NUH SURƏSİ
MƏKKƏ DÖVRÜ

NUH SURƏSİ

Nəcm: 317

1. Şübhəsiz, Biz, onlara çox şiddətli bir əzab gəlməmişdən qabaq qövmünə xəbərdarlıq et, deyə Nuhu öz qövmünə elçi göndərdik.

2-4. Nuh dedi ki: “Ey qövmüm! Şübhəsiz ki, mən sizə üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm. Allaha ibadət edin, Onun mühafizəsi altına daxil olun və mənə itaət edin ki, günahlarınızı bağışlasın və sizə müəyyən bir müddətin sonuna qədər möhlət versin. Şübhəsiz ki, Allahın nizamladığı / təyin etdiyi müddətin sonu gəldikdə, artıq təxirə salınmaz. Kaş biləydiniz.”

5-12. Nuh dedi ki: “Ey Rəbbim! Şübhəsiz ki, mən, öz qövmümü gecə-gündüz / həmişə dəvət etdim. Lakin dəvətim onların yalnız qaçışlarını artırdı. Və şübhəsiz ki, mən onları, Sənin onları bağışlamağın üçün hər dəfə dəvət edəndə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, inadkarlıq etdilər və təkəbbür göstərdilər. Sonra şübhəsiz mən onları uca səslə çağırdım. Sonra şübhəsiz, onlar üçün elan etdim. Onlar üçün gizli-gizli də söylədim. Sonra dedim ki: Rəbbinizin sizi bağışlamasını istəyin. Həqiqətən O, çox bağışlayandır. Üstünüzə göydən bol yağış göndərsin. Sizə mallar və oğullar ilə kömək göstərsin, sizin üçün bağçalar əmələ gətirsin, çaylar əmələ gətirsin.

13. Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz?

14. Halbuki O, sizi həqiqətən müxtəlif cür / mərhələ-mərhələ əmələ gətirmişdir.

15,16. Allah’ın yeddi göyü təbəqələr halında / ahənkli bir şəkildə necə əmələ gətirdiyini və ayı onların içində bir işıq etdiyini, günəşi də bir çıraq etdiyini görmürsünüzmü?

17. Və Allah, sizi yer üzündə bir bitki olaraq bitirdi.

18. Sonra sizi ora qaytaracaq və sizi bir çıxışla çıxaracaq.

19,20.  Və Allah sizin üçün yer üzünü, yer üzünün geniş yollarında gəzəsiniz deyə döşəmişdir.”

21-24. Nuh: “Ey Rəbbim! Şübhəsiz ki, qövmüm mənə üsyan etdi. Malı və övladı özünə zərərdən başqa bir şey verməyən kimsəyə tabe oldular. Və onlar böyük hiylələr qurdular. Və ‘Öz məbudlarınızı əsla tərk etməyin. Və əsla Vədd, Suva, Yağus, Yəuq və Nəsri[i] atmayın’ dedilər. Həqiqətən bir çoxlarını da yoldan çıxartdılar. Sən də o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlərin yalnız azğınlığını artır” dedi.

26-28. Və Nuh dedi ki: “Bu yerdə gəzən kafirlərdən [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərdən] bir nəfəri belə qoyma. Şübhəsiz ki, Sən onları saxlasan, onlar Sənin bəndələrini yoldan çıxararlar və yalnız din-iman tanımayıb pisliyə batan və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] uşaqlar doğarlar. Ey Rəbbim! Məni, ana-atamı,  mömin olaraq evimə girən kəsləri və mömin kişiləri və mömin qadınları bağışla! Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün də yalnız yox olmağı [həlak olmağı] artır.”

25. Onlar, səhvlərindən ötrü suda boğuldular, sonra da oda atıldılar. Sonra da özləri üçün Allahın altındakılardan köməkçilər tapa bilmədilər.[ii]

(71/71, Nuh / 1-24, 26-28, 25)

Dipnot:

[i] Burada adları çǝkilǝn bütlǝr, Nuh qövmünün mǝbud qǝbul etdiyi bütlǝr idi. Rǝsulallah dövründǝ Ərǝbistan coğrafiyasında da bu adları daşıyan bütlǝr var idi.

[ii] Texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝki 25-ci ayǝni 28-ci ayǝnin arxasına gǝtirdik.

2018-01-21T14:47:49+00:00