dəstədə yenidən mövqe seçmək kimi halar istisna olmaqla– arxa çevirsə, həqiqətən Allahın qəzəbinə düçar olar və onun gedəcəyi yer cəhənnəmdir. Ora nə pis bir dönüş yeridir.

17 Onları siz öldürmədiniz, onları Allah öldürdü. Atdığın zaman da sən atmadın, Allah atdı. Və möminləri bununla yaxşıca bir bəlaya düçar etmək / yaxşıca sınamaq üçün idi. Şübhəsiz ki, Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

18 Budur! Şübhəsiz ki, Allah kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] hiyləsini qüvvədən salandır.

19 Fəth istəyirsinizsə, budur, sizə fəth gəlmişdir. Və əgər son versəniz, bu da sizin üçün daha yaxşıdır. Yox, əgər qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz hər nə qədər çox olsa da, sizə heç bir şəkildə, heç bir zaman fayda verməyəcək. Şübhəsiz ki, Allah möminlərlədir.

(88/8, Ənfal / 15-19)

 

Nəcm: 468

20 Ey iman etmiş kəslər! Allaha və Elçisinə itaət edin. Eşitdiyiniz halda ondan üz döndərməyin!

21 Vəhyə qulaq asmadıqları halda “Eşitdik / vəhyə qulaq asdıq” deyənlər kimi də olmayın!

22 Şübhəsiz, yer üzündə gəzən canlıların Allah yanında ən pisi, ağlını işlətməyən bu karlar, lallardır.

23 Və əgər Allah onlarda xeyir olduğunu bilsəydi, əlbəttə, onlara eşitdirərdi. Və əgər eşitdirsəydi, yenə də onlar, boyun qaçıranlar olaraq üz döndərərdilər.

24 Ey iman etmiş kəslər! Elçi sizi, sizə həyat verəcək şeylərə dəvət etdikdə, Allahın və Elçinin dəvətini qəbul edin. V ə bilin ki, Allah insanla onun qəlbi arasına girər. Və siz mütləq Onun hüzurunda toplanacaqsınız.

25 Və sizin içinizdən ancaq özlərinə haqsızlıq edənlərə toxunmayan sosial yanğınlardan özünüzü qoruyun və həqiqətən Allahın əzabının şiddətli olduğunu bilin.

26 Və yada salın; bir zaman siz sayca az idiniz, yer üzündə zəif qalmışdınız, insanların sizi ələ keçirməsindən qorxurdunuz, Allah, [bəlkə] sizə verilən nemətlərin əvəzini ödəyərsiniz deyə [sizə] sığınacaq vermişdi, Öz köməyi ilə sizi gücləndirmişdi və sizə təmiz-xoş ruzilərdən vermişdi.

27,28 Ey iman etmiş kəslər! Allaha və Elçiyə xəyanət etməyin. Bilə-bilə öz əmanətlərinizə də xəyanət etməyin. Şübhəsiz ki, mallarınızın və övladlarınızın, həqiqətən bir imtahan vasitəsi olduğunu; sizi dindən çıxaracaq bir varlıq olduğunu və həqiqətən Allah yanında çox böyük əcr olduğunu bilin.

29 Ey iman etmiş kəslər! Allahın mühafizəsi altına daxil olsanız, O, sizə haqqı batildən ayırd etmə bacarığı verər və sizin günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah çox böyük lütf sahibidir.

(88/8, Ənfal / 20-29)

 

Nəcm: 469

30 Və bir zaman kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd edənlər] səni tutub bağlamaq və yaxud öldürmək və yaxud qovub çıxarmaq üçün sənə qarşı hiylə qururdular. Və onlar tələ qurarkən Allah da cəzalandırırdı. Və Allah, cəzalandıranların ən xeyirlisidir.

31 Onlara ayələrimiz oxunduğu zaman, “Eşitdik, istəsək bunun kimisini biz də söyləyərik, bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil” demişdilər.

32 Bir vaxt da onlar, “Ey Allahım! Əgər bu, Sənin tərəfindən gəlmiş bir haqq / gerçək isə, heç dayanma, üstümüzə göydən daş yağdır və yaxud bizə çox şiddətli bir əzab göndər” demişdilər.

33 Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildi. Bağışlanmaq dilədikləri müddətcə də Allah onlara əzab verən deyil.

(88/8, Ənfal / 30-33)

 

Nəcm: 470

34 Və onlar Məscidülhəramın / toxunulmaz ilahiyat təhsili mərkəzinin idarəçiləri, oranı yaşadan şəxslər olmadıqları halda, ona [yaxınlaşmağa] qadağan edirlərsə, Allahın onlara əzab verməməsi üçün nə səbəb var? Onu yaşadan şəxslər/ idarəçilər yalnız Allahın himayəsi altına daxil olan şəxslərdir. Lakin onların çoxu [bunu] bilmir.

35 Və onların Beytin / Kəbənin yanındakı dəstəkləri, yalnız fit çalmaq və əl çalmaqdan, özlərini göstərməkdən ibarətdir. –Elə isə küfr işlədiyiniz [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd etdiyiniz] üçün bu əzabı dadın!–

36,37 Şübhəsiz, mallarını Allah yolundan döndərmək üçün xərcləyən kafirlər [Allahın məbud və rəbb olduğunu örtən kəslər]; yenə də onu xərcləyəcəklər. Sonra onlara bir peşmanlıq üz verəcək, sonra da onlar məğlub olacaqlar ki, Allah murdarı təmizdən ayırsın, sonra murdarları bir-birinin üstünə mindirib hamısını bir yerə yığsın, sonra da hamısını birdən cəhənnəmə qoysun. Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd edənlər] cəhənnəmdə toplaşacaqlar. Bax bunlar, məhz itkiyə, zərərə uğrayıb əzab çəkənlərin arasında olan kəslərdir.

38 Kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə bilə rədd edənlərə] de ki: “Əgər bu işə son versələr, daha əvvəl etdikləri bağışlanacaq. Yenə də dönsələr, şübhəsiz, əvvəlki ümmətlərə tətbiq olunan qaydalar davam edəcək.”

(88/8, Ənfal / 34-38)

 

Nəcm: 471

39 Və insanları dindən çıxarma fəaliyyəti qalmayıb, din tamamilə Allaha məxsus olana qədər onlarla vuruşun. Artıq əl çəksələr, bilinsin ki, şübhəsiz Allah onların nə etdiklərini ən yaxşı görəndir.

40 Və əgər onlar boyun qaçırsalar, bilin ki, həqiqətən Allah sizin köməkçi, yol göstərən, himayəçi yaxınınızdır. O necə də gözəl köməkçi, yol göstərən, himayəçi yaxındır, necə də gözəl yardımçıdır.

41 Yenə, bilin ki, əgər siz Allaha, haqq ilə batilin ayırd edildiyi o gün – iki ordunun qarşı-qarşıya gəldiyi Bədr günü Öz bəndəmizə nazil etdiyimiz ayələrə iman etmisinizsə, hər hansı bir şeydən qənimət olaraq əlinizə keçirdiyimiz şeylerin beşdə biri, Allah, Elçi, yaxınlığı olanlar; yurdlarından çıxarılan kasıblar, yetimlər, miskinlər və yolda qalmışlar üçündür. Və Allah, hər şeyə qadirdir.

42 O zaman siz, vadinin yaxın yamacında idiniz, onlar da uzaq yamacında idilər. Karvan sizdən aşağıda idi. Əgər onlarla vədələşsəydiniz də, görüş yerində mütləq ixtilafa düşərdiniz. Lakin olması lazım gələn işi Allahın gerçəkləşdirməsi üçün; dəyişikliyə / məhvə məruz qalanlar açıq-aşkar bir dəlil gördükdən sonra məhv olsun, sağ qalanlar isə yenə açıq-aşkar bir dəlildən sonra yaşasın deyə… Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

43 O vaxtlar Allah sənə yuxunda onları az göstərirdi. Əgər Allah onları sənə çox göstərsəydi, həqiqətən qorxardınız və döyüş barədə ixtilafa düşərdiniz. Lakin Allah təhlükəsizliyi təmin etdi. Şübhəsiz ki, O, ürəklərdə olanı ən yaxşı biləndir.

44 Və o vaxt, olması lazım gələn bir işi gerçəkləşdirmək üçün, onlarla qarşılaşdığınız vaxt onları sizin gözünüzə az göstərirdi. Sizi də onların gözündə azaldırdı. Və bütün işlər yalnız Allaha qaytarılacaqdır.

(88/8, Ənfal / 39-44)

 

Nəcm: 472

45 Ey iman etmiş kəslər! Bacarmaq / zəfər qazanmaq üçün, bir dəstəylə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın.

46 Yenə Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin. Sonra qorxuya düşərsiniz və gücünüz-canınız gedər. Və səbr edin. Şübhəsiz ki, Allah səbr edənlərlədir.

47 Təkəbbürlə, özlərini camaata göstərərək yurdlarından çıxan və Allah yoluna maneə qoyan kəslər kimi də olmayın. Və Allah onların etdiklərini əhatə edəndir.

(88/8, Ənfal / 45-47)

 

Nəcm: 473

48,49 Bir vaxt o münafiqlər və qəlbində xəstəlik olan; xəstə zehniyyətli kəslər, “Bu adamları dinləri aldatdı” dediklərində, o pis niyyətli sərkərdə onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən də sizin köməkçinizəm.” Sonra da, nə zaman ki, iki dəstə bir-birini gördü, o, dabanları üstündə geriyə döndü və: “Həqiqətən, mən sizdən uzağam. Şübhəsiz ki, mən sizin görmədiyinizi görürəm, şübhəsiz ki, mən Allahdan qorxuram” dedi. Və Allahın [bir işi] nəticələndirməsi / cəzalandırması şiddətlidir. Və hər kim işin nəticəsini Allaha tapşırsa, bilsin ki, həqiqətən, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

50,51 Və [bu iş üçün tapşırıq alan] qüvvələr kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd edənlərin] üzlərinə və arxalarına vura-vura, “Dadın görək qızğın atəşin əzabını! Bax bu, sizin öz əllərinizlə əmələ gətirdiyiniz şeylər səbəbiylədir. Və şübhəsiz ki, Allah bəndələrinə heç bir surətdə haqsızlıq edən deyil” deyərək, keçmişdə etdiklərini və etmələri lazım olduğu halda etmədiklərini bir-bir onların yadına salarkən, sən onları bir görəydin.

52 Eynilə Fironun yaxınlarının və onlardan əvvəlkilərin rəftarı kimi, onlar da Allahın ayələrini / işarətlərini / nişanələrini tanımadılar, Allah da onları günahlarına görə yaxaladı. Şübhəsiz ki, Allah çox güclüdür, cəzası / nəticələndirməsi çox şiddətli olandır.

53 Bu, şübhəsiz ona görədir ki, bir qövm özündə olanı dəyişməyincə, Allah o qövmə verdiyi neməti dəyişdirməz və şübhəsiz Allah ən yaxşı eşidən, ən yaxşı biləndir.

54 Eynilə Fironun yaxınlarının və onlardan əvvəlkilərin rəftarı kimi, onlar da Rəbbinin ayələrini / əlamətlərini / göstəricilərini yalan hesab etdilər. Biz onları günahlarına görə dəyişikliyə / məhvə məruz qoyduq; Fironun yaxınlarını suya qərq etdik. Hamısı da özlərinə haqsızlıq edən kəslər idilər.

55,56 Şübhəsiz, Allah yanında canlıların ən pisi kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən], iman etməyən kəslər; əhd bağladıqdan sonra hər dəfə əhdini pozan kəslərdir. Onlar Allahın mühafizəsi altına daxil olmazlar.

(88/8, Ənfal / 48-56)

 

Nəcm: 474

57 Artıq onları hərbdə; darmadağın etmək işində yaxalasan, ibrət almaqları üçün onlarla birgə onların arxasındakı kəsləri də dağıt.

58 Əgər bir tayfadan; xəyanət edə biləcəyindən qorxsan, eyni şəkildə müqaviləni pozduğunu özlərinə xəbər ver. Şübhəsiz ki, Allah xainləri sevməz.

59 Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], əsla irəli keçmiş olduqlarını zənn etməsinlər. Şübhəsiz ki, onlar aciz qoya bilməzlər.

(88/8, Ənfal / 57-59)

 

Nəcm: 475

60 Və siz də gücünüz çatdığı qədər onlara qarşı hər növ qüvvə toplayın və döyüş atları[ii] hazırlayın ki, onlarla, Allaha düşmən olanları, öz düşməninizi və Allahın bilib sizin bilmədiyiniz, bunlardan aşağı başqalarını adam edəsiniz. Və Allah yolunda nə xərcləsəniz, o sizə kamil surətdə ödənilər və siz haqsızlığa məruz qalmazsınız.

61 Və əgər onlar sülh üçün yaxınlaşsalar, sən də sülhə yaxınlaş! Və işin nəticəsini Allaha tapşır. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı biləndir.

62,63 Və əgər onlar sənə hiylə qurmaq istəsələr, bil ki, şübhəsiz, sənə Allah kifayətdir. Səni Öz köməyi ilə və möminlərlə gücləndirən və möminlərin könüllərini [ülfətlə] birləşdirən Odur. Sən, yer üzündə nə varsa hamısını birdən sərf etsəydin, yenə də onların könüllərini birləşdirə bilməzdin. Amma Allah onların arasını birləşdirdi. Şübhəsiz ki, O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

64 Ey Peyğəmbər! Sənə və möminlərdən sənin ardınca gedən kəslərə Allah bəs edər!

65 Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir. Əgər sizdən iyirmi səbirli adam olsa, iki yüzə qalib gələr. Və əgər sizdən yüz olsa, şübhəsiz, kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdən] min nəfərə qalib gələr, çünki onlar anlamaz bir qövmdürlər.

66 İndi Allah, sizin [yükünüzü] yüngülləşdirdi və sizdə şübhəsiz bir zəiflik olduğunu bildi. O halda, sizdən yüz səbrli adam olsa iki yüzə qalib gələr. Və sizdən min olsa Allahın izni ilə / xəbəri ilə iki minə qalib gələr. Və Allah səbr edənlərlədir.

67 Yer üzünde ağır gəlmədikcə; döyüşdə mütləq və tam üstünlük əldə etmədikcə, özü üçün əsirlər almaq heç bir peyğəmbərə yaraşmaz. Siz, dünyanın genişliyini istəyirsiniz, Allah da axirəti istəyir. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

68 Əgər Allahdan bir yazı [hökm] olmasa idi, şübhəsiz, aldığınız şeylər səbəbindən sizə böyük bir əzab üz verərdi.

69 Artıq əldə etdiyiniz qənimətdən halal və xoş olaraq yeyin və Allahın mühafizəsi altına daxil olun. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.

70 Ey Nəbi! Əsirlərdən əlinizdə olan kəslərə də ki: “Əgər Allah sizin qəlblərinizdə bir xeyir [olduğunu] bilsə, sizdən alınandan daha xeyirlisini sizə verər və günahlarınızı bağışlayar. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.”

71 Və əgər sənə xəyanət etmək istəsələr, yaxşı bilsinlər ki, bundan əvvəl onlar Allaha xəyanət etdilər, ancaq Allah, möminlərə onlardan çox imkan verdi. Və Allah, çox yaxşı biləndir, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

(88/8, Ənfal / 60-71)

 

Nəcm: 476

72 Şübhəsiz iman etmiş, öz yurdlarından köç etmiş, Allah yolunda malları və canları ilə döyüşən və sığınacaq verib kömək edən kəslər; bəli məhz bunlardan bəzisi bəzisinin köməkçi, yol göstərən, himayəçi yaxınıdır. İnanan və hicrət etməyən kəslərə gəldikdə, hicrət edənə qədər onlarla yaxınlığınız yoxdur. Və din uğrunda kömək istəsələr, sizinlə aralarında əhd olan bir tayfanın zərərinə olmamaqla, onlara kömək etməlisiniz. Və Allah, etdiklərinizi çox yaxşı görəndir!

73 Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] də bir-birlərinin köməkçi, yol göstərən, himayəçi yaxınlarıdır. Əgər siz də onu etməsəniz; möminlər olaraq bir-birinizin qəyyumu [köməkçi, yol göstərən, himayəçi yaxını] olmasanız, yer üzündə böyük bir fitnə və insanları dindən döndərmə işi meydana gələr.

74 Və iman edən, hicrət edən və Allah yolunda var gücüylə səy edən o kəslər və sığınacaq verib kömək edən kəslər; bax bunlar həqiqi möminlərdir. Bunlar üçün bağışlanmaq və gözəl bir ruzi vardır.

75 Və bundan sonra, inanan və sizinlə birlikdə yurdlarından köç edən və var gücü ilə səy edən kəslər; artıq onlar da sizdəndir. Qohum olanlar da, Allahın kitabına görə, bir-birlərinə daha yaxındır. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.

(88/8, Ənfal / 72-75)

Dipnot:

[i] Burada nǝql edilǝn döyüş vǝ döyüş ǝsnasında meydana gǝlǝn hadisǝlǝr Bǝdr döyüşüylǝ bağlıdır. Mǝdinǝnin cǝnub-qǝrbindǝ, Mǝdinǝdǝn 120, Qırmızı dǝnizdǝn 20 km mǝsafǝdǝ yer alan Bǝdr, ǝdviyyat yolunun üstündǝki dayanacaqlardan biridir.

Mǝkkǝ müşriklǝri Mǝdinǝyǝ köçǝn Rǝsulallahın vǝ onun ǝtrafında toplaşan adamların geri qayıdacağından qorxduqları üçün mütǝmadi olaraq müǝyyǝn dǝstǝlǝr göndǝrir vǝ onlara ziyan vururdular. Bundan ǝlavǝ, Mǝdinǝdǝ, Peyğǝmbǝrin vǝ mömünlǝrin Mǝdinyǝ gǝlmǝsindǝn narazı olan adamlar var idi. Onların ǝn birincisi isǝ o günlǝrdǝ tac geyǝrǝk kral olmağa hazırlaşan, Peyğǝmbǝrin gǝlişindǝn sonra yaddan çıxan Abdulla bin Ubey bin Sǝlul idi. Çünkü Mǝdinǝ ǝhalisi, onun yerinǝ Peyğǝmbǝri dövlǝt başçısı seçmişdi.

Xalqın bu seçimi vǝ qohumlarından çoxunun müsǝlman olması sǝbǝbiylǝ Abdulla bin Ubey bin Sǝlül müsǝlmanların tǝrǝfinǝ keçmǝyin özü vǝ tǝrǝfdarları üçün daha yaxşı olacağı qǝrarına gǝldi vǝ zahirǝn müsǝlman oldular. Belǝliklǝ, Mǝdinǝdǝ münafiqlik hǝrǝkatı başladı.

Mǝkkǝnin idarǝçilǝri arasındakı kindar müşriklǝr, Mǝdinǝdǝki dostları Abdulla bin Ubey bin Sǝlül ilǝ ǝlbir olaraq Peyğǝmbǝri vǝ onun tǝrǝfdarlarını Mǝdinǝdǝn qovmağı, hǝtta onları mǝhv etmǝyi planlaşdırırdılar. Abdulla bin Ubey bin Sǝlülǝ belǝ bir mǝktub yazdılar: “Siz bizimkilǝrǝ sığınacaq verdiniz. Siz ya Mǝhǝmmǝdi öldürün yaxud yurdundan qovun, ya da biz hamılıqla sizǝ hücum edǝrǝk kişilǝrinizi öldürǝcǝk, qadınlarınızı da ǝsir alacağıq.”

Bu mǝktubdan sonra Mǝkkǝ müşriklǝri ilǝ Mǝdinǝ münafiqlǝri ǝlbir oldular. Peyğǝmbǝri vǝ mömünlǝri öldürmǝk yaxud Mǝdinǝdǝn qovmaq üçün hazırlaşmağa başladılar.

Peyğǝmbǝr vǝ mömünlǝr bu plandan xǝbǝr tutdular vǝ tǝdbir görmǝyǝ başladılar. Elǝ bu dövrdǝ Allah, mömünlǝr üçün yeni bir strategiya müǝyyǝnlǝşdirdi; fitnǝ, haqsızlıq vǝ xaosun aradan qaldırılması üçün lazım gǝlǝrsǝ döyüşmǝli [ölmǝli vǝ öldürmǝli] olduqlarını bildirirdi. Artıq mömünlǝr öz dinlǝrini, canlarını vǝ yurdlarını müdafiǝ etmǝk üçün döyüşmǝk mǝcburiyyǝtindǝ idilǝr.

O ǝsnada Mǝkkǝli müşriklǝr müsǝlmanları tǝhdid edirdilǝr, onların Mǝdinǝ yaxınlarına qǝdǝr göndǝrdiklǝri soyğunçu dǝstǝlǝr müsǝlmanlara ziyan vururdu. Nǝhayǝt, Mǝkkǝ müşriklǝrinin ortaq hazırladıqları vǝ Əbu Süfyan tǝrǝfindǝn idarǝ olunan bir ticarǝt karvanını Suriyaya göndǝrdilǝr

generic levitra

, mǝqsǝdlǝri bu karvandan ǝldǝ edilǝn gǝlirlǝ müharibǝyǝ hazırlaşmaq vǝ müsǝlmanlara son zǝrbǝni vurmaq idi.

Bundan xǝbǝrdar olan Peyğǝmbǝr, vǝziyyǝti öz ǝshabı ilǝ müzakirǝ etdi. Bu karvanın Mǝkkǝyǝ gedib çatmasına icazǝ vermǝmǝyi qǝrarlaşdırdılar. 83 nǝfǝri müharcirlǝrdǝn, 61 nǝfǝri Övsdǝn, qalanı da Xǝzrǝcdǝn olmaqla cǝmi 305 nǝfǝrlik bir ordu hazırladılar. Bu ordunun 3 atı vǝ 70 dǝvǝsi var idi.

[ii] Quranın nazil olduğu dövrdǝ ǝn mükǝmmǝl müharibǝ vasitǝsi olan “atların” yerini müasir dövrümüzdǝ “hǝrbi tǝyyarǝlǝr, tǝyyarǝ gǝmilǝri, qitǝlǝrarası raketlǝr, nüvǝ silahı” vǝ sair kimi başa düşmǝk lazımdır.

Paylaş