ƏRAF SURƏSİ
MƏKKƏ DÖVRÜ
ƏRAF SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 68
1 Əlif / 1, Lam / 30, Mim / 40, Sad / 90.[i]
2 Bu, xəbərdarlıq edəsən deyə və inananlara öyüd / xatırlatma olsun deyə sənə nazil edilən; sənə nüfuz etdirilən Kitabdır. Ona görə, ondan köksündə heç bir sıxıntı olmasın.
3 Rəbbinizdən sizə nazil olana tabe olun və Onun altındakılardan, yol göstərən, yardım edən və himayə edən qondarma yaxınlara tabe olmayın. Necə də az öyüd-nəsihət alırsınız / yada salırsınız!
4 Və Biz, neçə şəhərləri dəyişikliyə, məhvə məruz qoyduq. Əzabımız bəzilərinə gecə yatarkən, bəzilərinə də gündüz dincələrkən gəlmişdi.
5 Əzabımız onlara gəldiyində, “Biz həqiqətən də şərik qoşaraq özlərinə zülm edən kəslər imişik!” deməkdən başqa bir yalvarışları olmamışdı.
6 And olsun ki, elçi göndərdiklərimizi də sorğu-suala çəkəcəyik, and olsun ki, göndərilən elçiləri də sorğu-suala çəkəcəyik.
7 And olsun ki, onlara, elm ilə söyləyəcəyik; çünkü Biz, uzaqda olanlar deyildik.
8 Və o gün, çəki haqdır. Kimin tərəzisi / çəkisi ağır gələrsə, bax onlar xilas olanlardır.
9 Və kimin tərəzisi / çəkisi yüngül gələrsə, bax onlar, ayələrimizə qarşı zülm etetdikləri üçün özlərini ziyana uğradan kəslərdir.
10 Və heç şübhəsiz, Biz, sizi yer üzündə yerləşdirdik və orada sizə dolanışıq vasitələri verdik; sizə verilön nemətlərin əvəzini necə də az ödəyirsiniz!
(39 / 7, Əraf / 1-10)
Nəcm: 69
11 Və heş şübhəsiz, Biz, sizi əmələ gətirdik, sonra sizə surət verdik, sonra da kainatdakı güclərə,[ii] “Adəmə / bilgi, vəhy almış insana[iii] boyun əyib təslim olun” dedik; İblis / düşüncə qabiliyyəti[iv] xaric olmaqla, onlar dərhal boyun əyərək təslim oldular; o, boyun əyib təslim olanlardan olmadı.
12 Allah, “Sənə əmr etdiyim vaxt, boyun əyib təslim olmağına nə mane oldu?” dedi. İblis, “Mən onlardan xeyrliyəm; məni oddan / enerjidən əmələ gətirdin, onu da palçıqdan / maddədən əmələ gətirdin” dedi.
13 Allah, “Elə isə oradan dərhal aşağı en, sənə orada təkəbbür göstərmək yaramaz, dərhal çıx, sən qəti surətdə alçaldılmışlardansan.” dedi.
14 İblis, “Təzədən dirildiləcəkləri günə qədər mənə möhlət ver” dedi.
15 Allah, “Sən məhlət verilənlərdənsən” dedi.
16,17 İblis, “Elə isə, məni azdırıb yoldan çıxartmağın müqabilində, and olsun ki, mən də Sənin onlar üçün düz yolunun üstündö oturacağam, sonra yenə and olsun ki, onların önlərindən, arxalarından, sağlarından, sollarından onlara yaxınlaşacağam və Sən, onların əksəriyyətini, verilən nemətlərin əvəzini verən görməyəcəksən” dedi.
18 Allah, “Haydı, sən məzəmmət olunmuş və qovulmuş olaraq oradan çıx. Onlardan kim sənə tabe olarsa, and olsun ki, sizin hamınızla cəhənnəmi dolduracağam”
19 və “Ey Adəm / məlumat, vəhy almış insan! Sən və zövcən cənnətdə sakin ol, istədiyiniz yerdən yeyin və bu dolaşıq, mübahisə doğuran şeyə yaxınlaşmayın; mal-dövlətə, paraya-pula[v] düşkün olmayın, yoxsa yanlış, özünə zərər verən iş görən kəslərdən olarsınız” dedi.
20 Belə ikən İblis, onların özlərinə gizli qalan çirkinliklərini özlərinə göstərmək üçün onlara vəsvəsə verdi. Və “Rəbbiniz, başqa bir səbəbə görə yox, ikiniz də mələk / iradəsiz güc olasınız ya da əbədiyyən qalanlardan / inkişaf etməyən, dəyişməyən varlıqlar olasınız deyə sizə bu dolaşıq, mübahisə doğuran şeyi; mal-dövləti, paranı-pulu qadağan etdi / bunları sizə yasaq etdi” dedi.
21 Və “Şübhəsiz, mən sizə öyüd verənlərdənəm” deyərək onlara and içdi / sübutlar gətirdi.
22 Beləliklə onları aldataraq aşağıya endirdi. Onlar o dolaşıq, mübahisə doğuran şeyin; mal-dövlətin, paranın-pulun dadını aldıqdan sonra, tamahları, acgözlülükləri araya girdi və mal-dövlət, para-pul yığmağa başladılar. Rəbbləri onlara xitab etdi: “Mən sizə mal-dövlət, para-pul düşkünü olmağı qadağan etmədimmi və sizə, Bu şeytan həqiqətən sizin açıq-aşkar düşməninizdir, demədimmi?”
23 Onlar / ikisi də, “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik və əgər bizi bağışlamasan və bizimlə rəhmli rəftar etməsən şübhəsiz ki ziyana uğrayanlardan olacağıq!” dedilər.
24 Allah, “Bir-birinizə düşman olaraq alçalın, sizin üçün yer üzündə müəyyən bir müddət qalmaq və faydalanmaq var” dedi.
25 Allah, “Orada yaşayacaqsınız, orada öləcəksiniz və oradan çıxarılacaqsınız” dedi.[vi]
(39 / 7, Əraf / 11-25)
Nəcm: 70
26 Ey Adəm oğulları! Sizə çirkinliklərinizi örtmək üçün geyim, bəzənmək üçün libas nazil etdik. Və “Allahın mühafizəsi altına daxil olmağın” libası; o, daha xeyrlidir. Bax bu, düşünüb nəsihət almaq üçün Allahın ayələrindəndir.
27 Ey Adəm oğulları! Şeytan, sizin ata-ananızı, öz çirkinliklərini özlərinə göstərmək üçün libaslarını soyundurub cənnətdən çıxartdığı kimi, sizi də fitnəyə salmasın; sizi haq dindən döndərməsin, aman! Çünkü o və onun qəbiləsi, sizin onları görə bilmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, inanmayanlar üçün vəli / yol göstərən, yardımçı kimsələr etdik.
28 Və onlar ikrah doğuran bir iş gördükləri zaman, “Əcdadımızı da bu yolda gördk, bunu bizə Allah əmr etdi” deyərlər. De ki: “Allah ikrah doğuran işləri əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”
29 De ki: “Rəbbim haqqaniyeti əmr etdi. Hər məscidin yanında;[vii] camaat arasında üzünüzü; bütün mənliyinizi Ona doğru çevirin və dini ancaq Ona məxsus edərək Rəbbinizə yalvarın. Sizi ilk dəfə yaratdığı kimi, Ona qayıdacaqsınız.”
30 Bir qismini doğru yola yönəltdi, bir qismi üçün isə azğınlıq haqq oldu; onlar, Allahın altındakılardan şeytanları, yol göstərən, yardım edən və himayə edən yaxınlar bildilər və özlərinin də qəti surətdə onlara göstərilən doğru yolda olduqlarını zənn edirlər.
31 Ey Adən oğulları! Hər məscidin yanında; camaat arasında zinətlərinizi alın, yeyin-için, lakin israf etməyin; Allah şübhəsiz israfçıları sevməz.
32 De ki: “Allahın, bəndələri üçün üzə çıxartdığı zinətləri və təmiz ruziləri kim haram etmişdir?” De ki: “Bunlar, müvəqqəti dünya həyatında inananlar üçündür –qiyamət günündə yalnız onlara məxsus olacaq.–” Bax beləliklə Biz, ayələrimizi bilən bir tayfaya belə ətraflı izah edirik.
33 De ki: “Rəbbim sadəcə ikrah doğuran şeyləri; onun açıq və gizli olanını, zərərləri, haqsız yerə asi olmaqı, barəsində heç bir dəlil nazil etmədiyi şeyləri Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər danışmağı haram buyurmuşdur.”
34 Və lideri olan hər camaat üçün müddətin bir sonu var. Onun üçün müddətin sonu yetişdiyində, nə bir an təxirə sala bilər, nə də qabağa çəkə bilərlər.
35 Ey Adəm oğulları! Sizə, öz aranızdan, ayələrimi söyləyən elçilər gələndə, kim Allahın mühafizəsi altına daxil olar və yaxşılaşdırarsa, bax onlara qorxu yoxdur və onlar qəm çəkməyəcəklər.
36 Ayələrimizi inkar edənlər və onlara qarşı təkəbbür göstərənlər isə, bax onlar odun dostlarıdır. Onlar orada əbədi qalacaqlar.
37 Elə isə, Allaha qarşı yalan uyduran və ya ayələrini inkar edəndən daha yanlış; öz ziyanına iş görən kim ola bilər? Bax onlara Kitabdan öz payları çatacaq; nəhayət elçilərimiz canlara almaq üçün onların yanına gəldikdə, “Allahın altındakılardan yalvardıqlarınız hanı?” deyəcəklər. Onlar, “Yalvardıqlarımız bizdən ayrılıb uzaqlaşdırlar” deyəcəklər və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] olduqlarına şəxsən özləri şahidlik edəcəklər.
38 Allah, “Sizdən əvvəl gəlib-keçən, tanıdığınız və tanımadığınız, od içinə girmiş, lideri olan camaatların arasına girin!” deyər. Hər camaat girərkən qardaşını özgələşdirərək özündən uzaqlaşdırar. Nəhayət hamısı oraya yığışdıqda, sonrakılar əvvəlkilər haqqında, “Rəbbimiz, bizi bax bunlar azdırdı. Onlara oddan qatbəqat əzab ver” deyərlər. Allah, “Hər kəsə qatbəqatdır, lakin siz bilmirsiniz” deyər.
39 Əvvəlkilər də sonrakılara, “Siz bizdən artıq deyilsiniz. Elə isə, işlədiklərinizin müqabilində əzabı dadın” deyərlər.
(39 / 7, Əraf / 26-39)
Nəcm: 71
40 Ayələrimizi inkâr edən və onlara qarşı təkəbbür göstərən kimsələrə, bax onlara, göyün qapıları açılmayacaq və dəvə / kəndir iynənin gözündən keçmədikcə, onlar cənnətə girməyəcəklər. Biz günahkarları bax belə cəzalandırırıq.
41 Onlar üçün cəhənnəmdən yataqlar, üstlərində də yorğanları olacaq. Və Biz, zalımları bax belə cəzalandırırıq.
42,43 İman edənlər və sahmana salmaq məqsədi ilə işlər görənlər; –Biz, heç kəsə gücü çatandan artığını yükləmərik– bax onlar cənnət dostlarıdır və onlar, orada əbədi qalanlardır. Və onların köksündə kindən, küdurətdən, qısqanclıqdan, hiylədən, xainlikdən, qərəzdən nə varsa, çıxarıb atarıq. Onların altlarından çaylar axar. Onlar, “Bütün təriflər, bizə bunun üçün yol göstərən Allaha məxsusdur. Əgər Allah bizə yol göstərməsəydi, biz yönləndirildiyimiz düz yola çıxa bilməzdik. Şübhəsiz, Rəbbimizin peyğəmbərləri bizə haqqı gətirmişdilər.” deyərlər. Və onlara xitab ediləcək: “Budur, sizə cənnət! Əməlləriniz sayəsində buna varis; axırıncı sahib oldunuz.”
44,45 Və cənnət əhli od əhlinə, “Biz, Rəbbimizin bizə vəd etdiyini doğru gördük. Bəs siz, Rəbbinizin sizə vəd etdiyini doğru gördünüzmü?” deyə səsləyəcək. Onlar: “Bəli” deyəcəklər. Aralarında bir carçı, şübhəsiz ki Allahın uzaqlaşdırmasının / rəhmətindən məhrum etməsinin, Allahın yolundan geri qaytarıb yolun əyri-üyrüsünü istəyən və axirəti bilə-bilə inkar edən zalımların; yanlış, öz ziyanına iş görən kəslərin üzərinə olacağını bildirəcək.
50,51 Və od əhli, cənnət əhlinə, “Bir az su və ya Allahın sizə ruzi olaraq verdiyi şeylərdən bizə də ötürün” deyə səslənəcəklər. Onlar da, “Allah, dinlərini məsxərəyə alan və əyləncə edən, bəsit, keçici dünya həyatına aldanan kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] ikisini də həqiqətən qadağan etmişdir!” deyəcəklər. –Bu günlə qarşılaşacaqlarına əhəmiyyət vermədikləri, ayələrimizi / nişanələrimizi / işarətlərimizi bilə-bilə inkar etdikləri kimi, Biz də bu gün onlara əhəmiyyət verməyəcək / onları cəzalandıracağıq.–
46 Aralarında da bir pərdə var. Və Quranın bölmələri haqqında məlumatı olan kəslər,[viii] onların hamısını nişanələrindən tanıyar. Və Quranın biliyinə malik olan kəslər, cənnəti istəyib hələ daxil ola bilməmiş kəslərə səslənəcəklər: “Salam olsun sizə!”
47 Gözləri od əhlinə çevrildiyində, “Rəbbimiz! Bizi bu xainlərlə bir yerə qoyma” deyəcəklər.
48,49 Quran bölmələrinin biliyinə malik olan kəslər, nişanələrindən tanıdıqları kəslərə səslənərək, “Cəmiyyətiniz və təkəbbür göstərdiyiniz şeylər sizə fayda vermədi, Allah onları rəhmətinə –bu rəhmət, Allahın, ‘Girin cənnətə, sizə qorxu yoxdur və siz kədərlənməyəcəksiniz’ deyərək verdiyi sözdür– nail etməyəcək deyə and içdiyiniz kəslər bunlardırmı?” deyəcəklər.[ix]
(39 / 7, Əraf / 40-45,50,51,46-49)
Nəcm: 72
52 Heç şübhəsiz onlara, inananlar üçün bir yol göstərən və rəhmət olaraq, müfəssəl bir elmlə tam izah etdiyimiz bir Kitab gətirmişdik.
53 Onun qabağa çıxmasından başqa nə gözləyirlər? Onun qabağa çıxdığı gün gələndə, əvvəlcə ona əhəmiyyət verməyənlər, “Rəbbimizin elçiləri həqiqətən bizə haqqı gətirmişdi. Görəsən bizim üçün vasitəçilik edəcək vasitəçilər varmı? Və yaxud geri qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” deyəcəklər. Şübhəsiz, özlərinə ziyan etdilər. Uydurduqları şey də onlardan uzaqlaşmışdır.
54 Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üstündə hökmranlığını quran,[x] gündüzü, dayanmadan sürətlə təqib edən gecə ilə bürüyən və günəşi, ayı, ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, əmələ gətirmək və sistemlər quraraq onları işlətmək sadəcə Ona məxsusdur. Aləmlərin[xi] Rəbbi olan Allah, nə qədər də xeyirxahdır!
(39 / 7, Əraf / 52-54)
Nəcm: 73
55 Rəbbinizə acizanə və gizlicə / açıq-aşkar göstərərək dua edin; namaz qılın. Həqiqətən O, həddi aşanları sevməz.
56 Və sahmana salındıqdan sonra yer üzündə fəsad törətməyin. Ona, qorxuyla və rəhmət ümidi ilə dua edin. Həqiqətən Allahın rəhməti yaxşılaşdıranlara-gözəlləşdirənlərə çox yaxındır.[xii]
(39 / 7, Əraf / 55-56)
Nəcm: 74
57 Və O, yada salasınız / öyüd alasınız deyə, rəhmətindən əvvəl küləkləri müjdəçi / paylayıcı / yayıcı olaraq göndərir. O küləklər, yağış buludlarını daşıyarken, onu quraqlıq olan bir məmləkətə göndərir, sonra onunla suyu endiririk. Beləliklə, onunla hər cür məhsul çıxarırıq. Bax Biz, ölüləri də belə çıxaracağıq.
58 Və gözəl məmləkətin bitkisi, Rəbbinin izni ilə / elmi ilə çıxaq; pis olandan isə faydasız bitkidən başqa bir şey çıxmaz. Biz, ona verilən nemətlərin əvəzini verən bir qövm üçün ayələri beləcə cürbəcür, təkrar-təkrar izah edirik.
(39 / 7, Əraf / 57-58)
Nəcm: 75
59 And olsun ki, Biz, Nuhu öz qövmünə elçi göndərdik və o, “Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Doğrudan da mən, ziyanınıza olan, üstünüzə gələcək böyük bir günün əzabından qorxuram” dedi.
60 Qövmünün başçıları, “Biz səni açıq-aşkar bir azğınlıq içində görürük” dedilər.
61-63 Nuh dedi ki: “Ey qövmüm! Məndə bir azğınlıq yoxdur. Lakin mən, aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Sizə Rəbbimin göndərdiyi həqiqətləri təbliğ edirəm, sizə öyüd verirəm və Allah tərəfindən sizin bilmədiyiniz şeyləri bilirəm Allahın mühafizəsi altına daxil olmağınız və rəhmətə vasil olmağınız üçün, aranızdan bir nəfərə, sizə xəbərdarlıq etsin deyə Rəbbinizdən bir öyüd / kitab gəlməsinə təəccübmü edirsiniz?”
64 Belə olan halda onu təkzib etdilər, Biz də Nuhu və onunla birlikdə gəmidə olanları xilas etdik, ayələrimizi təkzib edənləri də boğduq! Həqiqətən onlar kor bir qövm idi.
65 and olsun ki, Ada da qardaşları Hudu elçi göndərdik. O, “Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Hələ də Allahın mühafizəsi altına daxil olmayacaqsınız?” dedi.
66 Qövmünün başçıları olan kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kimsələr], “Biz səni ağıl sarıdan yüngüllük / cahillik içində görürük və həqiqətən səni yalançılardan sayırıq” dedilər.
67-69 Hud, “Ey qövmüm! Məndə ağıl sarıdan yüngüllük / cahillik yoxdur, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Sizə Rəbbimin göndərdiklərini təbliğ edirəm və mən sizin üçün etibarlı bir nəsihətçiyəm. Sizə xəbərdalıq etməsi üçün sizin aranızdan bir kəs vasitəsi ilə Rəbbinizdən sizə bir öyüd / kitab gəlməsinə təəccübmü edirsiniz? Fikirləşin ki, O, sizi Nuh qövmündən sonra, xəlifələr, sonradan gələn nəsillər təyin etdi və xilqətdə boy-buxun baxımından sizi artırdı. Nicat tapmaq üçün Allahın nemətlərini yadınıza salın.” dedi.
70 Onlar dedilər ki: “Demək, sən, başqalarını işə qarışdırmadan bir tək Allaha bəndəlik edək və əcdadımızın bəndəlik etdiklərindən də əl çəkək deyə gəldin? Əgər doğruçulardansansa, bizi qorxutduğu şeyi bizə gətir!”
71 Hud dedi ki: “Artıq sizə Rəbbinizdən bir əzab və qəzəb nazil oldu. Allahın onlar haqqında heç bir dəlil nazil etmədiyi, sadəcə sizin və əcdadınızın qoyduğu adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Elə isə gözləyin, şübhəsiz, mən də sizinlə birlikdə sözləyənlərdənəm.”
72 Beləliklə, Hudu və onunla birlikdə olan kəsləri Öz mərhəmətimizlə xilas etdik və ayələrimizi inkar edənlərin və iman etməyənləin kökünü kəsdik.
73 And olsun ki, Biz, Səmuda da qardaşları Salehi elçi olaraq göndərdik. O dedi ki: “Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir sübut gəldi. Bax bu, Allahın dəvəsi / sosial yardım və köməkləşmə prinsipi, sizin üçün bir ayədir; qoyun o, Allaha məxsus yer üzündə yerin, aman, ona pislik etməyin, yoxsa sizi üzücü bir əzab yaxalayacaqdır.
74 Və fikirləşin ki, Addan sonra sizi xəlifələr təyin etdi. Və sizi yer üzündə yerləşdirdi: Onun düzənliklərində saraylar tikirsiniz, dağlarını yonub evlər düzəldirsiniz. Elə isə Allahın nemətlərini yadınıza salın və yer üzündə fitnə çıxaranlar olaraq azğınlıq etməyin.”
75 Qövmündən təkəbbürlü başçılar, aralarından iman gətirən, zəif görünən kəslərə dedilər ki: “Siz Salehin həqiqətən Rəbbi tərəfindən göndərilən bir elçi olduğunu bilirsinizmi?” Onlar, “Həqiqətən biz, onunla göndərilənə inanırıq!” dedilər.
76 O təkəbbürlü kəslər, “Həqiqətən, biz sizin inandığınızı bilə-bilə inkar edən kəslərik!” dedilər.
77 Və dərhal o sosial yardım və köməkləşmə qurumlarını yaşadan gəlir qaynaqlarını qurutdular[xiii] və təkəbbür göstərərək Rəbblərinin buyruğundan kənara çıxdılar və “Ey Saleh! Əgər həqiqətən elçi kimi göndərilmisənsə, bizi qorxutduğun şeyi bizə gətir!” dedilər.
78 Beləliklə onları dərhal şiddətli bir sarsıntı yaxaladı və öz yurdlarında dizləri üstündə çökərək qaldılar.
79 O vaxt Saleh onlardan üz çevirdi və “Ey qövmüm! And olsun ki, mən sizə Rəbbimin göndərdiyini təbliğ etdim və sizə öyüd verdim, fəqət siz öyüd verənləri sevmirsiniz” dedi.
***
80,81 And olsun ki, Biz, Lutu da elçi olaraq göndərdik. Bir zaman o, öz qövmünə demişdi ki: “Siz, sizdən əvvəl aləmlərdən heç birinin etmədiyi iyrənc əməli edirsiniz? Həqiqətən və şübhəsiz siz, cinsi baxımdan qadınlardan aşağı olan kişilərin üstünə şəhvətlə gedirsiniz. Əslində siz, həddi aşan bir qövmsünüz.”
82 Və qövmünün cavabı yalnız, “Onları şəhərinizdən çıxarın, çünkü onlar, həddən ziyadə təmizlənən insanlar imiş!” demək oldu.
83 Belə olduqda, Biz də onu və ailəsini xilas etdik, ancaq zövcəsini xilas etmədik; o, geridə qalanlardan; düşüncə baxımından günahkar cəmiyyətlə birgə olanlardan idi.
84 Və onların üstünə bir yağış yağdırdıq. Bax gör günahkarların axırı necə oldu!
***
85-87 And olsun ki, Biz Mədyənə də qardaşları Şüeybi elçi göndərdik. Dedi ki: “Ey qövmüm! Allaha bəndəlik edin, sizin üçün Ondan başqa bir məbud yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir sübut gəldi: Artıq ölçüdə və çəkidə düz olun, camaatın malını əskik verməyin, sahmana salındıqdan sonra yer üzündə fitnə çıxarmayın; əgər inanan kəslərsinizsə, bu sizin üçün daha xeyirlidir! Təhdid edərək, inananları Allahın yolundan uzaqlaşdıraraq və əyri yollar axtararaq hər yolun başında oturmayın. Düşünün ki, siz az idiniz, O, sizi çoxaltdı. Və fitnəçilərin aqibətinin necə olduğuna baxın bir! Və sizin içinizdən bir dəstə mənimlə göndərilənə inanmış, bir dəstə də inanmamışsa, elə isə aramızda Allah hökm verincəyə qədər səbr edin. Və O, hökm verənlərin ən xeyirlisidir.”
88,89 Qövmündən, təkəbbürlü başçılar dedilər ki: “Ey Şüeyb! Ya səni və səninlə birgə inananları şəhərimizdən həqiqətən çıxaracağıq, ya da bizim dinimizə / həyat tərzimizə qayıdacaqsınız!” Şüeyb dedi ki: “İstəməsək də, eləmi? Allah bizi ondan xilas etdikdən sonra yenidən sizin dininizə / həyat tərzinizə qayıtsaq, həqiqətən Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allahın istəyi olmasa, ona geri qayıtmağımız bizim üçün mümkün deyil. Rəbbimiz elmi ilə hər şeyi əhatə etmişdir. Biz sadəcə Allaha arxayın olub söykənirik.” –Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm ver. Çünkü Sən, hökm verənlərin ən xeyirlisisən!–
90 Və onun qövmündən kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] başçılar dedilər ki: “Əgər Şüeybə tabe olsanız, siz həqiqətən ziyana uğrayanlardan olarsınız.”
91,92 Belə olduqda, o dəhşətli sarsıntı onları yaxaladı, yurdlarında dizləri üstündə çöküb qaldılar. Şüeybi inkar edənlər sanki heç orada yaşamamış / nemət içində yaşamamışdılar. Şüeybi inkar edənlər yoxmu, bax, ziyana uğrayanlar elə onların özü oldu.
93 Belə olduqda Şüeyb, onlardan üz çevirdi və: “Ey qövmüm! Mən sizə Rəbbimin göndərdiklərini təbliğ etdim və sizə öyüd verdim, vəziyyət belə olduğu halda kafirlər tayfasından [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən bir tayfadan] ötrü necə qayğılanım?” dedi.
(39 / 7, Əraf / 59-93)
Nəcm: 76
94,95 Biz hansı bir şəhərə bir peyğəmbər göndərsək, mütləq oranın xalqını yalvarıb-yaxarmaqları üçün yoxsulluq və çətinliyə saldıq. Sonra pisliyin yerini yaxşılıqla əvəz etdik; nəhayət çoxaldılar və “Əcdadımıza da belə çətinlik və sevinc üz vermişdi” dedilər. Belə olduqda onları dərhal, özləri də hiss etmədən qəflətən yaxaladıq.
96 Və əgər o şəhərlərin əhalisi inansa və Allahın mühafizəsi altına daxil olsa idi, əlbəttə ki, onların üstünə göydən və yerdən bolluq açardıq. Lakin onlar təkzib etdilər. Biz də onların ele hey işlədikləri şeyin müqabilində yaxaladıq.
97-99 Görəsən o şəhərlərin əhalisi, gecə yatarkən, əzabımızın onlara gəlməyəcəyindən arxayın idilərmi? Yoxsa o şəhərlərin əhalisi gündüz vaxtı mənasız işlərlə məşğul olarkən, onlara əzabımızın gəlməyəcəyindən arxayın idilərmi? Elə isə, Allahın ətraflı planından arxayın idilərmi? Ziyana uğrayanlardan başqa heç kəs özünü Allahın ətraflı planından arxayın hiss etməz.
100 Və əvvəlki sahiblərindən sonra yer üzünün varisi; son sahibi olanlara bəyan olmadımı, onlara təsir etmədimi: “Əgər Biz istəsək, onları da günahlarından ötürü cəzalandırardıq. Biz onların qəlblərinin üstünə möhür vurarıq / qəlblərini möhürlərik və onlar da eşitməzlər.”
101,102 Sənə vacib xəbərlərinin bir hissəsini söylədiyimiz o şəhərlər bax bunlardı. And olsun ki, peyğəmbərləri onlara açıq-aşkar sübutlarla gəlmişdi. Fəqət əvvəlcədən təkzib etdikləri şeylərə iman gətirmədilər. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərin] qəlblərinin üstünə Allah bax belə möhür vurar / onları möhürlər. Onların çoxunda əhdinə vəfa etmək prinsipini görmədik. Həqiqət budur ki, onların əksəriyyətini yoldan çıxmış gördük.
(39 / 7, Əraf / 94-102)
Nəcm: 77
103 Sonra o elçilərin / o qövmlərin ardından Musanı nişanələrimizlə / işarətlərimizlə Firona və əyanlarına göndərdik, onlar isə nişanələrimizə / işarətlərimizə haqsızlıq etdilər. Bir bax gör o fitnəçilərin aqibəti necə oldu!
104,105 Və Musa “Ey Firon! Mən həqiqətən aləmlərin Rəbbi tərəfindən göndərilən bir elçiyəm. Allah barəsində həqiqətdən başqa bir şey deməmək mənim borcumdur. Həqiqətən mən sizə, Rəbbinizdən açıq-aşkar bir sübutla gəldim. Elə isə İsrail oğullarını mənimlə göndər.” dedi.
106 Firon, “Əgər bir nişanə / işarət ilə gəlmisənsə, dərhal onu gətir, əlbəttə, əgər doğruçulardansansa.” dedi.
107,108 Belə olduqda Musa, elmini və biliklərini[xiv] meydana qoydu, o da qəflətən açıq-aşkar bir “silib süpürən”ə[xv] çevrildi. Gücünü də siyirərək meydana çıxartdı; onun gücü, baxanlar üçün mükəmməl, qüsursuz oldu.[xvi]
109-112 Fironun qövmünün əyanları, “Həqiqətən bu, çox bilikli, heyranedici, nüfuzlu bir alimdir.[xvii] O, sizi yurdunuzdan çıxarmaq istəyir.” dedilər. Firon, “Elə isə siz nə əmr edirsiniz?” dedi. Onlar: “Onu və qardaşını saxla, şəhərlərə də yığıcılar göndər. Bütün bilikli, sehrbaz, nüfuzlu alimləri sənə gətirsinlər” dedilər.
113,114 Və o çox bilikli, sehrbaz, nüfuzlu alimlər Firona gəldilər: “Əgər qalib gələn biz olsaq, bizim üçün həqiqətən böyük bir mükafat olacaq / olacaqmı?” dedilər. Firon “Bəli” dedi, “siz şübhəsiz yaxınlaşdırılanlardan da olacaqsınız.”
115 Çox bilikli, sehrbaz, nüfuzlu alimlər: “Ey Musa! Sən öz müddəanı meydana qoyacaqsan, yoxsa meydana müddəa qoyanlar biz olaq?” dedilər.
116 Musa: “Siz müddəanızı meydana qoyun” dedi. Onlar meydana atdıqda, insanların gözlərini sehrlədilər və onları öz ağıllarına görə xəttə gətirmək / adam etmək istədilər. Və böyük, təsirli bir hünər göstərdilər.
117 Biz də Musaya: “Sən də öz biliklərini meydana çıxar” deyə vəhy etdik. Bir də nə görsələr yaxşıdır, onların uydurub meydana qoyduqları şeyləri sürətlə yaxalayıb udur.
118 Beləliklə, haqq yerini tapdı və Fironun və əyanlarının bütün əməlləri boşa getdi, işə yaramadı.
119 Firon və əyanları artıq orada məğlub oldular və xar olmuş bir dəstə olaraq geri qayıtdılar.
120-122 Çox bilikli, sehrbaz, nüfuzlu alimlər isə boyun əyib təslim olan kəslər olaraq qaldılar. “Aləmlərin Rəbbinə; Musanın və Harunun Rəbbinə iman gətirdik” dedilər.
123-126 Firon dedi ki: “Mən sizə icazə verməmişdən əvvəl, ona iman gətirdinizmi? Şübhəsiz ki, bu, şəhərdə qurduğunuz gizli bir hiylədir ki, əhalisini şəhərdən çıxarasınız. Tezliklə biləcəksiniz. Həqiqətən müqavilələri; öhdəlikləri ləğv etdirip, sonra da hamınızı qətiliklə rahat mühitdən; şəhərdəki işinizdən, memuriyetinizden çıxarıb xurma tarlalarında kənd təsərrüfatı işlərində işlədəcəyiniz; daş ocaqlarında işlədəcəyiniz; çətin işlərdə işlədərək yağınızı çıxaracağam; iliğinize sömüreceğim!” Çox bilikli, sehrbaz, nüfuzlu alimlər isə dedilər ki: “Heç şübhəsiz, biz sadəcə Rəbbimizə qayıdanlarıq. Sənin bizi yaxalayıb cəzalandırmağın da ancaq Rəbbimizin ayələri gəldiyində onlara iman gətirməyimizə görədir.” –“Ey Rəbbimiz! Bizə çox səbr ver ki yumuşalmayaq, zəiflik göstərməyək, boyun əyməyək. Canımızı da müsəlman olaraq al!”–
127 Firon qövmünün əyanları isə, “Səni və sənin məbudlarını / səni məbud olaraq görməyi tərk etsinlər və yer üzündə fitnə çıxarsınlar deyəmi Musanı və onun qövmünü azad buraxacaqsan?” dedilər. Firon dedi ki: “Onların oğullarını öldürəcək; təhsilsiz, təlimsiz saxlayıb savadsız bir kütləyə çevirməklə onları zəiflədəceyik, qadınlarını utanca boğacağıq və biz, onların üzərində mütləq güc sahibi kəslərik.”
128 Musa, öz qövmünə dedi ki: “Allahın yardımını diləyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Bəndələrindən istədiyini ora varis edər. Gözəl aqibət Allahın mühafizəsi altına daxil olan kəslər üçündür.”
129 Musanın qövmü dedilər ki: “Sən bizə gəlməmişdən qabaq da əziyyət çəkirdik, sən gəldikdən sonra da.” Musa dedi: “Ümid var ki, Rəbbiniz düşmənlərinizi dəyişikliyə, məhvə məruz qoyacaq və sizi yer üzündə onların yerinə təyin edəcək. Beləliklə, sizin necə hərəkət edəcəyinizə baxacaqdır.”
130 Və and olsun ki, Biz, Fironun nəslini, fikirləşib öyüd alsınlar deyə illərcə quraqlıqla / qıtlıq və məhsul çatışmazlığı ilə yaxaladıq.
131 Sonra onlara bir yaxşılıq üz verdikdə, “Bax bu, bizə məxsusdur” dedilər. Əgər onlara bir pislik üz versə, Musa və onun yanındakıların nəhsliyi kimi qəbul edirdilər. Yaxşı bilin ki, onların nəhsliyi Allahın dərgahındadır. Fəqət onların çoxu bilmir.
132 Və Fironun qövmü, “Sən bizi sehrləmək üçün bizə nə qədər nişanə / işarət gətirsən də biz sənə inana deyilik.” dedilər.
133 Biz də müəyyən fasilələrlə, ayələr olmaq üzrə onların üstünə tufan, çəyirtkələr, həşəratlar, qurbağalar və qa göndərdik. Yenə də təkəbbür göstərdilər və günahkra bir tayfa oldular.
134 Və bu əzab onların üstünə çökdüyündə, “Ey Musa! Səninlə olan əhdi / verdiyi söz xatirinə bizim üçün Rəbbinə dua et, əgər sən bizdən bu cəzanı götürsən, həqiqətən sənə iman gətirəcəyik. Və həqiqətən İsrail oğullarını səninlə birlikdə göndərəcəyik.” dedilər.
135 Çatacaqları müəəyyən vaxta qədər onlardan cəzanı götürdüyümüzdə, qərhal sözlərindən qaçdılar.
136 Biz də, şübhəsiz ki, ayələrimizi inkar etdikləri və onlardan qəflətdə olduqları üçün onları cəzalandıraraq ədaləti təmin etdik. Və onları bol suda / çayda[xviii] boğduq.
137 Zəifliyə düçar edilən / gücdən salınan tayfanı da bərəkətləndirdiyimiz yerin hər yanına varis təyin etdik. Və beləliklə, Rəbbinin, İsrail oğullarına verdiyi gözəl sözlər,[xix] səbr etdikləri üçün yerinə yetdi. Biz də Firon ilə qövmünün keçmişdən bəri düzəltdikləri sənaye əsərlərini və ucaltmaqda olduqları şeyləri yerlə yeksan etdik.
(39 / 7, Əraf / 103-137)
Nəcm: 78
138,139 Və İsrail oğullarını bol sudan / çaydan[xx] keçirdik. Sonra öz putlarına tapınan bir qövmə rastladılar. Dedilər ki: “Ey Musa! Onların tanrıları olduğu kimi, sən də bizim üçün bir tanrı düzəlt!” Musa dedi ki: “Siz həqiqətən cahillik edən bir qövmsünüz. Bu gördüyünüz camaatın etiqad etdiyi din, yox olmağa məhkumdur və onların etdikləri hər şey batildir.”
140 Musa dedi ki: “O, sizi aləmlərə üstün etdiyi halda, mən sizə Allahdan başqa məbudmu axtarım?”
141 Bir vaxt Biz, sizə əzabın ən pisini edən; oğullarınızı öldürən; oğullarınızın boğazını kəsən; təhsilsiz, təlimsiz saxlayıb savadsız bir kütləyə çevirməklə onları zəiflədən, qadınlarını utanca boğan Firon ailəsinin əlindən sizi xilas etmişdik. Bunda da sizin üçün Rəbbiniz tərəfindən böyük bir imtahan var.
142 Və Musa ilə otuz gecəyə vədələşdik və müddəti bir on gecə ilə tamamladıq. Beləliklə, Rəbbinin təyin etdiyi vaxt tam qırx gecə oldu. Və Musa, qardaşı Haruna, “Qövmümüm içində mənim yerimə keç, islah et və fitnəçilərin yoluna uyma!” dedi.
143 Musa, təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi ona söz dedi. Musa, “Ey Rəbbim! Göstər mənə Özünü, baxım Sənə!” dedi. Rəbbi ona dedi ki: “Məni sən əsla görə bilməzsən, lakin bu dağa bax, əgər o yerində qala bilsə, sən də Məni görəcəksən.” Daha sonra Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi, Musa da huşunu itirerek yerə sərildi. Ayılıb özünə gəldikdə: “Sən pak və uzaqsan, Sənə qayıtdım; tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm.” dedi.
144 Allah dedi ki: “Ey Musa! Vəhylərimlə və kəlamımla səni insanların üzərinə seçdim. İndi sənə verdiyimi götür və özünə verilən nemətlərin əvəzini verənlərdən ol!”
145 Və Biz, onun üçün o lövhələrdə hər şeydən bir nəsihət və hər şey barədə bir təfsilat yazdıq. “Haydı, bunları möhkəm tut,[xxi] qövmünə də əmr elə ki, ən gözəl surətdə tutsunlar. Tezliklə sizə, o haq yoldan çıxanların yurdunu göstərəcəyəm.
146 Yer üzündə, bütün ayələri görsələr də onlara iman gətirməyən, doğru yolu görsələr də o yolu tutub getməyən, azğınlıq yolunu görsələr o yolla gedən, haqsız yerə təkəbbür göstərən bu kəsləri, ayələrimizdən uzaqlaşdıracağam.” –Bunun səbəbi, onların ayələrimizi təkzib etməkləri və onlar barəsində qəflətdə olmaqları; onlara diqqət yetirməmələri, məhəl qoymamalarıdır.–
147 Ayələrimizi və axirətdə qarşılaşmağı inkar edənlərin əməlləri puç oldu. Onlar, etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?
148 Musanın qövmü, Musadan sonra, özlərinin zinət əşyalarını bir yerə yığaraq aldadıcı, cazibəli səsi olan,[xxii] əslində heç bir işə yaramayan bir məbud düzəltdilər; böyük bir sərmayə əmələ gətirərək ona sitayiş etdilər. –Onun özlərinə bir söz demədiyini və bir yol göstərmədiyini görmədilərmi?– Onu düzəltdilər və zalımlardan oldular.
149 Gözlərinin qabağına gəldikdə və haqq yoldan azdıqlarını gördükdə, “Əgər Rəbbimiz bizə mərhəmət etməz və bizi bağışlamazsa, həqiqətən biz böyük bir ziyana uğrayanlardan olacağıq” dedilər.
150 Və Musa, qəzəbli və kədərli halda qövmünün yanına qayıtdıqda, “Məndən sonra mənim üçün nə pis bir xələf / nəsil oldunuz! Rəbbinizin əmrini tezləşdirdinizmi?” dedi. Və lövhələri atdı və qardaşı Harunu özünə çəkərək başından yapışdı. Harun: “Ey anamın oğlu! İnan ki, bu camaat məni aciz qoydu, az qalsın məni öldürəcəkdilər. Buna görə mənə, düşmənləri sevindirəcək bir şey eləmə. Və məni bu zalımlar dəstəsinə tay tutma” dedi.
151 Musa dedi ki: “Rəbbim! Məni və qardaşımı bağışla! Bizi rəhmətinə daxil et. Və Sən, mərhəmət edənlərin ən mərhəmətlisisən.”
152 Şübhəsiz, o qızıla sitayiş edənlərə Rəblərindən bir qəzəb, dünya həyatında bir zillət üz verəcək. Və Biz, iftiraçıları belə cəzalandırarıq.
153 –Pis əməllər işlədikdən sonra dönən kəslər və iman götirənlər üçün də, heç şübhəsiz, Rəbbin bundan sonra yenə də bağışlayan və mərhəmət edəndir.–
154 Qəzəbi Musadan əl çəkdikdə lövhələri götürdü. Onlardakı yazıda da ancaq Rəbləri üçün adam olan kəslər üçün bir hidayət və rəhmət var idi.
155 Və Musa, təyin etdiyimiz vaxt üçün qövmünə yetmiş kişi seçdi. O sarsıntı bunları yaxaladığı vaxt, bax o vaxt Musa “Rəbbim!” dedi, “İstəsəydin bunları da, məni də daha əvvəl dəyişikliyə / məhvə məruz qoyardın. İndi bizi, aramızdakı o səfehlərin etdiklərinə görə dəyişikliyə / məhvə məruzmu qoyacaqsan? O, Sənin, saflaşmağımız üçün oda atmağından başqa bir şey deyil. Sən bu saflaşdırma işində istədiyini azğınlıqda buraxarsan, istədiyinə də yol göstərərsən. Sən bizim yardımçımız, yol göstərən yaxınımızsan. Artıq bizi bağışla, bizə mərhəmət et, Sən bağışlayanların ən xeyirlisisən. Və bizə həm bu dünyada bir yaxşılıq yaz, həm də axirətdə. Biz həqiqətən də Sənə döndük.”
(39 / 7, Əraf / 138-155)
Nəcm: 79
156,157 Allah deyir ki: “Mənim əzabım var; onu istədiyimə toxunduraram, mərhəmətim də var, o isə hər şeyi əhatə etmişdir. Onu xüsusən Allahın mühafizəsi altına daxil olanlara, zəkatını;[xxiii] vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşı işlər görməyi əmr edən və pis əməlləri qadağan edən, təmzi və xoş şeylərə icazə verən, napak, murdar və çirkli şeylərə icazə verməyən, bellərindən ağır yükləri, üstlərindən bağları və zəncirləri götürən, yanlarındakı Tövratda və İncildə yazılmış olduğunu görəcəkləri şəhərli / Məkkəli Peyğəmbərə, o elçiyə tabe olan kəslərə yazacağam. Elə isə, Ona iman gətirən, Ona möhkəm ehtiram göstərən, Ona yardımçı olan və Onunla birgə nazil olan nurun ardınca gedənlər ki var, bax onlar, nicat tapan kəslərin elə özüdür.”
158 De ki: “Ey insanlar! Şübhəsiz mən, göylərin və yerin mülkü Özünə məxsus olan, Özündən başqa heç bir məbud olmayan, həm dirildən, həm öldürən Allahın, sizə, hamınıza göndərdiyi elçiyəm. Elə isə, yönləndirildiyiniz doğru yolu tapmaq üçün Allaha və Onun sözlərinə iman edin, Ümmi; Şəhərli; Məkkəli Peyğəmbər olan Elçisinə iman gətirin və ona tabe olun.”
159 Musanın qövmündən də, haqqı göstərən, haqq və ədalətlə hökm edən bir başçıları olan bir dəstə var.
(39 / 7, Əraf / 156-159)
Nəcm: 80
160 Və Biz onları, hər birinə on iki nəvədən birinin başçılıq etdiyi qəbilələrə böldük. Və qövmü Musadan su istərkən Musaya, “Biliklərini o daş qəlbli qövmünə[xxiv] tətbiq et”[xxv] deyə vəhy etdik. Dərhal o daş qəlbli qövmdən on iki qövm / ölkə xalqı[xxvi] əmələ gəldi. Xalqlardan hər biri haradan su götürəcəyini yaxşıca öyrəndi / işarələdi. Və buludu da üstlərinə kölgə etdik. Onlara qüdrət halvası və bal / bildirçin endirdik; sizə ruzi olaraq verdiyimiz nemətlərin təmizindən yeyin! Onlar Bizə zülm etmədilər, öz-özlərinə zülm edirdilər.
161 Və bir zaman onlara, “Bu şəhərdə sakin olun və oradan istədiyiniz şeyləri yeyin və ‘hittə!’ [günahlarımızı bağışla!] deyinə və təslim olmuş bir halda qapıdan keçin. Biz günahlarınızı bağışlayacağıq, yaxşılar üçün çoxaldacağıq” deyilmişdi.
162 Sonra onların arasından bir dəstə yanlış; öz ziyanına iş görən kəslər, onlara deyilən sözü, başqa bir sözlə dəyişdirdilər. Biz də yanlış; öz ziyanına iş gördükləri üçün onların üstünə göydən bir cəza göndərdik.
(39 / 7, Əraf / 160- 162)
Nəcm: 81
163 Və onlardan, dəniz kənarındakı o şəhəri də soruş. O əsnada onlar, bəndəliyə, yaxşı-yaxşı fikirləşməyə məxsus edilən gündə həddi aşırdılar. Bəndəliyə, yaxşı-yaxşı fikirləşməyə məxsus edilən gündə həddən artıq sıxılırdılar, digər günlərdə isə çox sevincliydilər.[xxvii] Doğru yoldan çıxdıqları üçün Biz onlara bax belə bəla veririk.
(39 / 7, Əraf / 163)
Nəcm: 82
164 Və o zaman onların içindən bir dəstə; başçısı olan bir qrup, “Allahın dəyişikliyə / məhvə məruz qoyacağı və ya şiddətli bir əzabla əzab verəcəyi bir tayfaya nə üçün öyüd verirsiniz?” dedikdə, o xəbərdarlıq edənlər də dedilər ki: “Rəbbiniz qarşısında bir üzrümüz olsun, bunlar da Allahın mühafizəsi altına daxil olsunlar deyə.”
165,166 Nə vaxt ki onlar, özlərinə xəbərdalıq etmək üçün istifadə edilən vasitələrə əhəmiyyət vermədilər, Biz də pis əməllərdən çəkindirənləri xilas etdik, o zalımları isə haqq yoldan çıxdıqları üçün şiddətli / yoxsulluğa salan bir əzabla yaxaladıq. Nə vaxt ki onlar, özlərinə qadağan edilən şeylər barəsində təkəbbür göstərdilər, Biz də onlara, “Zəlil-qovulan kəslər halında meymunlar olun!” dedik.
167 Və o zaman Rəbbin, qiyamət gününə qədər onların üstünə, onları həqiqətən ən pis əzaba məruz qoyacaq kəslər göndərəcəyini bildirdi. Şübhəsiz ki, Rəbbin, tez cəza verəndir. Və həqiqətən O, bəndələrinin günahlarını çox örtən, onları cəzalandırmayan və əfvi bol olan, geniş mərhəmət sahibidir.
168 Və onları yer üzündə başçıları olan bir çox tayfalara ayırdıq. Onların bəziləri doğru kəslər idi, bəziləri isə onlardan aşağı idi. Və Biz, dönsünlər deyə, onları yaxşılıqla və pisliklə sınadıq.
169 Beləliklə, onlardan sonra bir nəsil gələrək onların yerinə keçdi. Kitabın varisi oldular. Onlar bu dünyanın dəyərsiz qazancını alırdılar, “Gələcəkdə bizə məğfirət ediləcək / bizim günahlarımız bağışlanacaq” deyirdilər. Bunun kimi dəyərsiz bir mal onlara gəldikdə, onu da alırdılar. –Allaha qarşı doğrudan başqa şey danışmayacaqları barədə onlardan o kitabın təminatı alınmamışdırmı? Halbuki onda olanı oxuyub öyrənmişdilər. Axirət yurdu, Allahın mühafizəsi altına girən kəslər üçün daha xeyirlidir. Hələ də dərk etmirsinizmi? –
170 Və Kitabdan möhkəm yapışanlara və səlatı saxlayanlara[xxviii] [maddi və yaxud zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumunu təsis edənlərə-davam etdirənlərə] gəldikdə isə, Biz, o sahmana salanların / yaxşılaşdıranların mükafatını itirməyəcəyik.
171 Bir zamanlar o dağ kölgəlik / çətir kimi olduğunda, onlar isə dağın onların üstünə düşəcəyinə inandıqları halda, Biz, onların Ucalarını / ən seçilmişlərini o dağa çəkmişdik / ucaltmışdıq:[xxix] “Allahın mühafizəsi altında olmaq üçün sizə verdiyimizdən möhkəm yapışın və içindəkiləri yadınızdan çıxarmayın!”
(39 / 7, Əraf / 164-171)
Nəcm: 83
172,173 Halbuki sənin Rəbbin, qiyamət günündə, “Biz bunlardan xəbərsizdik” deməyəsiniz yaxud “Bizdən əvvəl əcdadımız şərik qoşmuşdu, biz onlardan sonra gələn nəsillərik, batil əməl işləyənlərin əməlləri üzündən bizi dəyişikliyə / məhvə məruz qoyacaqsanmı?” deməyəsiniz deyə, Adəm oğullarının bellərindən onların nəsillərini çıxarar və onları öz əleyhinə şahid tutar; “Mən sizin Rəbbiniz deyiləmmi?” Deyərlər ki: “Əlbəttə Rəbbimizsən, şahidlik edirik.”
174 Biz, ayələri bax beləcə təfsilatı ilə izah edirik ki, fikirləşsinlər.
(39 / 7, Əraf / 172-174)
Nəcm: 84
175 Ayələrimizi özünə verdiyimiz, sonra onlardan siyrilib çıxan, sonra, şeytanın öz arxasınca apardığı, beləliklə də azğınlardan olan o adamın xəbərini onlara bildir.
176 Və əgər Biz istəsəydik, onu o ayələrlə ucaldardıq, amma o, alçaqlığa batıb qaldı və öz istəyinə uydu. Artıq onun vəziyyəti, üstünə cumsan da dilini salladıb ləhləyən, boşlasan da dilini salladıb ləhləyən köpəyin vəziyyətinə bənzəyir. Bax bu, ayələrimizi təkzib edən qövmün halıdır. Ona görə də sən, bu hekayəti yaxşı-yaxşı danış ki, onlar da yaxşı-yaxşı fikirləşsinlər.
177 Ayələrimizi təkzib edib, ancaq özlərinə zül edən o tayfanın halı necə də pisdir!
178 Allah kimə yol göstərərsə, bax o, yönəldildiyi doğru yolu tapar. Kimi də azdırarsa, bax onlar, ziyana uğrayanların özüdür ki var.
(39 / 7, Əraf / 175-178)
Nəcm: 85
179 Və and olsun ki, tanıdıqlarınızdan-tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törətdik, artırdıq; onların qəlbləri var, onunla anlamazlar. Gözləri var, onunla görməzlər. Qulaqları var, onunla eşitməzlər. Bax onlar, dörd ayaqlı heyvanlar kimidir. Hətta daha da azğındırlar. Bax onlar, qafillərin özüdür ki var.
180 Və ən gözəl adlar Allahındır. Elə isə, Onu onlarla çağırın. Onun adları barəsində doğru yoldan çıxanları da tərk edin. Onlar, işləməkdə olduqları əməlin əvəzini tezliklə görəcəklər.
181 Yenə bizim əmələ gətirdiklərimizdən, haqqa yönlədən, haqq və ədalətlə hökm verən bir tayfa var.
182 Və ayələrimizi yalan sayanları, özlərinin bilməyəcəkləri bir istiqamətdən, tədircən, yavaş yavaş dəyişikliyə / məhvə yaxınlaşdıracağıq.
183 Mən onlara möhlət də verərəm. Həqiqətən, Mənim planım çox möhkəmdir.
184 Və onlar yoldaşlarında heç bir dəlilik / cinlilik olmadığını fikirləşmədilərmi? O, ancaq açıq-aşkar xəbərdarlıq edəndi.
185 Və onlar göylərin və yerin mülkünə və idarəsinə, Allahın əmələ gətirdiyi hər hansı bir şeyə və əcəllərinin həqiqətən yaxınlaşmış olduğu ehtimalına heç baxmadılarmı? Artıq bundan sonra hansı sözə inanacaqlar?
186 Allah, kimi azdırsa, artıq ona yol göstərə biləcən olmaz. Və O, bunları azğınlıq içərisində şaşqın bir vəziyyətdə qoyar.
(39 / 7, Əraf / 179-186)
Nəcm: 86
187 Sənə, Saat; qiyamətin qopacağı an barəsində sual verirlər: “Nə zaman gəlib çatacaq?” De ki: “Onun bilgisi ancaq Rəbbimin yanındadır. Onun vaxtını Özündən başqası bildirə bilməz. Onun vaxtını bilmək, göylərdə və yerdə ağır gəlmişdir / bilinməsi mümkün olmayan olmuşdur. O, sizə qəflətən gələcək.” Onu səndən soruşurlar, elə bil ki, sən onu çox yaxşı bilirsən. De ki: “Onun bilgisi Allahın yanındadır. Fəqət insanların çoxu bilmir.”
188 De ki: “Mən özüm üçün Allahın istədiyindən başqa nə bir fayda əldə etməyə, nə bir zərərin qarşısını almağa qadirəm. Əgər mən görülməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi bilsəydim, əlbəttə xeyiri çoxaltmaq istəyərdim. Və mənə heç bir pislik toxunmamışdır. Mən ancaq xəbərdarlıq edən və iman gətirən bir qövm üçün müjdə verənəm.”
(39 / 7, Əraf / 187-188)
Nəcm: 87
189 O, sizi bir candan əmələ gətirdi və ondan da, onunla ünsiyyət bağlasın deyə zövcəsini yaratdı. O, onu örtüb bürüyən zaman, o yüngül bir yüklə yükləndi. Və onunla gedib-gəldi. Qadın ağırlaşdığında, dərhal o ikisi Rəblərinə dua etdilər: “Əgər bizə sağlam bir uşaq versən, and olsun ki, mütləq əvəzini verənlərdən olarıq.”
190 O ikisinə sağlam bir uşaq verdikdə, o ikisinə verdiyi şey barəsində Ona şəriklər qoşdular. Allah, onların şərik qoşduğu şeylərdən pakdır, ucadır.
191 Heç bir şey əmələ gətirməyən və özləri də əmələ gətirilmiş olan şeylərimi şərik qoşurlar?
192 Halbuki bunların, sitayiş edənlərə yardıma gücü çatmaz. Öz nəfslərinə də yardım edə bilməzlər.
193 Əgər siz onları doğru yola səsləsəniz, sizə tabe olmazlar. Onları səsləsəniz də, səsləməyib sussanız da sizin üçün heç fərqi yoxdur.
194 Allahın altındakılardan yalvardığınız kəslə, eynən sizin kimi bəndələrdir. Əgər doğruçulardansınızsa, haydı, onları səsləyin ki sizə cavab versinlər.
195 Məgər onların özləriylə birlikdə yeriyən ayaqları, tutan əlləri, görən gözləri ya da eşidən qulaqlarmı var? De ki: “Çağırın şəriklərinizi, sonra mənə hiylə qurun və mənə möhlət də verməyin.
196 Şübhəsiz ki, mənim himayədarım [yol göstərənim, yardım edənim, qoruyanım], o kitabı nazil edən Allahdır. Və O, doğru kəslərə himayədar [yol göstərən, yardım edən, qoruyan] olar.
197 Onun altındakılardan, sizin sitayiş etdiyiniz kəslər isə sizə yardım etməyə qadir deyillər, öz nəfslərinə də yardım edə bilməzlər.
198 Siz onları doğru yola səsləsəniz də, eşitməzlər. Və onları sənə baxan görürsən, halbuki onlar görməzlər.”
(39 / 7, Əraf / 189-198)
Nəcm: 88
199 Sən əfvi / malın artığını götür, “ürf”ə [Quran ayələri qrupuna] uyğun əmrlər ver və cahillərdən də uzaqlaş.
200 Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, dərhal Allaha pənah apar. Həqiqətən O, ən yaxşı ediən, ən yaxşı biləndir.
201,202 Öz qardaşları onları azğınlığa çəkdiyi və buraxmadığı halda, şübhəsiz Allahın mühafizəsi altına daxil olan bu kəslər, onlara şeytanın vəsvəsəsi, qaranlıq bir şübhə, əl çəkməyən bir tufan toxunduqda, yada salar / fikirləşərlər. Sonra bir də görərsən ki, onlar görüb-biliblər!
203 Onlara bir ayə gətirmədiyin zaman, “Nə olardı, özündən uyduraydın” deyərlər. De ki: “Mən ancaq Rəbbimdən mənə nə vhəy edilsə, ona tabe oluram.” Bax bu Quran, Rəbbinizdən gələn, qəlb gözünü açacaq sözlərdir, iman gətirən bir camaat üçün bir yol göstərən və bir mərhəmətdir.
204 Və sizə rəhm olunması üçün, Quran öyrənildiyi-öyrətildiyi zaman, dərhal ona qulaq asın və susun.
205 Və həmişə öz daxilində, qorxaraq və acizanə, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma!
206 Şübhəsiz ki, Rəbbini yaxşı tanıyan kəslər, Allaha bəndəlik etməkdə təkəbbür göstərməzlər, Onu bütün nöqsanlıqlardan pak tutar və yalnız Ona boyun əyib təslim olarlar.
(39 / 7, Əraf / 199-206)
[i] Bax: 8 nömrǝli qeyd.
[ii] Bax: 56 nömrǝli qeyd.
[iii] Ayǝnin orjinalında işlǝdilǝn Adǝm sözü, “Rǝsmi Müshǝf”ǝ görǝ Sad / 72, Hicr / 29, Sǝcdǝ / 9 vǝ Bǝqǝrǝ / 31 nömrǝli ayǝlǝrdǝ dǝ açıq-aşkar görüldüyü kimi, “mǝlumatlandırılan, ilk vǝhyi alan insanı, ilk elçini” tǝmsil etmǝkdǝdir. Adǝmǝ gǝlǝn vǝhylǝr bu nǝcmdǝ vǝ Bǝqǝrǝ surǝsinin 37-39-cu ayǝlǝrindǝ (403 nömrǝli nǝcmdǝ) açıqca qeyd olunmuşdur.
[iv] Bax: 39 nömrǝli qeyd.
[v] Burada işlǝdilǝn şǝcǝr [mürǝkkǝb, çǝkişmǝ mǝnbǝyi] vǝ vǝrǝqül-cǝnnǝt [cǝnnǝt yarpaqları] ibarǝlǝri “mal vǝ pul” mǝnasına gǝlir. Daha ǝtraflı mǝlumat üçün “Tǝbyinül-Quran”a baxınız.
Qissǝnin nǝql edildiyi ayǝlǝrdǝki sözlǝrin vǝ ibarǝlǝrin hǝqiqi mǝnaları onu göstǝrir ki, Allah insanın mal ehtirasından uzaq olmasını istǝdiyi üçün, Adǝmǝ vǝ onun zövcǝsinǝ mal düşkünü olmağı qadağan edir, İblis dǝ Adǝmi vǝ onun zövcǝsini mal ilǝ aldadır.
Göründüyü kimi, ayǝdǝki sözlǝr tam mǝnasıyla hǝyatın gerçǝkliklǝrini ǝks etdirmǝkdǝdir. Adǝm vǝ onun zövcǝsinin nemǝtlǝrin dadına baxdıqdan sonra onlara ǝsir olmasına vǝ mübtǝlası olduqları bu nemǝtlǝrdǝn ayrılmaq istǝmǝmǝlǝrinǝ bu gün dǝ rast gǝlirik. Müvǝqqǝti dünya hǝyatının bǝr-bǝzǝklǝrinin hamısına sahib olan yaxud olmaq istǝyǝn, istifadǝ etdiklǝri bu bǝr-bǝzǝklǝri öz üstünǝ yapışdıran, bǝr-bǝzǝk yığan insanlar da az deyil. Elǝ isǝ, Rǝbbimizin sözlǝri qǝtiyyǝn bir nağıl kimi başa düşülmǝmǝli vǝ bilinmǝlidir ki, “bir insanın, ona ilham edilǝn günahı İblisin tǝsiri altında büruzǝ vermǝsi” şǝklindǝ meydana çıxan mǝnfi davranışların kökü Adǝmǝ vǝ onun zövcǝsinǝ qǝdǝr gedib çıxmaqdadır.
[vi] Burada tǝmsili bir hekayǝ var vǝ Rǝbbimiz, insanın maddǝ vǝ mǝnǝvi varlığını, zǝif nöqtǝlǝrini bir teatr sǝhnǝsi kimi canlandıraraq nǝql etmǝkdǝdir. Bu hadisǝ qǝtiyyǝn keçmişdǝ olub-keçǝn bir hadisǝ deyil, hǝr insanın şǝxsindǝ cǝrǝyan etmǝkdǝ olan hadisǝdir.
[vii] Mǝscid; “sǝcǝdǝ, yǝscüdü” felinin mimli mǝsdǝri [yer adı] olub, “sǝcdǝ edilǝn / etdirilǝn yer” mǝnasına gǝlir. Bunun, bu gün qılınan namazlardakı sǝcdǝ yeri ilǝ bir ǝlaqǝsi yoxdur. Bu söz, “başqa cür düşünǝn vǝ hǝrǝkǝt edǝn kǝslǝrin inandırıldıqları, hǝqiqǝtǝ boyun ǝydirildiklǝri yer, bu kǝslǝrin tǝslim olaraq hǝqiqǝtǝ boyun ǝydiklǝri yer”, xülasǝ “tǝlim-tǝrbiyǝ yeri, başa salma” yeri mǝnasına gǝlir.
[viii] Əshabı-ǝraf “bu dünyada Quran haqqında az da olsa mǝlumat sahibi olan, Quran nǝcmlǝrini bilǝn kǝslǝrǝ” deyilir.
Bu şǝxslǝr, Quran barǝsindǝ malik olduqları biliklǝr sayǝsindǝ kimin cǝnnǝtlik, kimin cǝhǝnnǝmlik olduğunu bilǝ bilǝrlǝr. Fikrimizcǝ, Qurandan ǝn az 10 nǝcm öyrǝnǝn şǝxslǝr, ictimai elmlǝrdǝn başqa birinǝ vǝ tǝhsilǝ ehtiyac duymadan, insanların hǝyat tǝrzlǝrinǝ baxaraq cǝnnǝtliklǝrlǝ cǝhǝnnǝmliklǝri bir-birindǝn ayıra bilǝrlǝr.
[ix] Texniki vǝ semantik baxımdan 46-49 nömrǝli ayǝlǝr “Rǝsmi Müshǝf”dǝki 50-51 nömrǝli ayǝlǝrdǝn sonra verilmişdir.
[x] Bax: 37 vǝ 52 nömrǝli qeydlǝr.
[xi] Bax: 22 nömrǝli qeyd.
[xii] Namaz sözü hind dilindǝn fars dilinǝ, fars dilindǝn dǝ Sǝlcuqlular dövründǝ türk dilinǝ keçmişdir. Fars dilindǝki ilk mǝnası “odun qarşısında ehtiramla ǝyilmǝk” demǝkdir. Sanskrit dilindǝ “ehtiram göstǝrmǝk” mǝnasına gǝlǝn namaste sözünün fars dilinǝ keçǝn şǝkli olduğu ehtimal edilir. Namaste sözü isǝ ehtimal ki, “salam vermǝk” mǝnasına gǝlǝn nam sözündǝn ǝmǝlǝ gǝlmişdir. Hǝm nam [salamlamaq], hǝm dǝ namaste [ehtiram göstǝrmǝk], müasir hind mǝdǝniyyǝtindǝ dǝ gördüyümüz kimi, ǝyilǝrǝk icra edilir. Namaz sözünün fars dilindǝki “ǝyilǝrǝk ehtiramla dua etmǝk” mǝnası ǝrǝb dilindǝ vǝ Quranda ǝd-duau bit-tǝzǝrru [alçala-alçala, davamlı surǝtdǝ alçalaraq yalvarmaq] şǝklindǝ ifadǝ edilir.
Ayǝnin orjinalındaki tǝzǝrruan ifadǝsinin kök mǝnası “zillǝt vǝ tǝvazö göstǝrmǝk”dir. Qǝlibi vǝ cümlǝdǝki yeri etibarıyla “zillǝt üstündǝn zillǝt” [alçala-alçala] mǝnasına gǝlir. Ayǝdǝn dǝ açıqca başa düşülür ki, bu ibadǝtin şǝkil etibarıyla dǝqiqlǝşmiş bir qaydası yoxdur. Mömin şǝxs, öz Rǝbbi qarşısında alçalmağı öz könlündǝn keçǝn şǝkildǝ göstǝrir. Namazda rükǝt, üzünü qiblǝyǝ çevirmǝk, dǝstǝmaz almaq, örtünmǝk, müǝyyǝn ayǝlǝri vǝ duaları oxumaq kimi şǝrtlǝr dǝ yoxdur. Bunlar sonradan tǝtbiq edilmişdir. Xülasǝ, namaz “qǝlbin vǝ bǝdǝnin Allaha niyazı” kimi başa düşülmǝlidir.
Ayǝnin orjinalında, vav bağlayıcı ilǝ cümlǝdǝ ikinci hal mövqeyindǝ olan xufyǝtǝn sözü xfv kökündǝn ǝmǝlǝ gǝlmişdir. Bu söz iki zidd mǝnanı özündǝ birlǝşdirir, yǝni “açıqca göstǝrǝrǝk, par-par parladaraq” vǝ “gizlǝyǝrǝk” mǝnalarını verir. Elǝ isǝ, ayǝdǝn iki mǝna çıxarmaq vǝ bu ibadǝt hǝr iki halda yerinǝ yetirilmǝlidir.
[xiii] Bax: 63 vǝ 83 nömrǝli qeydlǝr.
[xiv] Klassik mǝnbǝlǝrǝ görǝ, ǝsa sözünün ǝsl mǝnası “yığılıb saxlanan, möhkǝm tutulan” demǝkdir. Bu mǝnası ilǝ tam şǝkildǝ “Quran” sözünü dǝ ǝvǝz edir. Əl ağacına ǝsa deyilmǝsinin sǝbǝbi, ancaq ǝl vǝ barmaqların ǝl ağacının üstündǝ toplanması deyil, hǝm dǝ “söykǝnmǝk, yarpaq silkǝlǝmǝk, silah kimi, bir yeri qazmaq, eşǝlǝmǝk mǝqsǝdilǝ işlǝtmǝk kimi bir çox faydanı da özündǝ toplaması”dır.
Bu sözü Musaya aid etdikdǝ, “Musanın yığdığı, Musanın möhkǝm tutduğu” mǝnasını verir. Bu mǝna isǝ, ayǝlǝrdǝn dǝ başa düşüldüyü kimi, “Musaya göndǝrilǝn vǝhylǝri vǝ Musanın öz tǝcrübǝlǝrini, biliklǝrini” ifadǝ edir. Musanın ǝsasının nǝ olduğu açıqca ifadǝ edilmişdir. Bǝqǝrǝ / 63, 93; Əraf / 145, 171; Mǝryǝm / 12 nömrǝli ayǝlǝrdǝn dǝ başa düşülür ki, “möhkǝm tutulan şey” ǝslindǝ “kitab / ilahi vǝhylǝrdir”. Bundan ǝlavǝ, 181 nömrǝli nǝcmdǝ dǝ görürük ki, Yunus surǝsindǝ Rǝbbimiz belǝ buyurur:
Nǝhayǝt, tǝsirli söz söylǝyǝn alimlǝr gǝldikdǝ, Musa onlara “Nǝ atacaqsınız, atın!” dedi. Onlar meydana atdıqda, Musa dedi: “Sizin gǝtirdiyiniz şey göz boyamaqdır / yalandır. Şübǝsiz ki, Allah onun boş vǝ ǝsassız olduğunu meydana çıxaracaq. Şübhǝ yoxdur ki, Allah fitnǝ-fǝsadçıların işini düzǝltmǝz. Vǝ Allah, günahkarların xoşuna gǝlmǝsǝ dǝ, haqqı, Öz kǝlmǝlǝri ilǝ meydana çıxarıb bǝrqǝrar edǝcǝkdir.” dedi.
Buradan da açıqca görünür ki, sehrbazlar ǝl ağacıyla yox, “Allahın kǝlmǝlǝri ilǝ” mǝğlub edilmişdir.
Əsa sözü Quranda 6 dǝfǝ işlǝdilmişdir. Bunlardan Taha surǝsinin 18-ci ayǝsindǝki ǝsa “çoban ǝsası”, yǝni dǝyǝnǝkdir. Rǝbbimiz ilk vǝhy anında Musanın ǝlindǝn bu ǝsanı salmışdır. Digǝr yerlǝrdǝ isǝ ǝsa sözünün mǝnası “Musanın vǝhylǝrdǝn vǝ tǝcrübǝlǝrdǝn öyrǝndiyi biliklǝr” demǝkdir. Musanın Firona qarşı işlǝtdiyi, sudan keçmǝk, daşürǝkli İsrail oğullarını adam etmǝk mǝqsǝdiylǝ istifadǝ etdiyi ǝsa “Musanın biliklǝri vǝ tǝcrübǝsi”dir, yǝni ona vǝhy edilǝn vǝ o vaxta qǝdǝr öyrǝndiyi şeylǝr, qazandığı tǝcrübǝlǝrdir.
[xv] Sü’ban sözü “su vǝ qan axmaq” mǝnasına gǝlǝn sǝab sözündǝn ǝmǝlǝ gǝlmişdir. Vadidǝ sel yatağının qıvrım-qıvrım olması, yarın uzun saçlarının qıvrım-qıvrım olması şairlǝr tǝrǝfindǝn bu sözlǝ ifadǝ edilmişdir. Sü’ban bu sözün cǝm halıdır. Sü’ban sözü tǝk halda “uzun, güclü, siçovul ovlayan ilan” mǝnasında da işlǝdilir.
Demǝli, sü’ban sözünün ǝsl mǝnası “selin, qabağına çıxan hǝr şeyi sürüyüb götürmǝsi” demǝkdir. Siçovulları ovlayaraq udan ilana bu adın verilmǝsinin sǝbǝbi dǝ, ilanın şǝkli, uzunluğu vǝ qıvrılması ilǝ selǝ oxşaması vǝ qarşısına çıxan siçovulu udmasıdır. Musanın bilik vǝ tǝcrübǝlǝrinin buna oxşadılması isǝ, ilahi vǝhyin, bütün bǝşǝri planları vǝ hilǝlǝri / batil şeylǝri yox edǝrǝk udması sǝbǝbindǝndir.
[xvi] Yǝdi-bǝyza tamlamasında, ǝsasǝn “ǝl” kimi tǝrcümǝ edilǝn yǝd sözü mǝcazi olaraq “qüvvǝt, var-dövlǝt, iqtidar, sǝltǝnǝt, nemǝt, yay, ǝllǝ görülǝn bütün işlǝr” kimi mǝnalarda da işlǝdilir.
Burada deyilǝn güc, digǝr ayǝlǝrdǝ, “Rǝsmi Müshǝf”ǝ görǝ Nǝml / 12, Qǝsǝs / 32 nömrǝli ayǝlǝrdǝ “cibindǝki / qoynundakı güc” kimi tǝrif edilmişdir vǝ bu güc dǝ Harundur.
Bǝyza sözü bǝyaz [ağ] sözüylǝ eyni kökdǝn ǝmǝlǝ gǝlmişdir. Başlıca lüğǝt kitablarında bu söz barǝsindǝ aşağıdakı mǝlumatlar yer alır:
“Bu sözün ǝsli yumurta demǝkdir. Bǝyaz sözü dǝ “yumurta rǝngindǝn” mǝnasına gǝlir. Bu sözün bǝyza forması, “hǝddǝn artıq bǝyaz, parlaq” mǝnasını verir. Günǝşǝ, ağ üzündǝ lǝkǝsi olmayan qadına, üstündǝ heç bitki olmayan torpağa, qǝmǝri ayların 14-15-ci gecǝlǝrdǝki halına bǝyza deyilir. Yǝdi-bǝyza tamlaması “isbatlanmış, dǝlil” demǝkdir.”
Bu izahlara görǝ, söz “ağappaq” mǝnasına gǝlir ki, bu da mükǝmmǝlliyin vǝ qüsursuzluğun mǝcazi ifadǝsidir.
Ayǝdǝ adı çǝkilǝn “gücün”, onu görǝnlǝrǝ ağappaq [qüsursuz, mükǝmmǝl] görünmǝsi isǝ Harunun ifadǝ vǝ xitabǝt qabilliyǝtinin mükǝmmǝl olması sǝbǝbindǝndir. Ayǝlǝrdǝn dǝ başa düşülür ki, ivrit dilini yaxşı bilmǝdiyinǝ, yaxud dilindǝ bir problem olduğuna görǝ Musa peyğǝmbǝrin xitabǝt qabiliyyǝti zǝif olmuşdur. Musanın bu qüsuru, qardaşı Harunun ona vǝzir, katib, sözçü olaraq verilmǝsiylǝ aradan qaldırılmışdır. Bu mǝsǝlǝ Taha surǝsindǝ açıq-aşkar nǝql edilmişdir.
[xvii] Sehr “hǝr hansı bir şeyi, göz aldatmacası, ǝl hǝrǝkǝtlǝri yaxud başqa üsullarla olduğundan fǝrqli göstǝrmǝk” mǝnasına gǝlir, ancaq o demǝk deyil ki, hǝmişǝ “göz aldatmacası” mǝnasında işlǝdilir. Mǝsǝlǝn, bir konfransda maraqlı bir çıxış barǝsindǝ “dinlǝyicilǝri sehrlǝdi, heyran etdi” demǝk mümkündür. Bu sǝbǝbdǝn, sehrbaz sözünü burada “heyranedici, nüfuzlu alim” kimi verdik.
[xviii] Ayǝnin orjinalında işlǝdilǝn yemm sözü “bǝhr / bol su” demǝkdir. Leys bu sözü belǝ izah etmişdir: “Dǝrinliyi vǝ sahili bilinmǝyǝn dǝniz”. Ancaq Quranda Taha surǝsinin 39 nömrǝli ayǝsindǝ, Musanın anasına uşağı “yemm”ǝ atması vǝhy edildiyi vǝ Musanın içindǝ olduğu sandığın “yemm”dǝn sahilǝ atıldığının açıqca ifadǝ edildiyi nǝzǝrǝ alındıqda, yemm sözünün yuxarıdakı izahı doğru qǝbul edilǝ bilmǝz. Çünkü Musa Nil çayına atılmış vǝ onun sandığı çayın kǝnarına yaxınlaşmışdır.
Bu sözün ǝrǝb dilinǝ Suriya dilindǝn keçdiyi dǝ deyilir.
Bibliyadakı bu sözün ivrit dilindǝn ingilis dilinǝ bǝzǝn “red sea” [qırmızı dǝniz], bǝzǝn isǝ “reed sea” [qamış dǝnizi, qarğı dǝnizi] kimi tǝrcümǝ edilmǝsi dǝ diqqǝti cǝlb etmǝkdǝdir.
Eyni söz Əraf / 136; Taha / 39 (iki dǝfǝ), 78, 97; Qǝsǝs / 7, 40 vǝ Zariyat / 40 nömrǝli ayǝlǝrdǝ dǝ işlǝnmişdir.
Musanın ailǝsinin vǝ Fironun yaşadığı yerlǝr nǝzǝrǝ alındıqda, Musayla bağlı hissǝlǝrdǝ işlǝdilǝn bǝhr vǝ yemm sözlǝrini “bol su / çay” kimi tǝrcümǝ etmǝk lazım gǝlir. Bu ayǝlǝrǝ baxdıqda, Fironun da dǝnizdǝ / Qırmızı dǝnizdǝ deyil, Musanın çağa olarkǝn atıldığı suda boğulduğu qǝti surǝtdǝ başa düşülmǝkdǝdir.
[xix] Ayǝdǝki gözǝl söz “Rǝsmi Müshǝf”ǝ görǝ Qǝsǝs / 5-6, Maidǝ / 21 vǝ Duxan / 25-28 nömrǝli ayǝlǝrdǝ verilmişdir.
[xx] Bǝhr sözünün mǝnası belǝdir: “çox miqdarda şirin yaxud duzlu su”. Bu söz, “quru” sözünün ǝks mǝnalısıdır. Bu sözün ǝsli “yarmaq”dır. Qurunu yardığı üçün suya bu ad verilmişdir. Qǝdim ǝrǝb şeirlǝrindǝ dǝ Fǝrat çayından bǝhs edǝrkǝn bǝhr sözü işlǝdilmişdir. Böyük duzlu sulara [dǝnizlǝrǝ] bǝhr deyildiyinǝ daha çox rastlanır.
Yenǝ Musanın ailǝsinin vǝ Fironun yaşadığı şǝhǝr nǝzǝrǝ alındıqda, buradakı bǝhr sözüylǝ Nil çayının ifadǝ edildiyini başa düşmǝk olar.
Bǝhr sözü Musayla ǝlaqǝdar ayǝlǝrdǝ (“Rǝsmi Müshǝf”ǝ görǝ: Bǝqǝrǝ / 50, Əraf / 138, Yunus / 90, Taha / 77, Şuǝra / 63 vǝ Duxan / 24) işlǝnmişdir.
[xxi] Bu hissǝdǝ Musanın ǝsasının nǝ olduğu açıqca izah edilmişdir. 107 nömrǝli qeyddǝ dǝ izah edildiyi kimi, ǝl ağacına ǝsa deyilmǝsinin sǝbǝbi “barmaqların ǝl ağacını möhkǝm tutması, onun üstündǝ toplaşmasıdır”. Burada möhkǝm tutulan şeylǝrin nǝlǝrdǝn ibarǝt olduğu uzun-uzadı izah edilmişdir. “Rǝsmi Müshǝf”ǝ görǝ Bǝqǝrǝ / 63, 93; Əraf / 145, 171; Mǝryǝm / 12 nömrǝli ayǝlǝrdǝn dǝ açıqca aydın olur ki, “möhkǝm tutulan” şey kitab / ilahi vǝhydir.
[xxii] Ayǝnin orjinalındakı sözlǝrin “hǝqiqi” mǝnası belǝdir: “Bir buzov; böyürtüsü [cazibǝdar, aldadıcı sǝsi] olan bir cǝsǝd hazırlamışdılar.” Biz mealda mǝcazi mǝnalarını tǝqdim etdik. Burada izah edilǝn mǝsǝlǝ, İsrail oğullarının qızılın cazibǝsinǝ qapılaraq, qızılı özlǝrinǝ mǝbud etmǝsidir. Bunu Taha vǝ Bǝqǝrǝ surǝlǝrindǝ dǝ görǝcǝyik. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
[xxiii] Müzzǝmmil surǝsinin 20-ci ayǝsindǝ (Nǝcm 13) rast gǝlsǝ dǝ, nazil olma ardıcıllığına görǝ Quranda zǝkat sözü ilk dǝfǝ burada işlǝnmişdir. Bu sǝbǝbdǝn, zǝkat barǝsindǝ qısa mǝlumat vermǝyi mǝqsǝdǝuyğun gördük. Zǝkat sözü “tǝmizlik, artıb çoxalmaq, bolluq vǝ tǝrif” mǝnalarına gǝlir. Quranda bu sözün fel forması bu mǝnaların hamısında işlǝdilmişdir. Əz-zǝkat forması malın tǝmizlǝnmǝsinǝ, malın içindǝn yoxsullara, kimsǝsizlǝrǝ vǝ digǝr haq sahiblǝrinǝ mǝxsus olan haqların çıxarılıb özlǝrinǝ verilmǝsinǝ deyilir. Yǝni: “Mömünlǝrin dövlǝtindǝ, dövlǝtin var olması, varlığını davam etdirmǝsi, sǝlatın yerinǝ yetirilmǝsi (maddi vǝ mǝnǝvi dǝstǝyin, ǝmin-amanlığın tǝmin edilmǝsi) mǝqsǝdiylǝ mömünlǝrin iman borcu, bǝndǝlik vǝzifǝsi olaraq verdiyi vergiyǝ” deyilir. Biz bu gün buna qısaca “vergi” deyirik. Ancaq bu vergi, sǝdǝqǝ kimi adi bir vergi deyil, islami çǝrçivǝdǝ müǝyyǝn edilǝn, verilǝn vǝ xǝrclǝnǝn bir vergidir. Qurana görǝ, vergi vermǝyin vaxtı, qazancın ǝldǝ edildiyi andır.
[xxiv] Daha ǝvvǝlki ayǝlǝrdǝ gördük ki, ǝsa ǝslindǝ “Musanın bilik vǝ tǝcrübǝlǝridir”. Burada isǝ Musanın öz bilik vǝ tǝcrübǝsini işlǝtdiyi “daş” ifadǝsinǝ nǝzǝr yetirǝk. Bildiyimiz kimi “daş” sǝrtliyin, qatılığın simvoludur. Rǝbbimiz, İsrail oğullarının qǝlblǝrinin daş kimi, hǝtta daha da qatı olduğunu bildirmişdir. Yǝni burada daş sözüylǝ ǝslindǝ “daşürǝkli İsrail oğulları” nǝzǝrdǝ tutulmuşdur. Bu mǝsǝlǝni “Rǝsmi Müshǝf”ǝ görǝ Bǝqǝrǝ surǝsinin 74 nömrǝli ayǝsindǝ görürük.
[xxv] Zǝrb sözünün “hǝqiqi” mǝnası “bir şeyin üstündǝ bir şey ǝmǝlǝ gǝtirmǝk” demǝkdir. Bu mǝna ǝsas qǝbul edilǝrǝk, zǝrb sözü “vurmaq, çırpmaq, yarmaq, sıxışdırmaq, yola çıxmaq, qǝlbin atması, nǝbzin vurması, misal çǝkmǝk” vǝ sair kimi yüzlǝrlǝ mǝnada işlǝdilmişdir. “Tǝbyinül-Quran”da Sad surǝsindǝ Əyyub peyğǝmbǝrdǝn danışılan hissǝdǝ bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir. Bu söz burada hǝqiqi mǝnasında, yǝni “bir şeyin üstündǝ bir şey ǝmǝlǝ gǝtirmǝk” mǝnasında işlǝdilmişdir.
[xxvi] Bu ayǝdǝki eyn sözünǝ qǝdim lüğǝtlǝrdǝ “görmǝk, göz, günǝş, çeşmǝ, yağış, mal, qızıl, insan, hǝyat, camaat, ölkǝ xalqı” kimi yüzdǝn çox mǝna verilmişdir. Ancaq bu söz nǝdǝnsǝ hǝmişǝ “çeşmǝ” kimi tǝrcümǝ edilmişdir. Halbuki, Musa peyğǝmbǝrdǝn bǝhs edilǝn hissǝdǝ eyn sözünün “camaat, ölkǝ xalqı” mǝnasına üstünlük vermǝk lazım idi. Bu sözü belǝ başa düşmǝk lazım gǝldiyini Rǝbbimiz, ayǝnin ǝvvǝlindǝ “Vǝ Biz onları, hǝr birinǝ on iki nǝvǝdǝn birinin başçılıq etdiyi qǝbilǝlǝrǝ böldük” ifadǝsiylǝ bizǝ göstǝrmişdir.
Eyni şeyi Maidǝ surǝsinin 12 nömrǝli ayǝsindǝ dǝ görürük.
İsrail oğullarının on iki grupa / qǝbilǝyǝ bölünmǝsi vǝ hǝr birinǝ bir nǝfǝrin başçılıq etmǝsini Bibliya da (Saylar Kitabı, 1-ci bab, 1-16-cı cümlǝlǝr) tǝsdiqlǝmǝkdǝdir.
Bu ayǝdǝki “Biliklǝrini o daş qǝlbli qövmünǝ tǝtbiq et” cümlǝsinin dǝ üstündǝ dayanmaq lazımdır. Müxtǝlif ayǝlǝrdǝki “vǝ qövmü Musadan su istǝrkǝn”, “xalqlardan hǝr biri haradan su götürǝcǝyini yaxşıca öyrǝndi”, “vǝ bir zamanlar Musa, öz qövmü üçün su istǝdikdǝ” ifadǝlǝrindǝn dǝ açıq-aşkar başa düşüldüyü kimi, Musanın qövmü sudan ǝziyyǝt çǝkmiş, su üzündǝn onların arasında problemlǝr olmuşdu. O zaman Rǝbbimiz Musaya biliklǝrindǝn / tǝcrübǝsindǝn istifadǝ etmǝyi vǝhy etmişdir.
Su qıtlığının nǝlǝrǝ sǝbǝb ola bilǝcǝyini Musa ondan ǝvvǝl Misirdǝn qaçaraq Mǝdyǝnǝ gedǝrkǝn, Mǝdyǝn suyunun başında tǝcrübǝdǝn keçirmişdi. Bu mövzu “Rǝsmi Müshaf”a görǝ Qǝsǝs surǝsinin 23-25 nömrǝli ayǝlǝrindǝ (Nǝcm 150) ǝtraflı izah edilmişdir.
Buradan başa düşülür ki, Musa, bu qeder xalqın birgǝ yaşamasının problemlǝrǝ sǝbǝb olacağını düşünǝrǝk, İsrail oğullarını on iki yere bölmüş, on iki cǝmiyyǝt halına gǝtirmişdir. Susuzluq problemini dǝ bu şǝkildǝ hǝll etmişdir. Bilindiyi kimi, yaşayış mǝntǝqǝlǝri hǝmişǝ su başında, çay kǝnarında salınır.
[xxvii] Ayǝnin orjinalındakı hut, hitan sözü klassik mǝnada “balıq” kimi başa düşülür. Doymaq hissinǝ malik olmadığına vǝ hǝddǝn artıq yeyǝrǝk çatladığına görǝ, balığa hut deyilmişdir. Burada hut sözüylǝ nǝzǝrdǝ tutulan mǝna, “doymaq bilmǝmǝk, tǝtmin olmamaq sǝbǝbindǝn meydana gǝlǝn darlıq” demǝkdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
[xxviii] Quranda sǝlat saxlamaqla [iqamǝ etmǝklǝ] bağlı ǝmr vǝ xǝbǝr cümlǝlǝri, ümumiyyǝtlǝ belǝ tǝrcümǝ edilmişdir: “namazı düzgün qılın, namazı lazımınca qılın”. Sözlǝrin mǝnalarına görǝ apardığımız tǝhlil isǝ göstǝrir ki, bu tǝrcümǝlǝr ǝslindǝ cümlǝnin mǝnasını tam ǝks etdirmir, hǝtta yanlış ǝks etdirir.
İqam sözü “oturmaq” felinin ǝks mǝnalısı olan qıyam sözünün ef’al babında mǝsdǝr formasıdır. Lüğǝtlǝrdǝ sözün bu formasının mǝnası belǝ göstǝrilmişdir: “ayağa qaldırmaq, ayaq üstünǝ qoymaq, ayaq üstündǝ saxlamaq”.
Bu mǝnalar nǝzǝrǝ alındıqda, iqamis-sǝlat tamamlamasının mǝnası belǝ olmalıdır: “zehni vǝ maddi yardım vǝ dǝstǝklǝ problemlǝrin hǝll edilmǝsi işlǝrini yerinǝ yetirmǝk vǝ bu işlǝri davam etdirmǝk, yǝni bu işlǝri ayaq üstündǝ saxlamaq, bu işlǝri yerinǝ yetirmǝk mǝqsǝdiylǝ tǝşkilatlanmaq”. Daha da konkretlǝşdirmǝk lazım gǝlǝrsǝ, sǝlatı saxlamaq bu mǝnaları verir: a) zehni baxımdan fǝaliyyǝt göstǝrmǝk üçün tǝlim-tǝrbiyǝ mǝkanları olan mǝktǝblǝrin, müxtǝlif kursların, tǝhsil mǝrkǝzlǝrinin açılması vǝ onlara dǝstǝk verilmǝsi; b) maliyyǝ baxımından, iş yerlǝrinin açılması, sosial tǝminat sistemlǝrinin qurulması, yoxsullara vǝ yetimlǝrǝ yardım etmǝk, subay vǝ dulları evlǝndirmǝk kimi işlǝrin görülmǝsi mǝqsǝdiylǝ müvafiq qurumların tǝşkil edilmǝsi vǝ onlara dǝstǝk verilmǝsi. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
[xxix] Bax: 333 nömrǝli qeyd.
Dipnot:
[i] Bax: 8 nömrǝli qeyd.
[ii] Bax: 56 nömrǝli qeyd.
[iii] Ayǝnin orjinalında işlǝdilǝn Adǝm sözü, “Rǝsmi Müshǝf”ǝ görǝ Sad / 72, Hicr / 29, Sǝcdǝ / 9 vǝ Bǝqǝrǝ / 31 nömrǝli ayǝlǝrdǝ dǝ açıq-aşkar görüldüyü kimi, “mǝlumatlandırılan, ilk vǝhyi alan insanı, ilk elçini” tǝmsil etmǝkdǝdir. Adǝmǝ gǝlǝn vǝhylǝr bu nǝcmdǝ vǝ Bǝqǝrǝ surǝsinin 37-39-cu ayǝlǝrindǝ (403 nömrǝli nǝcmdǝ) açıqca qeyd olunmuşdur.
[iv] Bax: 39 nömrǝli qeyd.
[v] Burada işlǝdilǝn şǝcǝr [mürǝkkǝb, çǝkişmǝ mǝnbǝyi] vǝ vǝrǝqül-cǝnnǝt [cǝnnǝt yarpaqları] ibarǝlǝri “mal vǝ pul” mǝnasına gǝlir. Daha ǝtraflı mǝlumat üçün “Tǝbyinül-Quran”a baxınız.
Qissǝnin nǝql edildiyi ayǝlǝrdǝki sözlǝrin vǝ ibarǝlǝrin hǝqiqi mǝnaları onu göstǝrir ki, Allah insanın mal ehtirasından uzaq olmasını istǝdiyi üçün, Adǝmǝ vǝ onun zövcǝsinǝ mal düşkünü olmağı qadağan edir, İblis dǝ Adǝmi vǝ onun zövcǝsini mal ilǝ aldadır.
Göründüyü kimi, ayǝdǝki sözlǝr tam mǝnasıyla hǝyatın gerçǝkliklǝrini ǝks etdirmǝkdǝdir. Adǝm vǝ onun zövcǝsinin nemǝtlǝrin dadına baxdıqdan sonra onlara ǝsir olmasına vǝ mübtǝlası olduqları bu nemǝtlǝrdǝn ayrılmaq istǝmǝmǝlǝrinǝ bu gün dǝ rast gǝlirik. Müvǝqqǝti dünya hǝyatının bǝr-bǝzǝklǝrinin hamısına sahib olan yaxud olmaq istǝyǝn, istifadǝ etdiklǝri bu bǝr-bǝzǝklǝri öz üstünǝ yapışdıran, bǝr-bǝzǝk yığan insanlar da az deyil. Elǝ isǝ, Rǝbbimizin sözlǝri qǝtiyyǝn bir nağıl kimi başa düşülmǝmǝli vǝ bilinmǝlidir ki, “bir insanın, ona ilham edilǝn günahı İblisin tǝsiri altında büruzǝ vermǝsi” şǝklindǝ meydana çıxan mǝnfi davranışların kökü Adǝmǝ vǝ onun zövcǝsinǝ qǝdǝr gedib çıxmaqdadır.
[vi] Burada tǝmsili bir hekayǝ var vǝ Rǝbbimiz, insanın maddǝ vǝ mǝnǝvi varlığını, zǝif nöqtǝlǝrini bir teatr sǝhnǝsi kimi canlandıraraq nǝql etmǝkdǝdir. Bu hadisǝ qǝtiyyǝn keçmişdǝ olub-keçǝn bir hadisǝ deyil, hǝr insanın şǝxsindǝ cǝrǝyan etmǝkdǝ olan hadisǝdir.
[vii] Mǝscid; “sǝcǝdǝ, yǝscüdü” felinin mimli mǝsdǝri [yer adı] olub, “sǝcdǝ edilǝn / etdirilǝn yer” mǝnasına gǝlir. Bunun, bu gün qılınan namazlardakı sǝcdǝ yeri ilǝ bir ǝlaqǝsi yoxdur. Bu söz
, “başqa cür düşünǝn vǝ hǝrǝkǝt edǝn kǝslǝrin inandırıldıqları, hǝqiqǝtǝ boyun ǝydirildiklǝri yer, bu kǝslǝrin tǝslim olaraq hǝqiqǝtǝ boyun ǝydiklǝri yer”, xülasǝ “tǝlim-tǝrbiyǝ yeri, başa salma” yeri mǝnasına gǝlir.