QUREYŞ SURƏSİ
MƏKKƏ DÖVRÜ
QUREYŞ SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 51
1,2 Qureyşin təhlükəsizliyi, salamatlığı; qış və yay; hər vaxtkı səfərlərində təhlükəsizlikləri, salamatlıqları üçün…
3,4 Elədirsə onları aclıqdan xilas edərək yedirən və hər cür qorxudan əmin-amanlığa çıxaran, bu Evin Rəbbinə68 bəndəlik69 etsinlər.
(29 / 106, Qureyş / 1-4)
Dipnot:
[i] Burada Ev sözü ilǝ “Beytullah” [Allahın evi], yǝni Kǝbǝ nǝzǝrdǝ tutulmuşdur. Allah Quranda Kǝbǝ barǝsindǝ “evim” sözünü işlǝtmişdir. Allahın evi demǝk, “Allahdan başqa heç kimǝ mǝxsus olmayan ev” demǝkdir, yǝni o yerin xalqa mǝxsus olduğu mǝnasına gǝlmǝkdǝdir. Sosial problemlǝrin müzakirǝ edildiyi, ictimai ehtiyacların ödǝnmǝsi üçün yolların axtarıldığı, cǝmiyyǝti maraqlandıran mǝsǝlǝlǝrdǝ, tǝhsil, tǝlim-tǝrbiyǝ, qanunvericilik, icra kimi mövzularda qǝrarların alındığı yer demǝkdir.
2 nömrǝli qeyddǝ dǝ izah edildiyimi kimi rǝbb sözü “tǝrbiyǝ edib yetişdirǝn, yaratdıqlarını müǝyyǝn bir proqrama uyğun olaraq, müǝyyǝn hǝdǝflǝrǝ çatdıran, planlayaraq idarǝ edǝn” mǝnasını verir. Bu Evin Rǝbbi sözündǝ Rǝbbin “ev”lǝ ǝlaqǝlǝndirilmǝsi, Kǝbǝnin tikilişinin vǝ istifadǝsinin Allah tǝrǝfindǝn proqramlandığını vǝ hǝyata keçirildiyini göstǝrmǝkdǝdir. Hǝqiqǝtǝn dǝ o ev, yer üzündǝ Allah adına tikilǝn ilk evdir, bǝrǝkǝtli yerdir, orada bolluq var.
Kǝbǝyǝ hǝcc vǝ ümrǝ mǝqsǝdi ilǝ gǝlǝn minlǝrlǝ insana göstǝrilǝn xidmǝti Qüreyşlilǝr öz aralarında paylaşmışdılar. Hǝr ailǝnin müǝyyǝn bir vǝzifǝsi var idi. Kǝbǝnin qorunması, orada xidmǝt etmǝk, hacılara su vermǝk, yardım etmǝk, onlar üçün pul yığmaq, onları yedirmǝk, hacılar arasında meydana gǝlǝn ixtilafları hǝll etmǝk kimi bir çox iş Qüreyş qǝbilǝsi tǝrǝfindǝn yerinǝ yetirilirdi. Bu müqǝddǝs ziyarǝt, Qüreyşlilǝrǝ böyük bir üstünlük vǝ ehtiramla birgǝ, bol qazanc da gǝtirirdi. Fǝqǝt Qureyşlilǝrin Mǝkkǝdǝ belǝ sǝfa sürmǝsi onların öz zǝhmǝtlǝrinin deyil, Allahın Kǝbǝ barǝsindǝki planlarının bir nǝticǝsi idi. Allahın Kǝbǝ barǝsindǝki bu planı müasir dövrdǝ dǝ qüvvǝdǝ olub, Sǝudiyyǝ Ərǝbistanı dövlǝtinǝ böyük qazanc gǝtirmǝkdǝdir.
[ii] Bax: 24 nömrǝli qeyd.