BƏLƏD SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

BƏLƏD SURƏSİ

Nəcm: 57

1-4. Fikirləşdiyini kimi deyil; bu şəhərdə yaşayan bütün insanları

http://krishu.de/css/kaufen/index.html%3Fp=137.html

, ilk insandan bu yana törəyib gəlmiş bütün insanları sübut gətiririəm ki, Biz insanı həqiqətən bir məşəqqətdə yaratdıq. Sən də bu insanlardan birisən; sən də məşəqqətdə olacaqsan.[i]

(35 / 90, Bələd / 1-4)

Nəcm: 58

5. O, elə güman edir ki, heç kəsin ona gücü çatmayacaq;

6. “Mən çoxlu mal-dövlət tələf etdim” deyir!

7. O, elə güman edir ki, heç kəs onu görmür?

8,9. Biz ona iki göz, bir dil və iki dodaq vermədikmi?

10. Və Biz ona açıq iki yol göstərdik.

11. Fəqət o, sərt yoxuşa can atmadı.

12. Və o sərt yoxuşun nə olduğunu sənə nə bildirdi?

13. Bir kölǝ azad etməkdir

14,15. və ya hər yeri qıtlıq bürüyən bir gündə yaxınındakı bir yetimə

16. və ya torpağa sərilmiş sürünən yoxsula, işsizə yemək yedirməkdir.

17. Sonra da iman edərək bir-birinə səbri tövsiyə edənlərdən və mərhəməti tövsiyə edənlərdən olmaqdır.

18. Bax bunlar, səadətə və uca mərtəbəyə çatanlardır.

19. Ayələrimizi ört-basdır edənlər uğursuzluq-məşumluq sahiblərinin özüdür ki var.

20. Onların üzərində, qapıları möhkəm bağlanmış bir od var.

(35 / 90, Bələd / 5-20)

Dipnot:

[i] Ayǝdǝki sözlǝrin hǝqiqi mǝnası nǝzǝrǝ alındıqda, qǝsǝm cümlǝsinin mǝnası belǝdir: “Xeyr! Bu şǝhǝrǝ and olsun ki, –sǝn dǝ bu şǝhǝrǝ daxil olmaqdasan– vǝ ataya vǝ doğulana (and olsun) ki, Biz hǝqiqǝtǝn insanı mǝşǝqqǝt içindǝ yaratdıq.” Biz bu mealda sözlǝrin mǝcazi mǝnalarına üstünlük verdik.

Paylaş