QİYAMƏ SURƏSİ
MƏKKƏ DÖVRÜ

QİYAMƏ SURƏSİ

Nəcm: 53

1. Xeyr, qiyamət gününə / qiyamət gününün varlığına sübut gətirirəm!

2. Xeyr, çox məzəmmət edən o nəfsə / nəfsin peşman olacağına da sübut gətirirəm!

3. O insan elǝ güman edir ki, onun sümüklərini qətiyyən bir yerə yığa bilməyəcəyik?

4. Bəli, biz onun barmaqlarının uclarını / bütün orqanlarını düzəltməyə qadirik.

5. Əslində o insan önündəkini; qalan ömrünü din-iman bilmədən pisliyə batmaqla keçirmək istəyir.

6. Soruşur: “Qiyamət günü nə vaxt olacaqmış?”

7-10. Gözün şimşək kimin çaxacağı, ayın tutulduğu, günəşlə ayın qovuşdurulduğu zaman, bax o gün, insan, “Qaçış haradır / qaçmalı yer haradır?” deyəcək.

11. Qətiyyən onun fikirləşdiyi kimi deyil! Sığınacaq bir yer yoxdur.

12. O gün yalnız Rəbbinə gedib durmaq var / o gün gedib durmalı yer yalnız Rəbbinin hüzurudur.

13. O gün, o insana, qabaqcadan göndərdiyi şeylər və sonraya saxladığı şeyler xəbər veriləcək.

14,15. Əslində insan, bütün üzrxahlıqlarını / bütün pərdələrini ortaya qoysa da, özü əleyhində yaxşı bir nəzarətçidir:

16. “Onu sürətləndirmək üçün dilini ona tərpətmə!

17. Şübhə yoxdur ki, elədiklərini-eləmədiklərini birləşdirmək və toplamaq ancaq Bizə aiddir.

18. Elədirsə, Biz elədiklərini-eləmədiklərini topladığımız zaman, sən onun toplanmasına tamaşa et!

19. Sonra, elədiklərini-eləmədiklərini bəyan etmək; sübutlarıyla meydana qoymaq da ancaq Bizə aiddir.”[i]

20,21. Qətiyyən sizin fikirləşdiyiniz kimi deyil! Əslində siz, dünyanı sevirsiniz və axirəti buraxırsınız.

22. Üzlər var ki, o gün; o an işıqlı olacaq;

23. Rəbblərinə baxacaq; Rəbblərindən nemət gözləyəcək.

24. Və üzlər də var ki, o gün qaşqabaqlıdır;

25. bellərini qıran bir əməliyyata məruz qaldıqlarını zənn edəcəklər.

26-30. Qətiyyən onların fikirləşdiyi kimi deyil! Körpücük sümüyünə gəlib dirənəndə, “Çarə edən kimdir?” deyiləndə və can verən kəs bunun ayrılıq anı olduğunu anlayanda, ayaqlar bir-birinə dolaşanda, bax o gün sürülüb aparılacaq yer ancaq Rəbbinin hüzurudur.

31. Fəqət o, nə təsdiq etdi, nə də dəstəklədi.

32. Fəqət o, yalan saydı və geri çəkildi.

33. Sonra da özünü darta-darta yaxınlarının yanına getdi.

34,35. Məhv olmağın çox yaxındır, lap çox yaxındır! Yenə də məhv olmağın çox yaxındır, lap çox yaxındır!

36. Yoxsa o insan elə bilir ki, başlı-başına buraxılacaq?

37. O, hazırlanmış toxumda bir nütfə deyildimi?

38. Sonra bir embrion idi və sonra onu əmələ gətirmiş, sonra da nizama salmışdır;

39. ondan da iki tayı; erkək və dişini var elədi.

40. Yaxşı, bütün bunları eləyən, ölüləri diriltməyə qadir deyimli?

(31 / 75, Qiyamə / 1-40)

Dipnot:

[i] Burada “vǝfat” anı tǝsvir edilmişdir. Vǝfat sözünün mǝnası “ǝskiksiz vermǝk, azaltmadan yerinǝ yetirmǝk” demǝkdir. Vǝfat, Allahın insanlara ölüm anından dǝrhal ǝvvǝl yaşatacağı, hǝrkǝsǝ elǝdiklǝrini vǝ etmǝli olduğu halda etmǝdiklǝrini ǝskiksiz-artıqsız göstǝrǝcǝyi, xǝbǝr verǝcǝyi bir andır. Başqa bir sözlǝ vǝfat, ölüm anından qisa bir müddǝt ǝvvǝl insanın hǝyatında olan-keçǝn hǝr şeyin ǝn incǝ tǝfǝrrüatına qǝdǝr, heç bir ǝskiltmǝ vǝ artırma olmadan, Rǝbbimiz tǝrǝfindǝn göstǝrilmǝsidir. Bu isǝ insanın xilqǝtinǝ yaradılış anından etibarǝn yerlǝşdirilǝn “mühafizǝçilǝr, yaddaşlar, elçilǝr, yaddaş hüceyrǝlǝri” vasitǝsi ilǝ mümkün olmaqdadır. Rǝbbimiz, bu mövzunun ǝhǝmiyyǝtini nǝzǝrǝ alaraq “ölüm, öldürmǝk” sözlǝrini işlǝtmir, ölümü ölümdǝn ǝvvǝlki o ǝsrarǝngiz hadisǝlǝrin adıyla izah edir. “Tǝbyinül-Quran”da vǝfat barǝsindǝ ǝtraflı mǝlumat verilmişdir.

2018-01-20T12:44:48+00:00