HÜMƏZƏ SURƏSİ
MƏKKƏ DÖVRÜ
HÜMƏZƏ SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 54
1 Dalda qeybət edənlərin, qaş-göz işarətləriylə tənə vuranların hamısının vay halına!
2,3 O kimsə ki mal yığıb, güman edir ki mal-dövləti onu əbədiyyətə qovuşduracaq, onu çoxaldar / dönə-dönə sayar.
4 Qətiyyən onun fikirləşdiyi kimi deyil! Həqiqətən o, Hütəməyə atılacaq.
5 Hütəmənin nə olduğunu sənə nə bildirdi?
6,7 O, Allahın, könüllərin üstünə dırmaşaraq çıxan yanar odudur.
8,9 O, uzun dirəklər içində, onların üzünə qıfıllanacaq / bağlanacaq.
(32 / 104, Hüməzə / 1-9)