HƏCC SURƏSİ
MƏDİNƏ DÖVRÜ

HƏCC SURƏSİ

Nəcm: 623

1,2. Ey insanlar! Rəbbinizin mihafizəsi altına daxil olun, şübhəsiz, qiyamətin qopduğu anının sarsıntısı çox böyük bir şeydir. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyindən əl çəkər. Və hər hamilə qadın yükünü yerə qoyar. Və sən, insanları sərxoş olmadıqları halda sərxoş görərsən. Lakin Allahın əzabı çox şiddətlidir.

3,4. İnsanlardan bəziləri də Allah haqqında heç bir şey bilmədiyi halda mübahisə edir və hər bir azğın şeytana uyur. Azğın şeytan barəsində belə yazılmışdır: “Şübhəsiz, kim şeytanı [özünə] yol göstərən, himayəçi bir yaxın qəbul etsə, o [şeytan], həqiqətən şeytanı özünə dost qəbul edəni azdırar və onu cəhənnəm əzabına yönəldər.”

5. Ey insanlar! Əgər öldükdən sonra diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, nə olduğunuzu sizə aydınlaşdırmaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriondan, sonra şəkli az-çox müəyyən olunan bir ət parçasından əmələ gətirdik. Və Biz, istədiyimizi müəyyən bir müddətə qədər bətnlərdə saxlayarıq. Sonra sizi bir uşaq olaraq, daha sonra yetkinlik çağına yetişməyiniz üçün çıxardarıq. Bununla birlikdə, bəzilərinizə keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xatırladılar / bəziləriniz ölər. Bəziləriniz də, əvvəlki elmindən sonra heç bir şey bilməyəcək şəkildə ömrünün ən rəzil çağına çatdırılar. Bir də yer üzünü görərsən ki, sönmüştür; sonra Biz, onun üstünə su endirdikdə o, hərəkətə gəlib qabarar və hər gözəl cütdən bitkilər bitirər.

6. Bax bu, ona görədir ki, şübhəsiz, Allah haqdır, şübhəsiz, ölüləri dirildən ancaq Odur və şübhəsiz, hər şeyə ən yaxşı qadir olan ancaq Odur.

7. Qiyamət isə şübhəsiz ki, gələcəkdir. O barədə qətiyyən şübhə yoxdur. Və şübhəsiz ki, Allah, qəbirlərdə olan kəsləri dirildəcəkdir.

(103/22, Həcc / 1-7)

Nəcm: 624

8. İnsanlardan bəziləri də Allah haqqında heç bir şey bilmədən; yol göstərən rəhbərləri olmadan, açıqlayan bir kitab olmadan mübahisə edirlər.

9. Onun belini əyib-bükməyi / təkəbbür göstərməyi, Allah yolundan azdırmaq üçündür. Bu dünyada onun üçün bir rüsvayçılıq var. Və Biz, qiyamət günündə ona yandırıcı cəhənnəmin əzabını daddıracağıq.

10. İşte bu, öz iki əlinin önə çıxardığı şeylər və şübhəsiz Allahın, yaxşı qulluq edənlərə haqsızlıq edən biri olmayışı səbəbiylədir.

11-13. İnsanlardan bəziləri də Allaha, qeyri-müəyyən bir  tərəfdən / tərəddüdlə, qəti olmayan bir tərzdə qulluq edər. Buna görə də əgər ona bir yaxşılıq üz versə, onunla zehnindəki bütün sual işarələrini aradan qaldıraraq arxayınlığa qovuşar. Və əgər ona dünyada bir fəlakət / çətinlik üz versə, üz döndərər. O, dünyanı da, axirəti də itirmişdir. Bu, məhz açıq-aşkar ziyanın elə özüdür. O, Allahın altındakılardan özünə ziyan və fayda verə bilməyəcək şeylərə yalvarır. Bu, çox uzaq azğınlığın məhz özüdür. O, ziyanı xeyrindən daha yaxın olana yalvarır. Yalvardığı o şey necə də pis bir köməkçi, [necə də pis bir] himayəçi və necə də pis yoldaşdır.

14. Şübhəsiz, Allah, iman edən və yaxşılaşdırmaq qayəsi ilə işlər görən kəsləri altından çaylar axan cənnətlərə daxil edər. Şübhəsiz ki, Allah, dilədiyi şeyləri edər.

15. Hər kim Allahın, dünyada və axirətdə ona kömək etməyəcəyini zənn edirsə, dərhal səmimiyyətlə Bizə yönəlsin, bir də, Allahın altındakılardan, ona ziyan və fayda verə bilməyəcək o şeylərlə əlaqəsini kəssin. Sonra da baxıb görsün bu planı, onu qəzəbləndirən şeyi / zehninə yerləşən fikri aradan qaldıracaqmı?[i]

16. Və Biz Quranı beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Və şübhəsiz ki, Allah, dilədiyi kəslərə / diləyən kəslərə yol göstərər.

(103/22, Həcc / 8-16)

Nəcm: 625

17. Şübhəsiz, o iman etmiş kəslər, yəhudi olmuş kəslər, sabiilər / Yəhya peyğəmbərin dinindən olanlar, xristianlar, məcusilər və şərik qoşanlar; şübhəsiz ki, Allah qiyamət günündə bunların arasını ayıracaqdır [bunları bir-birindən ayıracaqdır]. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.

(103/22, Həcc / 17)

Nəcm: 626

18. Göylərdə və yer üzündə olan kəslərin, günəş, ay, ulduzlar, dağlar, ağaclar, hərəkət edən canlılar və insanların çoxunun Allaha boyun əyib tabeçilik göstərdiklərini görmədinmi / heç düşünmədinmi? Bir çoxuna da əzab haqq olmuşdur. Və Allah, kimi alçaltsa, artıq onun yüksəldən olmaz. Şübhəsiz ki, Allah istədiyini edər.

(103/22, Həcc / 18)

Nəcm: 627

19-22. Bu iki şəxs; mömin ilə kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən], öz Rəbbi barəsində mübahisəyə girmiş iki düşməndir. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş kəslər] üçün oddan paltar biçilmişdir. Başlarının üstündən qaynar su tökülər. Bununla qarınlarındakı şeylər və dəriləri əridiləcəkdir. Və onlar üçün dəmirdən toppuzlar var. Qəm-qüssənin [çoxluğundan] ötrü oradan nə vaxt çıxmaq istəsələr, ora qaytarılarlar və [onlara]: “Yandırıcı əzabı dadın!” [deyilər].

23. Şübhəsiz, Allah, iman edən və yaxşılaşdırmaq qayəsi ilə işlər görənləri, altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada qızıl qolbağlar və incilərlə bəzənəcəklər. Orada libasları da ipəkdən olacaqdır.

24. Və onlar sözlərin gözəl / xoş olanına yönəldilmişdir. Həm də tərifə layiq olan Allahın yoluna yönəldilmişdir.

(103/22, Həcc / 19-24)

Nəcm: 628

25. Şübhəsiz, küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən], Allahın yolundan, insanlar üçün –orada ibadət edənlərlə gəlmələrin bərabər olması şərti ilə– hazırlanan Məscidülhəramdan [toxunulmazlığı olan ilahiyyat məktəbindən] döndərən  kəslər və orada haqsızlıqla səhv yola sapmaq istəyən kəs [ki var]; Biz, onlara ağrılı-acılı bir əzab daddıracağıq.

26-29. Və Biz bir zamanlar, “Əsla Mənə heç bir şeyi şərik qoşma; gəzişənlər, orada haqsızlığa baş qaldıranlar, Allahın birliyini təsdiq edənlər, boyun əyib tabeçilik göstərənlər üçün evimi tərtəmiz et, onlara məxsus müəyyən mənfəətlərə şahid olsunlar və Allahın ruzi olaraq verdiyi heyvanların üstündə, müəyyən günlərdə Allahın adını yad etsinlər deyə, insanlar arasında ilahiyyat təhsili veriləcəyini elan et. Piyada yaxud yorğun düşmüş minik [heyvanlarının] belində dərin vadiləri keçərək sənin yanına gəlsinlər! Sonra kirlərindən xilas olub təmizlənsinlər. Əhdlərini yerinə yetirsinlər. Köhnə evdə / azad evdə / Kəbədə gəzsinlər” deyə, o evin / Kəbənin yerini,  İbrahim üçün hazırlamışdıq. –Siz də onlardan yeyin və çətinlik çəkən yoxsula da yedirin.–

30,31. Bax belə! Və kim, Allahın toxunulmaz buyurduqlarına ehtiram göstərsə, bu [əməli], Rəbbinin yanında onun özü üçün xeyirdir. Sizə deyilənlərdən başqa bütün heyvanlar sizə halal edildi. Elə isə, Allaha yönələnlər olaraq, Ona şərik qəbul edənlərdən olmayaraq, o bütlərin murdarlığından qaçın, yalan sözlərdən də çəkinin. Allaha kim şərik qoşsa, o şəxs, göydən düşən və quşların qapdığı, yaxud da küləyin kimsəsiz bir yerə sürüyüb apardığı şey kimidir.

(103/22, Həcc / 25-31)

Nəcm: 629

36. Biz; böyük heyvanları da sizin üçün Allahın varlığının nişanələrindən [biri] etdik. Sizin üçün onlarda xeyr vardır. O səbəblə, ön ayaqlarının biri bağlı halda kəsərkən / cərgə halında [dayandıqları vaxt] üstündə Allahın adını çəkin. Sonra böyürləri yerə söykəndiyi vaxt onlardan yeyin, ehtiyacı [olduğunu deməyib] gizlədənə və istəyənə də yedirin. Beləcə Biz, onları, sizə verilən nemətlərin əvəzini ödəyəsiniz deyə sizə ram etdik.

32,33. Bax belə! Hər kim Allahın varlığının nişanəsi olan şeylərə ehtiram gösterse, –şübhə yoxdur ki, bu ehtiramın səbəbi qəlblərin Allahın mühafizəsi altına daxil olmasıdır– sizin üçün onlarda müəyyən bir vaxta qədər mənfəət var. Sonra, onların [gedib] çatacağı yer Beyti-ətiq / köhnə ev / azad ev / Kəbə olacaq.[ii]

(103/22, Həcc / 36, 32-33)

Nəcm: 630

34,35. Və Biz, [müəyyən bir] başçısı olan hər cəmiyyət üçün, Allahın onlara ruzi olaraq verdiyi qüsursuz heyvanların üstündə Allahın adını çəksinlər deyə, bir qulluq [ibadət] şəkli [müəyyən] etdik. Sizin məbudunuz bir tək məbuddur. O səbəblə, yalnız onun üçün müsəlman olun. Allahın adı çəkildikdə qəlbləri titrəyən, başlarına gələnə səbr edən, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını meydana gətirən, yaşadan] və ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyən, Allaha ürəkdən boyun əyən kəslərə müjdə ver.

37. Onların ətləri və qanları qətiyyən Allaha çatmaz. Ancaq, Ona, sizdən “Allahın mühafizəsi altına daxil olmaq” çatar. Sizə göstərildiyi [nişan verildiyi] üzrə Allahı uca tutasınız deyə, böyük [iri] heyvanları sizə beləcə ram etdi [heç dəyişmədən, inkişaf etmədən sizin ixtiyarınızda qalmağa uyğun xüsusiyyətdə yaratdı]. Və yaxşı, gözəl əməl işləyənlərə müjdə ver.

38. Şübhəsiz, Allah inanan kəsləri müdafiə edər. Şübhəsiz ki, Allah, həddindən artıq xain və son dərəcə nankor olanların heç birini sevməz.

(103/22, Həcc / 34-35, 37-38)

Nəcm: 631

39-41. Müharibəyə məruz qalan kəslərə, haqsızlığa uğramaları; sırf “Rəbbimiz Allahdır” dediklərinə görə haqsız yerə yurdlarından çıxarılmaları səbəbiylə döyüşməyə icazə verildi. Və şübhəsiz ki, Allah onları zəfərə çatdırmağa ən yaxşı qadir olandır. Əgər Allah, insanların bir qismini digər bir qismi ilə dəf edib qarşısını almasaydı, mütləq surətdə, fidan, tumurcuq, ağacdakı meyvə, yığılmış taxıl, paxlalı bitkilər, susuz torpaqlardakı tikanlar, tikilib ucaldılmış binaların hamısı, bütün ticarət yerləri; bazarlar, bütün səlat; yardım yerləri (iş; məşğulluq və istihsal yerləri, təhsil və tədris müəssisələri və təhlükəsizlik mərkəzləri) və içərisində Allahın adı çoxlu-çoxlu yada salınan məscidlər yerlə yeksan edilərdi. Allah, Özünə kömək edənlərə –yurd verib qüvvətləndirdiyimiz təqdirdə səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını meydana gətirən, yaşadan], zəkatı / vergilərini verən, adət-ənənəyə uyğun / hər kəs tərəfindən məqbul hesab edilən yaxşı şeyləri əmr edən, vəhy və ümumi ağıl ilə pisliyi, eybəcərliyi qəbul edilən şeylərdən döndərən kəslərə– həqiqətən kömək edər. Heç şübhəsiz ki, Allah, çox güclüdür, mütləq qalibdir. İşlərin nəticəsi də yalnız Allaha aiddir.

(103/22, Həcc / 39-41)

Nəcm: 632

42-44. Və əgər onlar səni təkzib edirlərsə, bil ki, onlardan əvvəl Nuhun qövmü, Ad, Səmud,  İbrahimin qövmü, Lutun qövmü, Mədyən əhli də təkzib etmişdi. Musa da təkzib edildi və Mən, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslərə] bir müddət möhlət verdim. Sonra da onları yaxaladım. Gör Məni tanımamağın [nəticəsi] necə olur!

45. Sonra neçə-neçə şəhərlər də var idi ki, şirk qoşmaq surətiylə səhv; öz zərərlərinə olan əməli işləyərkən Biz onları dəyişikliyə / məhvə məruz qoyduq. Artıq tavanları çökmüş, divarları üstünə uçub tökülmüşdür; neçə-neçə tərk edilmiş quyular və bomboş qalmış, əhənglə / betonla möhkəmləndirilmiş saraylar!

46. Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünənə qəlbləri və eşidən qulaqları olsun. Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki qəlblər kor olar.

47. Və səndən əzabı tezləşdirməyini istəyirlər. Halbuki Allah sözünə əsla xilaf çıxmayacaq. Və şübhəsiz ki, Rəbbinin dərgahında bir gün, sizin saydığınız min il kimidir.

48. Və şirk qoşmaq surətiylə səhv; öz zərərlərinə olan əməli işləyən neçə-neçə şəhərlər [var idi]; Mən onlara möhlət verdim, sonra onları yaxaladım. Dönüş, ancaq Mənədir.

49,50. De ki: “Ey insanlar! Mən, sizin üçün ancaq açıq-aşkar / aydınlaşdıran bir xəbərdarlıqçıyam. İman etmiş olanlar və yaxşılaşdırmaq qayəsi ilə işlər görənlər [ki var]; bağışlanma və dəyərli ruzi yalnız onlar üçündür.”

51. Aciz qoymaqda [bir-biri ilə] yarışaraq ayələrimiz barədə [ayələrimiz əleyhində] səy göstərən kəslər [ki var]; bax onlar, cəhənnəm əhlidir.

(103/22, Həcc / 42-51)

Nəcm: 633

52-54. Və Biz səndən əvvəl elə bir elçi və elə bir peyğəmbər göndərməmişik ki, o, bir şeyi arzu etdikdə, şeytan onun arzusuna hər hansı bir şey atmasın [qarışdırmasın]. Belə olduqda, Allah, şeytanın / İblisin atdığı [qarışdırdığı] şeyləri aradan götürər [puç edər]. Sonra da Allah, şeytanın qoyduğu [vəsvəsəni] qəlblərində xəstəlik olan, pis fikirli və ürəkləri qatılaşmış kəslərin dindən çıxmasına [bir sınaq vasitəsi] etmək [üçün] –şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər həqiqətən uzaq bir nifaq içindədirlər– [və] elm verilən kəslərin, Quranın həqiqətən Rəbbindən gələn haqq olduğunu bilərək ona iman etmələri, sonra da qəlblərinin ona ehtiram duyması üçün Öz ayələrini möhkəmləndirər, qoruyar. Və Allah, çox yaxşı biləndir, ən yaxşı qanunlar qoyan, möhkəmləndirəndir. Və şübhəsiz ki, Allah, iman edən kəsləri doğru yola yönəldəndir.

(103/22, Həcc / 52-54)

Nəcm: 634

55. Küfr işləyən; Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər də, qəflətən qiyamətin qopduğu an və yaxud qısır [yararsız, səmərəsiz] bir günün əzabı onlara gəlib çatana kimi, Quran barədə şübhə içində olmağa davam edəcəklər.

56. O gün hökm Allaha məxsusdur. Onların arasında O, hökm verəcək. İman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər, nemət cənnətlərində olacaqlar.

57. Və küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] və ayələrimizi təkzib edən kəslər [ki var]; alçaldıcı əzab bax onlar üçündür.

58,59. Və Allah yolunda hicrət edən, sonra öldürülən və yaxud ölənlər [ki var]; həqiqətən Allah, onlara gözəl bir ruzi verəcəkdir. Və şübhəsiz ki, Allah, həqiqətən ruzi verənlərin ən xeyirlisidir. Həqiqətən onları razı qalacaqları yerə daxil edəcəkdir. Və şübhəsiz ki, Allah, həqiqətən çox yaxşı biləndir, çox həlimdir.

60. Bax belə! Və kim özünə verilən cəzaya eyni cəza ilə cavab versə, sonra yenə ona haqsızlıq edilsə, həqiqətən Allah ona kömək edər. Şübhəsiz ki, Allah, həqiqətən çox əfv edəndir, çox bağışlayandır.

61. Bu, şübhəsiz ki, Allahın gecəni gündüzün içinə daxil etməsi, gündüzü də gecənin içinə daxil etməsi səbəbindəndir. Şübhəsiz ki, Allah, çox yaxşı eşidəndir, çox yaxşı görəndir.

62. Bax bu, şübhəsiz ki, Allahın məhz haqq olması və şərik qoşanların Allahın altındakılardan yalvardıqları şeylərin məhz batil olması və şübhəsiz, Allahın ucalardan uca olması, ən böyük olması səbəbindəndir.

(103/22, Həcc / 55-62)

Nəcm: 635

63. Həqiqətən Allahın, göydən su endirdiyini [və onunla] yer üzünün yamyaşıl olduğunu görmədinmi / heç düşünmədinmi? Şübhəsiz ki, Allah, çox lütfkardır, ən yaxşı xəbərdar olandır.

64. Göylərdə və yer üzündə olan şeylər, yalnız Ona məxsusdur. Və şübhəsiz ki, Allah, ehtiyacsızdır, təriflənməyə ən çox layiq olandır.

65. Sən, Allahın yer üzündəkiləri sizə ram etdiyini [sizin həmişəlik istifadənizə uyğun ölçülərdə yaratdığını] və Onun əmri ilə dənizlərdə axıb gedən [üzən] gəmiləri görmədinmi / heç düşünmədinmi? Göyü də Özünün izni / xəbəri [istəyi] olmadan yerə düşməkdən saxlayan Odur. Həqiqətən, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir.

66. Və O, sizə həyat verən, sonra [sizi] öldürəcək olan, sonra da dirildəcək olandır. Şübhəsiz ki, insan, həqiqətən çox nankordur.

(103/22, Həcc / 63-66)

Nəcm: 636

67. Biz, [müəyyən bir] başçısı olan hər cəmiyyət üçün bir ibadət yolu müəyyənləşdirdik. Onlar, ona uyğun olara ibadət etsinlər. Elə isə, bu barədə səninlə heç bir zaman höcətləşməsinlər. Sən də Rəbbinə [tərəf] dəvət et. Həqiqətən, sən doğru yola yönləndirilmisən.

68,69. Və əgər səninlə mübahisə etsələr, dərhal de ki: “Allah, əməllərinizi ən yaxşı biləndir. Allah, ixtilafa düşdüyünüz şeylər barəsində qiyamət günündə sizin aranızda hökm verəcəkdir.”

70. Bilmirsənmi ki, Allah, göydə və yer üzündə olan şeyləri həqiqətən bilir? Həqiqətən, bu, bir kitabdadır. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.

71. Və onlar, Allahın altındakılardan elə şeylərə ibadət edirlər ki, Allah onların barəsində heç bir dəlil nazil etməmişdir, özlərində də onlara dair heç bir məlumat yoxdur. Və şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin heç bir yardımçısı yoxdur.

72. Və ayələrimiz onlara açıq-aşkar oxunduğu zaman, küfr işləyən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəslərin üzlərində pis, eybəcər [bir şey] olduğu vəhy və ümumi ağıl tərəfindən qəbul edilən şeyləri [görüb] tanıyarsan. Az qala, onlara ayələrimizi oxuyan kəslərə hücum edəcəklər. De ki: “Yaxşı, sizə ondan daha pisini xəbər verimmi? Atəş! Allah Atəşi kafirlərə [Özünün məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslərə] vəd etdi. O, necə də pis bir qayıdış yeridir!”

(103/22, Həcc / 67-72)

Nəcm: 637

73. Ey insanlar! Bir məsəl çəkilir, indi ona qulaq asın: Allahın altındakılardan ibadət etdikləriniz hamısı bir yerə yığılsa belə, bir milçəyi əmələ gətirə bilməzlər. Və milçək onlardan bir şey götürüb aparsa, onu xilas geri ala bilməzlər. İstəyən və istənilən acizdir.

74. Allahı layiqincə qiymətləndirib tanımadılar. Şübhəsiz ki, Allah çox güclüdür, hər şeydən üstündür.

75,76. Allah, xəbərçi ayələrdən elçilər seçir, insanlardan da elçilər seçir. Şübhəsiz ki, Allah, ən yaxşı eşidən, ən yaxşı görəndir, əllərinin arasında olanı və arxalarında olanı bilir. Və işlər, yalnız Allaha qaytarılır.

(103/22, Həcc / 73-76)

Nəcm: 638

77,78. Ey iman etmiş kəslər! Zəfər qazanmaq, öz vəziyyətinizi qorumaq üçün, Allahın birliyini təsdiq edib söyləyin, boyun əyib tabeçilik göstərin, Rəbbinizə ibadət edin, yaxşılıq edin və Allah yolunda lazımi qaydada səy göstərin. O, sizi seçdi və dində; atanız  İbrahimin dinində / həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha əvvəl də, Quranda da, Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizə “Müsəlmanlar” adını verdi. Elə isə, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın, qoruyun], zəkatı / verginizi verin və Allah[ın dinindən] möhkəm yapışın. O, sizin ixtiyar sahibiniz; yol göstərən, kömək edən, himayəçi yaxınınızdır. O, necə də gözəl ixtiyar sahibi, necə də gözəl yardımçıdır!

(103/22, Həcc / 77-78)

Dipnot:

[i] Ayǝdǝki sözlǝrin lüğǝvi mǝnası nǝzǝrǝ alındıqda, ayǝnin tǝrcümǝsi belǝ olmalıdır: “Hǝr kim Allahın dünyada vǝ axirǝtdǝ ona kömǝk etǝyǝcǝyini zǝnn edirsǝ, dǝrhal sǝmaya bir sǝbǝb uzatsın, sonra… kǝssin. Sonra da baxıb görsün bu planı, onu qǝzǝblǝndirǝn şeyi [zehninǝ yerlǝşǝn fikri] aradan qaldıracaqmı?” Quran ayǝlǝri nǝzǝrǝ alındıqda görürük ki, sǝmaya yönǝlmǝk “Allahın rǝhmǝtini gözlǝmǝk vǝ Allahın sǝmadan rǝhmǝt yağdırması” mǝnasına gǝlir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.

[ii] Bu hissǝdǝki ayǝlǝr texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıqla düzülmüşdür.

2018-01-21T19:40:08+00:00