İNFİTAR VƏ İNŞİQAQ SURƏLƏRİ
MƏKKƏ DÖVRÜ
İNFİTAR VƏ İNŞİQAQ SURƏLƏRİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 373
1-5 Göy çatladığı zaman, ulduzlar dağılıb səpələndiyi zaman, dənizlər yarılıb axıdıldığı zaman, qəbirlər alt-üst edildiyi zaman; hər kəs, qabaqcadan göndərdiyi və geridə buraxdığı şeyləri öyrənmişdir.
(82/82, İnfitar / 1-5)
Nəcm: 374
6-8 Ey insan! Üstün kərəm sahibi olan, səni əmələ gətirən, sonra da sənə bir nizam daxilində surət verən, sonra da səni tarazlayan, dilədiyi bir surətdə səni tərtib edən Rəbbinə qarşı səni aldadan şey nədir?
9-12 Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əslində siz, şübhəsiz ki, üzərinizdə, etdiyiniz işləri əzbərləyən, mötəbər katiblər olmasına baxmayaraq, Dini yalan sayırsınız.
13 Şübhəsiz ki, “əbrar / yaxşı adamlar”, əlbəttə bol nemətlərin, xoşbəxtlik cənnətinin içindədirlər.
14-16 Din-iman tanımayaraq pisliyə bulaşanlar da həqiqətən cəhənnəmdədirlər. Din günündə, cəhənnəmdən çıxmamaq üzrə cəhənnəmə söykənəcəklər.
17 Din gününün nə olduğunu sənə nə xəbər verdi?
18 Sonra bir dəfə daha, Din gününün nə olduğunu sənə nə xəbər verdi?
19 Din günündə heç kim heç kimə ağalıq edə bilməz. Və o gün;
İnşiqaq 1-5 Gök yarıldığı, Rəbbinə qulaq verdiyi və haqq olduğu zaman; yer üzü də dümdüz olduğu, içində olan nə varsa atdığı, boşaldığı və Rəbbinə qulaq verdiyi və haqq olduğu zaman
19 hökm Allaha məxsusdur.
6 Ey insan! Şübhəsiz ki, sən Rəbbinə doğru qaçdıqca qaçırsan. Sonunda da Ona qovuşacaqsan.
7-9 Artıq, kitabı sağ əlinə verilən kəsə gəldikdə; o, asan bir haqq-hesaba çəkiləcək və o, sevincli bir şəkildə yaxınlarının yanına qayıdacaq.
10-14 Kitabı arxa tərəfindən verilən kəsə gəldikdə, o, ölümü çağıracaq və alovlu atəşə girəcək. Şübhəsiz ki, o, yaxınlarının arasında sevincli idi. Şübhəsiz ki, o, heç vaxt qayıtmayacağına inanırdı.
15 Xeyir, şübhəsiz, Rəbbi onu çox yaxşı görəndir.
16-19 O halda, o şəfəq, gecə və içində saxladığı şeylər yığıldığı zaman o ay dəlildir ki, siz həqiqətən haldan-hala düşürsünüz [davamlı surətdə dəyişəcəksiniz, əsla yox olub getməyəcəksiniz].
20,21 Elə isə, onlara nə olub? İman etmirlər və onlara Quran oxunduğu vaxt boyun əyib tabeçilik göstərmirlər / razı olmurlar?
22 Əksinə, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] yalan sayırlar.
23 Halbuki Allah, içlərində gizlədib saxladıqlarını ən yaxşı biləndir.
24 Artıq sən onlara ağrılı-acılı bir əzabın müjdəsini ver!
25 Ancaq iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslər bunun xaricindədir, onlar üçün tükənməz bir muzd / mükafat vardır.
(82/82, İnfitar / 6-19 + 83/84, İnşiqaq / 1-25)