BƏQƏRƏ SURƏSİ
MƏDİNƏ DÖVRÜ
BƏQƏRƏ SURƏSİ
MƏDİNƏ DÖVRÜ
Nəcm: 398[i]
1 Əlif / 1, Lam / 30, Mim / 40.[ii]
2-4 Bu kitab; ki bunda heç şübhə yoxdur, kimsəsiz yerlərdə iman edən, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını quran-qoruyan], ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda sərf edən / başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edən, sənə nazil olana və səndən əvvəl nazil olana iman edən, Allahın mühafizəsi altına daxil olan kəslər –onlar axirətə də qəti surətdə inanarlar– üçün bir bələdçidir.
5 Bax onlar, Rəbbi tərəfindən doğru yoldadır. Yenə xilas olanlar, qazanclı çıxanlar da məhz onlardır.
(87/2, Bəqərə / 1-5)
Nəcm: 399
6 Şübhəsiz ki, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər]; onlara xəbərdarlıq etsən də, etməsən də onlar üçün fərqi yoxdur – onlar iman gətirməzlər.
7 Allah, onların qəlblərinin və qulaqlarının üstünə möhür vurmuşdur; onların gözlərinin üstündə pərdələr var. Və böyük əzab onlar üçündür.
8,9 İnsanlardan bir qismi də, –inanan kəslər olmadıqları halda– “Allaha və axirət gününə iman gətirdik” deyirlər. Allahı və inanmış kəsləri aldatmağa çalışırlar. Halbuki onlar, yalnız özlərini aldadırlar və bunu dərk etmirlər.
10 Onların ürəklərində xəstəlik var; onların düşüncə tərzi xarabdır və Allah onların xəstəliyini; azğınlığı artırar. Yalan söylədiklərinə görə də onlar üçün ağrılı bir əzab var.
11 Onlara, “Yer üzündə fəsad törətməyin” dedikdə, “Biz ancaq sahmana salan kəslərik” deyərlər.
12 Dqqətli olun! Şübhəsiz ki, onlar, qarışıqlıq / fəsad törədənlərdir, lakin bunu dərk etmirlər.
13 Və onlara, “İnsanların inandığı kimi inanın” dedikdə, “Biz, o ağlı kəsməyənlərin inandığı kimi inanacağıq?” deyərlər. Diqqətli olun! Şübhəsiz ki, ağlı kəsməyənlər məhz onlar özləridir. Lakin bilmirlər.
14 Onlar, inanmış kəslərə rast gəldikləri zaman da, “Biz iman gətirdik!” deyərlər. Pis niyyətli dostlarıyla təkbətək qalanda isə, “Şübhəsiz ki, biz də sizinləyik, biz yalnız ələ salırdıq” deyərlər.
15 Allah onları ələ salar və öz azğınlıqları içində sərgərdan gəzmələrinə möhlət verər / icazə verər.
16 Bax onlar, doğru yol əvəzinə azğınlığı satın alan kəslərdir və onların ticarəti qazanc gətirmədi və onlar yönləndirildikləri yolu tapanlardan olmadılar.
17 Onların vəziyyəti, bəzən, bir od yandırmaq istəyən kimsənin vəziyyəti kimidir. Od, od yandıran kimsənin ətrafını işıqlandırdıqda, Allah, onların işığını keçirər və onları zülmət içində saxlayar, onlar görə bilməzlər.
18 –Kar, lal və kordurlar! Artıq onlar dönməzlər.–
19 Bəzən də onların vəziyyəti, içində qaranlıq, göy gurultusu və şimşək olan, göydən tökülən bir yağış kimidir. Onlar, ölüm qorxusuyla, ildırımın [səsindən] barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki, Allah kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənləri] hər tərəfdən əhatə etmişdir.
20 O şimşək az qaldın ki, gözlərini alsın. Şimşək önlərini işıqlandırdıqda, işıqda yeriyərlər, üstlərinə qaranlıq çökdükdə isə dayanıb durarlar. Allah istəsəydi, eşitmək və görmək qabiliyyətlərini də alardı. Şübhəsiz ki, Allah hər şeyə ən çox qadirdir.
(87/2, Bəqərə / 6-20)
Nəcm: 400
21,22 Ey insanlar! Allahın mühafizəsi altına daxil olasınız deyə, sizi və sizdən əvvəlkiləri əmələ gətirən, yer üzünü sizin üçün bir döşək, göyü də bir bina edən, göydən su endirib onunla sizin üçün ruzi olaraq məhsul çıxaran Rəbbinizə bəndəlik edin. Artıq siz də bilə-bilə Allaha şəriklər qoşmayın.
23 Və əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, “haydı qulumuza nazil etdiyimiz surələrin bənzəri olan bir surə də siz gətirin”, Allahın altındakılardan bütün şahidlərinizi də çağırın. Əgər doğru deyirsinizsə.
24 Sonra, əgər bunu etmədinizsə və əsla etməyəcəksinizsə, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan oddan qorunun.
(87/2, Bəqərə / 21-24)
Nəcm: 401
25 İnanmış və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə də, “Şübhəsiz ki, onlar üçün altından çaylar axan cənnətlər olduğu” müjdəsini ver. Onlar, hər dəfə oradakı hər hansı bir meyvədən ruzi olaraq yedikdə, “Bu, bizim daha əvvəl ruzi olaraq yediyimiz şeydir” deyərlər. Və onlara onun oxşarları verilmişdir. Orada çox təmiz zövcələr də yalnız onlara məxsusdur. Və onlar, orada əbədi qalacaqlar.
(87/2, Bəqərə / 25)
Nəcm: 402
26,27 Şübhəsiz ki, Allah, bir ağcaqanadı, hətta daha daha kiçik bir şeyi misal gətirməkdən çəkinməz. İman edən kəslər bilir ki, şübhəsiz o haqdır, Rəbbi tərəfindəndir. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], “Allah belə bir misalla nə demək istədi?” deyərlər. Allah, çəkdiyi misallarla bir çoxlarını zəlalətə salar, bir çoxlarını da onunla [doğru yola] yönəldər. Allah, onunla yalnız, söz verib əhdləşdikdən sonra Allaha verdikləri sözə xilaf çıxan, Allahın birləşdirməyi buyurduğu şeyi; iman-əməl birliyini pozan və yer üzündə fitnə-fəsad törədən, haqq yoldan çıxmış insanları zəlalətə salar. Bax onlar məhz zərərə uğrayanlardır.
28 Necə olur ki, siz küfr işləyirsiniz, Allahın məbud və rəbb olduğunu bilə-bilə necə inkar edərsiniz? Halbuki siz, ölü idiniz və sizlərə O, həyat verdi. Sonra O, sizi öldürəcək, sonra dirildəcək. Sonra da Ona qaytarılacaqsınız.
29 Yer üzündə nə varsa, hamısını sizin üçün əmələ gətirən Odur. Sonra da O, səmada hökmranlığını qurdu,[iii] səmanı yeddi qat göy halında nizama saldı. O, hər şeyi ən yaxşı biləndir.
(87/2, Bəqərə / 26-29)
Nəcm: 403
30 Və bir zaman Rəbbin təbiətdəki güclərə: “Şübhəsiz ki, Mən yer üzündə bir xəlifə gətirəcəyəm” demişdi. Təbiətdəki güclər, “Orada fəsad törədən, qan tökən birini yaradacaqsan? Halbuki biz, Sənin tərifinlə birlikdə Səni bütün nöqsanlıqlardan pak tuturuq və Sənin tərtəmiz olduğunu; bütün pislik və nöqsanlıqlardan uzaq olduğunu car çəkirik” demişdilər. Sənin Rəbbin, “Mən sizin bilmədiyiniz şeyləri çox yaxşı bilirəm” demişdi.
31 Və sənin Rəbbin, Adəmə o adların hamısını öyrətdi. Sonra hamısını təbiətdəki güclərə göstərdi və “Haydı, deyin Mənə bunların adlarını, əgər doğru kəslərsinizsə” dedi.
32 Təbiətdəki güclər dedilər ki: “Sən hər cür nöqsanlıqdan paksan! Sənin, bizə öyrətmiş olduqların xaricində bizim heç bir elmimiz yoxdur. Həqiqətən, ən yaxşı bilən, ən yaxşı qanun qoyan məhz Sənsən.”
33 Sənin Rəbbin dedi ki: “Ey Adəm! Söylə onlara onların adlarını.” Sonra da Adəm onlara, onların adlarını xəbər verdikdə, sənin Rəbbin dedi: “Mən sizə deməmişdimmi! Şübhəsiz ki, Mən, göylərin və yerin görünməyənini, eşidilməyənini, hiss edilməyənini, keçmişi, gələcəyi bilirəm. Və Mən, sizin aşkar etdiklərinizi və gizlində saxladığınızı bilirəm” dedi.
34 Və bir zaman Biz, təbiətdəki güclərə, “Adəmə boyun əyib tabeçilik göstərin” demişdik, ancaq İblis / zehin qabiliyyəti xaricində təbiətdəki güclər dərhal boyun əyib tabeçilik göstərmişdi. İblis imtina etdi, təkəbbür göstərdi. Və o, hər şeyi bilə-bilə inkar edənlərdən idi.
35 Və Biz, “Ey Adəm! Sən və zövcən cənnətdə məskən tutun / burada yurd salın, ikiniz də ondan istədiyiniz yerdə bol-bol bəhrələnin və bu dolaşıq şeyə yaxınlaşmayın; mal-dövlət / qızıl-gümüş hərisi olmayın, yoxsa öz nəfsinə haqsızlıq edənlərdən olarsınız” dedik.
36 Belə olduqda şeytan; İblis / zehin qabiliyyəti onları oradan uzaqlaşdırdı, o mühitdən çıxartdı. Və Biz: “Bir-birinizə düşmən olaraq enin, orada müəyyən bir vaxta qədər sizin üçün qərar tutacağınız bir yer və bir bəhrələnmə [imkanı] var” dedik.
37-39 Sonra da Adəm, Rəbbindən bəzi sözlər aldı / ona vəhy olundu; Biz dedik ki: “Hamınız oradan enin. Artıq sizə Mənim tərəfimdən bir bələdçi gəldikdə, kim bələdçimə tabe olsa, onun üçün heç bir qorxu yoxdur; onlar qəm-qüssə görməzlər. Və küfr işləmiş [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş] və ayələrimizi yalan saymış kəslər; bax onlar, atəş əhlidir. Onlar orada əbədi qalacaqlar.”[iv] Sonra da Allah onun tövbəsini qəbul etdi. Həqiqətən, O, tövbələri çox qəbul edən, tövbə etmək üçün çox fürsət verən, çox mərhəmətli olandır.
(87/2, Bəqərə / 30-39)
Nəcm: 404
40 Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, Mənim əhdimə / Mənə verdiyiniz sözə vəfa göstərin ki, Mən də sizin əhdinizə vəfa göstərim. Və yalnız Mənə qarşı adam olmalısınız.
41 Sizin yanınızdaki Tövratı təsdiqləyici olaraq nazil etdiyim Qurana iman gətirin, Onun haqq kitab olduğunu bilə-bilə inkar edənlərin əvvəlincisi siz olmayın. Mənim ayələrimi cüzi bir qiymətə satmayın. Və yalnız Mənim mühafizəm altına daxil olun.
42 Və siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin.
43 Səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurun-qoruyun], zəkatı / vergini verin, Allahın bir olduğunu deyənlərlə birgə siz də Allahın bir olduğunu deyin.
44 Siz, insanlara “birr”i / yaxşı adam olmağı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki Kitabı oxuyursunuz. Hələ də başa düşmürsünüz?
45,46 Bir də səbir etməklə, səlatla [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə işləri ilə] kömək istəyin. –Şübhəsiz, səlat və səbirlə kömək istəmək, ehtiram göstərənlərdən; həqiqətən öz Rəbbinə qovuşacaqlarına və həqiqətən Ona qaytarılacaqlarına inanan kəslərdən başqasına çox ağır gələr.–
***
47 Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və şübhəsiz sizi aləmlərə üstün etdiyimi xatırlayın.
48 Və heç kəsin heç kəsə heç bir şey üçün əvəz ödəmədiyi, heç kimdən kömək, şəfaət qaəbul edilmədiyi, hiç kimdən fidyə / xilas olmaq üçün verilən əvəz qəbul edilmədiyi və heç kimə kömək göstərilmədiyi günə qarşı Allahın mühafizəsi altına daxil olun.
49 Və bir zaman Biz, sizə ən pis işgəncələr verən, oğullarınızın boğazını üzən; oğullarınızı təhsilsiz, cahil saxlayıb qaragüraha çevirərək zəiflədən, qadınlarınızı sağ buraxan Fironun yaxınlarının əlindən sizi xilas etmişdik. –Və bunda sizə Rəbbiniz tərəfindən böyük bir bəla vardı.–
***
50 Bir zamanlar da Biz, bol suyu / çayı sizin üçün yarıb, sizi xilas etmiş, sizin gözünüzün qabağında Fironun yaxınlarını suya qərq etmişdik.
***
51 Və bir zaman Biz Musaya qırx gecəni vəd etmişdik, sonra da siz, öz nəfsinizə haqsızlıq edərək, onun ardınca qızılı özünüzə məbud etmişdiniz.
52 Sonra Biz, sahib olduğunuz nemətlərin əvəzini ödəyərsiniz deyə, sizi bağışladıq.
53 Və bir zaman Biz, bəlkə yönləndirildiyiniz doğru yolu taparsınız deyə, Musaya, o kitabı və Furqanı vermişdik.
54 Bir zamanlar Musa öz qövmünə demişdi: “Ey qövmüm! Şübhəsiz ki, siz qızıla tapınmaqla öz-özünüzə haqsızlıq etdiniz. Gəlin, dərhal Yaradanınıza tövbə edin və nəfsinizi dəyişdirin. Belə etməyiniz Yaradanınızın yanında sizin üçün xeyirlidir.” Sonra da Yaradanınız tövbənizi qəbul etdi. Şübhəsiz, Yaradanınız, tövbələri çox qəbul edən, tövbə etməyə çox fürsət verən, geniş mərhəmət sahibidir.
***
55 Bir zamanlar da siz: “Ey Musa! Biz, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq” demişdiniz və belə olduqda, gözünüz görə-görə sizi ildırım vurmuşdu.
56 Sonra Biz, bəlkə sizə verilən nemətlərin əvəzini ödəyərsiniz deyə sizi ölümünüzdən sonra yenidən diriltdik / zillətdən xilas edərək şərəfli vəziyyətə gətirdik.
57 Və üstünüzə o buludu kölgə etdik və üstünüzə qüdrət halvası və bildirçin / bal göndərdik. –Və sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin.– Onlar Bizə qarşı haqsızlıq etmədilər, lakin onlar şərik qoşmaq surətiylə öz nəfslərinə haqsızlıq edirdilər.
***
58 Və bir zamanlar Biz belə demişdik: “Bu şəhərə daxil olun və onun nemətlərindən dilədiyiniz şəkildə bol-bol yeyin. O qapıdan da boyun əyib tabeçilik göstərərək; onlara təbəə / vətəndaş olaraq, azğınlıq etmədən, səhv işi, öz zərərinizə olan işi işləmədən daxil olun və ‘hittə’ [bizi bağışla] deyin. [Belə edin] ki, günahlarınızı bağışlayaq, yaxşı-gözəl əməl işləyənlərə nemətlərimizi daha da artıracağıq.”
59 Belə olduqda, o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər, özlərinə deyilən sözü başqa bir şəkildə dəyişdirdilər. Biz də haqq yoldan çıxdıqları üçün, o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslərin üstünə göydən bir əzab göndərdik.
***
60 Və bir zamanlar Musa, öz qövmü üçün su istədikdə, Biz, “Təcrübəni daş ürəkli qövmünə tətbiq et!” dedik. Belə olduqda, o daş ürəkli qövmdən bir çox istiqamətə on iki tayfa – məmləkət əhalisi ayrılıb əmələ gəldi. Ayrılan hər məmləkətin əhalisi özünün su götürəcəyi yeri qətü surətdə öyrəndi / işarələdi. –Allahın verdiyi ruzidən yeyin-için və fitnə-fəsad törədərək yer üzündə azğınlıq etməyin.–
***
61 Və bir zamanlar siz: “Ey Musa! Biz, eyni yeməyə əsla dözə bilmərik, artıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən; tərəvəzindən, qabağından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın” dediniz. Musa da sizə, “O üstün olanı daha aşağı olanla dəyişdirmək istəyirsiniz? Bir qəsəbəyə / Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaq” demişdi. Və onların üstünə alçaqlıq və miskinlik damğası vuruldu və axırda Allahın qəzəbinə düçar oldular. Bu, küfr işlədiklərinə; Allahın ayələrini bilə-bilə rədd etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu, asi olduqlarına və hədlərini aşdıqlarına görə idi.
(87/2, Bəqərə / 40-61)
Nəcm: 405
63 Bir zamanlar Biz, sizdən, “Allahın mühafizəsi altına daxil olmaq üçün verdiyimizdən möhkəm yapışın və içindəkiləri yadınızdan çıxarmayın!” deyə möhkəm bir əhd almışdıq və sizin başçınızı; seçilmiş adamınız Musanı Tura / dağa ucaltmışdıq / çıxarmışdıq.[v]
64 Siz, bundan sonra üz döndərdiniz. Əgər üstünüzdə Allahın neməti və rəhməti olmasa idi, əlbəttə siz zərərə uğrayanlardan olardınız.
65 Və siz içinizdən səbt günündə / düşüncə günündə həddini aşan kəsləri də əlbəttə bilirsiniz. Bax buna görə onlara, “Zəlil-qovulan kəslər halında meymunlar olun!” dedik.
66 Sonra da alçaq meymunluğu, eyni dövrdə yaşayanlara və sonrakılara böyük bir dərs və Allahın mühafizəsi altına daxil olan insanlar üçün bir nəsihət / öyüd halına gətirdik.
***
67 Və bir zaman Musa öz qövmünə, “Şübhəsiz ki, Allah, sizə bir inək kəsməyi əmr edir!” demişdi. Onlar, “Sən, bizi ələ salırsan?” dedilər. Musa, “Mən, cahillərdən biri olmaqdan Allaha sığınıram” dedi.
68 Onlar, “Bizim üçün Rəbbinə dua et, o inək hər nə cür isə onu bizim üçün aşkar etsin” dedilər. Musa dedi: “Rəbbim deyir ki: ‘Şübhəsiz ki, o inək çox qoca deyil, çox körpə də deyil, ikisinin arasında; kömək, xidmət və verimlilik baxımından ən yaxşı vaxtında [olmalıdır].’ Haydı, sizə əmr olunan şeyi edin.”
69 Onlar, “Bizim üçün Rəbbinə dua et, onun rəngi necə olmalıdır, bizim üçün aşkar etsin” dedilər. Musa dedi: “Həqiqətən, Rəbbim deyir ki: ‘Şübhəsiz ki, o inək, görənlərə sevinc bəxş edən, sarı; sapsarı rəngdə bir inəkdir.”
70 Onlar: “Bizim üçün Rəbbinə dua et, o, nədir; bizim üçün aşkar etsin, şübhəsiz ki, o inək bizə tam aydın olmadı və şübhəsiz ki, Allah istəsə, biz həqiqətən yönləndirildiyimiz doğru yolu tapanlardan olarıq” dedilər.
71 Musa dedi: “Həqiqətən, Rəbbim deyir ki: O inək, zəlil olmayan / cütə qoşulmayan, yer şumlamayan, əkin suvarmayan, azad gəzən və heç ləkəsi olmayan bir inəkdir.” Onlar dedilər: “Bax indi əsl həqiqəti bildirdin!” Nəhayət, onu kəsdilər. Amma az qalmışdı ki, [bu işi] yerinə yetirməyəcəkdilər.[vi]
***
72 Və bir zaman siz[vii] bir adamı öldürmüşdünüz və onun barəsində bir-birinizlə mübahisə etmişdiniz. Halbuki Allah gizlədiyinizi [aşkara] çıxarandır.
73 Sonra Biz: “Öldürülən şəxs ucbatından gələcək çətinlik səbəbiylə Musanı yola salın” dedik. Allah ölüləri bax belə dirildər, bitib-tükənənlərə yol göstərər və ağılla hərəkət etməyiniz üçün sizə işarətlərini / nişanələrini göstərər.
74 Sonra da qəlbləriniz sərtləşdi; bax budur, onlar daş kimidir, hətta daha da qatıdır. Və şübhəsiz, elə daşlar var ki, onlardan çaylar fışqırar, elələri var ki, yarılar və içindən su çıxar, elələri də var ki, Allaha qarşı hörmət, məhəbbət və elmlə ürpərməkdən [yuvarlanıb] düşər. Allah sizin etdiklərinizdən xəbərsiz, qafil deyil.
(87/2, Bəqərə / 63-74)
Nəcm: 406
75 İndi siz, onların sizə inanacaqlarına ümid edirsiniz? Halbuki onlardan bir tayfa, Allahın kəlamına qulaq asar, sonra, onu yaxşıca başa düşdükdən sonra, bilə-bilə onu dəyişdirib təhrif edər.
76 Və onlar, iman etmiş kəslərlə rastlaşdıqda, “İnandıq” deyərlər, bir-birləriylə baş-başa qaldıqları zaman da, “Rəbbinizin yanında sizin əleyhinizdə dəlil olaraq istifadə etsinlər deyə, Allahın sizin əleyhinizə verdiyi hökmləri onlara xəbər verirsiniz? Hələ də ağıllanmayacaqsınız?” deyirlər.
77 Onlar, sirr olaraq saxladıqları şeyləri və aşkar etdikləri şeyləri şübhəsiz ki, Allahın bildiyini bilmirlərmi?
78 Onlardan bəziləri də, yersiz düşüncələrdən başqa Kitabı bilməyən, yazıb-oxumaq bilməyən / necə doğulmuşdularsa eləcə qalan kəslərdir. Onlar, yalnız zənnə qapılırlar.
(87/2, Bəqərə / 75-78)
Nəcm: 407
62 Şübhəsiz, iman etmiş kəslər, yəhudiləşmiş şəxslər, xaçpərəstlər və sabiilər / Yəhya peyğəmbərin dinindən olanlar; [bunlardan] hər kim Allaha və axirət gününə iman etsə və saleh əməl işləsə, Rəbbi yanında onlar üçün mükafatlar var. Onlara qorxu yoxdur. Onlar qəm-qüssə də görməyəcəklər.[viii]
(87/2, Bəqərə / 62)
Nəcm: 408
79 Vay halına o kəslərin ki, öz əlləri ilə kitab yazar, sonra da onu bir az pula satmaq üçün, “Bu, Allah tərəfindəndir!” deyər. O əlləri yazdıqları üzündən onların vay halına! O qazandıqları şeylər üzündən onların vay halına!
80 Və onlar dedilər ki: “Od bizə bir neçə gündən artıq toxunmayacaq.” De ki: “Allahdan bir zəmanət, bir vəd almısınızmı? Allah, verdiyi sözə əsla xilaf çıxmaz. Yoxsa siz, Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?”
81 Bəli, kim bir pislik qazansa və xətaları özünü əhatə etsə, bax onlar od əhlidir. Onlar orada əbədi qalacaqlar.
82 İman etmiş və yaxşılaşdırmaq qayəsi ilə əməl işləmiş kəslər də; bax onlar, cənnət əhlidir. Onlar orada əbədi qalacaqlar.
(87/2, Bəqərə / 79-82)
Nəcm: 409
83 Və bir vaxt Biz, İsrail oğullarından ‘qəti vəd’ almışdıq: “Allahdan başqasına ibadət etməyin, ana-ataya, yaxınlığı olanlara, yetimlərə, miskinlərə də yaxşılıq edin, insanlarla xoş dillə danışın, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını qurun-yaşadın] və zəkatı / vergini verin.” Sonra da çox az bir qisminiz istisna olmaqla üz döndərdiniz. Və siz üz döndərən kəslərsiniz.
84,85 Və bir zaman Biz, sizdə möhkəm vəd almışdıq: “Qanınızı tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın.” Sonra siz, şahidlik edərək təsdiqlədiniz. Sonra, siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz və içinizdən bir dəstəni yurdlarından çıxarırsınız. Onların əleyhinə günah və düşmənçilik etməkdə bir-birinizə kömək göstərirsiniz. Əgər onlar sizə əsir olaraq gəlsələr, onlar üçün fidyə / xilas olmaq üçün əvəz almağa çalışırsınız. Halbuki o [iş]; onları çıxarmaq sizə haram edilmişdi. Yaxşı, siz Kitabın bir hissəsinə inanıb, bir hissəsinə inanmırsınızmı? O halda, sizdən belə edənlərin alacağı əvəz, dünya həyatında rüsvayçılıqdan başqa nə olacaq? Qiyamət günündə də əzabın ən şiddətlisinə uğrayacaqlar. Allah nə etdiyinizdən xəbərsiz, qafil deyil.
86 Bax onlar, axirətin əvəzində bəsit dünya həyatını satın almış kəslərdir. Artıq onların nə əzabı yüngülləşər, nə də onlara kömək edilər.
87 Və and olsun ki, Musaya Kitabı verdik. Və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu Allahın vəhyi ilə qüvvətləndirdik. Yaxşı siz, bir elçi hər səfər sizə, ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbür göstərdinizmi?! Sonra da bir qismini təkzib etdiniz, bir qismini də öldürürsünüz.
(87/2, Bəqərə / 83-87)
Nəcm: 410
88 Və onlar dedilər: “Bizim qəlblərimiz qılıflıdır / ona heç bir şey təsir etməz .” Əksinə; Allah, gerçəyi bilə-bilə inkar etdiklərinə görə onları uzaqlaşdırmış / rəhmətindən məhrum etmişdir. Buna görə də çox azı iman edir!
89 Onlara Allah qatından, özlərində olanı təsdiqləyən bir kitab; Quran gəldikdə –ki onlar daha əvvəllər kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı zəfər qazanmaq istəmişdilər və o tanıdıqları onlara gəlmişdi– özləri onun [üstünü] örtdülər. Artıq Allahın uzaqlaşdırması / rəhmətindən məhrum etməsi, Allahın məbud və rəbb olduğunu örtənlərin üstünə olsun.
90 Onların, qarşılığında özlərini satdıqları şey – Allahın Öz bəndələrindən istədiyinə Öz nemətini verməsini qısqanaraq, Allahın nazil etdiyi şeyləri; Quranı bilə-bilə rədd etməkləri necə də pisdir! Bax buna görə qəzəb üstünə qəzəbə düçar oldular. Xar edici əzab da yalnız həqiqətləri bilə-bilə inkar edənlər üçündür.
91 Və onlara: “Allahın nazil etdiyinə iman edin” deyildikdə, onlar: “Biz özümüzə nazil edilənə inanırıq” dedilər. Və onlar, Allahın nazil etdi, özlərində olanı təsdiqləyən bir həqiqət olmasına baxmayaraq, özlərinə nazil ediləndən sonrasını bilə-bilə inkar edirlər. De ki: “Yaxşı, əgər möminlərdənsinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
(87/2, Bəqərə / 88-91)
Nəcm: 411
92 Və and olsun ki, Musa sizə açıq-aydın dəlillərlə gəlmişdi. Sonra siz, öz nəfsinizə haqsızlıq edən kəslər olaraq, [onun] ardından “qızıla” sitayiş etdiniz.
93 Və bir zaman Biz sizdən, “Sizə verdiyimiz Kitabdan möhkəm yapışın və qulaq asın” deyə möhkəm vəd almış və sizin böyüyünüzü / seçilmişiniz Musanı Tura ucaltmışdıq / çıxarmışdıq. Dedilər ki: “Eşitdik və asi olduq / möhkəm yapışdıq.” Və həqiqəti bilə-bilə inkar etdikləri üçün qızıla sitayiş onların qəlbində yer etmişdi. De ki: “Əgər möminsinizsə, etiqadınızın sizə əmr etdiyi şey necə də pisdir!”[ix]
94 De ki: “Allah yanında ‘axirət evi’ başqalara deyil, yalnız sizə məxsusdursa, əgər doğru deyirsinizsə, haydı dərhal ölümü istəyin.”
95 Halbuki öz əlləriylə işlədikləri üzündən ölümü heç bir zaman diləməzlər. Allah isə öz nəfslərinə haqsızlıq edən o kəsləri çox yaxşı biləndir.
96 Və sən, həqiqətən onların, insanlar arasında yaşamağa ən həris, Allahın ortağı olduğunu qəbul edənlərdən də daha həris olduqlarını görərsən. Onların hər biri özlərinə min il ömür verilməsini arzu edər; halbuki ömür verilmək / çox uzun yaşamaq onu əzabdan uzaqlaşdırmayacaq. Allah onların nə etdiklərini çox yaxşı görəndir.
99 Və and olsun ki, Biz sənə açıq-aşkar ayələr nazil etdik. Haqq yoldan çıxanlardan başqası onları bilə-bilə inkar edib görməzlikdən gəlməz.
100 Haqq yoldan çıxanlar, nə vaxt bir əhd üzərində razılığa gəlsələr, onlardan bir dəstə onu tərk etmədimi? Əslində onların əksəriyyəti iman gətirməz.
101 Və nə zaman Allah tərəfindən onlara, özlərindəki kitabı təsdiq edən bir peyğəmbər gəlsə, daha əvvəl özlərinə Kitab verilmiş kəslərdən bir qismi, sanki bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
97 De ki: “Kim Cəbrailə / Qurana düşməndirsə, hirsindən, qısqanclığından çatlasın, gəbərsin. – Şübhəsiz ki, Allah Cəbraili / Quranı, Özünün elmi ilə, iki əlinin arasında olanları / içindəkiləri təsdiqləyici [olaraq], möminlər üçün bir yol göstərən və müjdə olaraq, sənin qəlbinə nazil etmişdir. Onlar da bax bundan ötrü düşmən olmuşlar.–
98 Kim ki Allaha, mələklərinə, elçilərinə, Cəbrailə / Qurana, Mikailə / Elçi Məhəmmədə[x] düşmən isə, kədərindən, qəhrindən ölsün.” –Şübhəsiz, bax buna görə, Allah da kafirlərə [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə düşməndir.–
(87/2, Bəqərə / 92-98)
Nəcm: 412
102 Və özlərinə Kitab verilənlər, Süleymanın səltənətinə dair şeytanların oxuduqları şeylərə uydular. Halbuki küfr işləməmişdi; Süleyman Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməmişdi, amma o şeytanlar küfr işləmişdilər; bilə-bilə rədd etmişdilər; insanlara sehir və Babildə iki peyğəmbərə / iki hökmdara; Harut ilə Maruta nazil edilən şeyləri öyrədirdilər. Halbuki Harut ilə Marut, “Biz təmizlənməyiniz oddan bir vasitəyik, əsla küfr işləmə; həqiqəti bilə-bilə rədd etmə!” deməmiş heç kəsə heç bir şey öyrətmirdilər. Sonra hər kəs, o ikisindən kişi ilə zövcəsinin arasına nifaq salan şeyləri öyrənirdilər. –Lakin onlar onunla Allahın xəbəri olmadan heç kəsə zərər vura bilməzlər.– Hamı özünə zərər verəni, fayda verməyi öyrənirdi. And olsun ki, onu satın alanın axirətdə heç bir payı olmayacağını da həqiqətən bilirdilər. Və o şey – qarşılığında öz mənliklərini satdıqları o şey, necə də çirkin bir şey idi! Kaş ki, bunu bilsəydilər!
103 Və onlar əgər iman etsəydilər və Allahın mühafizəsi altına daxil olsaydılar, həqiqətən, Allahdan bir mükafat [onlar üçün] daha yaxşı olacaqdı. Kaş ki, bunu bilsəydilər!
(87/2, Bəqərə / 99-103)
Nəcm: 413
104 Ey iman etmiş kəslər! “Raina” [sən bizim çobanımızsan / sən bizi güd, biz səni güdək] deməyin, “unzurna” [gözün bizdə olsun] deyin və qulaq asın. Çox ağrılı əzab yalnız kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçündür.
105 Kitab əhlindən küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəslər və şərik qoşanlar, Rəbbinizdən sizə bir xeyir nazil olmasını istəməzlər. Allah isə rəhmətini istədiyi kimsəyə göndərər.. Və Allah, çox böyük nemət sahibidir.
(87/2, Bəqərə / 104-105)
Nəcm: 414
106 Biz, bir ayədən / işarətdən / nişanədən nəyi isə ləğv etsək yaxud dedirtməsək, ondan daha yaxşısını, yaxud ona bənzəyəni gətirərik. Sən, Allahın şübhəsiz, hər şeyə ən yaxşı qadir olduğunu bilmirsənmi?
107 Göylərin və yerin səltənətinin şübhəsiz yalnız Allaha məxsus olduğunu və sizin üçün Allahın altındakılardan bir yaxın və bir köməkçi olmadığını bilmirsənmi?
(87/2, Bəqərə / 106-107)
Nəcm: 415
108 Yoksa siz Elçinizi, bundan əvvəl Musanın sorğu sual edilməsi kimi, sorğu-suala çəkmək istəyirsiniz? Və hər kim imanı küfrə dəyişsə, artıq o, düz yolun ortasını itirər.
109 Kitap əhlindən bir çoxu, həqiqət özlərinə aşkar olduğu halda, təbiətlərindəki qısqanclıqdan ötrü sizi iman gətirəndən sonra kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] olmağa çevirmək istəyir. Buna baxmayaraq siz, Allahın əmri gələnə qədər əfv edin, qınamayın. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı qadirdir.
110 Və siz səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın-qoruyun] və zəkatı / vergini verin! Özünüz üçün qabaqcadan hər nə yaxşılıq etsəniz, Allah dərgahında onu taparsınız. Şübhəsiz ki, Allah, etdiklərinizi ən yaxşı görəndir.
(87/2, Bəqərə / 108-110)
Nəcm: 416
111 İnananları yəhudiləşdirmək, xristianlaşdırmaq istəyənlər, “Yəhudi və xristianlardan qeyri kimsə əsla cənnətə girə bilməyəcək” dedilər. Bu, onların xülyalarıdır. De ki: “Əgər doğru kəslərsinizsə, dəlilinizi gətirin.”
112 Xeyr, əksinə, kim yaxşılaşdıran-gözəlləşdirən biri olaraq özünü Allah üçün islamlaşdırsa, bax onun üçün, Rəbbi yanında mükafat vardır. Onlara heç bir qorxu da yoxdur və onlar qəm-qüssə də görməzlər.
113 Və Yəhudilər dedilər: “Xristianlar bir şeyə istinad etmirlər / onların əhəmiyyətli bir yanı yoxdur.” Xristianlar da dedilər: “Yəhudilər bir şeyə istinad etmirlər / onların əhəmiyyətli bir yanı yoxdur.” Halbuki onlar, kitabı oxuyurlar. Bilməyənlər də onların sözü kimi şeylər dedilər. Artıq, ixtilaf etdikləri şeylər barədə qiyamət günündə onların arasında Allah hökm verəcəkdir.
(87/2, Bəqərə / 111-113)
Nəcm: 417
114 Və Allahın tanıdıldığı-öyrədildiyi məktəblərinə, içərisində Allahın adı xatırlanmasın deyə mane olan, onların viran olmasına çalışan adamdan daha çox öz nəfsinə haqsızlıq edən kim ola bilər?!.. Belələri, Allahın tanıdıldığı-öyrədildiyi o məktəblərə ancaq qorxa-qorxa girəcək. Onlar üçün dünyada rüsvayçılıq var. Onlar üçün axirətdə də böyük bir əzab var.
115 Və şərq-qərb [hər tərəf] yalnız Allahındır. Elə isə hara yönəlsəniz, ora Allahın üzüdür. Şübhəsiz ki, Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, ən yaxşı biləndir.
(87/2, Bəqərə / 114-115)
Nəcm: 418
116 Bir də onlar, “Allah Özünə övlad götürdü” dedilər. –O, onların yaraşdırdıqları bütün nöqsanlıqlardan pakdır.– Əksinə, göylərdə və yer üzündə nə varsa, yalnız Onundur. Hamısı Onun qarşısında daim itaətkar dayanmışdır.
117 Göyləri və yeri yoxdan var edəndir. Və O, bir işin olmasına qərar verdiyi zaman, ona yalnız: “Ol!” deyər, o da dərhal olar.
118 Və bilməyən kəslər, “Allah bizimlə də danışmalı deyildimi, yaxud bizə də bir işarət / nişan gəlməli deyildimi!” dedilər. Onlardan əvvəlkilər də eynilə belə, onların dedikləri kimi demişdilər. Onların qəlbləri bir-birinə bənzəmişdir. Biz həqiqətən, tam yəqinliklə bilmək istəyən bir qövm üçün ayələri açıq-aşkar bəyan etdik.
119 Şübhəsiz, Biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən biri olaraq göndərdik. Sən, cəhənnəm əhli üçün məsuliyyət də daşımırsan.
120 Və sən onların dinlərinə / həyat tərzlərinə uyğunlaşmadıqca, yəhudilər və xristianlar səndən əsla razı olmazlar. De ki: “Şübhəsiz ki, Allahın bələdçiliyi, bələdçiliyin məhz özüdür.” Və əgər sənə gəlib çatan elmdən sonra onların boş və müvəqqəti arzularına uysan, sənin üçün Allah dərgahında heç bir yaxın olmaz, heç bir yardım edən də olmaz.
121 Özlərinə kitabı verdiyimiz kəslər onu layiqincə oxuyub-izləyərlər. Bax onlar, iman edərlər. Hər kim ki, Kitabı bilə-bilə inkar etsə, bax onlar məhz zərərə uğrayanlardır.
(87/2, Bəqərə / 116-121)
Nəcm: 419
122 Ey İsrail oğulları! Sizlərə bəxş etdiyim nemətimi və şübhəsiz sizi aləmlərə üstün etdiyimi yadınıza salın!
123 Heç kəsin yerinə heç kəsin bir şey ödəmədiyi, hiç kimdən xilas olmaq üçün verilən əvəz qəbul edilmədiyi, köməyin, şəfaətin heç kimə bir faydasının olmadığı və günahkarlara kömək göstərilmədiyi günə qarşı Allahın mühafizəsi altına daxil olun.
(87/2, Bəqərə / 122-123)
Nəcm: 420
124 Və bir zaman Rəbbi İbrahimi, bəzi sözlər / yaralar, çətinliklər ilə sınamış, o da onları tam olaraq yerinə yetirmişdi. Rəbbi, “Mən, səni insanlara başçı edənəm” demişdi. İbrahim, “Nəslimdən də başçılar çıxar!” dedi. Rəbbi, “Mənim əhdim / yerinə yetirilməsi üçün verdiyim söz, öz nəfsinə haqsızlıq edən kəslərə nəsib olmaz!” dedi.
125 Və Biz, bir zaman bu Beyti / ilk inşa edilən məktəbi, insanlar üçün bir savab qazanmaq / dönüş yeri və bir əmin-amanlıq yeri etmişdik. –Siz də İbrahimin vəzifəsini icra etdiyi yerdən [özünüzə] bir səlat yeri [maddi və zehni baxımdan dəstəyin; cəmiyyəti maarifləndirmək işinin yerinə yetirilməsi üçün bir yer] tutun.– Və Biz, İbrahim ilə İsmaildən: “Gəzənlər, ibadətə çəkilənlər və boyun əyib təslim olanlar, Allahın birliyini zikr edənlər üçün Beytimi tərtəmiz saxlayın” deyə əhd almışdıq.
126 Və bir zaman İbrahim: “Ey Rəbbim! Buranı əmin-amanlıq olan bir şəhər et, xalqını; xalqın içindən Allaha və axırıncı günə inananları meyvələrlə ruziləndir” demişdi. Allah dedi ki: “Kafiri [məbud və rəbb olduğumu bilə-bilə inkar edən kimsəni belə çox az bəhrələndirərəm, sonra da onu atəşin əzabına sürüyərəm. Və [ora] nə pis gediş yeridir!”
127-129 Və bir zaman İbrahim və İsmayıl Beytin bünövrəsini ucaltdılar: “Ey Rəbbimiz! Bizdən qəbul et! Şübhəsiz, Sən ən yaxşı eşidən, ən yaxşı bilənsən. Rəbbimiz! Bizim ikimizi Sənin üçün möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə daxil olmasını təmin edən] kəslər et. Nəslimizdən də Sənin üçün möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə daxil olmasını təmin edən] bir ümmət yarat. Və bizə, bəndəlik üsullarını göstər, tövbəmizi də qəbul et. Şübhəsiz ki, Sən günahdan qayıdışları çox qəbul edən və çox mərhəmətli olansan. Rəbbimiz! Bir də, onlara öz içlərindən bir peyğəmbər göndər ki onlara Sənin ayələrini oxusun, onlara kitabı [öyrətsin] və haqsızlığın, fitnə-fəsadın və qarmaqarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları öyrətsin, onları təmizləsin. Heç şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan; möhkəm edən məhz Sənsən.”
130 Və İbrahimin dinindən / həyat tərzindən, özünü ağılsız yerinə qoyan kəsdən başqa kim üz çevirər? Və Biz onu dünyada seçdik. Heç şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən biridir.
131 Rəbbi Ona, “Möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran] bir kəs ol!” dediyi zaman İbrahim, “Mən aləmlərin Rəbbi üçün möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə daxil olmasını təmin edən] biri oldum” dedi.
132 İbrahim də müsəlman olmağı, öz oğullarına və Yəquba, “Ey oğullarım! Şübhəsiz ki, bu dini sizin üçün Allah seçdi. Onun üçün yalnız möhkəmləndirən [əmin-amanlıq, xoşbəxtlik qazandıran, insanların İslam dininə daxil olmasını təmin edən] kəslər olaraq ölün!” deyə vəsiyyət etdi.
(87/2, Bəqərə / 124-132)
Nəcm: 421
142 Ağlı kəsməyən insanlar deyəcəklər: “Bunları, əvvəlki hədəflərindən / strategiyalarından döndərən nədir?” De ki: “Şərq və qərb [hər tərəf] yalnız Allahındır. O, dilədiyi / diləyən kimsəni doğru yola yönəldər.”
143 Və bax beləcə Biz, sizi xeyirli bir ümmət etdik ki, insanların üstündə şahid olasınız, Elçi də sizin üstünüzdə şahid olsun. Üz tutduğun bu hədəfi / strategiyanı təyin etməyimizin də səbəbi yalnız Elçiyə uyan kəsləri iki dabanı üzerindeə geri dönəcək kəslərdən ayırmaq; işarələyib göstərmək / bildirmək üçün idi. Müəyyən etdiyimiz bu hədəf / strategiya, əlbəttə, Allahın bələdçilik etdiyi kəslərin xaricindəkilər üçün çox böyükdür. Və Allah, imanınızı itirəsi deyil. Heç şübhəsiz ki, Allah, bütün insanlara qarşı çox şəfqətli, çox mərhəmətlidir.
144 Biz, sənin Bizdən nə gözləməkdə olduğunu həqiqətən görürük. Artıq səni razı qalacağın bir hədəfə / strategiyaya [tərəf] döndərəcəyik. Haydı, üzünü Məscidülhərama / toxunulmaz təhsil-təlim ocağı tərəfə çevir; ağılın-fikrin həmişə təhsildə-təlimdə olsun. Siz də, harada olursunuzsa olun, üzünüzü o tərəfə çevirin! Özlərinə Kitab verilmiş kəslər də, əlbəttə ki, bunun Rəbbindən gələn bir gerçək olduğunu bilirlər. Və Allah, onların etdiklərindən xəbərsiz, qafil deyil.
145 Və and olsun ki, sən o Kitab verilmiş kəslərə, bütün ayələri də gətirsən, yenə də sənin hədəfinə / strategiyana tabe olmazlar. Sən də onların hədəfinə / strategiyasına tabe olan deyilsən. Onsuz da onlar da bir-birlərinin hədəflərinə / strategiyalarına tabe olmurla. Yenə and olsun ki, sənə gələn bu qədər elmdən sonra, sən onların boş-müvəqqəti arzularına uysan, o zaman heç şübhəsiz sən, öz nəfsinə haqsızlıq edən kəslərdən olarsan.
146 Özlərinə Kitab verdiyimiz o kəslər, Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Şübhəsiz ki, onlardan bir qismi də bildikləri halda haqqı gizləyirlər.
147 Haqq Rəbbindəndir. O halda, əsla şübhəyə düşənlərdən olma!
148 Və hər kəs üçün bir istiqamət vardır; hər kəs bir istiqamətə üz tutar. Ona görə, həmişə xeyirlərə tələsin, xeyir iş görməkdə bir-birinizi ötməyə çalışın / xeyirləri önə gətirin. Harada olsanız, Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı qadir olandır.
149 Və haradan çıxsan, dərhal üzünü Məscidülhərama / toxunulmaz təhsil-təlim ocağıan tərəf çevir. Şübhəsiz ki, bu, Rəbbindən gələn bir haqqdır. Və Allah sizin əməllərinizdən xəbərsiz, qafil deyil.
150,151 Və haradan çıxsan, dərhal üzünü Məscidülhərama / toxunulmaz təhsil-təlim ocağına tərəf çevir. Və siz, harada olsanız, dərhal üzünüzü o tərəfə çevirin ki, insanlardan –şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər xaric– sizi əleyhinizdə bir dəlil olmasın, Mənim sizə, sizin öz içinizdən, sizə ayələrimizi oxuyan, sizi saflaşdıran, sizə kitabı və haqsızlıq, fitnə-fəsad və qarışıqlığın qarşısını almaq üçün qoyulan qanun, prinsip və qaydaları öyrədən və sizə bilmədiyiniz şeyləri xəbər verən bir elçi göndərməyim kimi, sizə olan nemətimi tamamlayım və doğru yolu tapa biləsiniz. Artıq onların qarşısında hörmətlə, məhəbbətlə və elmlə ürpərməyin, Mənim qarşımda hörmətlə, məhəbbətlə və elmlə ürpərin.
152 Elə isə Məni yada salın ki, Mən də sizi yada salım. Və Mənə, verdiyim nemətlərin əvəzini ödəyin, Mənə nankorluq etməyin / verdiyim nemətləri görməməzlikdən gəlməyin.
(87/2, Bəqərə / 142-152)
Nəcm: 422[xi]
196 Və həcci / proqramlı ilahiyyat təhsilini və ümrəni / seminar, simpozium kimi qısa müddətli təhsilləri Allah üçün başa vurun. Yenə də əgər siz tutulub saxlanılsanız / sizə maneə törədilsə, onda ilahiyat təhsili alanlara sizə asan gələn şeylərlə dəstək olun! Bununla birgə, ilahiyyat təhsili alanlara verdiyiniz hədiyyə; dəstək, yerinə çatana qədər başınızı qırxdırmayın.[xii] Artıq aranızda xəstə olan və ya başını qırxdırmaq barədə bir narahatlığı olan oruc və yaxud sədəqə yaxud da ibadətlərdən; bəndəliyin hər hansı vəzifəsindən bir fidyə / bir əvəz [verməlidir]! Artıq əmin olduğunuz zaman hər kim ümrədə / qısamüddətli təhsildə həccə / proqramlı ilahiyyat təhsilinə qədər qazanc əldə etsə, hədiyyə olaraq; təhsilə dəstək olaraq [özünə] asan gələn [bir şey etsin]! Lakin kim [buna imkan] tapmasa, üç gün həcdə / proqramlı ilahiyyat təhsili müddətində, yeddi də qayıtdıqda oruc tutsun! Bu da tam on [gün] edər. Bu hökm, ailəsi Məscidülhəramda; toxunulmaz ilahiyyat təhsili mərkəzində olmayanlar üçündür. Allahın mühafizəsi altına daxil olun və həqiqətən Allahın cəzasının çox şiddətli olduğunu bilin.
197 Həcc / proqramlı ilahiyyat təhsili, məlum aylardır. Hər kim o aylarda həccə / proqramlı ilahiyyat təhsilinə başlasa və bunu özünə vacib etsə / mütləq bunu edəcəyəm desə, artıq həcc / proqramlı ilahiyyat təhsili müddətində qadına yaxınlaşmaq / pis söz söyləmək, günah işləmək və dava-dalaş etmək olmaz. Siz nə xeyir əməl işləsəniz, Allah onu bilər. Və azuqə tədarük edin. Şübhəsiz ki, ən xeyirli azuqə Allahın mühafizəsi altına daxil olmaqdır. Və ey dərk etmə qabiliyyəti olanlar! Mənim mühafizəm altına daxil olun!
198 Rəbbinizdən bir nemət istəməyiniz günah deyil. Ərəfatdan; təhsil qurumlarından çıxıb axın-axın gedərkən, Məşərülhəramda; toxunulmaz şüur qazanma mərkəzində dərhal Allahı yad edin. Və Onu, Onun sizə göstərdiyi kimi yad edin. Və siz bundan əvvəl həqiqətən azğınlardan idiniz.
200-203 Sonra da Allaha qarşı vəzifənizi yerinə yetirdiyiniz zaman, eynilə ata-babalarınızı yada saldığınız kimi, hətta daha da güclü şəkildə Allahı yad edin. Və Allahı sayı bəlli olan günlərdə yada salın. Kim iki gün içində tələssə, ona günah yoxdur. Kim təxirə salsa ona da günah yoxdur. Bu, Allahın mühafizəsi altına daxil olan kəslər üçündür. Allahın mühafizəsi altına daxil olun və şübhəsiz Onun hüzurunda toplanacağınızı bilin.
199 Sonra da insanların axın-axın gəldiyi yerdən siz də gəlin və Allahdan bağışlanmaq diləyin. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. İnsanlardan bəziləri: “Ey Rəbbimiz! Bizə dünyada bəxş et!” deyən kimsələrdir. Onun üçün axirətdə haqqına düşən heç bir pay yoxdur.
201 Yenə onların arasında, “Rəbbimiz! Bizə dünyada bir gözəllik-yaxşılıq və axirətdə də bir gözəllik-yaxşılıq bəxş et və bizi atəşin əzabından qoru!” deyənlər var.
202 Bax onlar üçün qazandıqlarından haqlarına düşən bir pay var. Və Allah, çox tez haqq-hesab çəkəndir.
204 Bəzi insanlar da var ki, onun bəsit dünya həyatı haqqındakı sözü sənin xoşuna gələr və o, qəlbində olana Allahı şahid göstərər. Və o kəs, düşmənçiliyi ən yaman olan kəsdir.
205 O, üz çevirib gedən kimi / bir tapşırıq alıb gedən kimi dünyada bir fitnə-fəsad törətməyə, əkini / mədəniyyəti / qadınları və nəsli dəyişikliyə / məhvə məruz qoymağa çalışar. Allah isə fitnə-fəsadı sevməz.
206 Ona, “Allahın mühafizəsi altına daxil ol!” deyildiyi zaman da təkəbbürü, gücü, onu günah işləməyə sövq edər. Bax beləsinə cəhənnəm kifayətdir. O, necə pis bir yataqdır!
207 İnsanlardan bəzisi də var ki, Allahın razılığını qazanmaq üçün özünü satar [Allah yolunda malını-mülkünü xərcləyər, canını fəda edər]. Və Allah, qullarına qarşı çox şəfqətlidir.
158 Şübhəsiz ki, Səfa və Mərvə Allahın nişanələrindən bir neçəsidir. Onun üçün hər kəs Beyti / İlahiyyat təhsili ocağı olan Kəbəni nəzərdə tutaraq Beytə getsə və ya ümrə / qısamüddətli təhsil alsa, buralarda gəzməsində bir günah yoxdur. Kim ki, könüllü olaraq xeyirli bir əməl işləsə, şübhəsiz, Allah əvəz verəndir, ən yaxşı biləndir.[xiii]
(87/2, Bəqərə / 196-198, 200-203, 199, 201-202, 204-207, 158)
Nəcm: 423
133 Yoxsa siz; Yəqubun ölümü yetişdiyi zaman, oğullarına: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” dedikdə, onların: “Biz, tək məbud olaraq sənin məbuduna və əcdadın İbrahim, İsmail və İshaqın məbuduna ibadət edəcəyik. Və biz, yalnız Onun üçün islamlaşdıracağıq” dediklərinə şahid idiniz?!
134 Onlar, keçib gedən bir ümmət idi. Onların qazandıqları özlərinindir, sizin qazandıqlarınız isə özünüzündür. Siz onların etdiklərinə görə məsuliyyət daşımırsınız.
135 Və Yəhudilər, “Yəhudi olun ki, yönləndirildiyiniz doğru yolu tapasınız”; xristianlar da “Xristian olun ki, yönləndirildiyiniz doğru yolu tapasınız” dedilər. Sən de ki: “Əksinə, küfrdən, Allaha şərik qoşmaqdan dönən biri olaraq, Allahın şəriklərinin olacağını qəbul etməyən İbrahimin dininə / həyat tərzinə [tabe oluruq]!”
136 Deyin ki: “Biz Allaha, bizə nazil olana, İbrahimə və İsmailə və İshaqa və Yəquba və onun nəvələrinə nazil olana, Musaya və İsaya verilənlərə və peyğəmbərlərə öz Rəbbi tərəfindən verilənlərə iman gətirdik; onlardan heç birini digərindən ayırmarıq və biz ancaq Onun üçün islamlaşdıran [möhkəmləndirən / sağlamlıq-xoşbəxtlik qazandıran] kəslərik.”
137 Əgər möminləri yəhudiləşdirmək, xristianlaşdırmaq istəyənlər, siz inandığınız kimi iman etsələr, artıq həqiqətən yönləndirildikləri doğru yolu taparlar. Yox, əgər üz döndərsələr, onlar yalnız bölünüb-paçalanmış olacaqlar. Onlara qarşı sənə Allah kifayət edər. Və O, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
138 Allahın dininə! Din əmələ gətirməkdə Allahdan daha gözəl olan kimdir? Və biz, yalnız Ona ibadət edənlərik.
139,140 De ki: “Allah, sizin Rəbbiniz və bizim Rəbbimiz olduğu halda, Onun barəsində bizimlə höcətləşirsiniz? Bir də ki, bizim əməllərimiz yalnız bizə, sizin əməlləriniz də yalnız sizə aiddir. Və biz yalnız Onun üçün, Onun Özünü bütün nöqsanlıqlardan pak tutan kəslərik. Yoxsa siz deyirsiniz ki, “Şübhəsiz, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələri də, hamısı yəhudi və yaxud xristian idilər”? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən gələn bir şahidliyi öz yanında gizlədib saxlayandan daha çox özünə haqsızlıq edən kim ola bilər? Allah sizin əməllərinizin xəbərsiz, qafil deyil.”
141 Onlar, gəlib keçən bir ümmət idi. Onların öz qazandıqları özlərinə aiddir, sizin qazandığınız isə sizə aiddir. Siz onların etdiklərindən məsuliyyət daşımırsınız.
(87/2, Bəqərə / 133-141)
Nəcm: 424
153 Ey iman etmiş kəslər! Səbr etməklə və səlatla [maddi və zehni baxımdan dəstək olmaqla; cəmiyyəti maarifləndirməklə] kömək istəyin. Şübhəsiz ki, Allah səbr edənlərlədir.
154 Və Allah yolunda öldürülənlərə, “Ölülər” deməyin. Əslində onlar diridirlər. Lakin siz dərk etmirsiniz.
155,156 Və də həqiqətən Biz, bir az qorxu, bir az aclıqla, mal, can və məhsulları azaltmaqla sizi zəiflədəcəyik / imtahan edəcəyik. Özlərinə bir müsibət üz verdikdə: “Biz həqiqətən Allaha məxsusuq və yalnız Ona dönəcəyik” deyən səbr edənlərə də müjdə ver!
157 Bax onlara; Rəbbindən müəyyən dəstəklər və rəhmət var. Bax onlar, məhz yönəltildikləri doğru yolu tapanlardır.
(87/2, Bəqərə / 153-157)
Nəcm: 425
159,160 Şübhəsiz, endirdiyimiz açıq dəlilləri və doğru yol bələdçisini Biz kitabda insanlara açıq-aşkar göstərdikdən sonra, [onu] gizləyən kəsləri Allah uzaqlaşdırıb [qovub] gözdən salar, həmçinin digər uzaqlaşdıranlar da. Ancaq günahdan qayıdanlar və sahmana salanlar və açıq dəlilləri və doğru yol bələdçisini açıqca meydana qoyanlar fərqlidir. Bax, onlar ki var, Mən onların tövbəsini qəbul edərəm. Və Mən tövbələri çox qəbul edən, tövbə etməyə çox fürsət verən, çox rəhm edənəm.
(87/2, Bəqərə / 159-160)
Nəcm: 426
161,162 Küfr işləyib [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edib] elə bu halda da ölən kəslər ki var, bax onları Allah, təbii qüvvələr / vəhylər, insanların hamısı tərəfindən uzaqlaşdırılmaq [qovulmaq] gözləyir. Onlar uzaqlaşdırılmağa [qovulmağa] əbədi olaraq məruz qalar. Onların nə əzabı yüngülləşdirilər, nə də onlara baxılar.
163 Və sizin məbudunuz tək bir məbuddur. Ondan başqa məbud deyə bir şey yoxdur. O, yaratdığı bütün canlılara dünyada çox mərhəmət edəndir, geniş mərhəmət sahibidir.
164 Şübhəsiz ki, göylərin və yerin əmələ gətirilməsində, gecə və gündüzün bir-birinin ardınca gəlməsində, insanlar üçün mənfəətli olan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirib onunla yer üzünü öldükdən sonra diriltməsində, hərəkət edən müxtəlif növ canlıları yer üzünə yaymasında, küləklərin [bir səmtdən başqa səmtə] döndərilməsində, göylə yer arasında əmrə hazır gözləyən buluda, şübhəsiz ağlını işlədən bir qövm üçün həqiqətən işarətlər / nişanələr var.
165,166 İnsanlardan bəziləri də Allahın altındakılardan bəzi şeyləri [Allaha] tay tutan kəslərdir. Onları, Allahı sevdikləri kimi sevirlər. Halbuki iman etmiş kəslər, Allaha məhəbbət cəhətdən daha qüvvətlidir. Və şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər, əzabı gördükləri zaman, özlərinə tabe olunan kəslər əzabı görərək özlərinə tabe olanlardan qaçıb uzaqlaşdıqları, əzabı gördükləri və aralarındakı bağlar qoparıldığı zaman, bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının həqiqətən çox şiddətli olduğunu kaş ki, görsəydilər.
167 Onlara tabe olanlar da, “Ah, kaş ki, bizim üçün dünyaya bir qayıdış olsaydı, onların bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” deyərlər. Bax beləcə, Allah onlara bütün əməllərini, üstlərinə yığılmış peşmanlıq və kədər halında göstərəcək. Onlar bu atəşdən çıxa bilməyəcəklər.
(87/2, Bəqərə / 161-167)
Nəcm: 427
168 Ey insanlar! Yer üzündəki halal və təmiz, xoş, faydalı şeylərdən yeyin və şeytanın izi ilə getməyin. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.
169 O, sizə yalnız pisliyi, həddini aşmağı; çirkinliyi-həyasızlığı və Allah barədə bilmədiyiniz şeyləri söyləməyi əmr edər.
170 Və onlara, “Allahın nazil etdiyinə tabe olun!” deyildiyi vaxt, “Əksinə, biz atalarımızı necə görmüşüksə, ona tabe olacağıq!” deyirlər. Bəs ataları bir şeyə anlamayan və yönəldildikləri doğru yolu tapmayan kəslər olsa, onda necə?
(87/2, Bəqərə / 168-170)
Nəcm: 428
171 Və bəzi kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] halı, bağırtıdan-çığırtadan başqa bir şey eşitməyən şeylərin üstünə çoban kimi qışqıran / qarğa kimi çığıran kəsin halına bənzəyər; [onlar] kar, lal və kordurlar. Buna görə dərk edə bilmirlər də.
259 Və bəzi kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] halı da, evlərinin damları çökmüş bir şəhərə yolu düşən kimsə kimidir. O kimsə, “Bunu, bu ölümdən sonra Allah necə dirildəcək ?!” deyərək inanmadığını göstərdi. Belə olduqda, Allah onu yüz il öldürdü, sonra diriltdi. Allah, “Nə qədər qaldın?” dedi. O, “Bir gün yaxud bir günün bir hissəsi qədər qaldım” dedi. Allah, “Əksinə, sən yüz il qaldın, belə olduğu halda, yeməyinə-içməyinə bax, hələ xarab olmayıb, uzunqulağına də bax. –Biz, bunu, sən biləsin və səni insanlar üçün bir ayə edək deyə belə etdik.– O sümüklərə də bax, gör onları necə qaldırırıq. Sonra onların [üstünə] necə ət geydiririk?” dedi. Beləcə, ona açıqa-aşkar məlum olduqda, “Şübhəsiz ki, Allahın hər şeyə qadir olduğunu [indi] daha yaxşı bilirəm” dedi.
(87/2, Bəqərə / 171, 259)
Nəcm: 429
172 Ey iman etmiş kəslər! Əgər siz yalnız Ona ibadət edirsinizsə, sizə ruzi olaraq verdiyimiz şeylərin xoş, təmiz və faydalı olanlarından yeyin və verdiyi nemətlərin əvəzini Allaha ödəyin.
173 O sizə ancaq ölmüş heyvanı, qanı, donuzun ətini və Allahdan başqasının adı ilə kəsilən heyvanları haram qıldı. Sonra kim bunlardan yeməyə məcbur olarsa, başqasının haqqını tapdalamasa və zərurət ölçüsünü keçməsə, ona bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhmlidir.
(87/2, Bəqərə / 172-173)
Nəcm: 430
174 Şübhəsiz, Allahın kitabdan nazil etdiyi bir şeyi gizləyən və gizlədiyi şeyi çox ucuza satanlar; bax onlar
, qarınlarına oddan başqa bir şey yeməz. Və qiyamət günü Allah onlarla danışmaz və onları təmizə çıxarmaz və onlara ağrılı bir əzab vardır.
175 Bax onlar, doğru yol əvəzində zəlalət yolunu, bağışlanmaq əvəzində əzabı satın alan kəslərdir. Bunlar, atəşə qarşı necə də dözümlüdürlər!
176 Bax bu, şübhəsiz ki, Allahın Kitabı haqq ilə nazil etməsi səbəbindəndir. Və şübhəsiz, Kitab haqqında ixtilafa düşən kəslər həqiqətən çox uzaq bir nifaq içərisindədirlər.
(87/2, Bəqərə / 174-176)
Nəcm: 431
177 Üzünüzü şərq və qərb istiqamətinə çevirməyiniz “yaxşı adam” olmaq deyil. “Yaxşı adamlar” Allaha, Axirət gününə / Axırıncı günə, mələklərə, Kitaba, peyğəmbərlərə inanan; Allaha / mala / malını verməyə məhəbbəti olduğu halda öz malını qohumlara, yetimlərə, miskinlərə, yolçulara və dilənçilərə və azaldığını itirənlərə verən; səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradan və yaşadan], zəkatı / vergini verən kəslərdir. Və vəd verdiklərində vədlərini əskiksiz yerinə yetirən, çətinlik, xəstəlik və müharibə zamanlarında səbr edən kəslərdir. Bax onlar, özü-sözü doğru olanlardır. Və bax onlar, məhz Allahın mühafizəsi altına daxil olan kəslərdir.
(87/2, Bəqərə / 177)
Nəcm: 432
178 Ey iman etmiş kəslər! Ölümlü hadisələrdə qisas; tərəflər arasında ədalətli əvəzçıxma sizə vacib oldu. Azad şəxs əvəzində azad şəxs, qul əvəzində qul, qadın əvəzində qadın… Ancaq hər kəs, ölənin qardaşı tərəfindən hər hansı bir şey müqabilində bağışlansa, o zaman adətə əməl etməli, ona yaxşılıqla ödəməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və bir mərhəmətdir. Artıq kim həddi aşsa, ağrılı əzab onu gözləyir.
179 Ey anlama qabiliyyəti olanlar! Allahın mühafizəsi altına daxil olasınız deyə bu ədalətli əvəz prinsipində sizin üçün həyat var.
(87/2, Bəqərə / 178-179)
Nəcm: 433
180 Sizdən birinizi ölüm haqladıqda, əgər bir xeyir / mal qoyub gedirsə, atası-anası və ən yaxın qohumu üçün adətlərə uyğun; hər kəs tərəfindən qəbul edilən bir şəkildə vəsiyyət etmək vacibdir, [belə etmək] Allahın mühafizəsi altına daxil olan kəslər üçün bir haqdır.
181 Hər kim bunu eşitdikdən sonra dəyişdirsə, onun günahı ancaq onu dəyişdirənlərin üzərinə düşər. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
182 Hər kim vəsiyyət edənin bir səhv işləməsindən və yaxud bir günaha batmasından qorxaraq onların arasını düzəltsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.
(87/2, Bəqərə / 180-182)
Nəcm: 434
183,184Ey iman etmiş kimseler! Karşılıklı, beraberce oruç tutmak, Allah’ın koruması altına giresiniz diye, sizden öncekilere, ‘sayılı günlerde, o nedenle sizden her kim hasta olursa veyahut çiftçilik, ticaret, askerlik, eğitim- öğretim gibi gidiş gelişli; hareketli bir iş üzere olursa sayılı günler içinde hasta ve seferde olmadığı diğer günler sayısınca oruçlu olmalıdır. Oruca gücünü kaybetmiş olanlar/gücü yetenler üzerine ise bir yoksulun yiyeceği, kurtulmalık olarak borçtur. Kim de gönüllü hayır-iyilik yaparsa bu kendisi için çok hayırlıdır/yararlıdır. Ve eğer bilirseniz oruç tutmanız sizin için hayırlıdır/yararlıdır’ şeklinde farz kılındığı gibi, size de farz kılındı.
185Ramazân ayı ki, Kur’ân, insanlara bir kılavuz olarak ve furkândan, yol göstermeden açık seçik açıklamalar olarak kendisinde indirilmiştir. Bu nedenle sizden her kim bu aya şâhit olursa hemen onda oruç tutsun. Kim de hasta veya sefer; çiftçilik, ticaret, askerlik, eğitim- öğretim gibi gidiş gelişli; hareketli bir iş üzerinde ise RAMAZAN AYI içinde hasta ve seferde olmadığı diğer günler sayısınca oruçlu olmalıdır. Allah, size kolaylık diler, size zorluk dilemez. Bu kolaylık; fidyenin olmayışı, yolda olanlara ve hasta olanlara ruhsat verilmesi, Allah’ın koruması altına girmeniz ve sayıyı; kaç gün oruç olduysanız orucunuzu en yüksek değerde gerçekleştirmeniz, size yol gösterdiğinden dolayı Allah’ı büyüklemeniz ve Allah’ın verdiği nimetlerin karşılığını ödeyesiniz diyedir.
187 Birlikdə oruc tutmaq gecəsində qadınlarınızla cinsi əlaqəylə bağlı sözlər, cinsi əlaqə sizə halal edildi. Onlar sizin üçün bir libasdır, siz də onlar üçün bir libassınız. Allah sizin özünüzə xəyanət etdiyinizi bildi və tövbənizi qəbul edib sizi bağışladı. Artıq qadınlarınıza yaxınlaşın və Allahın sizin üçün yazdığı şeyləri istəyin. Və fəcrdə, sizin üçün ağ sap qara sapdan yaxşıca seçilənə qədər yeyin-için. Və gecəyə qədər orucunuzu tamamlayın. Və siz ilahiyyat təhsili mərkəzlərində planlı ibadət halında olarkən onlara yaxınlaşmayın. Bunlar Allahın hədləridir, artıq Allahın hədlərinə yaxınlaşmayın. Allah, Özünün mühafizəsi altına daxil olsunlar deyə, ayələrini insanlara bax belə açıqlayar.
186 Və bəndələrim səndən Mənim barəmdə soruşduqları zaman, bilin ki, həqiqətən Mən çox yaxınam. Mənə yalvardıqda yalvaranın yalvarışına cavab verərəm. O halda, rüşdə çatmaq üçün onlar da Mənim çağırışımı qəbul etsinlər və Mənə inansınlar.[xiv]
(87/2, Bəqərə / 183-185, 187, 186)
Nəcm: 435
188 Aranızda mallarınızı da batil səbəblərlə yeməyin. Başqalarının mallarından bir qismini bilərək və günah yolu ilə yemək üçün mallarınızı hakimlərə verməyin.
(87/2, Bəqərə / 188)
Nəcm: 436
189 Sənə təzə ay barədə sual verirlər. De ki: “Onlar, insanlar və həcc / proqramlı ilahiyyat təhsilinin dövrləri üçün vaxt ölçüləridir.” Evlərinizə arxa tərəflərindən daxil olmağınız / dində Allahın qanunlarından başqa qanunlar mənimsəməyiniz, “yaxşı adam” olmaq deyil. “Yaxşı adam” olmaq, Allahın mühafizəsi altına daxil olmaqdır. Elə isə, evlərinizə qapılardan daxil olun; dini, din sahibi Allahın müəyyən etdiyi çərçivədə yaşayın. Və müvəffəqiyyətə çatanlardan, nicat tapanlardan olmaq üçün Allahın mühafizəsi altına daxil olun.
(87/2, Bəqərə / 189)
Nəcm: 437
190 Və sizinlə vuruşanlarla kəslərlə Allah yolunda vuruşun; ölün, öldürün. Və həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz.
191 Və onları harada haqlasanız, öldürün, çıxardıqları yerdən siz də onları çıxarın. Və insanları dindən çıxarmaq; şərik qoşmağa [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə] sövq etmək, öldürməkdən daha şiddətlidir. Məscidiülhəram; toxunulmaz ilahiyyat təhsili mərkəzi yanında onlar sizinlə vuruşmayınca siz də onlarla orada vuruşmayın. Lakin onlar sizinlə vuruşsalar, dərhal onları öldürün. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərin] cəzası bax belədir.
192 Bununla birgə, əgər vaz keçsələr, bilin ki, həqiqətən Allah çox bağışlayandır, çox rəhm edəndir.
193 Və insanları dindən çıxarmaq; şərik qoşmağa [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməyə] sövq etmək fəaliyyətindən əsər qalmayıb din ancaq Allaha məxsus olana qədər onlarla vuruşun. Əgər vaz keçsələr, öz-özlərinə haqsızlıq edənlərdən başqasına qarşı düşmənçilik yoxdur.
194 Toxunulmazlıq ayı, haram ay müqabilindədir. Və bütün toxunulmazlıqlar / əfv hökmləri bir-birinin müqabilindədir. Elə isə, kim sizə hücum edərsə, siz də ona eyni şəkildə hücum edin. Və Allahın mühafizəsi altına daxil olun. Və bilin ki, Allah Öz mühafizəsi altına daxil olan kəslərlədir.
195 Və Allah yolunda malınızı xərcləyin / başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin, özünüzü öz əllərinizlə təhlükəyə atmayın və yaxlı-gözəl əməl işləyin. Şübhəsiz ki, Allah, yaxşı-gözəl əməl işləyənləri sevər.
(87/2, Bəqərə / 190-195)
Nəcm: 438
208 Ey iman etmiş kəslər! Hamınız bir yerdə İslama-sülhə-təhlükəsizliyə-möhkəmliyə daxil olun və şeytanın izindən getməyin. Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir.
209 Buna baxmayaraq, əgər siz açıq-aşkar dəlillər gəldikdən sonra yenə azsanız, bilin ki, həqiqətən Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.
(87/2, Bəqərə / 208-209)
Nəcm: 439
210 Onlar, Allahın bulud kölgələri içində gəlməsini, təbii güclərin [şüa, radiasiya və meteorların] gəlməsini və işin tamam olmasını gözləyirlərmi? Halbuki bütün işlər, yalnız Allaha qaytarılacaq.
211 İsrail oğullarından, Bizim onlara nə qədər açıq-aşkar işarət / nişanə göndərdiyimizi soruş. Kim Allahın nemətini özünə gəlib [çatdıqdan] sonra dəyişdirsə, şübhəsiz ki, Allahın əzabı çox şiddətlidir.
212 Bəsit dünya həyatı, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün bəzəkli göstərildi. Onlar, iman gətirənlərə istehza edərlər. Halbuki Allahın mühafizəsi altına daxil olan kəslər, qiyamət günü onlardan üstündür. Allah, dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir.
(87/2, Bəqərə / 210-212)
Nəcm: 440
213 İnsanlar başçısı olan vahid bir cəmiyyət idi, Allah onlara müjdə vermələri və xəbərdarlıq etmələri üçün peyğəmbərlər göndərdi və ixtilaf etdikləri məsələlərdə insanlar arasında hökm versinlər deyə onlarla birlikdə haqq olan kitab nazil etdi. Və məhz özlərinə Kitab verilənlər, bu qədər dəlillər gəldikdən sonra, aralarındakı azğınlıq üzündən ixtilafa düşdülər. Belə olduqda, Allah, Öz elmi ilə, iman edənləri, barəsində ixtilafa düşdükləri haqqa yönləndirdi. Və Allah, dilədiyi kimsəni / diləyən kimsəni doğru yola yönəldir.
(87/2, Bəqərə / 213)
Nəcm: 441
214 Yoxsa siz, özünüzdən əvvəl keçib gedənlərin başına gələnlər sizə gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara yoxsulluqlar, çətinliklər üz verdi və onlar sarsıldılar, hətta elçi və onunla birlikdə iman gətirənlər də: “Allahın köməyi nə vaxt [gələcək]?” deyirdilər. –Diqqətli olun! Həqiqətən, Allahın köməyi çox yaxındadır.–
(87/2, Bəqərə / 214)
Nəcm: 442
215 Onlar, nəyi Allah yolunda xərcləməli / verməli olduqlarını səndən soruşurlar. De ki: “Xeyirdən / maldan; zamandan, elmdən verdiyiniz şeylər / başqalarının ehtiyacını təmin etməyiniz ana-ata, ən yaxınlar, yetimlər, miskinlər və yolda qalanlar üçündür.” Və nə xeyir işləsəniz, şübhəsiz ki, Allah onu ən yaxşı biləndir.
216 Və müharibə sizin üçün xoş olmayan bir şey olsa da, sizə vacib bir iş olaraq verilmişdir. Ola bilər ki, sizin üçün xeyirli olan bir şeydən xoşunuz gəlməz. Yenə ola bilər ki, siz, sizin üçün pis, zərərli olan bir şeyi xoşlayarsınız. Və Allah bilir, siz bilməzsiniz.
(87/2, Bəqərə / 215-216)
Nəcm: 443
217 Səndən, toxunulmaz ay barədə və o toxunulmaz ayda vuruşmaq barədə soruşurlar. De ki: “O ayda vuruşmaq böyük günahdır. Və Allahın yolunda olmağa maneə törətmək, Onu və Məscidülhəramı / ilahiyat elmlərinin təhsili mərkəzini bilə-bilə inkar etmək / görməzlikdən gəlmək və Məscidülhəram əhalisini; orada təhsil-təlimlə məşğul olanları və qısamüddətli təhsildə iştirak edənləri oradan çıxarmaq, Allah yanında daha böyük [günahdır]. Və insanları dindən çıxarmaq; şərik qoşmağa [Allahın məbud və rəbb olduğunu örtməyə sövq etmək] öldürməkdən daha böyük [günahdır].” Onlar, əgər bacarsalar, sizi dininizdən döndərmək üçün sizinlə vuruşmaqdan heç bir zaman əl çəkməzlər. Sizdən də hər kim dinindən dönüb kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] biri kimi can versə, artıq onun bütün əməlləri dünyada və axirətdə puça çıxar. Və onlar, atəş əhlidir. Onlar orada əbədi qalanlardır.
218 Şübhəsiz ki, iman edən kəslər, öz yurdlarından başqa yurtlara köçən kəslər və Allah yolunda səy göstərən kəslər, Allahın mərhəmətinə ümid bəsləyirlər. Və Allah çox bağışlayandır, çox rəhm edəndir.
(87/2, Bəqərə / 217-218)
Nəcm: 444
219,220Sana aklı karıştıran, örten şeylerden/ aklı örtmekten ve şans oyunlarından soruyorlar. De ki: “Bu ikisinde büyük bir zaman kaybına neden olma/ hayırda ağırda alma/ zarar verme/ kusur oluşturma, bir de insanlar için bazı menfaatler vardır. Zaman kaybına neden olma/ hayırda ağırda alma/ zarar verme/ kusur oluşturma durumu, menfaatlerinden daha büyüktür.” Yenə səndən, nəyi Allah yolunda xərcləmələri olduqlarını soruşurlar. De ki: “Ehtiyacınızdan artığını xərcləyin.” Allah, yaxşı-yaxşı düşünəsiniz deyə ayələrini bax belə sizin üçün izah edir. Səndən yetimlər barədə də soruşurlar. De ki: Onlar üçün ən xeyirlisi “yaxşılaşdırmaqdır”. Əgər onların [içinə] qarışmışsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah, fitnə salanla yaxşılaşdıranı bir-birindən seçər. Əgər Allah istəsəydi, sizi çətinliyə salardı. Şübhəsiz ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.
(87/2, Bəqərə / 219-220)
Nəcm: 445
221 Və şərik qoşan qadınlarla, iman gətirməyənə qədər nikah kəsməyin. İman edən, kafirlərin himayəsindəki bir qul qadın, –sizin çox xoşunuza gəlsə belə– şərik qoşan bir qadından daha xeyirlidir. Şərik qoşan kişilərlə də iman gətirməyincə nikah kəsməyin. İman etmiş bir qul kişi, –sizin çox xoşunuza gəlsə belə–şərik qoşan bir kişidən daha xeyirlidir. Şərik qoşanlar atəşə çağırırlar, Allah isə Öz elmi ilə cənnətə və bağışlanmağa dəvət edir. O, ibrət alıb düşünsünlər deyə insanlara ayələrini aydınlaşdırır.
(87/2, Bəqərə / 221)
Nəcm: 446
222 Səndən qadınların aybaşı halı barəsində də soruşurlar. De ki: “O, bir əziyyətdir. Onun üçün aybaşı halında qadınlardan çəkilin və təmizlənənə qədər onlarla cinsi əlaqədə olmayın. Artıq yaxşıca təmizləndikdən sonra da Allahın əmr etdiyi yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah, xətadan yaxşıca dönənləri sevər və çox təmizlənənləri sevər.”
(87/2, Bəqərə / 222)
Nəcm: 447
223 Qadınlarınız, sizin üçün bir tarladır / mədəniyyətdir. Elə isə tarlanıza / kültürünüze dilədiyiniz kimi gəlin. Özünüz üçün də əvvəlcədən göndərin və Allahın mühafizəsi altına daxil olun. Həqiqətən Ona qovuşacağınızı da bilin. –Və möminlərə müjdə ver!–
(87/2, Bəqərə / 223)
Nəcm: 448
224 Və yaxşılardan olmağınıza, Allahın mühafizəsi altına daxil olmağınıza, insanların arasını düzəltməyinizə mane olan andlarınıza Allahı daxil etməyin; “Edərdim, amma Allaha and içdim, artıq andımı poza bilmərəm” deməyin. Və Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
225 Allah, sizləri andlarınızdakı boş sözlərə görə sorğu-suala çəkməz; amma şüurlu şəkildə edilmiş hərəkətlərinizə görə sorğu-suala çəkər. Allah çox bağışlayandır, çox həlimdir.
(87/2, Bəqərə / 224-225)
Nəcm: 449[xv]
226 Qadınlardan ila edənlər / onlarla yaxınlıq etməmək barədə and içənlər üçün dörd ay gözləmə müddəti var. Sonra əgər dönsələr, şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.
227 Əgər boşamaq qərarına gəlsələr, şübhəsiz ki, Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
(87/2, Bəqərə / 226-227)
Nəcm: 450
228 Boşanmış qadınlar da, üç aybaşı dövrü qədər gözləməlidirlər. Əgər Allaha və axirət gününə inanırlarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal olmaz. Və onların ərləri barışmaq istəsələr o müddət içərsində onları geri almağa daha çox haqları çatır. Və onların zərərinə olanlar kimi, ənənəyə uyğun / hər kəs tərəfindən qəbul edilmiş bir şəkildə onların faydasına olanlar da var. Kişilər üçün də, onların üstündə bir dərəcə var. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.
229 Boşamaq iki dəfə mümkündür. Bundan sonrası ya adətlərə müvafiq olaraq / hər kəs tərəfindən qəbul edilmiş şəkildə saxlamaq, ya da yaxşılıqla buraxmaqdır. Onlara verdiklərinizdən bir şey almağınız da sizin üçün halal olmaz. Ancaq ikisinin də Allahın hədlərinə riayət edə bilməməkdən qorxmağı istisna olmaqla. Əgər siz dövlət qulluqçuları, onların, Allahın hədlərinə riayət edən bilməyəcəyindən qorxsanız, qadının fidyə / ayrılmaq üçün müəyyən haqq verməsində ikisinə də günah yoxdur. Bunlar, Allahın hədləridir. Artıq bunları aşmayın. Hər kim Allahın hədlərini aşsa, artıq onlar, məhz özlərinə haqsızlıq edənlərdir.
230 Əgər o, qadını boşasa, bundan sonra o qadın, ondan başqa bir ərlə kəbin kəsdirməmiş ona halal olmaz. Sonra əgər ikinci ər onu boşasa, Allahın hədlərinə riayət edə biləcəklərini güman edirlərsə, bir-birinə qayıtmaqda ikisinə də günah yoxdur. Allahın, bilən bir qövm üçün bəyan etdiyi hədlər bax bunlardır.
231 Qadınları boşadığınız zaman, iddə (gözləmə) müddəti də başa çatdıqda, artıq onları ya məruf bir şəkildə saxlayın, yaxu da məruf bir şəkildə buraxın, hüquqlarına təcavüz etmək üçün onların zərərinə onları saxlamayın. Hər kim bunu etsə, özü özünə haqsızlıq etmiş olar. Allahın ayələrini oyun-oyuncaq etməyin. Allahın sizə verdiyi nemətləri, sizə öyüd-nəsihət üçün nazil etdiyi kitabı və haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları xatırlayıb düşünün. Həm də Allahın mühafizəsi altına daxil olun və həqiqətən Allahın hər şeyi ən yaxşı bilən olduğunu bilin.
232 Və siz qadınları boşadığınız və onlar da müddətlərinin sonuna gəldikləri zaman, ərləri ilə adətlərə uyğun şəkildə / hər kəs tərəfindən qəbul edilən şəkildə razılığa gəldikləri zaman, ərləri ilə kəbin kəsdirəcəklər deyə onları sıxışdırıb mane olmayın. Bax bu, sizdən Allaha və axirət gününə iman edən kəslərə bir öyüddür. Bax bu, sizin üçün daha uyğun və daha pakdır. Və Allah bilir, siz bilməzsiniz.
(87/2, Bəqərə / 228-232)
Nəcm: 451
233 Analar öz uşaqlarını, –əmizdirmə müddətinin tamam olmasını istəyənlər üçün– tam iki il əmizdirsinlər. Uşağın atasına da əmizdirənlərin yeməyi və geyimi adətlərə uyğun / hər kəs tərəfindən qəbul edilən şəkildə, borcdur. Hər kəs yalnız gücü çatan; imkanı dairəsində məsuliyyət daşıyır. Və uşağına görə bir ana da, uşağına görə bir ata da zərər çəkməsin. Varis üçün də bunun eynisi borcdur. Əgər ana və ata bir-birləriylə məsləhət edib, öz razılıqlarıyla uşağı süddən kəsmək istəsələr, onlar üçün bir günah yoxdur. Əgər uşaqlarınızı əmizdirmək istəsəniz, verməli olduğunuzu adətlərə uyğun olaraq / hər kəs tərəfindən qəbul edilən bir şəkildə versəniz, bunda sizin üçün bir günah yoxdur. Və Allahın mühafizəsi altına daxil olun və şübhəsiz Allahın, sizin etdiklərinizi çox yaxşı görən olduğunu bilin.
(87/2, Bəqərə / 233)
Nəcm: 452
234 Aranızdan, keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir [özünün] yadına salınanlar; ölüb geridə zövcələri qalan kəslərin xanımları da, dörd ay on gün gözləməlidirlər. Sonra müddətləri sona çatdığı zaman, artıq özləri barədə adətlərə uyğun olaraq / hər kəs tərəfindən qəbul edilən şəkildə etdikləri işdən sizin [bunu edənlər və bunu görənlər] üçün bir günah yoxdur. Və Allah sizin əməllərinizdən xəbərdardır.
235 Və bu qadınlarla evlənmək istədiyinizi üstüörtülü bir şəkildə bildirməkdə və yaxud bunu ürəyinizdə saxlamaqda sizin üçün heç bir günah yoxdur. Allah, şübhəsiz ki, sizin onları yada salacağınızı bilir. Lakin ənənəyə uyğun / hər kəs tərəfindən qəbul edilmiş şəkildə bir söz söyləmək xaricində onlarla gizlicə vədələşməyin. Vacib olan müddət başa çatmamış nikah bağlamaq barədə qəti qərara gəlməyin. Bilin ki, şübhəsiz, Allah daxilinizdə olanı bilir. Elə isə Ondan qorxun. Yenə bilin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və çox bağışlayandır, çox həlimdir.
236 Əgər qadınları, onlara toxunmadan və yaxud onlar üçün bir mehr[xvi] hazırlamadan / müəyyən etmədən boşasanız, sizin üçün bir günah yoxdur. Və onlara [bir şey] qazandırın. Geniş [imkanı] olan öz vəziyyətinə görə, əli aşağı olan da öz vəziyyətinə görə. Ənənəyə uyğun / hər kəs tərəfindən qəbul edilən bir qazanc, gözəl-yaxşı əməl işləyənlər üçün bir borcdur.
237 Və əgər onları, onlara toxunmadan boşasanız və mehrini də müəyyən etmiş olsanız, o zaman borc, müəyyən etdiyiniz o məbləğin yarısı qədərdir. Ancaq qadınlar və yaxud nikah əqdini əlində tutan kəs / vəkili bağışlasa, o istisnadır. Və bağışlamağınız, Allahın mühafizəsi altına daxil olmaq üçün daha yaxındır. Aranızdakı artıqlığı da unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir.
(87/2, Bəqərə / 234-237)
Nəcm: 453
238,239 Səlatları [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını] və xüsusilə ən xeyirli səlatı [maddi və zehni baxımdan dəstək olmağın; cəmiyyəti maarifləndirməyin ən faydalısı olanı; həftəlik yığıncaq günündəki səlatı][xvii] hamılıqla qoruyun. Və Allah üçün daim ehtiramla ayağa qalxın; işə girişin; təhsil-tərbiyə və sosial kömək qurumunu işə salın. Amma əgər qorxulu bir mühitdəsinizsə, o zaman piyada və ya minik üstündə gedərkən; hərəkət halında qoruyun, yerinə yetirin. Sonra da əmin-amanlığa çatdıqda, Allahı, bilmədiyiniz şeyləri sizə necə öyrədibsə, o cür dərhal yada salın.
(87/2, Bəqərə / 238-239)
Nəcm: 454
240 Və sizlərdən vəfat edib özlərindən sonra zövcələri qalanlar, zövcələri üçün bir il müddətlə evlərindən çıxarılmamaq şərti ilə onlara çatacaq qədər malı vəsiyyət etməlidirlər. Əgər onlar çıxsalar, adətlərə uyğun / hər kəs tərəfindən qəbul edilmiş şəkildə özlərinin elədikləri işdən sizin üçün bir günah yoxdur. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyandır, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.
241 Boşanmış qadınların adətlərə uyğun / hər kəs tərəfindən qəbul edilmiş şəkildə bəhrələnməsi / ehtiyaclarının təmin edilməsi Allahın mühafizəsi altına daxil olan kəslərin üzərində bir vəzifədir.
242 Allah, dərk edəsiniz deyə ayələrini sizə beləcə bəyan edir.
(87/2, Bəqərə / 240-242)
Nəcm: 455
243 Sayları minlərlə adam olduğu halda ölüm qorxusundan yurdlarından çıxan, sonra da Allahın onlara “Ölün / canınız çıxsın!” dediyi, sonra da onlara bir həyat verdiyi kəsləri görmədinmi / heç düşünmədinmi? Həqiqətən, Allah insanlara lütf edəndir. Lakin insanların bir çoxu özlərinə verilən nemətlərin əvəzini ödəmirlər.
244 Və Allah yolunda vuruşun. Şübhəsiz ki, Allahın ən yaxşı eşidən və ən yaxşı bilən olduğunu da bilin.
245 Kimdir o kəs ki, Allaha gözəl bir ödunc versin, Allah da ona bir neçə qat artırsın? Allah darlıq da verir, genişlik də verir. Və yalnız Ona qaytarılacaqsınız.
246 İsrail oğullarının Musadan sonra böyüklərini görmədinmi / heç düşünmədinmi? Bir zaman onlar öz peyğəmbərlərindən birinə, “Bizə bir hökmdar göndər ki, Allah yolunda vuruşaq!” demişdilər. Peyğəmbər, “Sizə vuruşmaq vacib olsa, görəsən vuruşmaqdan qaçarsınızmı?” dedi. İsrail oğullarının böyükləri dedilər: “Bizə nə olub ki, yurdumuzdan və övladlarımızdan ayrıldığımız halda, Allah yolunda vuruşmayaq?” Sonra da özlərinə vuruşmaq vəzifəsi verildikdə, onlardan çox az bir qismi istisna olmaqla, üz çevirdilər. Və Allah, özlərinə haqsızlıq edən o kəsləri ən yaxşı biləndir.
247 Peyğəmbərləri də onlara, “Şübhəsiz ki, Allah, sizə hökmdar olaraq Talutu göndərdi” demişdi. İsrail oğulları, “O, necə bizim hökmdarımız ola bilər, halbuki hökmdar olmağa bizim ondan daha çox haqqımız var, ona mal-dövlət olaraq bir genişlik, bir bolluq da verilməmişdir” dedilər. Peyğəmbərləri, “Onu sizin başınıza Allah seçmişdir və onu elm və bədəncə üstün etmişdir” dedi. Allah da mülkünü istədiyi kəsə verər. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir.
248 Peyğəmbərləri dedi: “Şübhəsiz ki, onun hökmdarlığının əlaməti / nişanəsi güclü varlıqların daşıdığı, içində Rəbbinizdən ürəyə təskinlik verən, əmin-amanlıq hissi və sakitlik / mənəvi güc bəxş edən, Musa və Harun ailələrindən qalan şeylər olan o tabutun sizə gəlməsi olacaq. Əgər iman etmiş kəslərsinizsə, şübhəsiz ki, bunda sizin üçün həqiqətən bir işarət / nişan var” dedi.
249 Sonra Talut, öz ordu ilə birgə [oradan] çıxarkən dedi ki: “Şübhəsiz ki, Allah sizi həqiqətən bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Kim də, –əliylə bir ovuc alan istisna olmaqla– ondan dadmasa, bax o, məndəndir.” Sonra da aralarında çox azı istisna olmaqla, ondan içdilər. Talut və onunla birlikdə iman edən kəslər çayı keçəndə İsrail oğulları, “Bizim bu gün, Calutun və onun ordusunun qarşısında dayanmağa taqətimiz yoxdur” dedilər. Allaha qovuşacaqlarına həqiqətən inananlar, “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox dəstəyə qalib gəlib. Allah səbr edənlərlədir!” dedilər.
250 Və onlar, Calut və ordusu ilə qarşılaşdıqları zaman dedilər: “Ey Rəbbimiz! Bizə çoxlu-çoxlu səbr ver ki, zəiflik göstərməyək, boyun əyməyək, qədəmlərimzi möhkəmləndir və kafirlər dəstəsinə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] qarşı bizə kömək et!”
251 Sonra da, Allahın izni ilə / məlumatı daxilində Calutu və [onun] ordusunu darmadağın etdilər. Davud da Calutu öldürdü və Allah ona hökmranlıq [verdi], fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydaları verdi. Ona istədiyi şeyləri də öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qisimiylə dəf etməsəydi, yer üzü həqiqətən fitnə-fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı böyük bir lütf sahibidir.
252 Bax bunlar, Allahın ayələridir. Biz, onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz, sən də həqiqətən göndərilənlərdənsən.
253 Budur elçilər; Biz onların bəzisini bəzisindən üstün etdik. Onlardan bir qismi Allahın tək tərəfli olaraq söz dediyi / yaraladığı, çətinliklərə düçar etdiyi kəslərdir və bəzisi də dərəcələrini yüksəltdiyi kəslərdir. Və Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu Allahın vəhyi ilə qüvvətləndirdik. Və əgər Allah istəsəydi, onların ardınca gələnlər, açıq-aydın dəlillər özlərinə gəlib çatdıqdan sonra bir-birlərini öldürməzdilər. Lakin ixtilafa düşdülər və onlardan bəzisi iman etdi, bəzisi küfr işlədi [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etdi]. Və əgər Allah istəsəydi bir-birlərini öldürməzdilər. Lakin Allah istədiyini edər.
(87/2, Bəqərə / 243-253)
Nəcm: 456
254 Ey iman etmiş kəslər! Heç bir alış-verişin, heç bir dostluğun və heç bir yardımın, şəfaətin mümkün olmadığı bir gün gəlib çatmamışdan əvvəl sizə verdiyimiz ruzidən Allah yolunda xərcləyin / başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin edin. Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] məhz özlərinə haqsızlıq edənlərdir.
(87/2, Bəqərə / 254)
Nəcm: 457
255 Allah, Özündən başqa məbud deyə bir şey olmayandır, hər zaman diridir, hər şeyi bərqərar saxlayandır, qoruyandır, diri və bütün kainatı idarə edəndir. Onu əsla mürgüləmə və yuxu tutmaz. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız Onundur. Onun izni / xəbəri olmadan yanında yardım, şəfaət edə bilən kim var? O, onların önlərində və arxalarında olan şeyləri bilir. Onlar isə, Onun istədiyindən başqa, elmindən heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yer üzünü əhatə etmişdir. Onların ikisini də mühafizə etmək Ona çətin gəlməz. Və O, çox ucadır, ucaldandır, hədsiz böyükdür.
(87/2, Bəqərə / 255)
Nəcm: 458
256 Dində zorakılıq / ikrah etdirmək yoxdur; iman küfrdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməkdən]; yaxşı pisdən, gözəl çirkindən, düzgünlük azğınlıqdan həqiqətən yaxşıca ayrılmışdır. Elə isə hər kim tağutu[xviii] inkar etsə; onu rədd edərək Allaha iman gətirsə, qopmaq bilməyən möhkəm bir dəstəkdən yapışmış olar. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
257 Allah, inananların köməkçi, yol göstərən, himayəçi yaxınıdır; onları zülmətdən nura çıxarır. Kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] gəldikdə; onların köməkçi, yol göstərən, himayəçi yaxını tağutdur ki, onları nurdan zülmətə aparır. Onlar cəhənnəm əhlidir. Onlar orada əbədi qalacaqlar.
(87/2, Bəqərə / 256-257)
Nəcm: 459
258 Allah ona hökmdarlıq verdi deyə, Rəbbi barəsində İbrahimlə mübahisə edən kəsi görmədinmi / heç düşünmədinmi? Bir vaxt İbrahim, “Mənim Rəbbim dirildən və öldürəndir” demişdi. O, “Mən dirildir və öldürürəm” demişdi. İbrahim, “Elə isə, şübhəsiz ki, Allah, günəşi məşriqdən gətirir, bacarırsansa, sən onu məğribdən gətir!” dedikdə, o kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən adam] çaşıb qaldı. –Və Allah özlərinə haqsızlıq edənlər qövmünə doğru yolu göstərməz.–
(87/2, Bəqərə / 258)
Nəcm: 460
260 Bir zamanlar İbrahim də, “Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə göstər!” demişdi. Allah, “İnanmırsanmı?” dedi. İbrahim, “İnanıram, lakin ürəyimdəki bütün sual işarələrini aradan qaldıraraq xatircəm olmaq üçün” dedi. Allah, “Dərhal quşlardan dördünü tut və onları özünə öyrət. Sonra hər dağın üstünə onlardan bir parça qoy. Sonra da quşları çağır, qaça-qaça / sürətlə sənə gələcəklər. Və bil ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir” dedi.
(87/2, Bəqərə / 260)
Nəcm: 461
261 Mallarını Allah yolunda xərcləyən / başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edən kəslərin misalı yeddi sünbül verən və hər sünbülündə yüz ədəd dən olan toxum kimidir. Allah dilədiyinə qat-qat artırar. Və Allah, elmi və rəhməti geniş və sərhədsiz olandır, çox yaxşı biləndir.
262 Allah yolunda mallarını xərcləyən / başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edən, sonra verdiklərini ardınca minnət qoymayan və əziyyət etməyən kəslərin mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməzlər.
263 Adətlərə uyğun olan / hər kəs tərəfindən qəbul edilən şəkildə bir söz və bağışlamaq, arxasınca əziyyət, minnət olan bir sədəqədən daha xeyirlidir. Allah zəngindir / heç bir şeyə möhtac deyil, həlimdir.
264 Ey iman etmiş kəslər! Allaha və son günə inanmadığı halda malını insanlara göstərmək üçün xərcləyən kimsə kimi, minnət qoyaraq və əziyyət edərək sədəqələrinizi puç etməyin. Onun halı, üstündə bir az torpaq olan, üstünə bir leysan yağdıqda leysanın çılpaq qoyduğu qayanın halı kimidir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Və Allah, kafirlər qövmünü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər qövmünü] doğru yola yönləndirməz.
265 Allahın razılığını qazanmaq və özlərini möhkəmləndirmək üçün xərcləyənlərin / başda yaxınları olmaqla başqalarının ehtiyaclarını təmin edənlərin halı da üstünə bol yağış yağıb ikiqat məhsul verən, məhsuldar torpaqdakı bir bağçanın halına bənzəyər. Belə bir bağçaya bol yağış yağmasa da bir çiskin [kifayət edər]… Allah sizin etdiklərinizi ən yaxşı görəndir.
266 Hansınız istəyər ki, onun xurma və üzümlüklərdən ibarət bir bağçası olsun, altından çaylar axsın, içində hər cür məhsulu olsun, özünün üstünə də qocalıq çöksün və nəsli də zəif olsun. Bu halda ona odlu bir qasırğa düşsün, o bağ yansın. Allah, yaxşıca fikirləşəsiniz deyə ayələrini sizə belə bəyan edir.
267 Ey iman etmiş kəslər! Qazandıklarınızdan, sizin üçün yerdən çıxardıqlarımızın təmizindən Allah yolunda xərcləyin. Göz yummadan almayacağınız pak olmayan şeyləri vermək fikrində olmayın. Və həqiqətən Allahın çox zəngin olduğunu / heç bir şeyə möhtac olmadığını, təriflənən / tərifə layiq olduğunu bilin.
268 Şeytan, sizi yoxsulluqla qorxudar və sizə pis işləri-həyasızlığı əmr edər. Allah isə, sizə Öz tərəfindən bağışlanmaq və bol nemət vəd edir. Və Allah, elmi və rəhməti hədsiz geniş olandır, ən yaxşı biləndir.
269 Allah, istədiyinə haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydalar verir. Və kimə haqsızlığın, fitnə-fəsadın və qarışıqlığın qarşısını almaq üçün qoyulmuş qanun, prinsip və qaydalar verilsə, həqiqətən ona çoxlu xeyir verilmişdir. Qavrama qabiliyyəti olanlardan qeyriləri yaxşıca düşünməz.
270 Başqalarının ehtiyacını təmin etmək üçün nəyi xərcləsəniz və yaxud nəzir olaraq nəyi nəzir desəniz, şübhəsiz, Allah onu bilir. Və özlərinə haqsızlıq edən kəslər üçün heç bir köməkçi yoxdur.
271 Sədəqələri aşkarda versəniz, yaxşı olar; əgər onları gizlədib yoxsullara versəniz, bu, sizin üçün daha xeyirlidir və günahlarınızın bir qismini örtər. Və Allah, işlədiyiniz əməllərdən xəbərdardır.
272 Onları doğru yola gətirmək sənin boynunda bir borc deyil, ancaq Allah dilədiyi kimsəni doğru yola gətirər. Və xeyirdən Allah yolunda xərclədiyiniz / başda yaxınlarınız olmaqla başqalarının ehtiyaclarını təmin etdiyiniz şeylər sırf özünüz üçündür. Və siz yalnız Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. Və xeyirdən nə xərcləsəniz, o, sizə tam olaraq veriləcək. Və siz, haqsızlığa məruz qalmayacaqsınız.
273 Allah yolunda xərcləmək, yer üzündə gəzib-dolanmağa gücü çatmayan, özlərini Allah yoluna həsr edən yoxsullar üçün olsun. Utancaq olduqlarından, bilməyənlər, onları zəngin sanır. –Sən onları nişanələrindən tanıyarsan.– Arsızlıq edərək insanlardan istəməzlər. Və siz, xeyirdən nəyi xərcləsəniz, bilin ki, həqiqətən Allah onu çox yaxşı biləndir.
274 Mallarını hər zaman, gizlicə və açıq şəkildə Allah yolunda xərcləyən kəslərin; məhz onların, Rəbbi yanında mükafatları vardır. Və onlar üçün hər hansı bir qorxu yoxdur və onlar qəm-qüssə də görməzlər.
(87/2, Bəqərə / 261-274)
Nəcm: 462
275 Sələmi [əməksiz, risksiz, işləyib əziyyət çəkmədən asanca əldə edilən qazancları][xix] yeyən kəslər, şeytanın bir toxunuşla toxunduğu kəslərin qalxdığı kimi qalxar. Bu, şübhəsiz ki, onların: “Alış-veriş, sələm kimidir” demələri səbəbiylədir. Halbuki, Allah alış-verişi halal, sələmi haram etmişdir. Özünə Rəbbindən bir öyüd-nəsihət gəlib, əməlindən əl çəkənin keçmişi özünə, işi Allaha aiddir. Və kim yenidən qayıtsa, bax onlar atəşin dostlarıdır. Onlar orada əbədi qalacaqlar.
276 Allah, sələmi məhv edər, sədəqələri artırar. Allah, həddindən artıq nankor və günahkar heç bir kəsi sevməz.
277 Həqiqətən iman gətirən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradan-yaşadan] və zəkatı / vergini verən şəxslərin Rəbbi yanında mükafatları var. Və onlar üçün heç bir qorxu yoxdur, onlar qəm-qüssə də görməzlər.
278 Ey iman etmiş kəslər! Əgər möminsinizsə, Allahın mühafizəsi altına daxil olun və sələmdən qalan [şeydən] əl çəkin.
279 Əgər belə etməsəniz, o zaman Allah və Elçisindən sizə müharibə olduğunu / darmadağın ediləcəyinizi; pərişan ediləcəyinizi bilin. Əgər tövbə etsəniz, sərmayəniz sizindir. Haqsızlıq etməsəniz, haqsızlığa məruz da qalmazsınız.
280 Əgər borclu çətinlikdədirsə, [vəziyyəti] asanlaşana qədər möhlət verilməlidir! Əgər bilirsinizsə, sədəqə olaraq verməyiniz, sizin üçün daha xeyirlidir.
281 Və Allaha tərəf qaytarılacağınız günə qarşı Allahın mühafizəsi altına daxil olun. Sonra da hər kəs qazancını kamil surətdə alacaq. Və onlar haqsızlığa məruz qoyulmaz.
(87/2, Bəqərə / 275-281)
Nəcm: 463
282 Ey iman etmiş kəslər! Əvvəlcədən müəyyənləşdirilmiş bir müddətə [qədər] borc alıb verdikdə onu dərhal yazın. Aranızda bir katib ədalətlə yazsın. Və o katib, Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın. Boynunda haqq olan kəs də söyləyib yazdırsın və Rəbbi olan Allaha təqvalı davransın və ondan [haqqdan] bir şey əskiltməsin. Əgər haqq öz əleyhinə olan adam [borclu] ağlı kəsməyən və yaxud zəif biri isə və yaxud şəxsən söyləyib yazdırmağa gücü çatmayan biri isə, qəyumu ədalətlə söyləyib yazdırsın. Kişilərinizdən iki nəfəri də yaxşı şahid tutun. Əgər iki kişi şahid olmasa, o zaman bir kişi ilə iki qadın olsun; iki qadının olmağı, bunlardan biri yanılsa, unutsa, digərinin xatırlaması üçündür. – Şahidlər, razı qalacağınız, yaxşı şahidlik edəcək kəslərdən olsun.– Şahidlər dəvət edildiyi zaman, boyun qaçırmasınlar. Siz, kiçik və ya böyük [borcu] müddətinə qədər yazmağa ərinməyin. Bu, Allah yanında daha haqqaniyetlidir, şahidlik baxımından daha möhkəm, şübhəyə düşməmək baxımından daha əlverişlidir. Aranızda dərhal dövr edən bir ticarət istisnadır; onu yazmaqda sizin üçün günah yoxdur. Alış-veriş etdiyiniz vaxt yenə şahid tutun. Yazan və şahidlik edən bir zərər görməsin. Əgər belə etsəniz [onlara zərər versəniz], şübhəsiz o, sizin üçün bir fisq [günah] olar. Allaha da təqvalı davranın. Allah sizə öyrədir və Allah, hər şeyi ən yaxşı biləndir.
283 Və əgər siz, səfərdə olsanız və bir katib tapmasanız, o vaxt bir girov [alın]! Yox, əgər bir-birinizə etibar edirsinizsə, etibar edilən şəxs, boynundakı əmanəti qaytarsın. Və Rəbbi olan Allahın mühafizəsi altına daxil olsun. Şahidliyi də gizlətməyin. Onu kim gizlətsə, şübhəsiz ki, onun qəlbi günahkardır. Və Allah, etdiklərinizi çox yaxşı biləndir.
284 Göylərdə olan şeylər və yer üzündə olan şeylər Allahındır. Siz daxilinizdəkiləri zahirə çıxarsanız da, gizli saxlasanız da Allah onunla sizi haqq-hesaba çəkər. Sonra dilədiyi kəsi bağışlayar, dilədiyi kəsə də əzab verər. Və Allah, hər şeyə ən yaxşı qadir olandır.
(87/2, Bəqərə / 282-284)
Nəcm: 464
285,286 Elçi, öz Rəbbindən ona nazil olana iman gətirdi, möminlər də. Hamısı Allaha, təbii güclərinə / xəbərçi ayələrinə, kitablarına və elçilərinə iman etdilər: “Biz Allahın elçiləri arasında fərq qoymuruq.” Və dedilər: “Biz eşitdik və itaət etdik. Rəbbimiz! Bağışlamağını diləyirik, qayıdış ancaq Sənədir. Ey Rəbbimiz! Əgər tərk etdiksə, yaxud da yanıldıqsa, bizi tutub sorğu-suala çəkmə! Ey Rəbbimiz! Bizə bizdən əvvəlkilərə yüklədiyin kimi ağır məsuliyyət / bizi çətinliyə salacaq şeylər yükləmə! Ey Rəbbimiz! Bizə gücümüzün çatmadığı yükü də yükləmə! Və əfv et bizi, bağışla bizi, mərhəmət et bizə! Sən bizim köməkçi, yol göstərən, himayəçi yaxınımızsan. Və kafirlər dəstəsinə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin dəstəsinə] qarşı bizə kömək et.” Allah heç kimə gücünün çatacağından başqa; imkanı xaricində yük yükləməz. Hər kəsin qazandığı öz xeyrinə və qazandırıldığı zərərinədir.
(87/2, Bəqərə / 285-286)
Dipnot:
[i] Quranın bundan sonrakı ayǝlǝrinin Mǝdinǝdǝ nazil olduğu qǝbul edilir. Allahın Elçisi Mǝkkǝdǝn Mǝdinǝyǝ hicrǝt etmiş vǝ Mǝdinǝlilǝr onu dövlǝt başçısı etmişdilǝr. Rǝsulallahın burada xitab etdiyi kütlǝ, ǝvvǝla münafiqlǝr vǝ Mǝdinǝdǝ, Mǝdinǝ ǝtrafında yaşayan yǝhudilǝrdir. Bundan sonrakı ayǝlǝrdǝ ǝsasǝn bu münafiqlǝri vǝ yǝhudilǝri hǝdǝfǝ götürǝn tǝbliğatla İslam dövlǝtinin tǝmǝl prinsiplǝri yer alacaq.
[ii] Bax: 8 nömrǝli qeyd.
[iii] Bax: 52 nömrǝli qeyd.
[iv] Bax: 96 nömrǝli qeyd.
[v] Buradakı hadisǝlǝr Əraf / 138-155 vǝ Taha / 80-98 nömrǝli (Nǝcm 120) ayǝlǝrdǝ danışılan hadisǝlǝrdir. Ayǝnin orjinalında yer alan fövq sözü hǝm “alt” sözünün ziddi olaraq “üst” mǝnasına gǝlir, hǝm dǝ şǝrǝf vǝ fazilǝt baxımından başqa birindǝn üstün olan fakǝ felinin mǝsdǝr formasıdır. Digǝr tǝrǝfdǝn, fövq sözü ǝsasǝn mǝnǝvi üstünlüyü ifadǝ etmǝk üçün işlǝdilir. Bax: “Rǝsmi Müshǝf”ǝ görǝ: Zuxruf / 32; Bǝqǝrǝ / 212; Ali-İmran / 55; Ənam / 18; Əraf / 127. Burada İsrail oğulları “alt”, Musa isǝ “üst”dür.
[vi] Bu hissǝdǝ, mütǝşabeh ibarǝlǝrin necǝ tǝvil edildiyi birbaşa Allah tǝrǝfindǝn göstǝrilmişdir. Ayǝlǝrdǝ işlǝdilǝn inǝk sözü ilǝ “qızıl”ın nǝzǝrdǝ tutulduğu başa düşülür. Yǝni burada inǝyin mǝcburi qaydada kǝsilmǝsi, İsrail oğullarının istǝmǝyǝ-istǝmǝyǝ qızıla tapınmaqdan ǝl çǝkmǝyini ifadǝ edir.
[vii] Başçının işlǝri hǝmişǝ cǝmiyyǝtin adına yazılır. Çünkü başçı, elǝdiyi şeylǝri cǝmiyyǝt adına edir. Sǝmud qövmündǝ dǝ dǝvǝnin baldırlarını kǝsǝn (sǝlat vǝzifǝsini ortadan qaldıran) bir nǝfǝr olsa da, bu iş bǝzi ayǝlǝrdǝ cǝm halında cǝmiyyǝtin ayağına yazılmışdır.
[viii] “Rǝsmi Müshǝf”dǝ müstǝqil bir nǝcm olan 62 nömrǝli ayǝni, semantiki baxımdan İsrail oğullarından danışan hissǝdǝn sonra verdik.
[ix] Bax: 333 nömrǝli qeyd.
[x] “Allahın tǝmir etmǝsi, düzǝltmǝsi” mǝnasına gǝlǝn Cibril [Cǝbrayıl], Quran ayǝlǝrinin bir xassǝsidir. Xalqın düşüncǝsindǝki kimi, Allahdan elçilǝrǝ vǝhy gǝtirǝn bir mǝlǝk mövcud deyil. Allah, vǝhyi vasitǝçisiz olaraq Öz elçilǝrinin beyninǝ yerlǝşdirǝr. Cibril / Cǝbrayıl isǝ nazil edǝn deyil, nazil olandır. Bunun ziddini iddia edǝn tǝrcümǝ vǝ şǝrhlǝr sǝhvdir vǝ Qurana uyğun düşmür. İvrit dilindǝn ǝrǝb dilinǝ keçǝn vǝ “qoruyan, himayǝ edǝn böyük başçı” mǝnasına gǝlǝn Mikayıl da Rǝsulallahın (Tövbǝ surǝsinin 128-ci ayǝsindǝ deyilǝn) xüsusiyyǝtlǝridir. Qısaca demǝk lazım gǝlǝrsǝ, Quranda bǝhs edilǝn Mikal / Mikayıl ǝslindǝ Mǝhǝmmǝd Peyğǝmbǝrdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
[xi] Bu hissǝdǝki ayǝlǝri, semantiki baxımdan “Rǝsmi Müshǝf”dǝn fǝrqli bir ardıcıllıqla düzdük.
[xii] Hǝcc haqqındakı bölümlǝrin daha yaxşı başa düşülmǝsi üçün müǝyyǝn şeylǝri bilmǝk lazımdır.
Mǝlum aylar
Ənǝnǝvi şǝrhlǝrdǝ, ayǝdǝki “mǝlum aylar” ifadǝsi haqqında “şǝvval, zildǝqǝ vǝ zilhiccǝ ayları”, “şǝvval, zilqǝdǝ ayları vǝ zilhiccǝnin ilk on günü” kimi müxtǝlif fikirlǝr meydana atılmışdır. Bu fikirlǝr, bir baxımdan Quran nazil olmamışdan ǝvvǝlki anlayışın davamıdır. Tǝǝssüf ki, hǝcc mǝrasimi dǝ uzun illǝrdǝn bǝridir zilhǝccǝ ayında hǝyata keçirilmǝkdǝdir.
Bǝqǝrǝ / 197-ci ayǝdǝn (422-ci nǝcm) dǝ açıq bir şǝkildǝ başa düşülür ki, Rǝbbimiz hǝcc üçün bir neçǝ ayı (ǝn az üç ay) ǝhatǝ edǝn bir müddǝti nǝzǝrdǝ tutmuşdur. Bu o demǝkdir ki, müsǝlmanlar hǝcc üçün “Hǝcc Tǝşkilat Komitǝsi” yaxud “Hǝcc Əmiri” meydana gǝtirmǝlidirlǝr, bu qurum da hǝcc vaxtını müǝyyǝnlǝşdirǝrǝk elan etmǝlidir vǝ elan edilǝn müddǝtdǝ hamı bu quruma gedǝrǝk onun ǝmrinǝ tabe olmalıdır.
Hǝdy
Hǝdy, “hǝcc edǝnlǝrin yemǝk ehtiyacını tǝmin etmǝk mǝqsǝdi ilǝ Kǝbǝyǝ göndǝrilǝn (hǝdiyyǝ olaraq göndǝrilǝn) canlı heyvan” demǝkdir. Quranın nazil olduğu dövrdǝ Ərǝbistan coğrafiyasında bu iş üçün ǝn münasib olan şey canlı heyvandır.
Ehram
Hǝm Bǝqǝrǝ / 196 nömrǝli ayǝdǝn (Nǝcm 422), hǝm dǝ Maidǝ surǝsinin 1, 2, 95, 96 nömrǝli ayǝlǝrindǝn (Nǝcm 672 vǝ 690) başa düşülür ki, hǝcc edǝn şǝxs başını qırxdırmamalı, rǝfǝsdǝn (pis söz danışmaq, cinsi ǝlaqǝ), kiçik-böyük günahları işlǝmǝkdǝn, dava-dalaş vǝ düşmǝnçilik kimi davranışlardan uzaq olmalı vǝ ov etmǝmǝlidir.
Bu hökmlǝr ǝdǝbiyyata “ehram” (qadağa) adıyla daxil olmuşdur. Ancaq “ehram” sözü eyni zamanda şǝkil baxımından da bir mǝna qazanmışdır. Belǝ ki, tikişsiz, kǝfǝnǝ bǝnzǝyǝn bir geyimǝ ehram deyilir. Bunun sǝbǝbi, hǝccǝ niyyǝt edǝn, gǝlib hǝcc ǝmirinǝ tabe olan, İbrahimi tǝlim görǝn şǝxslǝrin iş, mövqe, ictimai sinif, irq, cinsiyyǝt, mal, mülk, övlad kimi varlıqlarını, xülasǝ bundan ǝvvǝlki hǝyatlarını, mallarını vǝ övladlarını geridǝ qoyaraq, İbrahim peyğǝmbǝr kimi, “Mǝn Rǝbbimǝ, Rǝbbimǝ xidmǝt etmǝyǝ gedirǝm” demǝyini göstǝrmǝsidir.
Ərǝfat vǝ Mǝşǝrülhǝram (müzdǝlifǝ)
Bǝqǝrǝ / 198 nömrǝli ayǝdǝ (Nǝcm 422) Rǝbbimiz, hǝcc vǝzifǝsini yerinǝ yetirǝn mömünlǝrǝ belǝ buyurur: “Ərǝfatdan çıxıb axın-axın gedǝrkǝn, Mǝşǝrülhǝramda dǝrhal Allahı yad edin.”
Bu ǝmri yerinǝ yetirmǝk üçün “Ərǝfat” vǝ “Mǝşǝrülhǝram” ifadǝlǝrini yaxşı başa düşmǝk lazımdır.
Ərǝfat
Ərǝfat sözü “bilik, ürfan” mǝnasını verǝn “ǝrf” sözündǝn ǝmǝlǝ gǝlmişdir. Mǝlum olduğu kimi, Ərǝfat, Mǝkkǝ yaxınlığında bir bölgǝnin adı olaraq mǝşhurluq qazanmışdır. Əslindǝ Quranda Ərǝfat, “müǝllim vǝ tǝlǝbǝlǝrin olduqları yerlǝr; tǝlim-tǝrbiyǝ mǝrkǝzlǝri” mǝnasında işlǝdilmişdir. Hǝcc dövründǝ Mǝkkǝ yaxınlığında sabit yaxud sǝyyar şǝkildǝ qurulan vǝ qurulası bütün tǝlim-tǝrbiyǝ mǝrkǝzlǝrini ehtiva etmǝkdǝdir.
Mǝşǝrülhǝram
Ayǝdǝki Mǝşǝrülhǝram ifadǝsi “ǝl-Mǝşarülhǝrami” formasında, müǝyyǝn halda gǝlmişdir, xüsusi isim kimidir. Mǝnası “toxunulmaz, bilik-şüur qazanılan yer” demǝkdir. Mǝşǝrülhǝram Ərǝfat vǝ Mina bölgǝlǝri arasında qalan bölgǝnin adıdır (bǝzilǝrinǝ görǝ, bu bölgǝnin bir hissǝsinin adı da olabilǝr).
Rǝbbimizin “Ərǝfatdan çıxıb axın-axın gedǝrkǝn, Mǝşǝrülhǝramda dǝrhal Allahı yad edin.” ǝmrini yerinǝ yetirmǝk üçün, Mǝkkǝ ǝtrafında qurulan bütün tǝlim-tǝrbiyǝ müǝssisǝlǝrindǝki mömünlǝr, müǝyyǝn günlǝrdǝ axın-axın Mǝşǝrülhǝrama gǝlmǝli vǝ orada hamılıqla “Allahı yad etmǝk” mǝrasimini icra etmǝlidirlǝr.
Allahı zikr (yad) etmǝk
“Zikrullah, yǝni Allahı yad etmǝk”, xalqın arasında yayıldığı kimi, ǝlindǝ tǝsbehlǝr dildǝ “Allah, Allah…” demǝk deyil. “Zikrullah, yǝni Allahı yad etmǝk” Allahın biz bǝndǝlǝri üzǝrindǝki haqqını vǝ bizǝ verdiyi nemǝtlǝri düşünmǝk, Allaha qarşı öz vǝzifǝmizi yerinǝ yetirib yetirmǝdiyimizi tez-tez yoxlamaq, Allahın bizǝ verdiyi vǝzifǝlǝri tam olaraq yrinǝ yetirmǝk, Allahın nemǝtlǝrinǝ şükr edǝrǝk (onların ǝvǝzini verǝrǝk) nankorluq etmǝmǝk vǝ daim bu şüura sahib olmaqdır.
Sayı bǝlli olan günlǝr
Bǝqǝrǝ / 203-cü ayǝdǝ (Nǝcm 422) Rǝbbimiz “Vǝ Allahı sayı bǝlli olan günlǝrdǝ yada salın” buyurmaqdadır. Rǝbbimizin burada buyurduğu “sayı bǝlli olan günlǝr” hǝm cǝm halda, hǝm dǝ qeyri-müǝyyǝndir. Demǝli, bu günlǝrin hansı günlǝr olacağı yenǝ dǝ Hǝcc Tǝşkilat Komitǝsi tǝrǝfindǝn, Hǝcc Əmiri tǝrǝfindǝn müǝyyǝn edilmǝlidir.
Bǝraǝ (ultimatom), yekun qǝrar
Mǝlum olduğu kimi, Rǝsulallah, hicrǝtin 10-cu ilindǝ hǝcc tǝşkil etmiş vǝ şǝxsǝn iştirak etmişdir. Peyğǝmbǝrin dǝ iştirak etmǝsi sǝbǝbiylǝ, bu hǝccǝ “hǝcci-ǝkbǝr” (ǝn böyük hǝcc) deyilmişdir. Bu hǝcc mǝrasimindǝ tǝxminǝn 114 min müsǝlmanın iştirak etdiyi deyilir. Bu hǝccin yekun qǝrarını isǝ Rǝbbimiz, Tövbǝ surǝsinin ilk 19 ayǝsini (Nǝcm 695) nazil edǝrǝk, bildirmişdir.
“Tǝbyinül-Quran”da hǝcc barǝsindǝ ǝtraflı mǝlumat verilmişdir.
[xiii] Bu hissǝdǝki ayǝlǝri, semantiki baxımdan “Rǝsmi Müshǝf”dǝn fǝrqli bir ardıcıllıqla düzdük.
[xiv] Oruc “yemǝkdǝn, içmǝkdǝn, danışmaqdan vǝ cinsi ǝlaqǝdǝn ǝl çǝkmǝk” mǝnasına gǝlir. “Danışmamaq” maddǝsi nǝzǝrǝ alınmadan tutulan oruc, İslam dinindǝ insanı tǝqvaya / Allahın mühafizǝsi altına daxil olmaq hǝdǝfinǝ çatdırmaq mǝqsǝdi ilǝ tutulan oruc deyil. Vacib işi olanlar vǝ xǝstǝlǝr oruc tutmaq mǝcburiyyǝtindǝ deyil, ancaq oruc tutanlar da onu düzgün tutmalıdır.
[xv] Bu hissǝdǝki ayǝlǝri, semantiki baxımdan “Rǝsmi Müshǝf”dǝn fǝrqli bir ardıcıllıqla düzdük.
[xvi] “Kişinin and, nǝzir vǝ yaxud hǝr hansı bir başqa şǝrt qoşaraq, müǝyyǝn bir müddǝt üçün yaxud müddǝti mǝlum olmadan zövcǝsiylǝ cinsi ǝlaqǝyǝ girmǝyi öz-özünǝ qadağan etmǝsi” mǝnasında işlǝdilǝn bir termin olan ila, nikahın sonlandırılmasına sǝbǝb ola bilǝn bir andır. Zövcǝlǝrinǝ qǝzǝblǝnǝn kişilǝr, bu yolla qadına ǝziyyǝt verirdilǝr.
İslamiyyǝtdǝn ǝvvǝl Hicaz ǝtrafında yaşayan ǝrǝblǝr tǝrǝfindǝn bir boşama üsulu olaraq istifadǝ edilǝn ila, ǝsasǝn uzun müddǝtli yaxud müddǝtsiz olduğu üçün, qadına tǝzyiq göstǝrmǝk, ona ǝziyyǝt vermǝk vǝ ziyan vurmaq mǝqsǝdiylǝ istifadǝ edilirdi. Çünki ila edǝn kişi öz ǝrlik vǝzifǝsini yerinǝ yetirmirdi vǝ nikahları ila müddǝtinin axırına qǝdǝr davam etdiyi üçün, qadın boşanmış sayılmır, günlǝrini böhran içindǝ keçirirdi. Quran bu zülmǝ son qoyaraq, ila müddǝtini dörd ay olaraq mǝhdudlaşdırdı. Kişi bu müddǝt içindǝ kǝffarǝ verǝrǝk zövcǝsinǝ qayıtmasa, dörd ay bitǝn kimi nikah pozulacaqdı. İslamiyyǝt ailǝ hüququ sahǝsindǝ bu vǝ bunun kimi bir çox mǝsǝlǝdǝ yeni prinsiplǝr vǝ köklü hǝll yolları gǝtirmiş, kişilǝrin ailǝ içindǝ mütlǝq hakimiyyǝtini lǝğv etmişdir.
[xvii] Qurana görǝ mehr, qadın üçün “dolanışıq qarantiyasıdır”. Bu qayda, qadının zǝifliyindǝn yox, ictimai vǝ mǝdǝni önǝmi baxımından qadının qorunması ehtiyacından meydana gǝlmişdir. Dul qalarsa iddǝ müddǝti qurtarana kimi dolanışığını tǝmin edǝ bilǝcǝyi bir malın yaxud pulun qadına verilmǝsi, qadını öz dolanışığını tǝmin etmǝk üçün zǝhmǝt çǝkmǝdǝn, yuvasından uzaqlaşaraq ǝziyyǝtlǝrǝ düçar olmaqdan xilas edǝcǝkdir. Belǝliklǝ qadın müxtǝlif hücumlardan, tǝhdidlǝrdǝn vǝ pisliklǝrdǝn dǝ uzaq olacaqdır. Qısaca demǝk lazım gǝlǝrsǝ, Allah qadını şǝrǝflǝndirmǝk, qorumaq vǝ onun çǝtinliyǝ düşmǝsinǝ mane olmaq üçün qadına mehr verilmǝsini ǝmr etmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
[xviii] Bu ayǝdǝ ǝs-sǝlatül-vüsta olaraq adı çǝkilǝn sǝlat “cümǝ / yığıncaq gününün sǝlatı”dır. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
[xix] Bax: 246 nömrǝli qeyd.
[xx] Riba sözü “artmaq, çoxalmaq, şişmǝk” demǝkdir. Dilimizdǝ “faiz” mǝnasına gǝldiyi kimi, hüquqi bir termin olaraq, mübadilǝ ǝsnasında “ǝvǝzsiz artıq” demǝkdir. Yǝni riba sözü ancaq maliyyǝ ǝmǝliyyatlarındakı artığı yox, mal mübadilǝsindǝki artığı da ehtiva edir. Allahın qadağan etdiyi ǝr-riba hǝrhansı bir xǝrcin yaxud xidmǝtin ǝvǝzi olmadan alınan, yǝni ödǝyǝnin qazancına risksiz ortaq olmaq mǝnasına gǝlǝn ribadir. Başqa bir sözlǝ, Allah “ǝvǝzsiz” vǝ “risksiz” olan “artığı” qadağan etmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.