FİL SURƏSİ
MƏKKƏ DÖVRÜ
FİL SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 33
1,2 Rəbbin, fili olan orduya / axmaqlar, ağılsızlar dəstəsinə nə elədi, görmədinmi / heç fikirləşmədinmi?47 Onların bəd planlarını boşa çıxartmadımı?
3-5 Və üstlərinə, onlara bişmiş daşlarla birgə iri dənəli yağış yağdıran topa topa buludlar / boran göndərdi və onları yeyilmiş bitki yarpağına döndərdi.
(19 / 105, Fil / 1-5)
Dipnot:
[i] Fil Əshabı, Qurana görǝ, şǝr planları ucbatından Allah tǝrǝfindǝn hǝlak edilmiş bir cǝmiyyǝtdir. Ərǝb vǝ İslam mǝnbǝlǝrinǝ görǝ “Əshabı-fil” Hǝbǝşistanın Yǝmǝn valisi Əbrǝhǝnin sǝrkǝrdǝliyi altındakı bir ordunun adıdır. Heybǝtini artırmaq mǝqsǝdi ilǝ bu ordunun önünde Hǝbǝşistandan gǝtirilǝn bir fil gedirdi.
Tarixi mǝnbǝlǝrǝ görǝ, VI ǝsrin ortalarında Hǝbǝşistanın Yǝmǝn valisi olan Əbrǝhǝ, ǝrǝblǝrin Kǝbǝyǝ necǝ ehtiram göstǝrdiklǝrini görmüş, dini, siyasi vǝ iqtisadi qayǝlǝrlǝ Sana şǝhǝrindǝ ǝl-Qulleys adında möhtǝşǝm bir kilsǝ tikdirmiş vǝ ǝrǝblǝri bu kilsǝni ziyarǝt etmǝyǝ sǝslǝmişdi. Ərǝblǝr bu dǝvǝti qǝbul etmǝmişdilǝr, onlardan biri isǝ Əbrǝhǝnin kilsǝsini tǝhqir mǝqsǝdi ilǝ kirlǝtmişdi. Bundan çox qǝzǝblǝnǝn Əbrǝhǝ, Kǝbǝni dağıtmaq mǝqsǝdi ilǝ ordusuyla birgǝ Mǝkkǝyǝ hücuma keçmişdir. Ordunun önündǝ bir fil getdiyi üçün bu hadisǝyǝ “Fil hadisǝsi”, bu hadisǝnin meydana gǝldiyi ilǝ isǝ “Fil ili” deyilmişdir. “Əshabı-fil” sözünün lüğǝt mǝnası “axmaqlar, ağılsızlar dǝstǝsi” demǝkdir. Burada bu ifadǝ ikibaşlı işlǝdilmişdir.