MUTƏFFİFİN SURƏSİ
MƏKKƏ DÖVRÜ
MUTƏFFİFİN SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 396
1-3 Vay halına, başqalarından bir şey aldıqda tam ölçən, özləri ölçdükləri və ya çəkdikləri zaman əskik ölçən hiyləbazların!
4-6 Onlar, böyük bir gün üçün; aləmlərin Rəbbinin hüzurunda insanların ayaq üstündə duracaqları gün üçün təzədən dirildiləcəklərini bilmirlərmi?
7-13 Qətiyyən onların düşündüyü kimi deyil! Şübhəsiz, “din-iman tanımadan pisliyə batanların” qeydiyyatı Siccindədir. –Və Siccinin nə olduğunu sənə nə xəbər vermişdir? O, rəqəmlənmiş / yazılmış bir qeyddir! O gün yalan sayanların; əvəz gününü təkzib edənlərin vay halına! Və əvəz gününü, özlərinə ayələrimiz oxunduğu zaman “Keçmişdəkilərin əfsanələridir” deyən, hədlərini aşan günahkarlardan başqa heç kim təkzib etməz.–
14 Qətiyyən onların düşündüyü kimi deyil! Onların qazandıqları, qəlblərinin üstündə pas əmələ gətirmişdir.
15 Qətiyyən onların düşündüyü kimi deyil! Şübhəsiz ki, onlar, o gün Rəbbindən həqiqətən məhrum olacaqlar.
16 Sonra onlar, heç şübhəsiz ki, cəhənnəmə daxil olacaqlar.
17 Sonra da: “Bax bu, yalan hesab etdiyiniz şeydir” deyiləcək.
18-21 Qətiyyən onların düşündüyü kimi deyil! “Əbrarın” / yaxşı adamların qeydiyyatı, həqiqətən İlliyyindədir. –İlliyyinin nə olduğunu sənə nə xəbər vermişdir? Yaxınlaşdırılanların şahid olduğu rəqəmlənmiş / yazılmış bir qeyddir!–
22-28 Şübhəsiz ki, “Əbrar / yaxşı adamlar” əlbəttə, Nəimin içində olacaqlar, taxtlar üstündə gözləyəcəklər. Üzlərində nemətin parlaqlığını görərsən. Onlara, möhürlü saf bir içki içirdiləcək. Onun mühürü / nəticəsi müşkdür. Qarışığı Təsnimdəndir. Yaxınlaşdırılanların içəcəkləri bir çeşmədəndir. –Qoy yarışanlar bax bunda yarışsınlar.–
(86/83, Mutəffifin / 1-28)
Nəcm: 397
29 Şübhəsiz, günah işləyən o kəslər, inanan kəslərdən bəzilərinə / elçilərə gülürdülər.
30 Onların yanından keçərkən də bir-birinə qaş-göz edirdilər.
31 Öz yaxınlarının yanına qayıtdıqda da kefləri kök qayıdırdılar.
32 Və möminlərin bəzilərini / elçiləri gördükləri zaman: “Şübhəsiz ki, bunlar həqiqətən azmışlardır” deyirdilər.
33 Halbuki möminlərdən bəziləri / elçilər, bu günahkarlara nəzarətçi olaraq göndərilməmişdi / elçi olaraq göndərilməmişdi.[i]
34-36 Bax bu gün də inanmış kəslər, taxtlat üstündə: “Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] inadla işlədikləri əməllərin cəzasını aldılarmı?” deyə baxaraq, kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] güləcəklər.
(86/83, Mutəffifin / 29-36)
Dipnot:
[i] Buradakı 33 nömrǝli ayǝ mǝal vǝ tǝfsir yazanlar tǝrǝfindǝn belǝ başa düşülmüşdür: “Halbuki onlar, mömünlǝrǝ nǝzarǝtçi olaraq göndǝrilmǝmişdi.” Belǝ mǝna, ayǝnin texniki quruluşuna uyğun gǝlmir. Digǝr tǝrǝfdǝn, “Rǝsmi Müshǝf”ǝ görǝ Nisa / 80; İsra / 54; Şura / 48; Ənam / 104, 107; Hud / 86; Əraf / 60-61; Yasin / 47; Mülk 9, 29; vǝ Zuxruf / 47 nömrǝli ayǝlǝrin rǝhbǝrliyi ilǝ başa düşülür ki, “nǝzarǝtçi / elçi olaraq göndǝrilmǝyǝn, azğınlıqda ittiham edilǝn vǝ işlǝrinǝ gülünǝn” şǝxslǝr, elǝ “mömünlǝrdǝn bǝzilǝri” yǝni Allahın elçilǝridir.