BÜRUC SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

BÜRUC SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 47

1-3 Quran ayələrini öyrənmiş yaxşı hesab bilənləri, ölüm anını, dəyişikliyə, məhvə məruz qoyulan qövmlərin qalıntılarını və bunları izləyənləri64 sübut gətirərəm ki,

12 Rəbbinin möhkəm yaxalaması həqiqətən də çox şiddətlidir.

13 Həqiqətən ilk yaradan, sonra öldürüb təkrarən yaradan yalnız Odur.

14 Və O, çox bağışlayan, çox sevəndir,

15 Ən böyük taxtın65 sahibidir, şanı şərəfi uca / ehsanı çox olandır,

16 istədiyini istədiyi kimi edəndir.66

(27 / 85, Büruc / 1-3, 12-16)

Nəcm: 48

17,18 O orduların; Firon və Səmudun xəbəri sənə gəlib çatdımı? Əlbəttə gəlib çatdı!

4,5 Uxdudun / şiddətlə yanan alovun sahibləri öldürüldü:

6 Hansılar ki, onun üzərində oturmuşdular

7 və möminlərə elədiklərinə şahid olurdular.

8,9 Möminlərə cəza vermələrinin səbəbi isə onların yalnız çox qüdrətli, tərifə layiq, göylərin və yerin hökmranlığı Özünə məxsus olan və hər şeyə şahid olan Allaha inanmasından başqa bir şey deyildi.

(27 / 85, Büruc / 17-18, 4-9)

Nəcm: 49

10 Mömin kişi və qadınlara alovlarda işgəncə edib

Comprar Amoxil Sin Receta

, sonra da tövbə eləməyənlər üçün şübhəsiz ki, cəhənnəm əzabı var, yanğın əzabı da onlar üçündür.

11 Həqiqətən inanan və sahmana salmaq məqsədi ilə işlər görən kəslər üçün altından çaylar axan cənnətlər var. Budur böyük qurtuluş.

19 Fəqət o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər] hələ də təkzib etməkdədirlər.

20 Halbuki Allah onları arxadan əhatə edəndir.

21,22 Əksinə, o, qorunmuş lövhədə şərəfli bir Qurandır.

(27 / 85, Büruc / 10-11, 19-22)

Dipnot:

[i] Ayǝdǝki sözlǝrin “hǝqiqi” mǝnalarına görǝ buradakı ayǝ qrupunun mǝnası belǝdir: “Burclara malik olan göy üzünǝ, vǝd olunmuş o günǝ, şahidlik edǝnǝ vǝ şahidlik edilǝnǝ and olsun ki, Rǝbbinin möhkǝm yaxalaması hǝqiqǝtǝn çox şiddǝtlidir.” Biz mealda mǝcazi mǝnalarına üstünlük verdik.

[ii] Bax: 37 nömrǝli qeyd.

[iii] “Rǝsmi Müshǝf”dǝ bu surǝnin ayǝlǝrinin düzülüşü texniki baxımdan vǝ mǝna baxımından qüsurludur. Biz qrammatik vǝ semantik qaydalara görǝ yeni bir düzülüşdǝ tǝqdim etdik.

Paylaş