FATİR SURƏSİ
MƏKKƏ DÖVRÜ

FATİR SURƏSİ

Nəcm: 103

1. Bütün təriflər, göyləri və yeri yoxdan yaradan, xəbərçi ayələri iki-iki, üç-üç, dörd-dörd… mənalar daşıyan / təbiət qüvvələrini ikiqat, üçqat, dördqat… şiddət vahidinə[i] sahib elçilər olaraq göndərən Allaha məxsusdur; başqasını tərifləmək olmaz. O, əmələ gətirməkdə, istədiyini artırar. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

2. Allah, insanlara rəhmətdən nəyi açsa, artıq onu heç kim tuta bilməz. Hər nəyi də tutsa, artıq onu heç kim açıb sərbəst buraxa bilməz. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, ən yaxşı qanun qoyan, fitnənin qarşısını yaxşı alan / elədiyini möhkəm eləyəndir.

(43 / 35, Fatir / 1-2)

Nəcm: 104

3. Ey insanlar! Sizə göydən və yerdən ruzi verən Allahın sizin üstünüzdəki nemətini xatırlayın. Allahdan başqa bir yaradıcımı var? Ondan başqa məbud deyə bir şey yoxdur. Belə olduğu halda, necə döndərilirsiniz?!

4. Və əgər onlar səni yalan sayırsa, mütləq səndən əvvəl də elçilər yalançı sayılmışdı. Və işlər yalnız Allaha qaytarılacaq.

5. Ey insanlar! Heç şübhəsiz, Allahın verdiyi söz gerçəkdir. Onun üçün bu dəyərsiz dünya həyatı sizi aldatmasın. Və o yalançı, sizi qətiyyən Allah ilə aldatmasın. 6 Şübhəsiz  o şeytan, sizin düşməninizdir. Buna görə, siz də onu düşmən bilin. Şübhəsiz ki, şeytan öz tərəfdarlarını alovlu atəşin əshabından olmağa dəvət edir.

7. Kafirlər, Allahın məbud və rəbb olduğunu bilərək rədd edən bu kəslər; onlar üçün şiddətli bir əzab vardır. İman etmiş və sahmana salmaq məqsədi ilə işlər görmüş kəslər; onlar üçün bağışlanma və böyük bir mükafat vardır.

8. Belə isə, pis əməli özünə yaxşı göstərilən sonra da onu gözəl görən adammı? Şübhə yox ki, Allah istədiyini / istəyəni çaşdırar, istədiyini / istəyəni də doğru yola yönəldər. Belə isə, onlar üçün həsrətlə / kədərlə özünü üzmə. Şübhəsiz ki, Allah onların nə etdiklərini çox yaxşı bilir.

9. Və küləkləri göndərən Allahdır. Sonra da onlar buludu hərəkətə keçirib yuxarılara qaldırar. Ardınca, Biz, o buludu ölmüş bir diyara sürüb göndərərik. Beləliklə, onun vasitəsi ilə yer üzünü ölümdən sonra dirildərik. Ölüb çürümüş insanlara həyat vermək də bax belədir.

10. Hər kim üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan; mütləq qalib olmaq istəyirsə, bilsin ki ən üstün, ən güclü, ən şərəfli, məğlub olması mümkün olmayan; mütləq qalib olmaq tamamilə ancaq Allaha məxsusdur. Xoş sözlər ancaq Ona yüksələr. Və doğru iş onu yüksəldər. Pislik eləmək üçün plan quran kəslər; şiddətli əzab onlar üçündür. Onların planlarına gəldikdə isə, darmadağın olar.

11. Və Allah sizi bir torpaqdan, sonra nütfədən əmələ gətirdi. Sonra sizi cütlər halına saldı. Heç bir dişi O bilmədən hamilə olmaz və buraxmaz [doğmaz, yükünü yere qoymaz]. Ömür biçilənlərin də bu ömründən yaşadığı və ömründən azalanlar mütləq bir kitabda yazılmışdır. Şübhə yox ki, bu, Allah üçün çox asandır.

12. İki dəniz də eyni deyil; bu şirindir, hərarəti kəsər və içərkən boğazdan rahatlıqla keçər; digəri isə şordur, yandırıb qovurur. Hər birindən təzə bir ət yeyərsiniz və geymək üçün bir bəzək çıxararsınız. Allahın lütfündən haqqınız olanı axtarmağınız üçün və sizə verilən nemətlərin əvəzini ödəyəsiniz deyə, orada suyu yara-yara gedən gəmilər görərsən.

13, 14. Allah, gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar. Günəşi və ayı insanlığın faydalanacağı quruluşda və trayektoriyada yaratmışdır. Hamısı qabaqcadan müəyyən edilmiş bir müddət üçün axıb gedir. Bu, sizin Rəbbiniz olan Allahdır, mülk də Onundur. Onun altındakılardan, yalvardığınız kəslər bir xurma çəyirdəyinin zərinə belə sahib deyillər. Onları çağırsanız, onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər, Qiyamət günü də şərik qoşduğunuzu qəbul etməzlər. Hər şeydən xəbərdar olan Allah kimi, heç kəs sənə kimsə xəbər verə bilməz.

15. Ey insanlar! Allaha möhtac olanlar sizlərsiniz. Allah isə varlı və tərifə layiq olandır.

16, 17. Əgər O istəsə, sizi məhv edər və yeni bir məxluqu / xalqı gətirər. Bu, Allah üçün qətiyyən çətin deyil.

(43 / 35, Fatir / 3-17)

Nəcm: 105

18. Və günahkar kəs, başqasının günah yükünü daşımaz. Əgər çox günahı olan / çox zəngin olan bir kimsə, günahını daşımaq üçün birini çağırsa da ondan heç bir günah alınıb başqasına yüklənməz. –Qohumu olsa belə.– Şübhəsiz sən ancaq öz Rəbbi qarşısında kimsəsiz yerlərdə hörmətlə, məhəbbətlə, elmlə ürpərən və səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən-davam etdirən] kəsləri xəbərdar edirsən. Hər kim təmizlənsə sadəcə özü üçün təmizlənər. Dönüş də ancaq Allahadır.

19-21. Kor ilə görən, qaranlıq ilə işıq və kölgə ilə isti eyni olmaz.

22. Ölülər və dirilər də bərabər olmaz. Şübhəsiz ki, Allah dilədiyi / diləyən hər kəsə eşitdirər. Sən isə qəbirlərdəki kəslərə eşitdirən deyilsən.

23. Sən sadəcə xəbərdarlıq edənsən.

24. Şübhəsiz Biz, səni haqq ilə müjdələyən, xəbərdarlıq edən biri kimi göndərdik / elçi etdik. Hər ümmətin içindən xəbərdarlıq edən bir kəs mütləq gəlib keçmişdir.

25. Və onlar səni təkzib edirlərsə, heç şübhəsiz ki, onlardan əvvəlki kəslər də təkzib etmişdilər; elçilər onlara açıq-aşkar dəlillərlə, səhifələrlə və aydınlıq bəxş edən kitablarla gəlmişdilər.

26. Sonra Mən, kafirləri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəsləri] tutub yaxaladım. İndi gör, Məni tanımamaq / tanıtdırmamağa çalışmaq necə olur?

27. Görmürsənmi / heç fikirləşmirsənmi, həqiqətən Allah göydən bir su endirdi? Biz onunla rəngləri müxtəlif cür meyvələr / məhsullar bitirdik. Dağlarda da yollar var; ağlı, qırmızılı müxtəlif rənglərdə / rənglərin müxtəlif tonlarında. Və qapqara torpaqlar / yollar da var.

28. İnsanlar, digər canlı varlıqlar və mal-qara arasında da bu cür müxtəlif rəngdə olanlar vardır. Bəndələri arasında Allah qarşısında hörmətlə, məhəbbətlə, elmlə ürpərənlər ancaq alimlərdir. Heç şübhəsiz ki, Allah çox güclüdür, çox bağışlayandır.

29,30. Heç şübhəsiz, Allahın kitabını oxuyan, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirən və davam etdirən] və ruzi olaraq verdiyimiz şeylərdən gizli və açıq surətdə Allah yolunda sərf edən / yaxınlarının ehtiyaclarını təmin edən bu kəslər, qətiyyən batmaq ehtimalı / imkanı olmayan bir ticarətə ümidvar olublar ki, Allah, onların mükafatlarını əskiksiz olaraq versin və onların hədiyyələrini də artırsın. Heç şübhəsiz ki, O, çox bağışlayandır və əvəz verəndir.

31. Və Bizim sənə, ancaq içindəkiləri təsdiqləyici olaraq vəhy etdiyimiz Kitab, haqqın elə özüdür. Şübhə yox ki, Allah öz bəndələrini layiqiylə bilən və layiqiylə görəndir.

(43/35, Fatir / 18-31)

Nəcm: 106

32,33. Sonra Biz Kitabı bəndələrimizdən seçib ayırdıqlarımıza miras qoyduq. İndi də onlardan bəziləri özlərinə zülm edən, bəziləri orta yolu tutan / ikibaşlı rəftar edən, bəziləri də Allahın izni ilə / elmi daxilində xeyir əməllərdə qabaqda gedənlərdir. Bax bu, böyük lütfün; Ədn cənnətlərinin özüdür ki var. Onlar oraya daxil olacaqlar. Orada qızıl bilərziklərlə və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır.

34,35. Onlar orada deyəcəklər: “Bütün təriflər, bizdən qəm-qüssəni uzaqlaşdıran və bizə ərmağanlar verən, içində bizim üçün yorğunluq və bezginlik olmayan bu yurda bizi daxil edən Allaha məxsusdur; başqasını tərifləmək olmaz. Həqiqətən, Rəbbimiz çox bağışlayandır və çox əvəz verəndir.”

36. Və o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] ki var, cəhənnəm atəşi onlar üçündür. Onların nə ölümünə hökm olunar, nə də onların cəhənnəm atəşi az da yüngülləşər. Biz, hər kafiri [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edəni]; hər həddini aşanı bax belə cəzalandırarıq.

37. Və onlar, orada fəryad edərlər: “Ey Rəbbimiz! Bizləri çıxar, işlədiyimiz əməllərdən başqa düzgün əməl işləyək.” –Sizə, fikirləşəcək olanların fikirləşəcəyi qədər ömür vermədikmi? Sizə xəbərdarlıq edən də gəlmişdi. O halda dadın! Artıq şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün bir köməkçi də yoxdur.–

38. Həqiqətən, Allah göylərdə və yerdə görünməyən, eşidilməyən, hiss edilməyə şeyləri biləndir. Heç şübhəsiz ki, O, kökslərin içindəkini çox yaxşı biləndir.

39. O, sizi yer üzünün varisləri edəndir. Artıq kim küfr işləyərsə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edərsə], küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməsi] öz zərərinədir. Və kafirlərin [Allahın məbud və rəbb olduğunu biləbilə inkar edənlərin] küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməsi] Rəbbinin dərgahında onlara olan nifrəti ancaq artırar. Və kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] küfrü [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etməsi] özlərinə verdikləri zərəri ancaq artırar.

(43/35, Fatir / 32-39)

Nəcm: 107

40. De ki: “Allahın altındakılardan o yalvardığınız, şərik qoşduğunuz kəsləri heç düşündünüzmü? Göstərin görüm, yer üzündə nəyi meydana gətirmişlər? Yaxud da onların göylərdə bir şərikliyimi var? Yaxud da Biz onlara bir kitab vermişik, onlar oradakı bir dəlilə istinad edirlər?” Əksinə, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslər, bir-birlərinə yalandan başqa bir vəd vermirlər.

41. Heç şübhəsiz, göyləri və yer üzünü yox olmaqdan Allah qoruyur. And olsun ki, əgər göylər və yer üzü yox olsa, onları Ondan başqa heç kim saxlaya bilməz. Həqiqətən O, çox yumşaq rəftar edən, çox bağışlayandır.

42,43. Və onlar, var gücləriylə Allaha and içmişdilər ki, onlara xəbərdarlıq edən bir peyğəmbər gəlsə, mütləq başçısı olan qövmlərin hamısından daha doğru yolda olacaqdılar. Buna baxmayaraq, nə zaman ki, onlara xəbərdarlıq edən biri gəldi, bu, yer üzündə təkəbbür və pis əməlləri ucbatından onların ancaq nifrətini artırdı. Halbuki pis əməl ancaq öz sahibinin ətrafını bürüyər. Belə olan halda, keçmişdəkilərin qanunundan / onlara tətbiq edilənlərdən başqa nə gözləyirlər? Buna görə sən, Allahın qanunlarında qətiyyən bir dəyişiklik görə bilməzsən. Sən, Allahın qanunlarında  qətiyyən bir fərq də görə bilməzsən.

44. Və yer üzündə gəzib-dolaşarkən, özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar, bunlardan daha qüvvətli idilər. Göylərdə və yer üzündə Allahı aciz qoyan heç bir şey yoxdur. Həqiqətən O, ən yaxşı biləndir, ən güclüdür.

45. Və əgər Allah, qazandıqları şeylər səbəbindən insanları sorğu-sual edib cəzalandırsaydı, yer üzündə kiçik-böyük heç bir canlını sağ buraxmazdı. Lakin onlara müəyyən bir müddətə qədər möhlət vermişdir. Nəhayət bu müddət başa çatdıqda, artıq şübhəsiz ki, Allah, Öz bəndələrini ən yaxşı görəndir.

(43/35, Fatir / 40-45)

Dipnot:

[i] Yuxarıda da deyildiyi kimi, mǝlǝk sözü, ǝmǝlǝ gǝldiyi kökǝ görǝ müxtǝlif mǝnalar vermǝkdǝdir. Mǝlaikǝ vǝ bu sözün tǝk halı olan mǝlǝk sözü uluk yaxud mǝlk köklǝrindǝn ǝmǝlǝ gǝlmişdir. Ona görǝ dǝ mǝlaikǝ sözü bǝzǝn “elçi”, bǝzǝn dǝ “idarǝ etmǝk gücü” mǝnalarını verir. Sözün hansı mǝnada işlǝndiyi, onun yer aldığı mǝtnin mǝzmununa görǝ anlaşılmaqdadır.

İki-iki, üç-üç, dörd-dörd qanadlı: Cahiliyyǝt dövründǝ yaşayan ǝrǝblǝrin inanışına görǝ Allahın qızları vǝ kömǝkçilǝri olan mǝlǝklǝr, qanadlı mǝxluqlardır. Külǝk, yağış, zǝlzǝlǝ kimi tǝbiǝt hadisǝlǝri dǝ mǝlǝklǝrin ǝsǝridir. Cahiliyyǝt dövrünǝ mǝxsus olan bu inanışlar qismǝn rǝvayǝtlǝrǝ dǝ daxil olmuşdur vǝ Cǝbrailin 600 qanadı olduğunun Peyğǝmbǝrimiz tǝrǝfindǝn rǝvayǝt etdiyi iddia olunmuşdur. İsrafilin isǝ hǝr biri şǝrqdǝn qǝrbǝ qǝdǝr uzanan 12 min ǝdǝd qanadının olduğu, Allah ǝrşini bu qanadların üstündǝ saxladığı da rǝvayǝtlǝrǝ ǝlavǝ edilmişdir. Bǝzi rǝvayǝtlǝrdǝ isǝ mǝlǝklǝrin qanadlarının sayı milyonları keçmǝkdǝdir.

Qǝnaǝtimizcǝ, qanad  sözü burada “güc”ü ifadǝ etmǝk mǝqsǝdi ilǝ işlǝdilmişdir. Belǝ ki, bu qanadlar bir növ fizikadakı gücün ölçü vahidi olan “at gücü” ifadǝsinin yerini tutmaqdadır. Mǝlǝklǝrin qanadlarının çoxluğu, onların güclǝrinin dǝ artıq olduğunu ifadǝ etmǝkdǝdir. O halda, ǝgǝr mǝlǝk sözü “idarǝ gücü” mǝnasında işlǝdilibsǝ, mǝlǝklǝrin qanadları da “yağış, külǝk, sel kimi tǝbiǝt hadisǝlǝrinin gücünü”; mǝlǝk sözü “elçi” mǝnasında işlǝdilibsǝ, mǝlǝklǝrin qanadları “Quran ayǝlǝrinin mütǝşabeh mǝnalarının insanlarda yaratdığı tǝsir” kimi başa düşülmǝlidir. Bu izahdan sonra, mövzumuz olan ayǝlǝr, sözlǝrin fǝrqli mǝnalarına baxılaraq iki cür dǝyǝrlǝndirilǝ bilǝr:

  1. A) “Bütün tǝriflǝr, göylǝri vǝ yeri yoxdan yaradan, xǝbǝrçi ayǝlǝri iki-iki, üç-üç, dörd-dörd mǝnalar daşıyan elçilǝr olaraq göndǝrǝn Allaha mǝxsusdur. O, ǝmǝlǝ gǝtirmǝkdǝ, istǝdiyini artırar. Şübhǝsiz ki, Allah hǝr şeyǝ qadirdir.”
  2. B) “Bütün tǝriflǝr, göylǝri vǝ yeri yarıb parçalayacaq olan, tǝbiǝt qüvvǝlǝrini müxtǝlif şiddǝt vahidinǝ sahib elçilǝr olaraq göndǝrǝn Allaha mǝxsusdur. O, ǝmǝlǝ gǝtirmǝkdǝ, istǝdiyini artırar. Şübhǝsiz ki, Allah hǝr şeyǝ qadirdir.”

Bu ayǝdǝ mǝlǝklǝrin iki-iki, üç-üç, dörd-dörd qanadlı elçilǝr olduğunun deyilmǝsi haqqındakı izahımız isǝ belǝdir ki, bu sözlǝrlǝ, mütǝşabeh ayǝlǝrin birdǝn çox mǝna ifadǝ etdiklǝri bildirilmişdir. İkinci ayǝdǝki rǝhmǝt hǝkim sözlǝri, belǝ bir mǝna çıxarmaq mümkün olduğuna işarǝdir.

Ayǝnin axırındakı Allah… artırar ibarǝsi “Allahın gücünün sǝrhǝdsiz olduğunu, istǝdiyi hǝr şeyi yarada bildiyini vǝ yaratmaqda davam etdiyini” ifadǝ etmǝkdǝdir.

2018-01-20T21:39:13+00:00