KAFİRUN SURƏSİ
MƏKKƏ DÖVRÜ
KAFİRUN SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 32
1 De ki: “Ey kafirlər [Allahın məbud və rəbb olduğunu qəbul etməyənlər]!
2 Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm / mən sizin etdiyiniz bəndəliyi etmərəm.
3 Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz / siz də mənim etdiyim bəndəliyi46 edən deyilsiniz.
4 Və mən qətiyyən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm / mən qətiyyən sizin etdiyiniz bəndəliyi edən deyiləm.
5 Siz də mənim ibadət etdiyimə ibadət edəsi deyilsiniz / sizə də mənim etdiyim bəndəliyi edəsi deyilsiniz.
6 Sizin dininiz / etiqadınız və həyat prinsipləriniz yalnız sizin üçün, mənim dinim / etiqadım və həyat prinsiplərim də yalnız mənim üçündür.”
(18 / 109, Kafirun / 1-6)
Dipnot:
[i] Bax: 24 nömrǝli qeyd.