MUMTƏHİNƏ SURƏSİ
MƏDİNƏ DÖVRÜ

MUMTƏHİNƏ SURƏSİ

Nəcm: 523

1. Ey iman etmiş kəslər! Əgər Mənim yolumda səy göstərmək və Mənim rizamı qazanmaq üçün çıxmısınızsa, sizə haqdan gələn şeyləri bilə-bilə inkar etdikləri / inanmadıqları halda, onlara sevgi göstərərək / onlara olan sevgini gizləyərək Mənə düşmən olanları və özünüzün düşmənini köməkçi, yol göstərən, himayəçi yaxınlar olaraq qəbul etməyin / onları idarəçi etməyin. Onlar, Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün Peyğəmbəri və sizi yurdunuzdan çıxarırlar. Halbuki Mən, sizin gizli saxladığınız şeyləri və aşkar etdiyiniz şeyləri ən yaxşı bilənəm. Və sizdən kim bunu etsə, şübhəsiz ki, yolun düz ortasından azmışdır.

2. Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən olacaqlar, sizə pisliklə əl və dil uzadacaqlar. Və onlar, “Kaş ki, küfr işləsəniz [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etsəniz / inanmasanız” deyə arzu edirlər.

3. Qiyamət günündə qohumlarınız və övladlarınız sizə qətiyyən fayda verməz. Allah sizi bir-birinizdən ayıracaqdır. Və Allah sizin etdiklərinizi ən yaxşı görəndir.

(91/60, Mumtəhinə / 1-3)

Nəcm: 524

4,5. İbrahim və onunla birgə olanlar –İbrahimin, atasına “Həqiqətən sənin bağışlanmağını diləyəcəyəm. Və Allahdan gələn heç bir şeyə gücüm çatmaz” deməyi istisna olmaqla– həqiqətən sizin üçün gözəl bir nümunədir. Bir vaxt İbrahim və  İbrahim ilə birgə olanlar öz qövmlərinə belə demişdilər: “Biz, sizdən və sizin Allahın altındakılardan tapındığınız şeylərdən uzağıq. Biz sizi silib atdıq. Və siz, bir tək Allaha iman gətirməyincə bizimlə sizin aranızda əbədi bir ədavət və nifrət olacaqdır! Rəbbimiz! Yalnız Sənə təvəkkül etdik, Sənə yönəldik. Və qayıdış ancaq Sənədir. Rəbbimiz! Bizi kafirlər [Sənin məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər] üçün bir atəşə atılmaq vasitəsi / imtahan vasitəsi etmə! Bizi bağışla! Rəbbimiz! Həqiqətən, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, ən yaxşı qanun qoyan, [etdiyini] möhkəm edənsən!”

6. And olsun, onlarda sizin üçün; Allaha və axirət gününə ümid bəsləyən kəslər üçün gözəl bir nümunə vardır. Kim üz döndərsə bilsin ki, şübhəsiz ki, zəngin olan, tərifə layiq olan məhz Allahdır.

(91/60, Mumtəhinə / 4-6)

Nəcm: 525

7. Ola bilsin ki, Allah, sizlərlə, onlardan [onların içindən] düşmənçilik etdiyiniz kəslər arasında bir məhəbbət meydana gətirsin. Allah, ən yaxşı gücü çatandır. Və Allah, çox bağışlayandır, çox rəhm edəndir.

8. Allah, din barədə sizinlə döyüşməyən və sizi yurdunuzdan çıxarmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətli rəftar etməyi sizə qadağan etməz. Şübhəsiz ki, Allah ədalətli iş görənləri sevər.

9. Allah, ancaq sizi, sizinlə din barədə döyüşən, sizi yurdunuzdan çıxaran və çıxarmaq üçün köməkləşən kəsləri özünüzə qəyyum tutmağı [himayəçi, nəzarətçi, idarəçi etməyi] qadağan edər. Kim onları özünə qəyyum etsə, bax məhz onlar, səhv; öz zərərinə olan əməli işləyənlərdir.

(91/60, Mumtəhinə / 7-9)

Nəcm: 526

10. Ey iman etmiş kəslər! Mömin qadınlar mühacir kimi sizin yanınıza gəldiyi zaman, dərhal onları sorğu-suala çəkin. –Allah onların imanlarını daha yaxşı bilir.– Əgər siz də onların inanmış qadınlar olduğunu bilsəniz, artıq onları kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] yanına geri qaytarmayın. Hicrət edən mömin qadınlar, onlara halal deyil. Onlar da bunlara halal olmaz. İnanmayan əvvəlki ərlərinə xərclədiklərini [qaytarıb] verin. Mehrlərini[i] versəniz, onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] qadınları kəbininiz altında saxlamayın, xərclədiyinizi / verdiyiniz mehri geri istəyin. Onlar da xərclədiklərini / verdiklərini geri istəsinlər. Bax bu, Allahın hökmüdür. Aranızda O hökm edər, Allah, çox biləndir, çox yaxşı qanun qoyandır.

11. Əgər zövcələrinizdən biri sizdən qaçıb kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] getsə, siz də cavabını versəniz, zövcələri gedənlərə, xərclədikləri qədər verin. Və siz, inandığınız Allahın mühafizəsi altına daxil olun.

(91/60, Mumtəhinə / 10-11)

Nəcm: 527

12. Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, əlləri ilə ayaqları arasında bir böhtan uydurub gətirməmək, hər kəs tərəfindən məqbul hesab edilən / vəhyə uyğun gələn məsələlərdə sənə üsyan etməmək barədə sədaqət andı içərək sənə gəlsələr, dərhal onların sədaqət andını qəbul et və onlar üçün Allahdan məğfirət [bağışlanma] dilə. Şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmət edəndir.

(91/60, Mumtəhinə / 12)

Nəcm: 528

13. Ey iman etmiş kəslər! Allahın qəzəb etdiyi qövmü özünüzə qəyyum tutmayın [idarəçi, nəzarətçi etməyin]. Kafirlərin [Allahın məbud və rəbb olduğunu bilərək inkar edənlərin] qəbiristanlıq əhlindən ümid kəsdiyi kimi, onlar da axirətdən həqiqətən ümid kəsmişlər.

(91/60, Mumtəhinə / 13)

Dipnot:

[i] Bax: 345 nömrǝli qeyd.

2018-01-21T18:42:59+00:00