MÜDDƏSSİR VƏ FATİHƏ SURƏLƏRİ
MƏKKƏ DÖVRÜ

Paylaş

MÜDDƏSSİR VƏ FATİHƏ SURƏLƏRİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 14

Müddəssir 1-2 Ey vəzifəsini yerinə yetirməyə hazır olan şəxs!21 Qalx! Dərhal,

Fatihə 1-7 Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox rəhm edən Allah adına: “Bütün təriflər, aləmlərin22 Rəbbi,23 yatardığı bütün canlılara nemət verən, yaratdıqlarına çox rəhm edən, hər kəsin yaxşı ya da pis bütün fellərin və işlərin əvəzini görəcəyi axirət gününün sahibi, hökmdarı Allahındır; başqası tərif edilməməlidir. Yalnız Sənə bəndəlik24 edirik və yalnız Səndən kömək isteyirik. Bizə, üstünə qəzəb yağdırılanların və azıb qalanların yolundan başqa olan yolu, nemət verdiyin kəslərin yolu olan doğru yolu göstər, bildir!” deyərək xəbərdarlıq et!25

Müddəssir 3 Və dərhal, təkcə Rəbbinin ən uca olduğunu bildir,

4-7 Şəxsiyyətini ləkələmə; təmiz saxla, pisliklərdən dərhal uzaqlaş, kirləri dərhal özündən uzaqlaşdır, etdiyin yaxşılığı çox bilib başa qaxma! Və ancaq Rəbbin üçün səbr et!26

8-10 Çünkü sur üfürülərkən,27 bax o gün çox çətin, çox ağır bir gün olacaq. O, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün heç də asan olmayacaq.

(4 / 74, Müddəssir / 1-2 + Fatihə / 1-7 + Müddəssir / 3-10)

Nəcm: 15

11-14 Tək başıma yaratdığım, saysız-hesabsız mal-dövlət verdiyim, şahid olaraq oğullar verdiyim, hər cür imkanla təmin etdiyim kimsəni Mənimlə tək burax!

15 Bütün bunlardan sonra yenə də tamah salarak Mənim daha da artırmağımı istəyir.

16 Qətiyyən onun fikirləşdiyi kimi deyil! Şübhəsiz ki, o, Bizim ayələrimizə / nişanələrimizə / işarətlərimizə qarşı inadkar oldu.

17 Mən onu dik bir yoxuşu çıxmağa məcbur edəcəyəm.

18-25 Şübhəsiz ki, o, fikirləşdi və ölçdü-biçdi. –O, artıq məhv olacaq. Necə ölçdü-biçdi! Yenə də o məhv olacaq. Necə ölçdü-biçdi!– Sonra baxdı. Sonra üzünü turşutdu, qaşqabağını tökdü. Sonra arxasını çevirdi və təkəbbür göstərərək: “Bu, rəvayət halında gəlib çatan sehrdən başqa bir şey deyildir. Bu, bəşər sözündən başqa bir şey deyildir.” dedi.

26-30 Mən, “Quran bəşər sözüdür” deyən kəsi tezliklə Səqərə söykəyəcəm. Bilirsənmi ki, Səqər nədir? O, nə meydanda saxlayar, nə də yox eləyər. O, insan üçün görünməmiş lövhələr hazırlayandır. O, dəriyə susayandır. O, insan üçün uzaqdan görünəndir. O, insan üçün bir işarə olan şeydir. Səqərin üzərindədir “on doqquz”.

31 Biz, cəhənnəm dostlarını da yalnız mələklər etdik. Sayını da elə etdik ki, özlərinə kitab verilən kəslər açıq-aşkar bilsin, iman edənlərin imanı artsın, özlərinə kitab verilənlər və iman edənlər qərarsızlığa düşməsinlər; qəlblərində xəstəlik olan, zehniyyəti çürük olan kəslər və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] “Allah bununla nə demək istədi?” desinlər, kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün bu, bir imtahan olsun. Bax belə. Allah istədiyi kimsəni / istəyəni azdırır, istədiyi kimsəyə / istəyənə də yol göstərir. Rəbbinin ordularını da Özündən başqası bilməz. Bu, insanlara öyüd vermək / onları düşündürmək üçündür.28

32-37 Qətiyyən sənin fikirləşdiyin kimi deyil! Elçinin vəziyyətini, qeybolmaq üzərə olan cəhaləti, cəmiyyətdə başlayan maariflənməyi sübut gətirirəm ki,29 Səqər, bəşər üçün, sizdən irəli keçmək / irəliləmək yaxud geriyə qalmaq / geridə qalmaq istəyənlər üçün həqiqətən ən böyük

xəbərdarlıqlardan biridir.

(4 / 74, Müddəssir / 11-37)

Nəcm: 16

38,39 Öz mənliğini tapan hər kəs –sağın dostları istisna olmaqla– qazancının girovudur.

40,41 Sağın dostları bağlardadırlar. Günahkarlardan soruşacaqlar:

42 “Sizi Səqərə sürüyüb gətirən nədir?”

43 Günahkarlar: “Biz səlat edənlərdən [maddi və yaxud zehni baxımdan dəstək olanlardan; cəmiyyəti maarifləndirməyə çalışanlardan] deyildik,

44 Miskini də yedirtməzdik; işsiz-gücsüzlərə ruzisini qazanmaq üçün fürsət və imkân verməzdik.

45 Və boş yerə səy göstərənlərlə birlikdə biz də boş yerə səy göstərirdik.

46,47 Və də biz, mübahisəsiz, əleyhinə çıxmaq mümkün olmayan ölüm bizə gələnə qədər din gününü təkzib edirdik.” dedilər.

48 Yardımçıların, himayəçilərin yardımı, himayəsi artıq onlara fayda verməz!

49 Yaxşı, onlara nə olub ki, öyüd verib onları düşünməyə sövq edən şeydən üz döndərirlər?

50,51 Onlar, sanki sağa-sola kaçışan; aslandan hürkmüş vəhşi eşşəklər kimidir.

52 Əslində onlardan hər biri, özünə açılmış səhifələr verilməsini istəyir.

53 Qətiyyən onların fikirləşdiyi kimi deyil! Əslində onlar, axirətdən qorxmurlar.

54 Qətiyyən onların fikirləşdiyi kimi deyil! O, öyüd vermək / sizi düşündürmək üçündür.

55, 56 Elədirsə, istəyən düşünər, öyüd alar. Və onlar, Allahın istəməsi xaricində öyüd ala bilməzlər. O, qorumağa və çəkindirməyə qadirdir və bağışlamağa da qadirdir.

(4 / 74, Müddəssir / 38-56)

Dipnot:

[i] Daha ǝvvǝl, 10-cu nǝcmdǝ müzzǝmmil  sözüylǝ xitab edildiyi halda, burada ya eyyühǝl-müddǝssir [ey üst patlarına bürünǝn] ifadǝsi işlǝdilmişdir. Bir çox ǝsǝrdǝ müzzǝmmil müddǝssir sözlǝrinǝ eyni mǝna verilmişdir. Halbuki iki sözün arasında mǝnaca incǝ bir fǝrq var. Bu fǝrq gözdǝn qaçırılsa, ayǝnin mǝzmunu lazımi şǝkildǝ başa düşülǝ bilmǝz. Müzzǝmmil sözü “paltar, yataq örtüyü, qaba örtük kimi şeylǝrlǝ ümumi mǝnada örtünmǝk” mǝnasına gǝlir. Müddǝssir sözü isǝ “ancaq camaatın arasına çıxarkǝn geyilǝn bir üst paltarıyla örtünmǝk” mǝnasına gǝlir. Müddǝssir sözünün ǝsli mütǝdǝssir şǝklindǝdir. Dǝsar “cübbǝ, palto, plaş, qaftan kimi köynǝyin üstündǝn geyilǝn patlar yaxud bürünülǝn libas” demǝkdir.

Bu ayǝdǝ, Qurandakı bǝdii sǝnǝtlǝrdǝn biri olan mǝcaz sǝnǝtindǝn istifadǝ edilmişdir. Üst paltarının geyilmǝsi, mǝcazi mǝnada camaatın arasına çıxmaq, işǝ-gücǝ getmǝk üçün hazırlaşmaq mǝnasına gǝlir. Bu mǝcaz vasitǝsilǝ artıq Mǝhǝmmǝdǝ peyğǝmbǝrlik libasının verilmǝsi, onun tǝbliğǝ başlamaq üçün hazır olması bildirilmişdir.

Ayǝnin açıq-aşkar xitabı belǝ başa düşülmǝlidir: “Ey peyğǝmbǝrlik libasını geyǝn! Ey peyğǝmbǝrlik ǝlbǝsǝsini geyǝrǝk peyğǝmbǝrlik tǝchizatını qurşanan Mǝhǝmmǝd!”

[ii] Alǝmlǝr sözü ilǝ “Allahın yaratdığı, Allahın imzasını daşıyan vǝ Allahı tanıtmaq üçün bir işarǝ olan hǝr şey” nǝzǝrdǝ tutulur.

[iii] Bax: 2 nömrǝli qeyd.

[iv] İbadǝt sözü dilimizǝ ǝrǝb dilindǝki orjinal formada daxil olmaqla birlikdǝ, ǝsl mǝnasını, yǝni insanın “qulluq, kölǝlik etmǝk” mǝqsǝdli davranışlarıyla bağlı mǝnasını ǝsasǝn itirmiş, sadǝcǝ müǝyyǝn ritualları, ayinlǝri ifadǝ etmǝk mǝqsǝdi ilǝ işlǝdilmişdir. Abǝdǝ kök feilinin mǝsdǝr forması olan ibadǝt sözü “bǝndǝlik etmǝk, kölǝlik etmǝk” mǝnasına gǝlir. Bu mǝna isǝ insanın qeydsiz-şǝrtsiz tǝslim olmasını, itaǝt etmǝsini, boyun ǝymǝsini ifadǝ edir. Dini termin olaraq ibadǝt sözü “bǝndǝnin öz sahibi / yaradanı qarşısında, öz sahibi / yaradanı tǝrǝfidnǝn verilǝn vǝzifǝlǝri qeydsiz-şǝrtsiz qǝbul edǝrǝk yerinǝ yetirmǝsi” mǝnasını daşıyır. Hǝr şeyi yaradan Allah, bǝndǝlǝri üçün müǝyyǝn etdiyi davranış qaydalarını vǝ hǝyat tǝrzini onlara müxtǝlif şǝkillǝrdǝ bildirmiş, ǝn nǝhayǝtindǝ bütün bu qaydaları Quranda cǝm etmişdir. Bu hǝqiqǝtin işığında ibadǝt, Allah tǝrǝfindǝn bir tǝlimatnamǝ [Quran] vasitǝsilǝ bǝndǝlǝrǝ bildirilǝn vǝzifǝlǝrǝ bǝndǝlǝrin qeydsiz-şǝrtsiz itaǝt etmǝsi vǝ tabe olması, bu vǝzifǝlǝri yerinǝ yetirmǝsi demǝkdir. Elǝ isǝ, ibadǝt xalq arasında qǝbul edildiyi kimi, sadǝcǝ olaraq bir neçǝ ǝmǝli yerinǝ yetirmǝkdǝn ibarǝt deyil. İbadǝt – Allahın göndǝrdiyi “bǝndǝlik tǝlimatnamǝsindǝ” bildirilǝn bütün vǝzifǝlǝri icra etmǝk, bütün tapşırıqları yerinǝ yetirmǝk demǝkdir.

[v] İnzar sözü “qorxudaraq, mǝlumatlandıraraq vǝ dǝrk etdirǝrǝk saqındırmaq” mǝnasına gǝlir. Biz, bu sözün ǝmr formasını “xǝbǝrdarlıq et” şǝklindǝ tǝrcümǝ etdik. Əziz oxuyucularımız “xǝbǝrdarlıq et” ifadǝsinin “qorxudaraq, mǝlumatlandıraraq vǝ dǝrk etdirǝrǝk saqındır” mǝnasına gǝldiyini yadda saxlamalıdırlar.

[vi] Bura qǝdǝr oxuduğumuz ayǝlǝrdǝ görürük ki, Rǝbbimiz, Mǝhǝmmǝd ibn Abdullaha xitab edir, ona peyğǝmbǝrlik verir, ona öz Rǝbbinin adına öyrǝnmǝyi vǝ öyrǝtmǝyi ǝmr edir, onu yetişdirir vǝ vǝzifǝsini icra etmǝk üçün hazırlaşdırır, ona peyğǝmbǝrlik libasını vǝ tǝchizatını verir. Burada isǝ: “Qalx! Dərhal: Bütün təriflər, aləmlərin Rəbbi, yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox rəhm edən, hər kəsin yaxşı ya da pis bütün fellərin və işlərin əvəzini görəcəyi axirət gününün sahibi, hökmdarı Allahındır. Yalnız Sənə bəndəlik edirik və yalnız Səndən kömək istǝyirik. Bizə, üstünə qəzəb yağdırılanların və azıb qalanların yolundan başqa olan yolu, nemət verdiyin kəslərin yolu olan doğru yolu göstər, bildir!’ deyərək xəbərdarlıq et vǝ Rǝbbinin ǝn böyük olduğunu elan et!” deyǝrǝk onu vǝzifǝsini icra etmǝyǝ sǝslǝyir. Xüsusilǝ nǝzǝrǝ almaq lazımdır ki, bundan ǝvvǝlki nǝcmlǝrdǝ Rǝbbimiz ancaq Peyğǝmbǝrimizǝ sǝslǝnmiş vǝ Peyğǝmbǝrimiz, özünǝ verilǝn tǝlimatları tǝbliğ mǝqsǝdi ilǝ başqalarına nǝql etmǝyǝ başlamamışdır. Tarixi mǝlumatlara görǝ, “Qalx! Dərhal: Bütün təriflər, aləmlərin Rəbbi, yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox rəhm edən, hər kəsin yaxşı ya da pis bütün fellərin və işlərin əvəzini görəcəyi axirət gününün sahibi, hökmdarı Allahındır. Yalnız Sənə bəndəlik edirik və yalnız Səndən kömək istǝyirik. Bizə, üstünə qəzəb yağdırılanların və azıb qalanların yolundan başqa olan yolu, nemət verdiyin kəslərin yolu olan doğru yolu göstər, bildir!’ deyərək xəbərdarlıq et vǝ Rǝbbinin ǝn böyük olduğunu elan et!” ǝmrindǝn sonra Peyğǝmbǝrimiz Sǝfa tǝpǝsinin üstünǝ çıxmış, camaatı öz ǝtrafında toplamış vǝ “Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox rəhm edən Allah adına (öyrǝdirǝm, xǝbǝrdarlıq edirǝm)…” deyǝ tǝbliğ işindǝ ilk addımı atmışdır.

Görüldüyü kimi, Fatihǝ surǝsi kimi bilinǝn 7-ci ayǝ ǝslindǝ Müddǝssir surǝsinin 2-ci ayǝsinin bir hissǝsi olub, müstǝqil bir surǝ deyil. Bu ayǝnin müstǝqil bir surǝyǝ çevrilǝrǝk Müshǝfin başına yerlǝşdirilmǝsi vǝ “Fatihǝ” [açılış, giriş, ön söz] adını alması, Quranın Peyğǝmbǝr tǝrǝfindǝn tǝrtib edildiyi vǝ yaxud “Fatihǝ” surǝsini tǝşkil edǝn ayǝlǝrin vǝhy olmayıb, Peyğǝmbǝr tǝrǝfindǝn elan edilǝn bir bǝyanat olduğu, bu bǝyanatın da ön söz kimi Quranın ǝvvǝlinǝ ǝlavǝ edildiyi qǝnaǝtini meydana gǝtirmǝkdǝdir.

[vii] “Üfürǝrǝk boru çalmaq” keçmiş dövrlǝrdǝ, bir yerǝ yığışmaq lazım gǝldiyini yaxud bir tǝhlükǝ gözlǝnildiyini xǝbǝr vermǝk mǝqsǝdi ilǝ baş vurulan bir üsuldur. Belǝ borular ǝsasǝn iribuynuzlu heyvanların buynuzundan düzǝldilirdi. Sura (boruya) üfürülmǝsi bir toplanış borusunun çalınmasını yaxud fitinin çalınmasını, mǝktǝblǝrdǝ dǝrsin başladığını vǝ ya başa çatdığını bildirǝn zǝngin çalınmasını xatırladır. Biz bunu “hǝyǝcan siqnalının çalınması” şǝklindǝ dǝ başa düşǝ bilǝrik.

[viii] Bu ayǝlǝrin mütǝşabeh ayǝlǝr olduğu qǝbul edilmiş vǝ tǝbii olaraq, müxtǝlif tǝfsir vǝ mǝallarda müxtǝlif şǝkildǝ izah edilmişdir. Yenǝ bu sǝbǝbdǝn, gǝlǝcǝkdǝ dǝ müxtǝlif izahların olması ehtimal daxilindǝdir. Ayǝdǝ işlǝdilǝn bǝşǝr, sǝqǝr levvaha sözlǝri vasitǝsi ilǝ müxtǝlif bǝdii sǝnǝtlǝrǝ baş vurulmuşdur. Sǝqǝr sözünün kök mǝnası “hǝrarǝtin beyni ağrıtması” şǝklindǝ başa düşülür. Bu mǝnasından ötrü sǝqǝr sözü cǝhǝnnǝmin xüsusi adlarından birinǝ çevrilmişdir. Eyni abzasda Rǝbbimiz, “Bilirsǝnmi ki, Sǝqǝr nǝdir?” deyǝ buyuraraq, hamının bildiyi mǝnanın nǝzǝrdǝ tutulmadığını, fǝrqli bir mǝnaya işarǝ edildiyini göstǝrmişdir. Buna bǝnzǝr misallar çoxdur. Demǝli, burada (15-ci nǝcmdǝ) Rǝbbimiz sǝqǝr sözünǝ fǝrqli bir mǝna vermişdir: “Sǝqǝr – üzǝrinǝ ‘on doqquz’ qoyulan, insan üçün görünmǝmiş lövhǝlǝr hazırlayan, nǝ meydanda saxlayan, nǝ dǝ yox elǝyǝn bir şeydir.” Vǝ Quranın bǝşǝr sözü olduğunu iddia edǝn hǝyasızlar sǝqǝrlǝ qarşılaşacaq, sǝqǝr sayǝsindǝ, Quranın bǝşǝr sözü olmadığını qǝbul edǝcǝklǝr. Bǝşǝr sözü “xalq, insan” mǝnasına gǝldiyi kimi, insanın, üstündǝ tüklǝr bitǝn üz, baş vǝ bǝdǝninin üst dǝrisi” mǝnasına da gǝlir. Levvahatün sözünün kökü olan levh sözü isǝ “taxta” mǝnasıyla birgǝ, “şimşǝyin çaxması, parıldamaq, uzaqdan görünmǝk, yandırıb yaxmaq, dǝrini qaraltmaq, susamaq” kimi mǝnalara da gǝlir. Oxuyucular, sözlǝrin bu fǝrqli mǝnalarından yola çıxaraq, öz anlayış sǝviyyǝlǝrinǝ görǝ hǝr hansı bir mǝnanı qǝbul edǝ bilǝrlǝr.

Rǝsmi Müshǝfǝ görǝ buradakı 31-ci ayǝnin ǝslindǝ mǝna vǝ quruluş baxımından bura aidiyyǝtinin olmadığı açıqa-aşkar görünür. Müshǝfi tǝrtib edǝn heyǝtin etinasızlığı ucbatından bura ǝlavǝ edildiyi qǝnaǝtindǝyik. Rǝsmi Müshǝfdǝki Ali-İmran surǝsinin 7-ci, Bǝqǝrǝ surǝsinin 26-27-ci ayǝlǝri ilǝ eyni mövzunu işlǝyǝn bu ayǝnin yerini dǝqiqlǝşdirmǝk hǝlǝlik mümkün olmamışdır. Buna görǝ dǝ bu ayǝni burada saxlayaraq, müstǝqil bir nǝcm (15-ci nǝcm) olaraq tǝqdim etdik. Bu ayǝnin özündǝn ǝvvǝlki vǝ sonrakı ayǝlǝrlǝ ǝlaqǝsi yoxdur.

[ix] Bu ayǝdǝ, Quranın bǝşǝr sözü olmadığına başqa bir sübut göstǝrilir vǝ sǝqǝrin dǝyǝrindǝn bǝhs edilir. Ayǝdǝki sözlǝrin “hǝqiqi” mǝnası nǝzǝrǝ alınsa, ayǝ bu şǝkildǝ başa düşülmǝlidir: “Xeyr! Xeyr! And olsun Aya, arxasını çevirdiyindǝ gecǝyǝ, ağarıb işıldadığında sǝhǝrǝ, qǝsǝm olsun ki, o [sǝqǝr] bǝşǝr üçün, sizdǝn irəli keçmək / irəliləmək yaxud geriyə qalmaq / geridə qalmaq istəyənlər üçün həqiqətən ən böyük xəbərdarlıqlardan biridir.” Daha sonra görǝcǝyimiz kimi qǝmǝr [ay] sözü mǝcazi olaraq “Elçi”ni, gecǝ sözü “cǝhalǝt”i, sǝhǝr sözü “cǝmiyyǝtin maariflǝnmǝsi”ni ifadǝ etmǝkdǝdir. Buna görǝ dǝ biz mealda birbaşa mǝcazi mǝnaları verdik. Bu abzasda açıq-aşkar Elçi Mǝhǝmmǝdin bilik vǝ bacarıqlarının çǝrçivǝsi

, Quranın cǝmiyyǝtǝ tǝsiri, cǝhalǝti aradan qaldırması, cǝmiyyǝti maariflǝndirmǝsi nǝzǝrǝ alındıqda, Quranın bǝşǝr sözü olmadığı qǝti bir şǝkildǝ başa düşülür. Sǝqǝr dǝ bunu başqa bir cǝhǝtdǝn isbat etmǝkdǝdir.

Paylaş