SAFFAT SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

SAFFAT SURƏSI

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 205

1-5 O səflər halında düzülən / düzən, sonra da hayqırıb sürüyən, hayqırıb sürüdükdən sonra da öyüd oxuyan Quran ayələri dəlildir ki, sizin məbudunuz həqiqətən Birdir. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. Məşriqlərin də Rəbbidir.

(56/37, Saffat / 1-5)

 

Nəcm: 206

6 Həqiqətən Biz ən alt səmanı ulduzların ziynetiyle bəzədik.

7-10 Qurandan az da olsa faydalananlar və –raketlə kosmosa çıxanlar xaricində– davamlı səy içində olan, hər kəs tərəfindən lənətlənən və Qurana qulaq verməyən bütün zehni qabiliyyətlərdən qoruduq; onlar kosmosda işə yaramaz, fəaliyyət göstərə bilməz.[i]

(56/37, Saffat / 6-10]

 

Nəcm: 207

11 İndi onlardan soruş: “Xilqət baxımından onlar daha çətindir, yoxsa Bizim əmələ gətirdiyimiz kəslər?” Şübhəsiz ki, Biz onları sulu yapışqan palçıqdan yaratdıq.

12 Əslində sən heyrət etdin, onlar isə istehza edirlər.

13 Onlara öyüd-nəsihət verildiyi zaman öyüd-nəsihət qəbul etmirlər.

14 Və bir ayə gördükləri zaman istehza edərlər.

15-17 Və onlar: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyil. Öldükdən və torpaq, sümük olduqdan sonra, həqiqətən mi biz təkrar dirildiləcəyikmi? Əvvəlki atalarımız da, eləmi?” deyirlər.

18 De ki: “Bəli, siz də çox alçaldılmış olaraq dirildiləcəksiniz…”

(56/37, Saffat / 11-18)

 

Nəcm: 208

19,20 Artıq o, çətin bir hayqırışdan ibarətdir. Bir də baxmısan ki, onlar qarşıda durublar. Və “Vay halımıza! Bax bu, Din günüdür!” deyirlər.

21 –“Bax bu, sizin yalan hesab etdiyiniz Ayırd etmə günüdür!”–

22,23 Yığın o şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri, onların taylarını və Allahın altındakılardan ibadət etdikləri şeyləri. Sonra da onları cəhənnəmin yoluna yönləndirin.

24,25 Və dayandırın onları, sözsüz ki, onlar sorğu-sual olunacaqlar: “Nə oldu sizə, bir-birinizə kömək etmirsiniz?”

26 Əksinə, bu gün onlar təslim olmuşlar.

27 Və onların bəzisi bəzisinə dönmüş / üz-üzə gəlmiş, bir-birlərindən soruşurlar / məsuliyyəti bir-birlərinə atırlar.

28 Onlar: “Şübhəsiz ki, siz bizə sağ əldən / haqq yoldan / yaxşı mövqedən / gücdən-qüvvətdən gəlirdiniz” deyərlər.

29-32 Digərləri deyərlər ki: “Tam tərsinə, siz möminlər olmamışdınız. Bizim sizə qarşı bir gücümüz də yox idi. Tərsinə, siz azmış bir tayfa idiniz. Onun üçün də Rəbbimizin Sözü[ii] bizim üstümüzdə haqq oldu. Şübhəsiz ki, biz dadanlarıq. Sonra Biz sizi yoldan çıxartdıq. Çünki biz yoldan çıxaranlar idik.”

33 O halda şübhəsiz ki, onlar o gün əzab çəkməkdə şərikdirlər.

34 Şübhəsiz,  Biz günahkarlara belə edərik.

35,36 Şübhəsiz,  onlar, özlərinə: “Allahdan başqa məbud yoxdur” deyildiyi zaman təkəbbür göstərir və “Şübhəsiz ki, biz, gizli gücləri olan / dəli bir şairdən ötrü məbudlarımız tərk edərikmi?” deyirlər.

37 Əksinə, o, haqq olaraq gəldi və bütün peyğəmbərləri təsdiqlədi.

 

***

 

38,39 Şübhəsiz, siz, o şiddətli əzabı dadacaqsınız və ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.

40 Allahın pak qulları bunun xaricindədir.

41-49 Məhz Allahın pak qulları üçün müəyyən bir ruzi / meyvələr var. Bol nemətli cənnətlərdə qarşı-qarşıya taxtlar üstündə [onları] qonaq edəcəklər. İçənlərə ləzzət verən, çeşmədən doldurulmuş, zərərli bir tərəfi olmayan, sərxoşluq da verməyən dümağ bir qədəhlə onların ətrafında gəzib dolaşanlar olacaq. Onların yanında gözlərini onlara dikmüş iri gözlülər var. Qorunub saxlanmış yumurta kimidir onlar.

50 Sonra da bəzisi bəzisinə dönüb bir-birlərindən soruşarlar.

51-53 Onlardan biri deyər ki: “Şübhəsiz ki, mənim ‘Sən həqiqətən, qəti surətdə bunu təsdiq edirsənmi? Öldükdən və torpaq, sümük olduqdan sonra, həqiqətən [etdiklərimizin] əvəzini görəcəyik?’ deyən bir yaşıdım / yaxın dostum var idi.”

54 Dedi ki: “Siz onu tanıyan, bilən birisinizmi?”

55 O halda, özü onu tanıdı və onu cəhənnəmin düz ortasında gördü.

56-59 Dedi ki: “Allaha and olsun ki, sən az qala məni dəyişikliyə / məhvə məruz qoyacaqdın. Əgər Rəbbimin lütfü olmasaydı, həqiqətən mən də bu gətirilənlərdən olacaqdım. Yaxşı, necə olurmuş, bax! Biz ilk ölümümüzdən başqa bir daha ölməyəcəkdik, eləmi; bir daha dirildilməyəcəkdik, eləmi? Biz, əzab da görməyəcəkdik, eləmi?”

60 Şübhəsiz, bax bu, böyük qurtuluşun özüdür.

61 Artıq səy göstərənlər yalnız böyük qurtuluş kimi bir qurtuluş üçün səy göstərsinlər.

(56/37, Saffat / 19- 61)

 

Nəcm: 209

62 Qonaq olmağa bu daha xeyirlidir, yaxud zəqqum ağacı?

63 Şübhəsiz, Biz onu şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün bir imtahan vasitəsi etdik.

64,65 Şübhəsiz, zəqqum ağacı, cəhənnəmin lap dibindən çıxan bir ağacdır. Tumurcuqları buynuzlu ilanların başı kimidir.

66 Bax, həqiqətən onlar, ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.

67 Sonra şübhəsiz onlar üçün, bunun üstündən qaynar suyla qarışıq bir içki var.

68 Sonra da şübhəsiz qayıdacaqları yer həqiqətən cəhənnəmdir.

(56/37, Saffat / 62-68)

 

Nəcm: 210

69 Şübhəsiz,  onlar ata-babalarını azmış gördülər.

70 İndi də özləri onların izinə düşüb getdilər.

71 Və and olsun ki, onlardan əvvəlkilərin çoxu azğındı.

72 And olsun ki, Biz onların arasından xəbərdarlıq edən kəslər də göndərdik.

73,74 İndi bir bax, Allahın pak qulları xaricində, xəbərdarlıq edilən o kəslərin aqibəti necə oldu?

75 Və and olsun ki, Nuh, Bizə səslənib dua etmişdi. –Bax gör Biz nə gözəl cavab veririk!–

76 Biz də Onu və ailəsini, yaxınlarını, inananlarını o böyük fəlakətdən xilas etdik.

77 Və Onun nəslini baqi qalanlardan etdik.

78 Və Biz sonradan gələnlər arasında onun barəsində  həmişə qalacaq [xeyirlə xatırlanacaq, nümunə götürüləcək] bir söz qoyduq.

79 –Aləmlər içində Nuha salam olsun!–

80 Şübhəsiz,  Biz, yaxşılıq edənlərə belə əvəz verərik.

81 Şübhəsiz,  Nuh, Bizim mömin qullarımızdandır.

82 Sonra digərlərini isə suya qərq etdik.

 

***

 

83 Heç şübhəsiz İbrahim də Nuhun firqəsindən idi.

84 O zaman o, Rəbbinə təmiz bir qəlblə gəlmişdi.

88-89 Çünki  İbrahim, ulduzlara elə bir nəzərlə baxdı ki! Sonra da ‘Şübhəsiz ki, mən sancılıyam / fikir sancısı çəkirəm’ dedi.

85-87 Bir vaxt o, atasına və qövmünə: “Siz nəyə ibadət edirsiniz? Allahın altındakılardan bəzi uydurma məbudlarmı istəyirsiniz? Yaxşı, aləmlərin Rəbbi haqqında qənaətiniz nədir?” demişdi.[iii]

90 Belə olduqda atası və qövmü, İbrahimə arxalarını çevirərək ondan uzaqlaşdılar / onunla əlaqəni kəsdilər.

91,92 Sonra da o, onların məbudlarının yanına gedib “Bəlkə, yeyəsiniz / nəsib alasınız? Sizə nə olub ki, danışmırsınız?” dedi.

93 Dərhal sağ əliylə / andı səbəbiylə bir zərbə ilə yaxınlaşdı.

94 Bir müddət sonra,  İbrahimin qövmü qaçaraq  İbrahimlə üz-üzə gəldilər.

95,96 İbrahim: “Əlinizlə yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizi və düzəltdiyiniz şeyləri Allah əmələ gətirmişdir” dedi.

97 Onlar: “Bunun üçün bir divar hörün / bunu təcrid edin və şiddətlə yanan atəşin / həddindən artıq çətinliyin içinə atın!” dedilər.

98 Onlar, İbrahimə tələ qurmaq istədilər, ancaq Biz onları rəzillərə döndərdik.

99,100 Və İbrahim: “Şübhəsiz, mən Rəbbimə gedəcəyəm, O, mənə yol göstərəcək: Rəbbim! Mənə salehlərdən birini bəxş et!” demişdi.

101 Beləliklə Biz, İbrahimə həlim xasiyyətli bir oğlanı müjdə verdik.

102 Sonra nə vaxt ki, o müjdələnən uşaq özüylə birlikdə qaçacaq vəziyyətə / onunla birlikdə iş görəcək yaşa gəldi, o zaman  İbrahim: “Oğlum! Şübhəsiz ki, mən, yatarkən; sakit, durğun vəziyyətdə [olanda] sənə zərər vurduğumu, səni pərişan hala saldığımı görürəm. Bax gör sən nə fikirləşirsən?” dedi. Oğlu: “Atacan! Sənə əmr ediləcək şeyləri et! İnşallah görəcəksin ki, mən sən olmadıqda başıma gələcək bütün çətinliklərə, əziyyətlərə səbr edəcəyəm.” dedi.

103-105 Sonra nə zaman ki, ikisi də islamlaşdılar və  İbrahim, onu alnı üstündə yerə uzatdı [üz üstə buraxdı, çətin vəziyyətdə buraxdı] və Biz ona, “Ey  İbrahim! Sən o fikirini həqiqətən təsdiqlədin” deyə xitab etdik…[iv] –Şübhəsiz Biz, yaxşı-gözəl əməl işləyənlərə bax onun kimi əvəz / mükafat verərik.–

106 Şübhəsiz ki, [öz] oğlunu üz üstə buraxmaq işi, həqiqətən açıq-aşkar cəfalı bir imtahan idi.

107 Və Biz  İbrahimə, pərişan edəcəyi, zərər çəkməsinə səbəb olacağı bu çox böyük şeyin müqabilində / bu çox böyük şey səbəbiylə bir əvəz / bir bəxşiş verdik.

108 Və sonradan gələnlər arasında onun barəsində həmişə qalacaq [xeyirlə xatırlanacaq, nümunə götürləcək] bir söz qoyduq.

109 Salam olsun  İbrahimə!

110 Bax, Biz yaxşı-gözəl əməl işləyənləri onun kimi mükafatlandırırıq.

111 Şübhəsiz,  o, Bizim mömin qullarımızdandır.

112 Və Biz ona, saleh bir peyğəmbər olaraq İshaqı müjdə verdik.

113 İbrahimə və İshaqa bərəkət verdik. Hər ikisinin nəslindən də yaxşı-gözəl əməl işləyən [də], açıq-aşkar özünə zülm edən [də] vardır.

 

***

 

114,115 Və and olsun ki, Biz Musa və Haruna da nemətlər verdik. Və o ikisini və qövmlərini o böyük fəlakətdən xilas etdik.

116 Və Biz, onlara kömək etdik, onlar da qalib gələnlərdən oldular.

117 Və Biz, onlara o açıq-aşkar göstərən Kitabı verdik.

118 Və onları düz yola yönəltdik.

119 Və sonrakılar arasında o ikisi üçün [yaxşı ad] qoyduq.

120 Salam olsun, Musa və Haruna!

121 Şübhəsiz, Biz, yaxşı-gözəl əməl işləyənləri belə mükafatlandırırıq.

122 Şübhəsiz,  o ikisi Bizim mömin qullarımızdandır.

 

***

 

123 Şübhəsiz, İlyas da həqiqətən göndərilən elçilərdəndir.

124-127 Bir vaxt o, öz qövmünə: “Siz Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı? Əmələ gətirənlərin ən gözəli, sizin Rəbbiniz və daha əvvəlki atalarınızın Rəbbi Allahı buraxıb da Bəəl [adlı bütə] yalvarırsınız?” demişdi, onlar onu yalançı hesab etmişdilər. Buna görə onlar həqiqətən hüzura gətiriləcəklər.

128 Ancaq Allahın pak bəndələrindən başqa.

129 Və sonradan gələnlər arasında onun barəsində həmişə qalacaq [xeyirlə xatırlanacaq, nümunə götürüləcək] bir söz qoyduq.

130 –Salam olsun bütün İlyas kimi olanlara!–

131 Şübhəsiz, Biz, yaxşı-gözəl əməl işləyənləri belə mükafatlandırırıq.

132 Şübhəsiz, o, Bizim mömin qullarımızdandır.

 

***

 

133 Şübhəsiz, Lut da göndərilən elçilərdəndir.

134-136 Bir vaxt Biz, onu və geridə qalıb batanlar arasında olan bədbəxt qadın xaric olmaqla bütün ailəsini xilas etdik. Sonra digərlərini dəyişikliyə / məhvə məruz qoyduq.

137,138 Və siz əlbəttə səhər və gecə onların üstündən keçib gedirsiniz. Hələ də fikirləşmirsinizmi?

 

***

 

139 Əlbəttə Yunus da göndərilən elçilərdəndir.

140 Bir vaxt o, yüklü bir gəmiyə doğru qaçaq bir kölə kimi qaçmışdı.

141 Sonra o, ox ilə püşk atdı, sonra da dəlili ləğv edilənlərdən / iddiası çürüdülənlərdən oldu.

142 Sonra onu “acgözlük-böhran” udmuşdu. O isə peşman olmuşdu.

143,144 Sonra əgər, şübhəsiz, o, Allahı nöqsan sifətlərdən pak tutanlardan olmasaydı, həqiqətən dirildiləcəyi günə qədər böhranın içində qalacaqdı.

145, 146Sonra Biz, o fikir sancısı çekerken o’nu sahile attık, o’nu bunalımdan kurtardık: Onun aklına basit, geçici, kısa sürede çözüme kavuşacak birtakım problemler sokmuştuk da. 147Ve o’nu, önce yüzbin sonra da daha çok kişiye elçi olarak gönderdik.

148 Nəhayət inandılar, belə olduqda, Biz də onlara müəyyən vaxtadək firavanlıq bəxş etdik.

(56/37

, Saffat / 69-148)

 

Nəcm: 211

149 İndi soruş onlardan: Qız uşaqları Rəbbinin, oğlan uşaq onlarındırmı?

150 Yoxsa Biz mələkləri dişi yaratmışıq, onlar da şahid olublar?

151,152 Gözünüzü açın! Onlar, şübhəsiz ki, uydurduqları böhtanlara görə “Həqiqətən Allah doğdu” deyirlər. Və heç şübhəsiz ki, onlar həqiqətən yalançıdırlar.

153 Allah, qızları oğlanlardan üstünmü tutmuşdur?

154 Sizə nə olub? Necə hökm çıxarırsınız?

155 Hələ də düşünmürsünüzmü?

156 Yoxsa sizin açıq-aşkar bir gücünüz / dəliliniz var?

157 O halda, əgər doğru kəslərsinizsə, kitabınızı gətirin.

158 Və onlar, Allah ilə gizli güclər arasında bir qohumluq əlaqəsi qurdular. Halbuki, and olsun ki, gizli güclər özlərinin [də] həqiqətən hüzura gətirilənlərdən / məhşərdə bir yerə yığılanlardan olacaqlarını bilirlər.

159 Allah, onların vəsf etdiklərindən pakdır.

160 –Ancaq Allahın pak bəndələri Allahı belə şərik qəbul etmək şəklində vəsf etməzlər.–

161-163 Artıq siz və ibadət etdikləriniz, cəhənnəmə özü istəyərək can atan kəslərdən başqa heç kimi, Allaha qarşı atəşə ata bilməzsiniz; şərik qoşmaq işinə cəlb edə bilməzsiniz.

(56/37, Saffat / 149-163)

 

Nəcm: 212

164-166 Və “Bizdən hər birimizin həqiqətən müəyyən bir yeri vardır. Və biz həqiqətən səf-səf düzülənlərik / düzənlərik. Biz, Allahı nöqsanlıqlardan pak tutarıq.”[v]

(56/37, Saffat / 164-166)

 

Nəcm: 213

167-169 Və onlar şübhəsiz, deyirdilər ki: “Həqiqətən yanımızda əvvəlkilərdən [onlarınkı kimi] bir öyüd-nəsihət / kitab olsaydı, əlbəttə biz də Allahın pak bəndələri olardıq.”

170 İndi isə o öyüdü / kitabı ört-basdır etdilər. Artıq tezliklə biləcəklər.

171-173 Və and olsun ki, göndərilən bəndələrimiz / elçilərimiz haqqında bizim sözümüz [belə] keçmişdir: “Şübhəsiz ki, onlar, mütləq qalib olacaq. Şübhəsiz ki, Bizim ordularımız mütləq qalib gələcək.”

174,175 Artıq sən, müəyyən bir vaxta qədər onlardan üz çevir. Və onları izlə. Onlar da tezliklə görəcəklər.

176 Yoxsa indi onlar, Bizim əzabımızın tez gəlməsini istəyirlər?

177 Fəqət əzabımız onların sahəsinə endiyi zaman, xəbərdarlıq edilmişlərin səhəri necə də pis olacaq!

178,179 Yenə sən, müəyyən bir müddət onlardan üz çevir və onları izlə! Onlar da tezliklə görəcəklər.

180 Güç, qüvvət, məğlub olmazlıq, şan və şərəfin Rəbbi olan sənin Rəbbin onların vəsf etdiklərindən pakdır.

181 Və göndərilən elçilərə salam olsun!

182 Bütün təriflər də aləmlərin Rəbbi Allaha məxsusdur; başqasını tərifləmək olmaz.

(56/37, Saffat / 167-182)

Dipnot:

[i] Ayǝlǝrin lüğǝvi mǝnası belǝdir: “Hǝqiqǝtǝn Biz ǝn altdakı sǝmanı bǝzǝklǝrlǝ / ulduzlarla bǝzǝdik. Vǝ mǝlǝil-ǝladan bir qırıntı qoparan vǝ şǝhabi-saqib tǝrǝfindǝn tǝqib edilǝnlǝr istisna olmaqla, daimi ǝzab içindǝ olan, hǝr yerdǝn daşlanaraq qovulan vǝ mǝlǝil-ǝlaya heç qulaq asmayan şeytani-maridlǝrin hamısından hifz etdik. Vǝ asi, inadkar şeytanların hamısından hifz etdik.”

            Buna oxşar bir bölüm dǝ Hicr surǝsinin 16-18 nömrǝli ayǝlǝrindǝ (Nǝcm 197) yer almışdır. Ayǝdǝki mǝlǝil-ǝla ibarǝsinin “Quran” olduğunu 89 nömrǝli qeyddǝ izah etmişdik.

[ii] Bax: 77 nömrǝli qeyd.

[iii] Buradakı 88-89 nömrǝli ayǝlǝr texniki vǝ semantik sǝbǝblǝrlǝ “Rǝsmi Müshǝf”dǝkindǝn fǝrqli ardıcıllıqla düzülmüşdür.

[iv] Burada bǝhs edilǝ hadisǝlǝr İbrahim vǝ İsmailin hǝyatının müxtǝlif dövrlǝrini ǝhatǝ edir vǝ hamısı bir-birinin dǝrhal ardından yaşanan hadisǝlǝr deyil. Buradakı islamlaşmaq, Bǝqǝrǝ / 124-132-ci ayǝlǝrdǝ (Nǝcm 420) bǝhs edilǝn hadisǝlǝrlǝ ǝlaqǝdardır. “Tǝbyinül-Quran”da bu barǝdǝ ǝtraflı mǝlumat verilmişdir.

[v] Bax: 204 nömrǝli qeyd.

Paylaş