LEYL SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

LEYL SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 21

1-4 Qara cəhaləti, vəhyin işığını; bilgini və genetik xüsusiyyətləri sübut gətirirəm ki, sizin zəhmət və səyləriniz həqiqətən müxtəlif və hissə-hissədir.41

5-7 Buna görə də kim malını / qazancını versə, Allahın mühafizəsi altına girsə və ən gözəl olanı təsdiqləsə, Biz ona, ən asan olanı asanlaşdıracağıq.

8-11 Kim xəsislik etsə və özünü bütün ehtiyacların fövqündə görsə və ən gözəl olanı təkzib etsə, Biz ona ən çətin olanı müyəssər edəcəyik. Aşağı yuvarlanıb dəyişikliyə, məhvə məruz qaldığında / öldüyündə mal-dövləti onu xilas etməyəcəkdir.

12 Doğruya və gözələ yönəltmək ancaq Bizə aiddir.

13 Sonrası da, əvvəli də ancaq Bizimdir.

14-16 Buna görə Mən sizi, ancaq inkar edənlərin, üz döndərənlərin, ən bədbəxt kəslərin girəcəyi, şölələndikcə şölələnən bir od barəsində xəbərdar etdim.

17-21 Kimsədən mükafat gözləmədən, ancaq Uca Rəbbinin rizasını qazanmaq, təmizlənmək üçün varını verən, Allahın mühafizəsi altına daxil olan şəxs ondan uzaqlaşdırılacaq. Və həqiqətən o şəxs tezliklə razı qalacaqdır.

(9 / 92, Leyl / 1-21)

Dipnot:

[i] Ayǝdǝki sözlǝrin “hǝqiqi” mǝnası belǝdir: “Bürüyüb örtǝndǝ gecǝyǝ, parıldayanda gündüzǝ vǝ kişini, qadını yaradana and olsun ki, sizin zǝhmǝt vǝ sǝylǝriniz hǝqiqǝtǝn müxtǝlif vǝ hissǝ-hissǝdir.” Biz mǝcazi mǝnalarını tǝklif edirik.

Paylaş