MAUN SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

MAUN SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 31

1 Axrətdə hər kəsin yaxşı-pis işlərinin əvəzini görəcəyini / Allahın ictimai sistemi nizamlayan qayda-qanunlarını inkâr edən şəxsi gördünmü / heç düşündünmü?

2,3 Yetimi itələyib qovan və yoxsulu yedirtməyə sövq etməyən kəs bax odur.

4-7 Artıq, qafil, etinasız, özünü göstərmək məqsədi ilə səlat edən [özünü maddi və yaxud zehni baxımdan dəstək olan; cəmiyyəti maarifləndirməyə çalışan biri kimi göstərən] və xırda şeylərin belə ehtiyac sahiblərinə çatdırılmasına mane olan kəslərin vay halına!

(17 / 107, Maun / 1-7)

(17 / 107, Maun / 1-7)

Paylaş