SAD SURƏSİ
MƏKKƏ DÖVRÜ
SAD SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 62
1 Sad / 90.84 Öyüd sahibi / şərəf sahibi Quran sübutdur ki,
3 onlardan əvvəl neçə nəsilləri dəyişikliyə, məhvə məhkum etdik Biz. Onlar da haray salmışdılar. Amma artıq xilas vaxtı deyildi.
2 Əksinə, o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən o kəslər] bir qürur və nifaq içindədirlər.85
4,5 Və öz aralarından onlara xəbərdarlıq edən birinin gəlməsinə təəccüb etdi o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər], “Bu bir sehrbazdır, çox yalan danışan biridir. O, bu qədər məbudun hamısını bir məbudmu etdi? Həqiqətən bu, çox təəccüblü bir şeydir!” dedilər.
6-8 Və adlı-sanlı adamları yeridilər: “Məbudlarınız üzərində möhkəm dayanın və sözünüzdən, qərarınızdan dönməyin. Həqiqətən bu, sizdən gözlənilən bir şeydir! Biz bunu sonuncu / başqa bir dində eşitməmişik, bu ancaq bri uydurmadır. Öyüd / kitab bizim aramızdan ona nazil odlumu?” –Əksinə, onlar Mənim öyüdüm / Quran barəsində naqis məlumata sahibdir, əksinə, onlar Mənim əzabımı dadmamışlar.–
9-11 Yoxsa çox güclü və çox əta edən Rəbbinin rəhmət xəzinələri onların yanındadır? Və ya bütün o göylərin, yerin və ikisinin arasında olanların mülkü onlarındırmı? Elə isə, burada müxtəlif firqələrdən meydana gələn, məğlubiyyətə uğrayacaq bir ordu olan onlar, istənilən yolla ucalsınlar, əllərindən gələn hər yolu təcrübədən keçirsinlər!
12,13 Onlardan əvvəl Nuhun qövmü, Ad, dirəklər sahibi; möhtəşəm orduları olan / görülməmiş işgəncələr edən86 Firon, Səmud, Lutun qövmü və Əykə əhli87 də təkzib etdilər. Bax bunlar, ayrı-ayrı istiqamətlərə çəkən qruplar idi.
14 Onların hamısı anca
15 Və bunlar, bir göz qırpımı qədər belə gecikməyən bir harayı gözləyirlər sadəcə.
16 Və dedilər ki: “Rəbbimiz! Haqq-hesab günündən əvvəl bizim əzab payımızı tezliklə bizə ver!”
(38 / 38, Sad / 1, 3, 2, 4-16)
Nəcm: 63
17 Sən onların dediklərinə səbr et və güclərin sahibi bəndəmiz Davudu yadına sal. Həqiqətən o, daim Rəbbinə üz tutardı.
18 Həqiqətən Biz, dağları ram etdik / insanların faydalanmasına uyğun bir formada yaratdıq. Həmişə onunla birgə Allahı nöqsanlardan pak edərdilər.
19 Quşların da hamısını ona ram etmişdik / Davudun və insanların faydalanmasına uyğun bir formada yaratmışdıq. Hamısı ona tərəf yönəlməkdə idi.
20 Biz, onun mülkünü də möhkəmləndirdik. Və ona qanunu, haqqı batildən ayıran sözü söyləmək imkanını verdik.
21 Və sənə o dava edənlərin xəbəri gəlib çatdımı? Onlar merhaba / Davudun xüsusi evinə çıxmışdılar.
22,23 Davudun yanına daxil olduqları vaxt, o, onlardan qorxmuşdu. Ona, “Qorxma! Biz iki iddiaçıyıq. Hansımızsa hansımıza haqsızlıq etdik. İndi sən bizim aramızda ədalətlə qərar ver, haqsızlıq etmə və bizi doğru yolun ortasına istiqamətləndir.” dedilər. Biri də dedi ki: “Bax, bu, mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu var, mənim isə bircə qoyunum var. Belə olduğu halda, onu da mənə ver, dedi və danışıqda mənə üstün gəldi / mübahisədə məni məğlub etdi.”
24 Davud dedi ki: “Həqiqətən, sənin bir qoyununu öz qoyunlarına qatmaq istəməklə o, sənə haqsızlıq etmişdir. Həqiqətən şəriklərin, eyni cəmiyyət halında yaşayanların çoxu mütləq bir-birinə haqsızlıq edir. Ancaq iman gətirənlər və sahmana salmaq məqsədi ilə işlər görən kəslər haqsızlıq etməz. Amma onlar da nə qədər azdır!” Və Davud, Bizim onu müəyyən çətinliklərlə imtahan edib, tərtəmiz vəziyyətə gətirdiyimizə / kamilləşdirdiyimizə qəti qənaət gətirdi və başa düşdü. Dərhal Rəbbindən bağışlanmaq dilədi, şərik qoşmaqdan uzaq olaraq yerə qapandı və qayıtdı.
25 Biz də onun üçün bunu bağışladıq / Biz də onu bağışladıq. Bax belə! Şübhəsiz ki, Bizim yanımızda onun üçün bir yaxınlıq və gözəl qayıdış yeri var.
26 Ey Davud! Həqiqətən Biz / biz səni burada əvvəlki idarəçinin yerinə idarəçi təyin etdik. Elə isə insanlar arasında ədalət vasitəsi ilə haqsızlığa və hərc-mərcliyə mane ol, ədaləti təmin et. Kefə, arzuya qapılma. Elə etsən səni Allahın yolundan azdırar. Həqiqətən Allahın yolundan azanlar haqq-hesab gününə əhəmiyyət vermədiklərindən, onlar üçün çox şiddətli bir bir əzab var.
30 Davuda Süleymanı da bəxş elədik. O, nə gözəl bəndə idi! Şübhəsiz, o, Rəbbinə çox qayıdan idi.
31 Axşamüstü ona cins və yorğa atlar verilmişdi;
32 “Mən, mal-dövlət, mənfəət məhəbbətini, Rəbbimin zikr edilməsi səbəbindən sevdim.” –Nəhayət, onlar pərdənin arxasına girdilər.–
33 “Onlar mənim yanıma qaytarın!” dedi. Dərhal onların ayaqlarını, boyunlarını sığallamağa başladı.
34,35 And olsun ki, Biz Süleymanı da müxtəlif təhlükələrdən, çətinliklərdən keçirərək saflaşdırmışdıq / kamilləşdirmişdik. Və taxtının üstünə bir cəsəd qoymuşduq. Sonra o, qayıtdı;
“Ey Rəbbim! Məni qoru / mənə maddi və mənəvi kir bulaşdırma və mənə elə bir mülk əta et / bağışla ki, məndən sonra heç kimə yaraşmasın. Həqiqətən Sən, bol-bol əta edənsən / bağışlayansan.” dedi.
36-38 Beləliklə Biz, onun əmri ilə istədiyi yerə sakitcə əsib gedən küləyi, şeytanları; bütün dalğıcları, bina ustalarını və zəncirlərə vurulmuş halda digərlərini ona tabe etdik.
39 –Bax bu, bizim saysız-hesabsız ehsanımızdır. Sən özün istəsən başqalarına da ver ya da verməyib saxla.–
40 Şübhəsiz ki, Bizim yanımızda onun üçün bir yaxınlıq və gözəl qayıdış yeri var.
41 Bəndəmiz Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə müraciət etmişdi: “Şeytan mənə əzab və dərd, kədər, çətinlik toxundurmuşdur.”
42 –Oradan dərhal, sürətlə, piyada uzaqlaş! Bax, yuyunmalı bir yer və içməyə soyuq bir şey!”–
43 Və Biz ona, ailəsini və onlarla birgə olanların bir qatını da bəxş etdik ki, dərgahımızdan bir mərhəmət və dərk etmə qabiliyyəti olanlar üçün də bir ibrət olsun.
44 “Və əlinə bir tutam ot kimi olan sərmayəni / əttarlıq üçün nanə, reyhan dəstəsi al, ruzi axtarmaq məqsədi ilə onunla dərhal səfərə çıx və qərarsız olma, haq yoldan azma, günah işləmə.” Həqiqətən Biz, onu səbr edən gördük. O, nə gözəl bəndə idi! Şübhəsiz, o, Rəbbinə çox qayıdandır.
45 Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yada sal!
46 Həqiqətən, Biz onları “yurdu anmaq / azad vətən həsrəti çəkmək saflığıyla saflaşdırdıq, tərtəmiz bir hala gətirdik.
47 Və şübhəsiz ki, onlar, Bizim yanımızda seçilmiş ən xeyrli kimsələrdəndirlər.
48 İsmaili, Əl-Yəsəni, Zülkifli də yada sal. Hamısı xeyrli kimsələrdəndirlər.
(38 / 38, Sad / 17-26, 30-48)
Nəcm: 64
27 Və Biz göyü, yeri və onların arasında olanları boş-boşuna əmələ gətirmədik. Bu, kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] zənnidir. Cəhənnəm odu səbəbindən, bu kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] vay halına!
28 Yoxsa iman gətirən və saleh əməllər işləyənləri Biz, yer üzündəki o fitnəçilərə tay tutacağıq? Yoxsa Allahın mühafizəsi altına daxil olmuş o kəsləri, din-iman bilməyib pisliyə batanlara tay tutacağıq?
29 Bu, təmiz ağıl sahibləri onun ayələrini arxa arxaya düzərək düşünsünlər və öyüd alsınlar deyə, sənə nazil etdiyimiz bərəkətli bir kitabdır.88
49-52 Bax bu, bir öyüd / şərəf / xatırlatmadır. Şübhəsiz ki, Allahın mühafizəsi altına daxil olan kəslər üçün bir qayıdış yeri; içində söykənərək cürbəcür meyvələr və içkilər istədikləri və yanlarında hamısı eyni yaşda, gözləri qabağındakından başqasını görməyən xidmətçilərin olduğu, qapıları üzlərinə açılmış Ədn cənnətləri var.
53 Bax bu, haqq-hesab günü üçün sizə vəd edilən şeydir.
54 –Heç şübhəsiz ki, bu Bizim ruzimizdir; o, bitməz-tükənməzdir.–
55,56 Bax belə! Şübhəsiz, ağzınlar üçün də ən pis qayıdış yeri; söykənəcəkləri cəhənnəm var. –O necə də pis yataqdır.–
57 Bax o, qaynaq su və irindir. Qoy onu elə hey dadsınlar!
58 Və o şəkildə cüt-cüt başqaları da var. 59 Bax onlar da sizinlə birgə, atılmış kimi daxil olan
bir dəstədir. Onlar bir rahatlıq üzü görməyəcəklər. Şübhəsiz, onlar, cəhənnəmə salladıldılar.
60 Deyəcəklər ki: “Xeyr, elə sizin özünüzə salam, xoşluq olmasın. Cəhənnəmi qabağımıza siz gətirdiniz. O necə də pis bir dayanacaqdır!”
61 Dəyəcəklər ki: “Rəbbimiz! Bizim qabağımıza bunu kim gətirdisə, onun oddakı əzabını qatbaqat artır!”
62 Və yenə də deyəcəklər ki: “Pis adamlardan saydığımız bəzi adamları niyə görə bilmirik? 63 Biz onları məsxərəyə qoymuşduq / təhqir etmişdik. Yoxsa onlar gözlərimizdən qaçdımı?”
64 Şübhəsiz ki, bu, od əhlinin bir-biri ilə çəkişməsi / dava-dalaşı bir həqiqətdir.
(38 / 38, Sad / 27-29, 49-64)
Nəcm: 65
65,66 De ki: “Mən ancaq xəbərdarlıq edənəm. Və O, tək olan və qəhr edən, göylərin, yerinə və bu ikisinin arasında olan şeylərin Rəbbi, çox güclü, çox bağışlayan Allahdan başqa tanrı yoxdur.”
67 De ki: “O; Quran, çox böyük, vacib bir xəbərdir.
68 Siz ondan üz döndərirsiniz.
69 Onlar bir-biriylə mübahisə edərkən, mənim, ən uca şeylərin doldurulduğu anbara; Qurana89 dair bir məlumatım yox idi.
70 Ancaq mən, bəli mən, açıq-aydın xəbərdarlıq edici olduğuma görə, mənə vəhy olunur.”
(38 / 38, Sad / 65-70)
Nəcm: 66
71,72 Bir vaxt Rəbbin, kainatdakı güclərə,90 “Həqiqətən Mən palçıqdan bir bəşər əmələ gətirənəm. Onu düzəldib bilikli hala gətirdiyimdə,91 dərhal ona boyun əyib təslim olanlar olarak yerlə bir olun; hiçleşin” demişdi.
73,74 Belə olduqda İblis / zehnə gələn ilk düşüncə92 xaric, kainatdakı güclərin hamısı birgə boyun əyərək təslim oldu, İblis təkəbbür göstərdi və o, özünü görməməzliyə vuranlardan idi.
75 Allah: “Ey İblis! Mənim iki əlimlə / qüdrətimlə əmələ gətirdiyimə boyun əyib təslim olmana mane olan nədir? Təkəbbür göstərdinmi? Yoxsa uca mərtəbələrə çatanlardanmı oldun?” dedi.
76 İblis dedi ki: “Mən ondan xeyrliyəm. Məni enerjidən əmələ gətirdin, onu isə maddədən93 əmələ gətirdin.”
77,78 Allah: “Dərhal çıx oradan, artıq sən qəti surətdə qovulmusan, qatilin, yalan söz və düşüncə uyduranın, qaranlığa daş atanın birisən, əlbəttə əvəz gününə qədər səni xeyrdən uzaq qalmağa məhkum etdim” dedi.
79 İblis: “Rəbbim! Elə isə, təzədən diriltiləcəkləri günə qədər mənə möhlət ver” dedi.
80,81 Allah: “Haydı, sən, müəyyən vaxta qədər möhlət verilənlərdənsən” dedi.
82,83 İblis: “Elə isə, ən üstünlüyünə, ən qüdrətliliyinə, ən şərəfliliyinə, ən məğlubedilməzliyinə and içirəm ki, mən onların hamısını –içində təmizlənmiş bəndələrin istisna olmaqla– mütləq azdıracağam” dedi.
84 Allah dedi ki: “Budur haqq. Mən də bu haqqı deyirəm:
85 And olsun ki, cəhənnəmi səninlə və onların içindən sənə tabe olanlarla; hamınızla dolduracağam.”
(38 / 38, Sad / 71-85)
Nəcm: 67
86 De ki: “Mən Quran əvəzində sizdən bir əcr istəmirəm. Mən məsuliyyət qoyanlardan / özlərindən bir şey uyduranlardan, yük artıranlardan, iş artıranlardan da deyiləm.
87 Quran, bütün aləmlər üçün bir öyüddür ancaq.
88 Və onun müdhiş xəbərini bir müddət sonra mütləq biləcəksiniz.”
(38 / 38, Sad / 85-88)
Dipnot:
[i] Bax: 8 nömrǝli qeyd.
[ii] Texniki xüsusiyyǝtlǝri baxımından ayǝlǝrin düzülüşü mealda 1, 3, 2 şǝklindǝ verilmişdir.
[iii] Bax: 44 nömrǝli qeyd.
[iv] Əykǝ ǝhli “Qırmızı dǝniz sahilindǝki Midyan şǝhǝrindǝ yaşayan xalqdır”. Əykǝ sözü “ağaclıq, ağacları bir-birinǝ dolaşan meşǝlik” demǝkdir. Bu xalq çox gözǝl iqlimǝ sahib olan bǝrǝkǝtli bir torpaqda yaşayırdı.
[v] “Rǝsmi Müshǝf”dǝ 27-29 nömrǝli ayǝlǝrdǝn ibarǝt olan hissǝ, mǝna ardıcıllığı baxımından 48 vǝ 49 nömrǝli ayǝlǝrin arasına yerlǝşdirilmişdir.
[vi] Ayǝdǝki mǝlǝ sözünün ǝsas mǝnası “dolu olan” [anbar] demǝkdir. Zaman keçdikcǝ, mǝcazi olaraq “rǝislǝr / başçılar, bir icmanın böyüklǝri, xalqın ağsaqqalları” kimi mǝnalarda da işlǝnmişdir. Bu şǝxslǝrǝ mǝlǝ deyilmǝsinin sǝbǝbi, bilik, tǝcrübǝ vǝ anlayışla dolu olmaları idi. Keçmiş dövrlǝrdǝki tǝfsirçilǝr mele sözünün mǝcazi olaraq “rǝislǝr, böyüklǝr” [şura] mǝnasına gǝlmǝsindǝn istifadǝ edǝrǝk vǝ ayǝdǝki ǝl-mǝlǝil-ǝla tamamlamasındakı ǝla [uca] sifǝtini nǝzǝrǝ alaraq, bunu “ali şura” kimi izah etmişdirlǝr. Ancaq bu “ali şura”nın nǝ olduğuna dair etibarlı bir dǝlil olmadığına görǝ, “göylǝrdǝki mǝlǝklǝr”, “kǝrribiyyun / müqarrǝbun” [Allah ǝn yaxın mǝlǝklǝr] olduğu kimi ǝsassız görüşlǝr meydana atılmışdır. İş bununla da qalmamış, Allaha yaxın mǝlǝklǝrin [ali şuranın] nǝ danışdığına qulaq asmaq üçün şeytanların da göyǝ çıxdığı vǝ orada ulduzlarla bombardmana tutulduğu deyilmişdir.
Bizim fikrimizcǝ, lüğǝvi mǝnası “ali dolu, ali anbar” olan mǝlǝi-ǝla tamlamasıyla “vǝhy, Quran ayǝlǝri” nǝzǝrdǝ tutulmuşdur. Çünki Quran, hǝr kǝsin ehtiyacını ödǝmǝk üçün lazım gǝlǝn hǝr şeylǝ doludur; hǝr kǝsin ehtiyac duyduğu / duyacağı biliklǝr ǝskiksiz olaraq Qurana doldurulmuşdur. Quranın içindǝki şeylǝr xırda-xuruş şeylǝr olmayıb, ǝn qiymǝtli, ǝn ali şeylǝrdir. 69 nömrǝli ayǝdǝn ǝvvǝlki vǝ sonrakı hissǝlǝr yaxşı başa düşüldükdǝ, mǝlǝi-ǝla ifadǝsiylǝ Quranın nǝzǝrdǝ tutulduğu daha açıq görünür. Çünki 70-ci ayǝdǝ “vǝhy edildiyi” deyilǝn, 68-ci ayǝdǝ dǝ “kafirlǝrin üz döndǝrdiyi” deyilǝn şey dǝ Qurandır. Buraya qǝdǝr tǝhlil etdiyimiz surǝlǝrdǝ gördüyümüz vǝ bundan sonrakı ayǝlǝrdǝ dǝ görǝcǝyimiz kimi, müşriklǝr hǝmişǝ Quranı müzakirǝ obyektinǝ çevirmişdilǝr. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
Mǝlǝi-ǝla ibarǝsi Saffat surǝsinin 8 nömrǝli ayǝsindǝ dǝ “ali anbar” mǝnasında, Quranın bir xassǝsi kimi işlǝdilmişdir.
[vii] Bax: 56 nömrǝli qeyd.
[viii] Ruh üfürmǝk ibarǝsi “Allahın insanı mǝlumatlandırması, ona vǝhy göndǝrmǝsi, azca bilik vermǝsi” mǝnasına gǝlir. Burada, Hicr / 29 vǝ Sǝcdǝ / 9 nömrǝli ayǝlǝrdǝ, yaradılmış insana bilik verilmǝsi, ilk vǝhyin gǝlmǝsi; ilk elçinin göndǝrilmǝsi mǝrhǝlǝsindǝn danışılmaqdadır. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.
[ix] Bax: 39 nömrǝli qeyd.
[x] Torpaq maddǝni, od isǝ enerjini tǝmsil edir. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.