NƏML SURƏSİ
MƏKKƏ DÖVRÜ
NƏML SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 143
1-3 Ta/9, Sin/60. Bunlar səlatı saxlayan [maddi və yaxud zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumunu təsis edən-davam etdirən], zəkatı/vergini verən və axirətə də qəti surətdə inanan kəslərin elə özü olan möminlər üçün doğru yol göstərən və müjdəçi olmaq üzrə Quranın və açıq-aşkar/açıqlayan bir kitabın ayələridir.
(48/27, Nəml/1-3)
Nəcm: 144
4 Həqiqətən Biz, axirətə inanmayan o kəslərin işlərini özlərinə bəzəkli göstərdik, onlar da şaşqın bir vəziyyətdə qaldılar.
5 Bax bunları əzabın pisi gözləyir və bunlar axirətdə də ən çox ziyana uğrayacaq olanların elə özüdür.[i]
7 Biz zaman Musa öz yaxınlarına: “Həqiqətən mən bir od gördüm, ondan sizə bir xəbər gətirəcəyəm və yaxud qızınasınız deyə bir köz gətirəcəyəm” demişdi.
8-12 Sonra oraya gəldiyi zaman ona nida geldi: “Odun içindəki və ətrafındakı adam bərəkətləndirilmişdir! Və aləmlərin Rəbbi olan Allah qüsurlardan pakdır! Ey Musa! Şübhəsiz, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, ən yaxşı qanunlar qoyan, fitnənin qarşısını yaxşı alan / sahmana salan Allah Mənəm! Və biliklərini meydana çıxar!” –Onun sanki görünməyən bir varlıq kimi hərəkət ettirildiyini gördükdə, dərhal dönüb arxasına baxmadan qaçdı.– “Ey Musa, qorxma! Şübhəsiz ki, Mən! Mənim hüzurumda elçilər qorxmaz. Ancaq kim yanlış, öz ziyanına iş görsə, sonra pisliyin arxasını yaxşılığa çevirsə, şübhəsiz ki, Mən çox bağışlayanam, çox mərhəmət sahibiyəm. Və qoynundakı gücü də işə sal, doqquz[ii] ayə [nişanə / işarət] arasından Firona və onun tayfasına qüsursuz, mükəmməl bir şəkildə çıxacaqsan. Həqiqətən onlar yoldan azan bir tayfa olmuşdur.”
13 Sonra da ayələrimiz / nişanələrimiz / işarətlərimiz onlara parlaq bir surətdə gəldikdə, “Bu, açıq-aşkar bir sehr, adam aldatmaqdır” dedilər.
14 Və onların özü buna tamamən inandıqları halda, şərik qoşaraq yanlış; öz ziyanlarına olan əməl işlədikləri və təkəbbür göstərdikləri üçün onları bilə-bilə inkar etdilər. –İndi bax gör fitnəçilərin aqibəti necə olacaq! –
***
15 Və and olsun ki, Biz Davuda və Süleymana elm verdik. O ikisi də: “Bütün təriflər, bizi mömin bəndələrin bir çoxundan artıq edən Allaha məxsusdur!” dedilər.
16 Və Süleyman, Davuda varis oldu. Və Süleyman: “Ey insanlar! Bizə quşların məntiqi [səslərindən, hərəkətlərindən məna çıxarmaq] öyrədildi və bizə hər şeydən verildi” dedi. –Həqiqətən bu, açıq-aşkar bir lütfdür.–
17 Və yerlilərdən və əcnəbilərdən və quşlardan ibarət orduları Süleyman üçün bir yerə yığıldı. –Sonra onlar müntəzəm şəkildə yollanacaqlar. –
18 Nəhayət, Qarışqa vadisinə gəlib çatdıqda, bir qarışqa: “Ey qarışqalar! Evlərinizə girin, Süleyman və orduları bilmədən sizi qırıb məhv etməsin!” dedi.
19 Sonra Süleyman, dişi qarışqanın sözünə / qərarına təbəssüm etdi. Və “Rəbbim! Mənə, ana-atama ehsan etdiyin nemətin əvəzini vermək, razı qalacağın saleh əməl işləmək üçüm könlümə ilham ver və Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et” dedi.
20,21 Və Süleyman quşları nəzərdən keçirdi və sonra, “Hüdhüdü niyə görmürəm? Yoxsa qeyb oldumu? Həqiqətən ona şiddətli bir əzab verəcək yaxud onun boğazını üzəcək / onu pərişan bir hala salacağam yaxud da o, mənə aşkar bir dəlil / güc gətirəcək” dedi.[iii]
22-26 O əsnada çox gözləmədən Hüdhüd gəldi və “Mən sənin bilmədiyin bir şey öyrəndim. Səbadan[iv] sənə çox düzgün və vacib bir xəbər gətirdim. Həqiqətən Səbalılara hökmdarlıq edən, özünə də hər şeydən verilmiş olan və çox böyük bir taxtı olan bir qadın gördüm. Onu və qövmünü, Allahın altındakılardan günəşə boyun əyərək təslim olmuş / sitayiş edən halda gördüm. Şeytan da, göylərdə və yerdə gizli olanı aşkara çıxaran, gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də bilən Allaha boyun əyib təslim olmasınlar / bəndəlik etməsinlər deyə, öz əməllərini onlara bəzəkli göstərmiş və onları doğru yoldan uzaqlaşdırmışdı. Buna görə də onlar, yönləndirildikləri doğru yolu tapa bilmirlər. –Allah, Özündən başqa məbud olmayan, böyük ərşin sahibidir –” dedi.
27,28 Süleyman dedi ki: “Doğru deyirsən, yoxsa yalançılardansan, görərik. Bu məktubumu apar, onlara ver, sonra bir az geri çəkil, bax gör nəyə dönəcəklər.”
29-31 Süleymanın məktubunu alan Səba mələkəsi: “Ey əyanlar! Şübhəsiz ki, mənə həqiqətən çox hörmətli / şərəfli bir məktub verildi. Şübhəsiz ki, o məktub Süleymandandır və ‘Mənə qarşı təkəbbür göstərməyin, təslim olaraq / müsəlman olaraq yanıma gəlin!’ deyərək yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən, geniş mərhəmət sahibi Allah adınadır” dedi.
32 Mələkə dedi ki: “Ey əyanlar! Bu işdə mənə fitva verin. Siz mənə şahidlik etmədən, heç bir iş barədə qəti qərar vermərəm.”
33 Əyanlar dedilər ki: “Biz, qüvvət sahibiyik və döyüşməyi də çox yaxşı bacaran kəslərik, hökm isə sənindir; nə əmr edəcəyini özün fikirləş!”
34,35 Mələkə: “Heç şübhəsiz ki, hökmdarlar bir məmləkətə daxil olduqda, dərhal oranı viran qoyarlar və xalqın hörmətli adamlarını alçaldarlar. Onlar da belə edəcəklər. Mən onlara bir hədiyyə göndərim, görək elçilər nə ilə qayıdacaqlar!” dedi.
36,37 Elçi Süleymana gəldikdə, Süleyman, “Siz mənə mal-dövlətlə yardım etməkmi istəyirsiniz? Baxın, Allahın mənə bəxş etdikləri, sizə bəxş etdiklərindən daha yaxşıdır. Əksinə, siz hədiyyələrinizlə təkəbbür göstərirsiniz. Onlara geri qayıt; yaxşı bilsinlər ki, onlara qarşısında əsla dura bilməyəcəkləri ordularla gələrik, onları həqiqətən zəlil və alçaldılmış kəslər olaraq çıxararıq!” dedi.
38 Süleyman dedi ki: “Ey əyanlar! Onlar təslim olub mənə gəlməmişdən qabaq, hansınız onun taxtını mənə gətirər?”
39 Cinlərdən bir ifrit, “Sən taxtından[v] qalxmamış mən onu sənə gətirərəm. Və heç şübhə yoxdur ki, mən bunun üçün güclü və etibarlıyam” dedi.
40 Kitabdan özündə məlumat olan kəs: “Mən onu sənə, nəzərin özünə qayıtmamışdan əvvəl gətirərəm”[vi] dedi. Sonra Süleyman, mələkənin taxtını öz yanında gördükdə: “Bu, mənə verilən nemətlərin əvəzini verəcəyəmmi, yoxsa nankorluq edəcəyəmmi deyə məni sınağa çəkmək üçün Rəbbimin fəzlindəndir. Və kim özünə verilən nemətlərin əvəzini ödərsə, heç şübhəsiz, özü üçün əvəz ödəmiş olar. Kim də nankorluq edərsə, heç şübhəsiz ki, Rəbbim çox varlı və səxavətlidir.”
41 Süleyman dedi ki: “Onun üçün taxtını tanınmaz edin [onunla adi bir adam kimi rəftar edin], görək o, yönəldildiyi yolu tapanlardanmı olacaq, yoxsa yönəldildiyi doğru yolu tapmayanlardanmı olacaq [Görək müsəlmanlığında səmimidir, yoxsa yox?]!”
42 Mələkə gəldikdə, “Sənin taxtın belədirmi?” dedilər. Mələkə: “Elə bil, bu odur. Və bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşduq.”
43 Və onu, Allahın altındakılardan sitayiş etdiyi şeyler yayındırmışdı. Şübhəsiz ki, o kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd edən] bir tayfadan idi.
44 Məlikəye, “Gizli qapaqlı heç bir şeyin olmadığı, hər şeyin açıq açıq göstərildiyi köşkə / xalis dinə gir!” deyildi. Sonra əlikə, xalis dini görüncə təkrar təkrar, incədən incəyə hesab etdi, araşdırdı və keçmiş həyatındakı bütün sirlərini açıqladı. Süleyman; “Bu, Allahın vahylerinden diqqətlə əldə edilmiş xalis dindir” dedi. Melike, “Rəbbim! Mən, həqiqətən, özümə haqsızlıq etmişdim. Süleyman ilə birlikdə, aləmlərin Rəbbi olan Allaha təslim oldum “dedi.
(48/27, Nəml/4, 5,7-44)
Nəcm: 145
45 And olsun ki, “Allaha bəndəlik edin” deyə Səmuda da qardaşları Salehi elçi göndərdik. Dərhal bir-birləriylə çəkişən iki dəstəyə ayrıldılar.
46 Saleh dedi ki: “Ey qövmüm! Yaxşılıqdan qabaq niyə pisliyi tezləşdirmək istəyirsiniz? Sizə mərhəmət edilməsi üçün Allahdan əfv diləsəniz nə olar?”
47 Onlar, “Sənin ucbatından və səninlə birgə olan kəslər ucbatından başımıza uğursuzluq gəldi / səni və səninlə birgə olanları nəhs sayırıq” dedilər. Saleh, “Uğursuzluğunuz Allah yanındadır. Daha doğrusu siz, özünü oda atan / sınağa çəkilən bir camaatsınız” dedi.
48 Və o şəhərdə, yer üzündə fitnə törədən, sahmana salmaq qayəsi ilə iş görməyən, doqquz kişilik bir dəstə var.
49 Allaha birlikdə and içərək, “Gecə ona və ailəsinə basqın edəcəyik, sonra da qəyyumuna / hüquqlarını qoruyacaq yaxınlarına, ‘Biz o ailənin məhv edildiyinə şahid olmadıq / hadisə baş verərkən orada deyildik və biz həqiqətən doğruçularıq’ deyəcəyik” dedilər.
50 Və onlar belə bir hiylə qurdular, şübhəsiz Biz də onları, fərqində olmadıqları bir cəza ilə cəzalandırdıq.
51 Budur bax! Onların hiylələrinin aqibəti necə oldu, şübhəsiz Biz onları və qövmlərini, hamısını birlikdə yerlə yeksan etdik.
52 Bax, onların, şərik qoşmaqla işlədikləri xətalar ucbatından damları çökərək bomboş qalan evləri. Heç şübhəsiz ki, bunda, bilən bir qövm üçün bir nişanə / işarət var.
53 İman gətirən və Allahın mühafizəsi altına daxil olan kəsləri də xilas etdik.
***
54,55 Lutu da elçi olaraq qövmünə göndərdik. Bir zaman o, qövmünə, “Gözünüz görə-görə hələ də o azğınlığı / həyasızlığı edəcəksinizmi? Şəhvət baxımından qadınlardan aşağı olan kişilərə yaxınlaşacaqsınızmı? Əslində siz cahillikdə səbat göstərən bir qövmsünüz!” demişdi.
56 Sonra qövmünün cavabı sadəcə, “Lut ailəsini məmləkətinizdən çıxarın; görmürsünüzmü ki, onlar təmiz qalmaq istəyən insanlar imiş!” deməkdən ibarət oldu.
57 Belə olduqda onu və geridə qalmasını təqdir etdiyimiz zövcəsindən başqa yaxınlarını xilas etdik.
58 Və onların üstünə elə bir yağış yağdırdıq ki! Xəbərdarlıq edilənlərin yağışı necə də yaman idi!
(48/27, Nəml/45-58)
Nəcm: 146
59 De ki: “Bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz. Salamatlıq, təhlükəsizlik də seçərək təmiz, pak hala gətirdiyi bəndələrinə məxsusdur. Allahmı xeyirlidir, yoxsa onların şərik qoşduğu şeylərmi?”
60 Onların şərik qoşduğu şeylərmi xeyirlidir, yoxsa göyləri və yer üzünü əmələ gətirən, göydən sizin üçün su endirənmi? Sonra da Biz onunla, sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl-gözəl bağlar bitirdik. Allahla yanaşı başqa bir məbudmu var! Əksinə, onlar şərik qoşmaqla yanlış, öz ziyanlarına olan əməli işləməyə davam edən bir camaatdır.
61 Onların şərik qoşduqları şeylərmi xeyirlidir, yoxsa yer üzünü sığınacaq edən, aralarında çaylar əmələ gətirən, onun üçün möhkəm dağlar qoyan və iki dənizin arasında maneə qoyanmı? Allahla yanaşı başqa bir məbudmu var! Tamamilə əksinə, onların çoxu bilmirlər.
62 Onların şərik qoşduqları şeylərmi xeyirlidir yoxsa Ona yalvardığında, darda qalana cavab verən və şəri sovuşduran, sizi yer üzünün varisləri edənmi? Allahla yanaşı başqa bir məbudmu var? Çox az fikirləşirsiniz!
63 Onların şərik qoşduğu şeylərmi xeyirlidir, yoxsa qurunun və dənizin zülməti içində sizə yol göstərən, rəhmətindən əvvəl küləkləri müjdəçi kimi göndərənmi? Allahla yanaşı başqa bir məbudmu var? Allah, onların qoşduqları şəriklədən çox ucadır.
64 Onların qoşduğu şeylərmi xeyirlidir, yoxsa əvvəlcə yaradılışı başladan, sonra onu geri qaytaracaq olan və sizi həm göydən, həm də yerdən ruziləndirənmi? Allahla yanaşı başqa bir məbudmu var? De ki: “Əgər doğruçulardansınızsa, qəti dəlilinizi gətirin!”
65 De ki: “Qeybi; göylərdə və yerdə görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi Allahdan başqa heç kim bilə bilməz. Və onlar, nə vaxt dirildiləcəklərini də dərk edə bilməzlər.”
66 Əslində axirət haqqındakı biliklər onlara arxa-arxaya gəlməkdədir. Fəqət onlar, bundan bir qəti olmayan, əskik məlumat içindədirlər. Daha doğrusu, onlar buna qarşı kordurlar.
67,68 O kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər] də, “Biz və əcdadımız torpaq olduqdan sonra, həqiqətən biz dirildilərək çıxarılacağıq? And olsun ki, bu əzab və dirilmə xəbərdarlığı, bizə və daha əvvəl də əcdadımıza bir təhdid olaraq vəd edilmişdi. Bu, ancaq keçmişlərin uydurduğu nağıllardan başqa bir şey deyil” dedilər.
69 De ki: “Yer üzündə gəzib dolaşın və günahkarların aqibətinin necə olduğuna bir baxın!”
70 –Sən onlardan ötrü kədərlənmə və onların qurmaqda olduqları hilələrdən ötrü də ürəyini sıxma!–
73 Və heç şübhəsiz, sənin Rəbbin, insanlara qarşı böyük kərəm sahibidir, lakin onların əksəriyyəti sahib olduqlarının əvəzini vermirlər.
74 Və şübhəsiz ki, sənin Rəbbin, onların kökslərində gizli saxladıqlarını və aşkar etdiklərini qəti surətdə bilir.
75 Və göydə və yerdə gizli olan heç bir şey yoxdur ki, açıq-aydın bir kitabda olmasın.
(48/27, Nəml/59-70,73-75)
Nəcm: 147
76 Heç şübhəsiz, bu Quran İsrail oğullarına, barəsində ixtilafda olduqları şeylərin əksəriyyətini xəbər verib anlatmaqdadır.
77 Və heç şübhəsiz ki, həqiqətən Quran, möminlər üçün bir yol göstərən və bir rəhmətdir.
78 Şübhəsiz ki, sənin Rəbbin, onların arasında Öz hökmünü həyata keçirəcəkdir. Və Allah
, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır, çox yaxşı biləndir.
79 Elə isə sən, işin nəticəsini Allaha tapşır, şübhəsiz ki, sən, açıq-aşkar haqq yoldasan.
80 Şübhəsiz ki, sən, ölülərə eşitdirə bilməzsən və arxalarını çevirib qaçdıqları zaman karlara da dəvəti eşitdirə bilməzsən.
81 Sən korları düşdükləri azğınlıqdan çəkib çıxararaq doğru yolu göstərən də deyilsən; sən ancaq ayələrimizə iman gətirənlərə –onlar təslim olanlardır– eşitdirə bilərsən.
(48/27, Nəml/76-81)
Nəcm: 148
82 Və Söz,[vii] onların [başının] üstünü aldığı / gerçəkləşdiyi zaman, onlar üçün, insanların ayələrimizə yəqinliklə inanmadıqlarını onlara deyən / bildirən, torpaqdan / maddədən düzəldilmiş, hərəkət edən, danışan bir varlıq[viii] çıxardarıq.
83 Və başçısı olan hər camaatdan, ayələrimizi / nişanələrimzi / işarətlərimizi təkzib edən bir dəstəni yığdığımız gündə, onlar tutularaq sürüləcəklər.
84 Və gəldikləri zaman, Allah deyəcək ki: “Siz Mənim ayələrimi / nişanələrimi / işarətlərimi, bilik baxımından onları dərk etmədiyiniz halda, təkzibmi etdiniz? Yaxud nə edirdiniz?”
85 Və şirk qoşaraq, inanmayaraq yanlış əməl işləmələrinin müqabilində, Söz[ix] onların əleyhində gerçəkləşəcək, artıq onlar danışmayacaqlar.
(48/27, Nəml/82-85)
Nəcm: 149
86 Onlar görmədilərmi ki, istirahət etsinlər deyə gecəni yaratdıq, gündüzü isə düşüncə inkişaf etdirici olaraq işıqlı yaratdıq. Şübhəsiz ki, bunda iman gətirən bir qövm üçün həqiqətən nişanələr / işarətlər var.
87 Və Sur üfürüldüyü[x] gün, artıq Allahın istədiklərindən başqa, göylərdə və yerdə kim varsa hamısı dəhşətə qapılacaq. Və hamısı dəyərsizləşmiş bir halda Ona gələcəklər.
88 Və sən dağları görərsən; sən onları donuq, hərəkətsiz güman edərsən. Halbuki onlar, hər şeyi möhkəm yaradan Allahın əsəri olaraq, buludun keçib getməsi kimi keçib getməkdədir. Şübhəsiz ki O, əməllərinizdən tamamilə xəbərdardır.
89 Kim yaxşı-gözəl bir şey gətirsə, onun üçün gətirdiyindən daha xeyirlisi / gətirdiyi səbəbindən bir xeyir var. Və onlar o gün qorxudan amanda olanlardır.
90 Və kim şərlə gəlsə, artıq üzləri odda sürtüləcək. –Məgər siz işlədiyinz əməllərdən başqa bir şeyinmi əvəzini görəcəkdiniz?–
71 Və onlar, “Əgər doğruçulardansınızsa, bu təhdid olaraq verilən söz / əzab nə vaxtdır?” deyirlər.
72 De ki: “Ola bilsin ki, tezləşdirməkdə olduğunuzun bir qismi artıq sizə gəlib çatmışdır.”
91-93 Sən, “Mənə ancaq hər şeyin sahibi olan və bura toxunulmazlıq [hüququ] verən Məkkənin Rəbbinə[xi] bəndəlik etmək əmr edilmişdir. “Və Mən müsəlman olmağımla və Quranı oxuyub izləməyimlə əmr olundum. Artıq kim yönəldildiyi haqq yola düşsə, yönəldildiyi haqq yola ancaq özü üçün düşmüş olar; kim yoldan azarsa, dərhal, ‘Mən sadəcə xəbərdarlıq edənlərdənəm.’ Və bütün təriflər Allaha məxsusdur; başqasını tərifləmək olmaz. O, ayələrini / nişanələrini / işarətlərini sizə göstərəcək və siz də onları tanıyacaqsınız” de.
–Və Rəbbin, elədiklərinizdən xəbərsiz deyildir.–
(48/27, Nəml/86-90,71,72,91-93)
[i] Buradakı 6-cı ayǝ Şuǝra surǝsinin 223-224-cü ayǝlǝri arasında verilmişdir.
[ii] Buradakı “doqquz” rǝqǝmi iki şǝkildǝ başa düşülǝ bilǝr. A) Bu rǝqǝm cǝm halını ifadǝ edir. Çünkü İsrail oğullarına doqquzdan çox ayǝ / nişan göstǝrilmişdi. B) Tövratdakı “on ǝmr”in doqquz ayǝdǝ yazılı olması nǝzǝrdǝ tutulmuşdur. Yǝhudilǝrin Tövratında iki ayrı ǝmr cümlǝsi olan “Qarşımda başqa mǝbudların olmayacaq” vǝ “Özünǝ bütlǝr oyub düzǝltmǝyǝcǝksǝn” ǝmrlǝri, Samirilǝrin Tövratında bir cümlǝdǝ ifadǝ edilmişdir. Belǝliklǝr, “Qonşunun evinǝ tamah etmǝyǝcǝksǝn” ǝmri dǝ daxil olmaqla Yǝhudi nüsxǝsindǝ on ǝmr, Samiri nüsxǝsindǝ isǝ doqquz ǝmr yer almışdır.
[iii] Ayǝdǝn başa düşülür ki, Süleymanın ordusu “ins, cin vǝ quşlardan” ibarǝt idi. A) İns qrupu, Süleymanın öz millǝtindǝn olan vǝ ordunun döyüşǝn ǝsgǝrlǝrindǝn meydana gǝlǝn qrupdur. B) Əlavǝ işlǝrǝ baxan cin qrupu xaricilǝrdǝn meydana gǝlirdi. Ordunun tǝchizat vǝ lǝvazımat işlǝrini görǝn ǝsgǝrlǝr bu qrupda yer alırdı. Sǝba surǝsinin 13-cü ayǝsindǝ dǝ izah edildiyi kimi, bu qrupdakı ǝsgǝrlǝr qalalar, hündür vǝ möhkǝm binalar tikmǝkdǝ, ağac, dǝmir vǝ mis işlǝrini görmǝkdǝ idi. Onlar qonlu ölkǝlǝrdǝn gǝtirilǝn sǝnǝtkarlar idi vǝ Davud dövründǝn etibarǝn o ölkǝdǝ mövcud idilǝr. Süleymanın fǝth etdiyi ölkǝlǝrǝ möhkǝm bir infrastruktur, sǝnǝt vǝ mǝdǝniyyǝt aparmasında böyük payı olan bu şǝxslǝr, öz işlǝrindǝ mahir sǝnǝtkarlar olsalar da, Süleyman barǝsindǝ bǝdniyyǝtli planlar qurduqları üçün Quranın bǝzi ayǝlǝrindǝ onlardan “şeytanlar” deyǝ bǝhs edilmişdir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir. C) Quşlar qrupu isǝ rabitǝ vǝ yolda ǝsgǝrlǝrin su ehtiyacının tǝmin edilmǝsi mǝqsǝdi ilǝ istifadǝ edilǝn quşlardan vǝ onlara baxan şǝxslǝrdǝn ǝmǝlǝ gǝlmişdi. Süleymanın quşlardan ibarǝt olan ordusu elǝ budur. Yoxsa, Süleyman dağdakı quşları yığaraq onlardan ǝsgǝr kimi istifadǝ etmǝmişdi.
Quranda Süleymanın da bir peyğǝmbǝr olduğu, ona da vǝhy gǝldiyi deyilir, ancaq nǝkimi vǝhylǝr gǝldiyi haqqında mǝlumat verilmir. Müsǝlmanlar, Əhdi-Ətiqdǝki “Süleymanın mǝsǝllǝri” adlı hissǝnin Süleymana vǝhy edildiyini qǝbul etmirlǝr.
Süleyman haqqında mǝlumatlar bu surǝdǝn başqa Rǝsmi Müshǝf”dǝ Sad, Ənbiya, Sǝba vǝ Bǝqǝrǝ surǝlǝrindǝ dǝ yer almışdır.
Buradakı “Qarışqa vadisi” qarışqaların çox olduğu yeri ifadǝ etmir, sadǝcǝ olaraq xüsusi addır. İmam Zǝbidiyǝ görǝ “Qarışqa vadisi” Cirbǝn ilǝ Əsqalan arasında bir yerin adıdır. Bu vadidǝ yaşayan xalq, öz hǝyat şǝraiti ilǝ qarışqaya oxşadılmış, ona görǝ vadiyǝ dǝ bu ad verilmişdir. Müasir dövrdǝ dǝ dünyanın müxtǝlif yerlǝrindǝ, hǝm “Qarışqa vadisi” xalqı kimi, hǝyat şǝraitlǝrindǝki hǝr hansı bir xassǝni özlǝrinǝ ad olaraq götürǝn xalqlar, hǝm dǝ quş, hǝşǝrat, ağac, qaya adlarıyla adlandırılan qövmlǝr mövcuddur.
Burada “hüdhüd” deyildikdǝ, hüdhüd quşu yox, o quşa baxan şǝxs nǝzǝrdǝ tutulmuşdur. Elǝcǝ dǝ şahin, qartal vǝ s. quş adları müasir dövrdǝ dǝ şǝxs adı kimi işlǝdilir, bǝzi quş cinslǝrinin adları isǝ simvoliklǝşmişdir. Hǝr xalqda rast gǝlinǝn belǝ adlar mǝcazi vǝ mütǝşabeh ifadǝlǝrdir. Demǝli, burada “hüdhüd” deyǝrkǝn, ordunun su ehtiyacını tǝmin edǝn, ordunun keçǝcǝyi yollarda su mǝnbǝlǝrini axtarıb tapan şǝxs nǝzǝrdǝ tutulmuş ola bilǝr. Mümkündür ki, bu şǝxs öz vǝzifǝsini yerinǝ yetirǝrkǝn hüdhüd quşundan istifadǝ etdiyinǝ görǝ bu adı alsın. Elǝcǝ dǝ, insanlara gördüklǝri işǝ uyğun ad qoymaq, lǝqǝb vermǝk adǝti müasir dövrdǝ dǝ davam etmǝkdǝdir. Mǝsǝlǝn, ordunun su ehtiyacını tǝmin edǝn şǝxslǝrǝ “saqa” (saqqa: su gǝtirǝn, su işlǝrinǝ baxan şǝxs) deyilir. Bu ad ǝslindǝ bir quş cinsinin dǝ adıdır vǝ saqa quşuna bu adın verilmǝsinin sǝbǝbi, dimdiyi ilǝ ǝtrafa su sıçratmasıdır.
Digǝr tǝrǝfdǝn, 22-26 nömrǝli ayǝlǝrdǝn başa düşülür ki, hüdhüd ǝslindǝ iradǝli, ağıllı, hǝtta dǝrin dini biliklǝrǝ malik olan biridir. Süleymanın hüdhüdü cǝzalandırmaq istǝmǝsi dǝ nǝzǝrǝ alınsa, hüdhüdün bir quş deyil, insan olduğu qǝnaǝti qǝtilǝşir.
[iv] Sǝba Cǝnubi Ərǝbistanda, xalqı ticarǝtlǝ mǝşğul olan bir ülkǝ idi. Paytaxtı indiki Şimalı Yǝmǝnin mǝrkǝzi Sana şǝhǝrinin şimal-şǝrqindǝ, tǝqribǝn 55 mil mǝsafǝdǝ yerlǝşǝn Mǝ’rib şǝhǝri idi. Mǝin padşahlığının çöküşündǝn sonra, tǝxminǝn b. e. ǝ. 1100-cü ildǝ güclǝndi vǝ 1000 il Ərǝbistanda hökm sürdü. Daha sonra, b. e. ǝ. 115-ci ildǝ onların yerini Himyar dövlǝti tutdu. Bu xalq isǝ Ərǝbistanda Yǝmǝn vǝ Hǝdramautu, Afrikada Hǝbǝşistanı idarǝ edǝn, Cǝnubi Ərǝbistanın başqa bir mǝşhur xalqı idi. Sǝba xalqı bir tǝrǝfdǝn Afrika sahillǝri, Hindistan, Uzaqşǝrq vǝ Ərǝbistanın daxili regionlarında cǝrǝyan edǝn bütün ticarǝti, digǝr tǝrǝfdǝn isǝ Misir, Suriya, Yunanıstan vǝ Roma ilǝ ticarǝti öz ǝllǝrindǝ tuturdular. Qǝdim dövrdǝ öz sǝrvǝtlǝri vǝ rifah sǝviyyǝlǝri ilǝ mǝşhur idilǝr. Sahib olduqları yüksǝk rifah sǝviyyǝsini, ticarǝtdǝn ǝlavǝ, öz ölkǝlǝrinin bir çox yerindǝ sǝdlǝr inşa etmǝklǝrinǝ vǝ yığdıqları yağış sularını sulama mǝqsǝdi ilǝ işlǝtmǝklǝrinǝ borclu idilǝr. Bu sǝdlǝrin sayǝsindǝ öz ölkǝlǝrini hǝqiqi mǝnada yaşıllıqlar diyarına çevirmişdilǝr. Yunan tarixçilǝrinin Sǝba ölkǝsinin möhtǝşǝm yaşıllıqlarına dair verdiklǝri mǝlumatlar günümüzǝ qǝdǝr gǝlib çatmışdır.
[v] Burada cinlǝrdǝn bir ifritin “Sǝn taxtından qalxmamış” sözü “sǝn hökmdarlıq mǝqamından qalxmadan”, yǝni “sǝn hakimiyyǝtdǝ olduğun dövrdǝ” mǝnasına gǝlir. İfrit sözünün mǝnası “öz yaşıdlarını ǝzib-keçǝn, onları zǝlil edǝn pis adam” mǝnasına gǝlir. İsrail ölkǝsindǝki yadlardan biri olan bu şǝxsin (“Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir: II cild, s. 392-397) ayǝdǝ keçǝn sözü (“Vǝ heç şübhǝ yoxdur ki, mǝn bunun üçün güclü vǝ etibarlıyam”) isǝ belǝ mǝnaya gǝlmǝkdǝdir: “Onu daşıya bilǝrǝm, heç bir şeyǝ xǝsarǝt vermǝdǝn, olduğu kimi gǝtirǝ bilǝrǝm, onu alıb qaçamaram, xǝyanǝt etmǝrǝm.”
[vi] “Kitabdan özündǝ mǝlumat olan kǝsin” ayǝdǝ keçǝn sözü (“qablǝ ǝn-yǝrtǝddǝ ileykǝ tǝfrukǝ”) mǝal vǝ tǝfsirlǝrdǝ yer aldığı kimi, “göz açıb-yummamış” mǝnasına yox, “sǝnin nǝzǝrin özünǝ qayıtmamışdan ǝvvǝl” mǝnasına gǝlmǝkdǝdir. Yǝni “sǝn bu işi başından atmamışdan ǝvvǝl; sǝn indi Sǝba mǝlǝkǝsini vǝ onun ölkǝsini fikirlǝşirsǝn, ondan başqa heç bir şey fikirlǝşǝ bilmirsǝn, gözün ondan başqa bir şey görmür, başqa bir işlǝ maraqlana bilmirsǝn, mǝn dǝ sǝnin nǝzǝrin özünǝ qayıtmamışdan ǝvvǝl, yǝni bu işi öz başından çıxarmamışdan ǝvvǝl onu sǝnǝ gǝtirǝcǝyǝm” mǝnasını vermǝkdǝdir.
[vii] Bax: 77 nömrǝli qeyd.
[viii] Dabbǝtün min-ǝl-ǝrz: Dǝbb kökündǝn ǝmǝlǝ gǝlǝn dabbǝh “yavaş-yavaş yeriyǝn, hǝrǝkǝt edǝn, tǝrpǝnǝn, gözlǝ görülmǝyǝcǝk qǝdǝr yavaş hǝrǝkǝt edǝn yaxud hǝrǝkǝti gözlǝ tǝqib edilǝ bilmǝyǝn şey” demǝkdir. Dabbǝh sözü Quranda irili-xırdalı bütün canlılar üçün işlǝdilmişdir. Bu ayǝdǝki dabbǝh sözü digǝr yerlǝrdǝn fǝrqli olaraq dabbǝtün min-ǝl-ǝrz formasında tamamlama olaraq işlǝdilmişdir. Mǝnası “yer canlısı” demǝkdir. Demǝli, dabbǝh sözünün başqa bir tamamlama içindǝ işlǝndiyi Nǝml surǝsinin 82-ci ayǝsi kimi, bu ayǝni dǝ digǝrlǝrindǝn fǝrqli bir şǝkildǝ ǝlǝ almaq lazımdır. Dabbǝh, mǝhşǝrdǝ meydana çıxarılacaq, yer üzündǝki maddǝlǝrdǝn istehsal edilmiş bir növ yayım vasitǝsi olacaq vǝ ona yüklǝnǝn “insanların Allahın ayǝlǝrinǝ layiqli bir şǝkildǝ inanmadıqları” elanını yayacaqdır. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
[ix] Bax: 77 nömrǝli qeyd.
[x] Bax: 27 nömrǝli qeyd.
[xi] Bax: 68 nömrǝli qeyd.
Dipnot: