QARİƏ SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

QARİƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 52

1 Qariə!70

2 Nədir o qariə?

3 Qariənin nə olduğunu sənə nə bildirdi?

4 O gün, insanlar, darmadağın kəpənəklər kimi olacaq.

5 Dağlar da didilmiş rəngli yun kimi olacaq.

6 Ve dərhal kimin tərəzisi ağır gəlsə,

7 bax o, xoş güzəran içində olacaq.

8 Tərəzisi yüngül gələn isə,

9 bax onun anası uçurum / dərin bir çuxur olacaq.

10 Onun nə olduğunu sənə nə bildirdi?

11 Qızmar bir od!

(30 / 101, Qariə / 1-11)

Dipnot:

[i] Qariǝ sözü “böyük şiddǝtlǝ zǝrbǝ endirǝn, böyük şiddǝtlǝ hücuma keçǝn şeylǝr, insanları şoka salan böyük fǝlakǝtlǝr” mǝnasına gǝlmǝkdǝdir. Göyün çatlaması, günǝşin vǝ ayın söndürülmǝsi, ulduzların bulandırılması, dağların hǝrǝkǝt etdirilmǝsi, dǝnizlǝrin qaynadılması, xülasǝ hǝr tǝrǝfdǝ hǝrc-mǝrclik olması nǝticǝsindǝ insanlar şoka düşǝcǝk, nǝ elǝdiklǝrini özlǝri dǝ bilmǝdǝn, avara olub gǝzǝcǝklǝr. Kainatdakı bütün varlıqlar xaotik bir şǝkildǝ bir-biriylǝ toqquşacaq vǝ bir-birlǝri üçün fǝlakǝtǝ çevrilǝcǝk. O gün heç kim üçün dönüş yaxud qaçış imkanı olmayacaq.

Ona görǝ dǝ qiyamǝtǝ, “ǝn böyük fǝlakǝtin qapını döymǝsi” mǝnasında ǝl-Qariǝ adı verilmişdir.

Paylaş