ADİYAT SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

ADİYAT SURƏSİ

Nəcm: 28

1-5 Tövşüyə-tövşüyə qaçanlar, sonra alov saçanlar, sonra sübh çağı basqın edənlər, sonra orada toz-duman qoparanlar, sonra bir dəstənin ən dəyərli qaynaqlarına, varlıqlarına soxulanlar sübutdur ki,

6 Həqiqətən insan Rəbbinə qarşı çox nankordur,

7 Və özü də buna qəti surətdə şahiddir.

8 Həqiqətən o, mal-dövlətə məhəbbəti ucbatından çox sərtdir.

9-11 Bəs o möhtəkir şəxslər, qəbirlərdə olanlar dirildilərək çölə atıldığı, sinələrdə olanlar yığılıb cəm edildiyi zaman, heç şübhəsiz o gün Rəblərinin onları həqiqətən xəbərdar edəcəyini bilmirlərmi?

(14 / 100, Adiyat / 1-11)

Paylaş