FƏCR SURƏSİ
MƏKKƏ DÖVRÜ
FƏCR SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 22
1-4 Həqiqətin ört-basdır edilməsinin, Allaha şirk qoşmağın, cahilliyin parçalanmasını; Peyğəmbərə on gecə elm verilməsini; Allah ilə bəndə arasındakı bağı; həqiqətin ört-basdır edilməsinin, Allaha şirk qoşmağın, cahilliyin aradan qalxmağa başlamasını sübut gətirirəm ki, həqiqətən
14 Rəbbin nəzarət edir.42
5 Bunlarda, ağıl sahibləri üçün qüvvətli, qane edici, inandırıcı bir izah vardır.43
(10 / 89, Fəcr / 1-4, 14, 5)
Nəcm: 23
6-13 Ad qövmünə, sütunlar sahibi İrəmə, –məmləkətlər arasında onun kimisi əmələ gətirilməmişdi– vadilərdə qayaları kəsən Səmud qövmünə, o pazların sahibi; möhtəşəm orduları olan / görülməmiş işgəncələr verən44 Firona Rəbbin nələr etdi, görmədinmi / düşünmədinmi? Onlar o məmləkətlərdə azğınlıq edirdilər. Oralarda fitnə-fəsadı çoxaltmışdılar. Ona görə də Rəbbin onların üzərinə əzab qamçısı yağdırdı.
(10 / 89, Fəcr / 6-13)
Nəcm: 24
15-16 İnsana gəldikdə, Rəbbi onu nə zaman imtahana çəkib ehtiram göstərsə və ona nemətlər versə, “Rəbbim mənə ehtiram göstərdi” deyər. Amma nə zaman imtahana çəkib ruzisini azaltsa, “Rəbbim məni alçaltdı” deyər.
17-20 Qətiyyən sizin fikirləşdiyiniz kimi deyil! Əslində siz yetimi, ona ehtiram göstərərək yetişdirmirsiniz. Bir-birinizi yoxsulları yedirtməyə rəğbətləndirmirsiniz. Halbuki mirası talan edərcəsinə ele hərisliklə yeyirsiniz ki! Mal-dövləti isə ancaq yığıb saxlamaq üçün elə bir məhəbbətlə sevirsiniz ki!
21-23 Qətiyyən sizin fikirləşdiyiniz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz olanda, Rəbbinin haqq-hesab apardığı, göndərdiyi vəhylər şahid qismində səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətiriləcək; o gün, o insanın ağlı başına gələcək, ağlının başına gəlməsinin artıq ona nə faydası var?
24 Deyəcək ki: “Kaş ki, bu axirət həyatım üçün hazırlıq görəydim!”
25,26 Artıq o gün Allahın verdiyi əzabı heç kim verə bilməz və Onun vurduğu bağı heç kim vura bilməz.
(10 / 89, Fəcr / 15-26)
Nəcm: 25
27-30 Ey ağlındakı bütün sualların cavabını taparaq arxayınlığa qovuşan kəs! Dön Rəbbinə, sən Rəbbindən, O da səndən razı qalaraq! Dərhal bəndələrimin arasına daxil ol. Və cənnətimə daxil ol.
(10 / 89, Fəcr / 27-30)
Dipnot:
[i] Ayǝlǝrin lüğǝt mǝnası belǝdir: “Şǝfǝqi, on gecǝni, cütü vǝ tǝki, geçip gedǝn bu gecǝni sübut göstǝrirǝm ki, şübhǝsiz, Rǝbbin nǝzarǝt edir.” Biz mǝcazi mǝnalarına üstünlük verdik. Rǝsmi Müshǝfdǝ 14-cü sırada olan vǝ “Şübhǝsiz ki, Rǝbbin nǝzarǝt edir” mǝnasını verǝn ayǝ, qǝsǝm cümlǝsinin cavab hissǝsidir. Texniki baxımdan vǝ mǝnası etibarıyla qǝsǝm cümlǝsindǝ yer almalı olduğu halda, Müshǝfi tǝrtib edǝn heyǝt tǝrǝfindǝn, ǝlaqǝsiz bir yerǝ yerlǝşdirilmişdir.
[ii] Ayǝnin orjinal halda mǝnası belǝdir: “Bunlarda, ağıl sahiblǝri üçün qüvvǝtli, qane edici bir izah varmı?” Bu cür suallara bǝlağǝt elmindǝ “istefhamı-inkari” deyilir. Belǝ suallar cümlǝyǝ “Əlbǝttǝ var, ǝksini demǝk mümkün deyil.” mǝnasını verir. Bu sǝbǝbdǝn, mealda bǝdii mǝnasını göstǝrdik.
[iii] “Pazların sahibi” ifadǝsi klassik ǝrǝb dilindǝ işlǝdilǝn, bǝdǝvilǝrǝ mǝxsus qǝdim bir termindir. Bu termin “böyük bir nüfuz sahibi” yaxud “sarsılmaz, yıxılmaz bir güc” mǝnasında işlǝdilirdi. Bǝdǝvi çadırını saxlayan pazların sayı, o çadırın böyüklüyünǝ görǝ müxtǝlif olurdu. Çadırın böyüklüyü isǝ sahibinin statusuna vǝ gücünǝ görǝ müxtǝlif olurdu. Buna görǝ, gclü bir qǝbilǝ rǝisi çox vaxt “saysız-hesabsız dirǝklǝrin üstündǝ dayanan çadırın sahibi” kimi tǝqdim edilirdi.