QƏDR SURƏSİ
MƏKKƏ DÖVRÜ
QƏDR SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 45
1 Həqiqətən Biz, qiymətli səhifələr içindəki Quranı Qədr gecəsində nazil etdik.
2 Qədr gecəsi nədir; sənə nə bildirdi / öyrətdi?
3 Qədr gecəsi min aydan daha xeyirlidir.
4,5 Xəbər verən ayələr,59 içindəki ruh; can verən, canlı saxlayan gücləriylə60 Rəbblərinin izni ilə / məlumatı daxilində, dan yeri sökülənə kimi / işıqlığa qovuşana kimi elə hey enərlər; hər bir iş barəsində.
–Salam olsun!—61
(25 / 97, Qədr, 1-5)
Dipnot:
[i] Bax: 56 nömrǝli qeyd.
[ii] Ayǝdǝki ruh sözünün ǝsl mǝnası “can”dır. Bu söz hǝm hǝqiqi, hǝm dǝ mǝcazi olaraq bir neçǝ mǝnada işlǝdilir. Ensiklopedik mǝnada ruh, adǝtǝn “varlığın maddi olmayan ölçüsü yaxud mahiyyǝti” kimi tǝrif edilir. Ruh sözü hǝm lüğǝt mǝnasına, hǝm dǝ ensiklopedik mǝnasına uyğun olaraq “mǝnǝvi mǝnlik” vǝ “can” mǝfhumları ilǝ eyni mǝnada qǝbul edilmişdir. Geniş mǝnada “canlılıq, duyğu” demǝk olan vǝ bundan ǝlavǝ “xarakter” mǝnasına da gǝlǝn ruh sözü mǝcazi mǝnada “bir şeyin mahiyyǝtini, ǝn vacib vǝ ǝn ǝsas nöqtǝsini” ifadǝ edǝn bir mǝna daşımaqdadır. Mǝsǝlǝn, passiv insanlar üçün işlǝdilǝn “ruhsuz” sifǝti sözün geniş mǝnasına, “mǝsǝlǝnin bütün ruhu buradadı” ifadǝsindǝki ruh sözü isǝ mǝcazi mǝnasına bir misaldır. Nǝticǝ etibarıyla, yuxarıdakı mǝnalar ǝtrafında ruh sözüylǝ bağlı yüzlǝrlǝ ibarǝ ǝmǝlǝ gǝlmişdir.
Ruh sözünün ǝnǝnǝvi dini termin olaraq mǝnası, ümumiyyǝtlǝ belǝ tǝrif edilǝ bilǝr: “bǝdǝni yaradıldıqdan sonra, Allah tǝrǝfindǝn üfürülǝrǝk insana verilǝn canlılıq”.
Ruh söz Quranda “ilahi meh, vǝhy / bilik” mǝnasında işlǝdilmişdir. Ənǝnvi olaraq başa düşülǝn ruh ilǝ bunun bir ǝlaqǝsi yoxdur. Quranda söz edilǝn ruh [ilahi meh, vǝhy] ancaq belǝ izah edilǝ bilǝr: “bilǝrǝk vǝ istǝyǝrǝk bu ruha sahib olan vǝ onu öz hǝyatında tǝtbiq edǝn fǝrdlǝrǝ vǝ cǝmiyyǝtlǝrǝ mǝnalı bir canlılıq verǝn, onları çürümǝkdǝn qoruyan şey”.
[iii] Buradakı salam sözü, cümlǝnin quruluşuna görǝ, “yaşasın, sǝadǝt, xilas olmaq, gümrahlıq” demǝkdir.