RƏHMAN SURƏSİ
MƏDİNƏ DÖVRÜ
RƏHMAN SURƏSİ
MƏDİNƏ DÖVRÜ
Nəcm: 596
1-4 Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], Quranı / öyrənib-öyrətməyi öyrətdi, insanı əmələ gətirdi, ona xeyir və şəri, yaxşını, pisi ayırmağı öyrətdi.
5 Günəş və ay bir hesab ilə axıb getməkdədir.
6 Gövdəsiz bitkilər və ağaclar da boyun əyib tabeçilik göstərməkdədir.
7-9 Və səmanı da əmələ gətirdi, onu yüksəltdi və tərəzidə / ölçüdə / tarazlıqda həddi aşmayasınız deyə tərəzini / ölçünü / tarazlığı qoydu. Ölçünü haqqaniyetle saxlayın / qoruyun, tərəzini / ölçünü / tarazlığı pozmayın.
(97/55, Rəhman / 1-9)
Nəcm: 597
33 Ey cin və ins[i] tayfası! Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə gücünüz çatsa, dərhal aşın, ancaq üstün bir güc olmadan aşa bilməzsiniz.
34 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
31 Ey ağırlığı olan iki dəstə! Tezliklə sizin haqq-hesabınıza baxacağıq.
32 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
35 İkinizin də üstünüzə atəşdən alov və tüstü göndərilər və sizə yardım olunmaz.
36 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
10-12 Və [üstündə] meyvələr və salxımlı xurma ağacları, yarpaqlı dənlər və xoş qoxulu bitkilər olan yer üzünü əmələ gətirdi, onu oradakı varlıqlar üçün alçaq [döşədi].
13 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
14,15 O, görünən, bilinən varlıqları bişmiş palçıq kimi quru gildən / müxtəlif formalar ala bilən bir maddədən meydana gətirdi. Görünməz varlıqları, [görünməz] gücləri də atəşin dumansızından / enerjidən meydana gətirdi.
16 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
17 Rəhman [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allah], iki məşriqin Rəbbi və iki məğribin Rəbbidir.
18 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
19 İki dənizi bir-birinə qovuşmaq üçün açıb buraxdı. 20 Aralarında bir maneə var
, bir-birlərinə keçib qarışmırlar.
21 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
22 İkisindən inci və mərcan çıxar; hər ikisindən də sizin faydanıza olan bir çox şey; qida maddəsi və bəzək əşyası, içmə suyu, suvarma suyu və asan nəqliyyat imkanı əldə edilir.
23 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
24 Dənizdə uca dağlar kimi yüksəldilən gəmilər də Onundur.
25 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
26,27 Yer üzündəki hər kəs müvəqqətidir. Və o cəlal və kərəm sahibi olan Rəbbinin Özü baqi qalar.
28 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
29 Göylərdə və yerdə olan hər kəs, Ondan diləyər. O, hər an bir işdədir.
30 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
37 Sonra da göy yarılıb zeytun yağı kimi bir gül olduğu zaman…
38 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
39 Bax o gün, bilinən-bilinməyən, gəlmiş-gələcək heç kim, bir başqasının günahı barədə sorğu-sual olunmayacaq.
40 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
41 Günahkarlar, nişanlarından tanınacaq, alınlarından və ayaqlarından tutulacaqlar.
42 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
43 Bax bu, günahkarların yalan hesab etdikləri Cəhənnəmdir.
44 Onlar, onunla qaynar su arasında dolanıb duracaqlar.
45 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
46 Və Rəbbinin məqamından qorxan kəslər üçün iki cənnət var.
47 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün
, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
48 İkisinin də budaqları var.
49 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
50 İkisində də axıb gedən iki bulaq var.
51 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
52 İkisində də hər meyvədən cüt-cüt var.
53 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
54 Astarları qalın ipəkdən / atlazdan olan döşəklərə söykənmiş kəslər olaraq, iki cənnətin də dərilməsi yaxın olacaq.
55 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
56 Oralarda, daha əvvəl bilinən, bilinməyən, keçmişdəki, gələcəkdəki heç kim tərəfindən toxunulmamış; əl və nəzər dəyməmiş, baxışlarını dikənlər [gözlərini dikib baxan kəslər] var.
57 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
58 Onlar sanki yaqut və mərcandırlar.
59 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
60 Yaxşı-gözəl əməllərin əvəzi yaxşılıqdan-gözəllikdən başqa nə ola bilər?
61 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
62 Bu ikisindən aşağı iki cənnət daha var.
63 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
64 Onlar yamyaşıldır.
65 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
66 İkisində də dayanmadan coşub-daşan iki bulaq var.
67 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
68 İkisində də meyvə, xurma və nar var.
69 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
70 O meyvələrin içlərində yaxşılıqlar-gözəlliklər var.
71 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
72 Çadırlara gizlənmiş parlaq gözlülər var.
73 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
74 Bundan əvvəl onlara bilinən-bilinməyən heç kim toxunmamışdır.
75 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
76 Yaşıl yastıqlara və gözəl naxışlı kilimlərə; qeyri-adi gözəllikdəki döşəkcələrə söykənənlər olaraq…
77 Bəs siz ikiniz, Rəbbinizin gücünün çatdıqlarının; bənzərsiz gücünün, bənzərsiz nemətlərinin hansını yalan sayırsınız?
78 Əzəmət və böyüklük sahibi, əmr və qadağa qoymaq haqqına sahib olan Rəbbinin adı, necə də comərddir![ii]
(97/55, Rəhman / 33-34, 31-32, 35-36, 10-30, 37-78)
Dipnot:
[i] Bax: 49 nömrǝli qeyd.
[ii] Bu hissǝdǝki ayǝlǝr texniki vǝ semantik baxımdan “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli bir ardıcıllıqla düzülmüşdür.