FƏTH SURƏSİ
MƏDİNƏ DÖVRÜ

Paylaş

FƏTH SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 666

1-3 Şübhəsiz, Biz sənə açıq-aşkar bir fəth bəxş etdik[i] ki, [bununla] Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönəltsin və sənə çox güclü bir zəfərlə kömək etsin.

4 Öz imanları ilə birgə, iman baxımından artsınlar deyə möminlərin qəlblərinə qəlbləri təskin edən arxayınlıq və sakitlik hissini endirən Odur. Göylərin və yerin orduları da yalnız Allaha məxsusdur. Və Allah, ən yaxşı biləndir, ən yaxşı qanun qoyandır.

(111/48, Fəth / 1-4)

 

Nəcm: 667

7 Göylərin və yer üzünün orduları da Allahındır. Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

8,5,6 Şübhəsiz, Biz; mömin kişiləri və mömin qadınları içində əbədi qalmaq üzrə, altlarından çaylar axan cənnətlərə daxil etməsi və onların pisliklərinin üstünü örtməsi üçün –bu, Allah yanında böyük bir qurtuluşdur– və Allah haqqında pis gümanda olan o münafiq kişilərə və münafiq qadınlara, Allaha şərik qoşan kişilərə və şərik qoşan qadınlara əzab verməsi üçün –pislik [şər] onların üstünə olsun. Allah onlara qəzəb etmiş, onları uzaqlaşdırmış; mərhəmətindən məhrum etmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Ora necə pis bir yerdir!– səni şahid, müjdəçi və xəbərdarlıqçı olmaq üzrə elçi etdik.[ii]

(111/48, Fəth / 7, 5-6)

 

Nəcm: 668

10 Şübhəsiz, sənə sədaqət andı içən kəslər, əslində Allaha sədaqət andı içməkdədirlər. Allahın qüdrəti; nemətləri, yardımları onların qüdrətindən; yardımlarından, xidmətlərindən üstündür. Ona görə də kim əhdindən dönsə, yalnız özünün əleyhinə dönmüş olar. Kim Allaha verdiyi əhdə vəfa göstərsə, Allah ona dərhal böyük bir mükafat verəcək.

11 Bədəvi ərəblərdən geridə qalanları; sizinlə gəlməyənləri tezliklə sənə deyəcəklər: “Mal-dövlətimiz və ailələrimiz bizim başımızı qatdı / [bizi bu səfərdən] saxladı. Haydı, Allahdan bizim bağışlanmağımızı dilə.” Onlar, qəlblərində olmayanı dilləri ilə deyirlər. De ki: “Allah, sizə bir zərər diləsə və ya bir xeyir diləsə, Allahın qarşısında kimin bir şeyə gücü çata bilər? Əksinə, Allah əməllərinizdən xəbərdardır.”

12 Aslında siz elə güman edirdiniz ki, Elçi və möminlər ailələrinnin yanına / yaxınlarının yanına [bir daha] əbədiyyən qayıtmayacaqlar. Bu, sizin könlünüzə də xoş gəlmişdi. Və siz pis gümana düşdünüz və dəyişikliyə / məhvə məruz qalan bir qövm oldunuz.

13 Və kim Allaha və Elçisinə iman etməzsə, bilsin ki, həqiqətən Biz, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün şöləli bir od hazırlamışıq.

14 Və göylərin və yer üzünün hakimiyyəti Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyinə əzab verər. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.

15 Siz qənimətləri almaq üçün gedərkən, o geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk” deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: “Siz, qətiyyən bizimlə gələ bilməyəcəksiniz. Allah daha əvvəl belə buyurmuşdur.” Sonra onlar deyəcəklər: “Əksinə, siz bizə paxıllıq edirsiniz” deyəcəklər. Əksinə, onlar, çox az şey istisna olmaqla, anlamırlar.

16 Bədəvi ərəblərdən, geridə qoyulanlara de ki: “Siz tezliklə çox güclü bir qövmə qarşı çağırılacaqsınız, onlarla vuruşacaqsınız, yaxud onlar müsəlman olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Amma əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, sizə ağrılı-acılı bir əzab verər.”

17 Kor üçün bir günah yoxdur, topal üçün də bir günah yoxdur, xəstə üçün də bir günah yoxdur. Bununla birgə, kim Allaha və Elçisinə itaət etsə, Allah onu altından çaylar axan cənnətlərə daxil edər. Kim də üz döndərsə, ona ağrılı-acılı bir əzab verər.

(111/48, Fəth / 10-17)

 

Nəcm: 669

18,19 And olsun ki, o ağacın altında sənə sədaqət andı içdikləri zaman Allah möminlərdən razı oldu. Qəlblərində olanı bildi, onlara ürəyi təskin edən, xatircəmlik və sakitlik hissi / mənəvi güc vermiş və onları çox tezliklə gerçəkləşəcək bir fəth və alacaqları çoxlu qənimətlər ilə mükafatlandırdı. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / [etdiyini] möhkəm edəndir.

20,21 Və Allah sizə, alacağınız bir çox qəniməti və sizin gücünüz çatmayan, ancaq Allahın sizin üçün əhatə etdiyi başqa şeyləri, sizin istifadəniz [üçün] və möminlərə bir işarə olsun deyə, Allah sizi doğru yola yönəltsin deyə vəd etmişdir. Allah, bax bunu sizə dərhal vermiş və insanların əllərini siz[in üstünüz]dən çəkmişdir. Və Allah, hər şeyə ən yaxşı qadir olandır.

22,23 Və əgər kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş kəslər] sizinlə vuruşsaydılar, həqiqətən Allahın əvvəlcədən qoyduğu qayda-qanuna / adətə uyğun olaraq, arxalarını çevirib qaçacaqdılar. –Allahın qanununda qətiyyən bir dəyişiklik görə bilməzsən.– Sonra bir yol göstərən, himayəçi yaxın və köməkçi də tapa bilməzdilər.

24,25 Və sizi onlara qalib etdikdən sonra, Məkkənin vadisində; Hüdeybiyyədə, Allahın dilədiyi kəsləri [Öz] mərhəmətinə daxil etməsi üçün, onların əllərini sizdən, sizin əllərinizi də onlardan çəkən Allahdır. Və Allah, əməllərinizi ən yaxşı görəndir. Onlar, Allahın məbud və rəbb olduğunu qəbul etməyən və sizi Məscidülhərama qoymayan və hazırlanmış hədylərin / həcc edənlərə göndərilən azuqənin yerinə çatmasını mane olan kəslərdir. Əgər hələ tanımadığınız, bilməyərək əzməklə məsuliyyətlərini boynunuza götürəcəyiniz mömin kişilər, mömin qadınlar olmasaydı, əgər onlar bir-birindən [seçilib] ayrılmış olsaydılar, həqiqətən onlardan Allahın məbud və rəbb olduğuna inanmayan kəsləri ağrılı-acılı bir əzaba düçar edərdik.

26 Bir vaxt kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər], cahiliyyə qalığı qüruru və nəsil təəssübünü öz ürəklərində alovlandırıb coşdurduqları zaman, dərhal Allah, Elçisinin və möminlərin ürəyinə qəlbi təskin edən xatircəmlik və sakitlik hissini / mənəvi gücü vermiş və möminlərin “təqva / Allahın mühafizəsi altına daxil olməaq” vədinə sadiq qalmalarını təmin etmişdi. Onsuz da onlar buna layiq idilər və buna haqları var idi. Allah, hər şeyi ən yaxşı biləndir.

(111/48, Fəth / 18-26)

 

Nəcm: 670

27 And olsun ki, Allah, Elçisinə o görünüşü; “Siz, Allah istəsə, mütləq əmin-amanlıq içində başınızı qırxdırmış və qısaltmış kəslər olaraq, qorxusuz Məscidülhərama daxil olacaqsınız” görünüşünü haqq olaraq gerçəkləşdirdi. Elə isə, Allah, sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan daha aşağı / daha yaxın bir fəth bəxş etdi.

28,9 Allah, haqq dini bütün dinlərdən üstün etmək üçün, 9Allaha və Elçisinə iman etməyiniz, Ona kömək etməyiniz, Ona ehtiram göstərməyiniz və həmişə Onu hər cür nöqsanlıqdan pak tutmağınız üçün;  Elçisini doğru yol bələdçisi Quran və haqq din ilə göndərəndir. Şahid olaraq da Allah bəs edər.

(111/48, Fəth / 27-28)

 

Nəcm: 671

29 Məhəmməd, Allahın elçisidir / Allahın elçisi Məhəmməd və onunla birlikdə olan kəslər Allahın, özləriylə kafirləri qəzəbləndirsin deyə onlara [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] qarşı sərt, öz aralarında mərhəmətlidirlər. Sən onları, Allahın lütfünü və bir razılıq diləyərək Allahın birliyini öyrədən, boyun əyib tabeçilik göstərən [halda] görərsən. Onların Allaha itaətinin nişanları bütün varlıqlarında / hər yerində görünür. Bu, onların Tövratdakı misalıdır. Onların İncildəki misalı da cücərtisini yarıb çıxarmış, sonra onu gücləndirərək qalınlaşmış, sonra da gövdəsi üstündə dik qalxan bir əkin kimidir. Bu, əkinçilərin da xoşuna gələr. Allah, onlardan iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə bağışlanma və böyük bir mükafat vəd etmişdir.

(111/48, Fəth / 29)

 

Dipnot:

[i][i] Burada Xudeybiyyǝ Sülh Müqavilǝsindǝn vǝ Rizvan Biǝtindǝn danışılmaqdadır. Hicrǝtdǝn 6 il ötmüş vǝ bu müddǝtdǝ heç kim öz yurdu vǝ qohumlarıyla ǝlaqǝ saxlamamışdı. Mühacirlǝrin hǝsrǝt vǝ qürbǝt hissi böyümüş, ǝnsarda da Kǝbǝ hǝsrǝti ǝmǝlǝ gǝlmişdi. Bu sǝbǝdǝn Rǝsulallah, Kǝbǝyǝ getmǝk istǝyǝnlǝrin hazır olmasını buyurdu. Zülqǝdǝ ayının birinci bazar ertǝsi günü [13 mart 628] 1400 nǝfǝr Mǝkkǝyǝ doğru yola çıxdı. Sülh mǝqsǝdi ilǝ gǝldiklǝrini göstǝrmǝk üçün, sǝfǝr qılıncı deyilǝn bir qılıncdan başqa silah götürmǝmişdilǝr. Bundan xǝbǝrdar olan Mǝkkǝli müşriklǝr, nǝ bahasına olursa olsun Rǝsulallahın Mǝkkǝyǝ girmǝsinǝ icazǝ vermǝmǝk barǝdǝ qǝrar qǝbul etdilǝr. Peyğǝmbǝrin Mǝkkǝyǝ daha artıq yaxınlaşmasına mane olmaq üçün Xalib bin Vǝlidin komandası altında 200 süvaridǝn ibarǝt bir dǝstǝ göndǝrdilǝr. O vaxta qǝdǝr Peyğǝmbǝri vǝ mömünlǝr Mǝkkǝ yaxınlığındakı Xudeybiyyǝyǝ gǝlib çatmışdılar. Peyğǝmbǝr, öz mǝqsǝdlǝrini çatdırmaq vǝ Mǝkkǝ müşriklǝrinin fikrini öyrǝnmǝk üçün bir elçi göndǝrdi vǝ Mǝkkǝyǝ döyüşmǝk mǝqsǝdiylǝ gǝlmǝdiklǝrini, Kǝbǝni ziyarǝt etdikdǝn sonra geri qayıdacaqlarını bu elçi vasitǝsiylǝ bildirdi. Ancaq müşriklǝr, elçinin dǝvǝsinǝ zǝrbǝ vuraraq elçini yerǝ saldılar vǝ öldürmǝk istǝdilǝr. Mǝkkǝli olmayan bǝzi şǝxslǝr araya girǝrǝk elçini xilas etdilǝr. Elçi geri qayıdaraq vǝziyyǝti Peyğǝmbǝrǝ nǝql etdi. Mǝkkǝli müşriklǝr, müsǝlmanların Mǝkkǝyǝ girmǝsini özlǝrinǝ böyük bir tǝhqir olaraq görürdülǝr vǝ ǝrǝblǝrin gözündǝn düşǝcǝklǝrini zǝnn edirdilǝr. Mǝkkǝdǝ hǝlǝ dǝ hörmǝti vǝ bir çox nüfuzlu qohumu olan Osmanın elçi kimi göndǝrilmǝsi tǝklif edildi. Rǝsulallah, Osmanı Qüreyşǝ göndǝrdi. Osman, Peyğǝmbǝrin sözünü çatdırdı vǝ “Biz müharibǝ üçün gǝlmǝdik, sadǝcǝ olaraq ümrǝ ziyarǝti üçün gǝldik” dedi. Qüreyşlilǝr Osmana belǝ dedilǝr: “Sǝ istǝyirsǝnsǝ Kǝbǝni tǝvaf edǝ bilǝrsǝn, ancaq hamınızın Mǝkkǝyǝ daxil olmasına vǝ Kǝbǝni tǝvaf etmǝsinǝ icazǝ vermǝyǝcǝyik.” Osman bunu qǝbul etmǝdikdǝ, onu Mǝkkǝdǝ göz hǝbsindǝ saxladılar. Müsǝlmanlar arasında, Osmanın öldürüldüyü şayiǝsi yayıldıqda, Rǝsulallah mömünlǝri biǝtǝ dǝvǝt etdi. Bütün mömünlǝr, canları bahasına da olsa döyüşdǝn qaçmamaq barǝdǝ ona biǝt etdilǝr. Bu mövzu, surǝnin 10, 18 vǝ 19-cu ayǝlǝrindǝ nǝql edilmişdir. Bu ayǝlǝr ǝsas alınaraq, bu biǝtǝ “Biǝtür-rizvan” [razılıq biǝti] vǝ biǝt ǝsnasında altında dayandıqları ağaca “Şǝcǝrǝtül-rizvan” [razılıq ağacı] adı verilmişdir. Daha sonra, Osmanın ölüm xǝbǝrinin yanlış olduğu meydana çıxdı. O ǝsnada iki tǝrǝfdǝn dǝ elçilǝr gǝlib-gedirdi, tǝrǝflǝr bir razılıq ǝldǝ etmǝyǝ çalışırdılar. Müşriklǝr müsǝlmanların Mǝkkǝyǝ daxil olmasına icazǝ vermǝmǝkdǝ qǝrarlı idilǝr. Rǝsulallah isǝ bu sözlǝrlǝ sülh bağlamağı tǝklif edirdi: “Biz döyüşmǝk mǝqsǝdilǝ gǝlmǝdik

, mǝqsǝdimiz Kǝbǝni ziyarǝt etmǝkdir. Qüreyşlilǝr müharibǝdǝn zǝif çıxdılar. İstǝyirlǝrsǝ, onlarla bir müqavilǝ bağlamağa hazıram. Qǝbul etsǝlǝr yaxşı olar, qǝbul etmǝsǝlǝr, ölǝnǝ qǝdǝr onlarla döyüşǝrǝm.” Mǝkkǝli müşriklǝr, Peyğǝmbǝrin öz mövqeyindǝn ǝl çǝkmǝdiyini gördükdǝ, döyüşmǝyǝ cǝsarǝt etmǝyǝrǝk, Osmanı vǝ Mǝkkǝdǝki bǝzi müsǝlmanları azad etdilǝr. Daha sonra razılığa gǝlmǝk üçün Süheyl bin Əmrin rǝhbǝrliyi altında bir heyǝti Rǝsulallahın yanına göndǝrdilǝr. Orada Xudeybiyyǝ Müqavilǝsi bağlandı. Bu müqavilǝyǝ görǝ: 1) Müsǝlmanlarla müşriklǝr 10 il müharibǝ etmǝyǝcǝklǝr. 2) Müsǝlmanlar o il Kǝbǝni ziyarǝt etmǝk fikrindǝn ǝl çǝkǝrǝk geri qayıdacaqlar, ancaq gǝlǝn il ümrǝ ziyarǝtini hǝyata keçirǝcǝklǝr, müşriklǝr Mǝkkǝdǝn çıxacaq, müsǝlmanlar orada üç gün qalacaqlar vǝ yanlarında sǝfǝr qılıncından başqa silah olmayacaq. 3) Mǝkkǝdǝn biri müsǝlman olaraq Mǝdinǝyǝ sığınsa, geri qaytarılacaq, ancaq Mǝdinǝdǝn Mǝkkǝyǝ sığınanlar geri qaytarılmayacaq. 4) Ərǝb qǝbilǝlǝri, istǝdiklǝri tǝrǝflǝ razılığa gǝlmǝk hüququna malik olacaqlar.

Bu şǝrtlǝrin ilk baxışda müsǝlmanların ǝleyhinǝ olması sǝbǝbindǝn, müsǝlmanlar böyük bir mǝyusluq yaşadılar vǝ Peyğǝmbǝrǝ belǝ dedilǝr: “Sǝn Allahın rǝsulu deyilsǝnmi? Bizim mübarizǝmiz haqlı mübarizǝ deyimli? Bu zillǝti niyǝ qǝbul edirik?” Müsǝlmanlar Xudeybiyyǝdǝ 19 qaldıqdan sonra Mǝdinǝyǝ qayıtmaq üçün yola çıxdılar. Yolda bu surǝ nazil oldu.

[ii] Bu hissǝdǝki ayǝlǝr texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıqla düzülmüşdür.

Paylaş