ŞƏMS SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

ŞƏMS SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 46

1-10 Quranı və onun cəmiyyətə saçdığı işığı, Quranın izindən gedən Elçi və mömünləri, Quranın işığı ilə aydınlanan cəmiyyətləri, Quranın işığından məhrum qalan cəmiyyətləri, alimləri və alimləri ucaldan elmləri, qara cahilləri və qara cahilləri bu hala salan prinsipləri və məfhumları, öz mənliyini tapan kəsləri və mənliklərin tapılmasının amillərini,62 –Allah, insana azğınlıq etmək və özünü qorumaq instinktlərini / günah işləmək və Allahın mühafizəsi altına daxil olmaq bacarığını təlqin etmişdir; genlərinə kodlaşdırdı– sübut gətirirəm ki, nəfsini təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilə-bilə rədd eləyən isə mütləq ziyana uğramışdır.

11 Səmud azğınlıq ucbatından təkzib etdi;

12 Bu qövmün Axirətdə ən bədbəxt olacaq kəsləri / liderləri işi öz üzərinə götürüb getdiyində,

13 Allahın elçisi onlara demişdi: “Allahın dəvəsinə diqqət yetirin!” və “Ona su içmək, yaşamaq üçün imkan verin!”63

14,15 Fəqət onlar, onu təkzib etdilər, nəticəsindən qorxmayaraq, baldırından kəsərək Allahın dəvəsini öldürdülər. Rəbbləri də günahları ucbatından onları dəyişikliyə, məhv məruz qoydu, sonra yerlə yeksan etdi.

(26 / 91, Şəms / 1-15)

Dipnot:

[i] Ayǝdǝki sözlǝrin “hǝqiqi” mǝnası belǝdir: “Günǝşǝ vǝ onun parlaqlığına, onu izlǝrkǝn Aya, ona parlaqlıq verdikdǝ gündüzǝ, onu büküb örtdükdǝ gecǝyǝ, göyǝ vǝ onu düzǝldǝnǝ, yer üzünǝ vǝ onu yumru döşǝyǝnǝ, nǝfsǝ vǝ onu tǝnzimlǝyǝnǝ –ki O, ona fücurunu vǝ tǝqvasını ilham etdi…” Biz burada mǝcazi mǝnalara üstünlük verdik.

[ii] Burada “sosial yardımlaşma vǝ dǝstǝk qurumları” Allahın dǝvǝsi; bu qurumları yaşatmaq üçün çalışmaq isǝ dǝvǝni sulamaq kimi göstǝrilmişdir. Dǝvǝnin baldırının kǝsilmǝsi isǝ bu qurumların yaşaması üçün lazım olan zǝkat, vergi vǝ digǝr gǝlir mǝnbǝlǝrinin aradan qaldırılmasıdır. Quran keçmiş ümmǝtlǝr barǝsindǝ hökmlǝri simvolik ifadǝlǝrlǝ nǝql edǝrkǝn

, xitab etdiyi cǝmiyyǝtdǝ bu mövzunu “sǝlat, sǝlatın yerlǝşmǝsi vǝ zǝkat vermǝk” ifadǝlǝriylǝ prinsip halına gǝtirmişdir.

Paylaş