NƏBƏ SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

NƏBƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 366

1-3 Nə barədə; haqqında müxtəlif [ixtilaflı] inanca sahib olduqları böyük, əhəmiyyətli o xəbər barədəmi soruşurlar?

4 Qətiyyən onların düşündüyü kimi deyil! Onlar tezliklə biləcəklər.

5 Yenə də, qətiyyən onların düşündüyü kimi deyil! Onlar tezliklə biləcəklər.

6,7 Biz yer üzünü bir beşik, dağların hər birini də bir dirək etmədikmi?

8 Və Biz sizi cüt-cüt yaratdıq.

9 Və Biz, sizin yuxunuzu bir istirahət etdik.

10 Və Biz, gecəni bir libas etdik.

11 Və Biz, gündüzü bir dolanışıq vaxtı etdik.

12 Və sizin üstünüzdə yeddi möhkəm [şeyi] bina etdik.

13 Və işıq saçan bir qəndil etdik.

(80/78, Nəbə / 1-13)

 

Nəcm: 367

14-16 Və Biz

, sıxılmış buludlardan, şırıl-şırıl tökülən su endirdik ki, ondan dənələr, otlar, bir-birinə sarmaşan bağlar və bağçalar çıxaraq.

17 Şübhəsiz, Ayırma günü [əvvəlcədən] qərarlaşdırılmış bir görüşmə vaxtıdır.

18 O gün Sura üfürüləcək;[i] siz də dərhal bölük-bölük gələcəksiniz.

19 Göy üzü də qapı-qapı açılacaq.

20 Dağlar da hərəkətə gətirilib ilğıma dönəcək.

21,22 Şübhəsiz, cəhənnəm, azğınlar üçün son məskən olaraq, gözləmə / pusqu yeri olacaq.

23 Orada darlıq / qıtlıq içində qalacaqlar.

24 Orada bir sərinlik və içməyə bir şey dadmayacaqlar.

25,26 Ancaq etdiklərinə uyğun bir cəza olaraq, qaynar su və irin dadacaqlar.

27 Şübhəsiz, onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər.

28 Və ayələrimizi / işarətlərimizi / nişanələrimizi elə hey təkzib etdilər.

29 Halbuki Biz hər şeyi yazaraq saydıq, meydana çıxardıq.

30 –Haydı, dadın! Bundan belə sizə əzabdan başqa bir şey artırmayacağıq.–

31-37 Həqiqətən Allahın mühafizəsi altına daxil olan kəslər üçün, Rəbbindən; göylərin, yerin və ikisi arasındakıların Rəbbindən; Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] bir əvəz və kafi bir hədiyyə olaraq sığınacaqlar / nicat yerləri; sulu bağlar-bağçalar, üzümlər, hamısı eyni səviyyədə tumurcuqlar; çiçək bağçaları, dolu-dolu su qabları var. Onlar orada boş bir söz və yalan eşitməyəcəklər. –Onlar, Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar.–

(80/78, Nəbə / 14-37)

 

Nəcm: 368

38-40 Nazil edilmiş ayələr və vəhy, şahid olaraq səf-səf düzüldüyü gün, Rəhmanın [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahın] icazə verdikləri xaricində heç kəs danışa bilməz. Və danışmağına icazə verilən, doğrunu söyləyər: “Bax bu, haqq gündür. Kim istəsə Rəbbinə tərəf qayıdan bir sığınacaq yolu tutar. Şübhəsiz ki, Biz sizə yaxın olan bir əzab barədə xəbərdarlıq etdik.” O gün, adam iki gücünün / mal-dövlətinin və ətrafındakıların təqdim etdiyi şeyə baxar / işlədikləri əməllərlə üzləşər və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] kəs: “Ah, nə olaydı, mən bir torpaq olsaydım” deyər.

(80/78, Nəbə / 38-40)

 

Dipnot:

[i] Bax: 27 nömrǝli qeyd.

Paylaş