ŞUƏRA SURƏSİ
MƏKKƏ DÖVRÜ
ŞUƏRA SURƏSİ
MƏKKƏ DÖVRÜ
Nəcm: 132
1 Ta / 9, Sin / 60, Mim / 40.[i]
2 Bunlar, açıq-aşkar / açıqlayan kitabın ayələridir.
3 Onlar;
Hicr 91 Quranı sehr, şeir, əsatir (mifoloji rəvayətlər), uydurulmuş söz-söhbət parçaları, pis sözlər kimi qəbul edən kəslər,
3 iman etmirlər deyə sən özünü həlakmı edəcəksən!
4 Əgər Biz istəsəydik,
Hicri 90 o and içənlərə[ii] nazil etdiyimiz şey kimi
4 onlara göydən bir nişanə [əlamət; şüa, radiasiya və meteorlar, fırtına, sel] endirərik də onların boyunları, ona qarşı əyilər.
5 Və onlara Rəhmandan [yaratdığı bütün canlılara dünyada çox mərhəmət edən Allahdan] yeni bir öyüd gəldikdə, həqiqətən ondan üz çevirdilər.
6 Sonra da, həqiqətən təkzib etdilər. Bax, istehza etdikləri şeyin xəbəri onlara tezliklə gələcəkdir.
Hicr 92,93 Bax, and olsun Rəbbinə ki, Biz, əlbəttə onların hamısını işlədikləri əməllərə görə sorğu-sual edəcəyik.
7 Və onlar yer üzünə baxmırlarmı? Biz orada hər gözəl cütdən neçəsini bitirdik.
8 Şübhəsiz ki, bunda həqiqətən bir əlamət / nişanə var; amma onların çoxu iman etmədilər.
9 Və şübhə yoxdur ki, həqiqətən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, böyük mərhəmət sahibi olan Rəbbin Özüdür.
(47/26, Şuəra / 1-6 + 54/15, Hicr / 90-93) + Şuəra / 7-9)
Nəcm: 133
10 Bir vaxt da Rəbbin, Musaya: “Get o səhv; öz zərərinə olan əməli işləyən qövmə;
11 Fironun qövmünə, hələ də Allahın müdafiəsi altına daxil olmayacaqlarmı?” deyə nida etmişdi.
12 Musa: “Ey Rəbbim! Həqiqətən mən qorxuram ki, məni təkzib edələr.
13 Köksüm daralar, dilim danışmaz, buna görə Haruna da elçilik ver.
14 Həm də mənim boynumda onlara aid bir günah var. Buna görə də qorxuram ki, məni öldürələr” dedi.
15 Allah: “Qətiyyən sənin düşündüyün kimi deyil! Haydı, ikiniz işarətlərimizlə / nişanlarımızla gedin. Şübhəsiz ki, Biz də sizinləyik, eşidirik.
16,17 Haydı, ikiniz Firona gedin və deyin ki: ‘Həqiqətən biz, İsrail oğullarını bizimlə birgə göndərəsən deyə’ aləmlərin Rəbbinin elçiləriyik deyin” dedi.
18 Firon: “Biz səni uşaqkən öz yanımızda böyütmədikmi? Ömrünün bir çox ilini bizim aramızda keçirmədinmi?
19 Axırda elədiyini də elədin. Sən nankorun birisən…” dedi.
20-22 Musa: “Mən, o işi görəndə cahillərdən idim. Sizdən qorxduğum üçün dərhal yanınızdan qaçdım. Sonra Rəbbim mənə qanunlar [prinsiplər] ehsan buyurdu və məni elçilərdən biri etdi. Boynuma minnət qoyduğun o nemət də İsrail oğullarını özünə kölə etməyindir” dedi.
23 Firon: “Aləmlərin Rəbbi dediyin nədir belə?” dedi.
24 Musa: “Əgər yəqinlik hasil etmiş olsanız, O, göylərin, yerin və onların arasında olan şeylərin Rəbbidir.”
25 Firon, yanındakılara: “Eşitmirsinizmi?” dedi.
26 Musa: “O, sizin Rəbbiniz və daha əvvəlki atalarınızın da Rəbbidir” dedi.
27 Firon: “Sizə göndərilən bu elçiniz, şübhəsiz gizli gücləri olan / dəlinin biridir” dedi.
28 Musa: “Əgər ağlınızı işlətsəniz, O, məşriqin, məğribin və onların ikisinin arasında olanların Rəbbidir” dedi.
29 Firon: “Məndən başqa bir məbud qəbul etsən, and olsun ki, səni zindana salaram” dedi.
30 Musa: “Sənə açıq-aşkar bir şey gətirmiş olsam da, eləmi?” dedi.
31 Firon: “Haydı, dərhal gətir onu, əgər doğru danışanlardansansa” dedi.
32 Belə olduqda Musa, öz təcrübəsini[iii] meydana qoydu; bir də gördülər ki, Musanın təcrübəsi, açıq-aşkar bir “silib süpürən”[iv] olub.
33 Gücünü də çəkib [meydana] çıxardı; bir də gördülər ki, o güc, tamaşa edənlərin gözündə mükəmməl, qüsursuz [bir şey] olub.[v]
34,35 Firon, yanındakılardan başbilənlərə: “Şübhəsiz ki, bu, həqiqətən çox məlumatlı, nüfuzlu bir alimdir! Sahib olduğu biliklərlə sizi yurdunuzdan çıxarmaq istəyir. İndi nə buyurursunuz?” dedi.
36,37 Başbilənlər dedilər ki: “Onu və qardaşını tutub saxla, şəhərlərə də yığıcılar göndər. Bütün böyük və çox nüfuzlu alimləri yanına gətirsinlər.”
38 Beləliklə, nüfuzlu alimlər müəyyən bir günün müəyyən bir vaxtında bir yerə yığışdı.
39 İnsanlara da, “Siz yığırsınızmı?” deyildi.
40 –“Bizim nüfuzlu alimlərə tabe olmağımız üçün, onların qalib gəlməyi lazımdır!”–
41 Nüfuzlu alimlər gələn kimi Firona: “Əgər biz qalib gəlsək, bizim üçün həqiqətən bir muzd olacaqmı?” dedilər.
42 Firon: “Bəli, o halda siz, heç şübhə yox ki, yaxın adamlar olacaqsınız” dedi.
43 Musa onlara: “Meydana nə qoyacaqsanızsa, qoyun!” dedi.
44 Belə olduqda onlar, öz təcrübələrini, köhnəlmiş inanc və iddialarını / çör-çöplərini; bəsit biliklərini[vi] meydana qoydular və “Fironun gücü haqqı, şübhəsiz ki, biz qalib olanlarıq” dedilər.
45 Sonra Musa öz təcrübəsini ortaya qoydu; bir də nə görsünlər, onların uydurduqları şeyləri bir ucdan udur!
46-48 Sonra nüfuzlu alimlər baş əyib təslim olanlar kimi qaldılar: “Biz, aləmlərin Rəbbinə; Musa və Harunun Rəbbinə iman etdik” dedilər.
49 Firon dedi ki: “Mən sizə izn verməmiş Ona iman gətirdiniz, eləmi? Şübhəsiz ki o, həqiqətən sizə sehr öyrədən böyüyünüzdür! Yaxşı, tezliklə biləcəksiniz! And olsun ki, müqavilələri; öhdəlikləri ləğv etdirip, sonra da hamınızı qətiliklə rahat mühitdən; şəhərdəki işinizdən, memuriyetinizden çıxarıb xurma tarlalarında kənd təsərrüfatı işlərində işlədəcəyiniz; daş ocaqlarında işlədəcəyiniz; çətin işlərdə işlədərək yağınızı çıxaracağam; iliğinize sömüreceğim!”
50,51 Nüfuzlu alimlər: “Zərəri yoxdur, şübhəsiz biz Rəbbimizə dönənlərdənik. Biz möminlərin ilkləri olduğumuza görə, ümide dirik ki, Rəbbimiz bizim günahlarımızı bağışlayacaqdır” dedilər.
63 Sonra Musaya: “Öz təcrübəni o bol suya / çaya vur!” deyə vəhy etdik. Sonra o bol su / çay yarıldı / su anbarları düzəldildi və hər bir anbar ululardan ulu bir dağ kimi oldu.[vii]
52 Və Biz Musaya: “Bəndələrimi gecə yola çıxar, şübhəsiz ki, siz təqib edilənlərdənsiniz” deyə vəhy etdik.
53-56 Bu əsnada Firon da şəhərlərə yığıcılar göndərdi: “Şübhəsiz ki, bunlar, sayı az, parça-parça olmuş bir tayfadır. Və onlar bizim üçün əlbəttə qəzəblidirlər. Biz isə, əlbəttə hazırlıqlı, tədbirli bir halda gözləyən bir tayfayıq.”
60 Sonra Firon və adamları günəş doğarkən onların arxasınca düşdülər.
61 İki dəstə bir-birini görüncə Musanın camaatı: “Şübhəsiz ki, bizim həqiqətən çıxış yolumuz qalmadı” dedilər.
62 Musa: “Qətiyyə sizin düşündüyünüz kimi deyil! Şübhəsiz ki, Rəbbim mənimlədir, mənə yol göstərəcək” dedi.
64 Digərlərini də ora yaxınlaşdırdıq.
65,66 Və Musanı və onunla birlikdə olanların hamısını xilas etdik, sonra da digərlərini suya qərq etdik.
57-59 Axırda Biz, Firon və tayfasını bağlardan, bulaqlardan, xəzinələrdən və şərəfli yerlərdən çıxardıq. Bax, belə! Və sonra onlara İsrail oğullarını varis / son sahib təyin etdik.
67 Şübhəsiz bunda həqiqətən bir əlamət / nişan var. Amma çox kimsə iman etmiş deyil.
68 Və şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, mərhəmət sahibi həqiqətən sənin Rəbbin Özüdür.[viii]
(47/26, Şuəra / 10-51, 63, 52-56, 60-66, 57-59, 67-68)
Nəcm: 134
69 Və onlara İbrahimin xəbərini oxu!
70 Necə ki, o, atasına və qövmünə “Siz nəyə ibadət[ix] edirsiniz?” demişdi.
71 Onlar: “Bəzi bütlərə ibadət edirik. Onlara ibadət etməyə davam edəcəyik” dedilər.
72-74 İbrahim: “Yalvarıb dua edərkən onlar sizi eşidirlərmi və ya sizə fayda yaxud zərər verirlərmı?” dedi. Onlar, “Əksinə, biz öz atalarımızın belə etdiklərini gördük” dedilər.
75,76 İbrahim: “Yaxşı, siz özünüzün və ən qədim atalarınızın nələrə ibadət etdiyini heç fikirləşdinizmi?
77 Bax, onlar mənim düşmənimdir; ancaq aləmlərin Rəbbi başqadır.
78-82 O, məni meydana gətirəndir. Və mənə doğru yolu O göstərir. Və məni yedirdən də, içirdən də Onun Özüdür. Xəstələndiyim zaman O, mənə şəfa verir. Və O, məni öldürəcək, sonra məni dirildəcək. Və ümid edirəm ki, O, din günündə mənim qüsurumu bağışlayacaq.
83 Rəbbim! Mənə ‘hökm’ ver və məni əməlisalehlərə qovuşdur!
84 Və məni, sonradan gələnlər tərəfindən düzgünlüklə yad edilən kəslərdən et!
85 Və məni neməti bol olan cənnətlərinin varislərindən et!
86 Və atamı da bağışla, şübhəsiz o, azğınlardan biri oldu.
87-91 Və yenidən dirilmə gnündə; mal və övladların sağlam bir qəlblə / həqiqi bir imanla Allaha gələnlərdən başqalarına bir faydasının olmadığı, və cənnətin Allahın müdafiəsi altına daxil olanlara yaxınlaşdırıldığı, azğınlar üçün də cəhənnəmin açılıb göstərildiyi gün məni rüsvay etmə!” dedi.
(47/26, Şuəra / 69-91)
Nəcm: 135
92,93 Və onlara: “Allahın altındakılardan ibadət etdiyiniz şeylər hanı? Sizə kömək edirlərmi yaxud özlərinə bir xeyri olurmu?” deyiləcək.
94,95 Sonra da bütlər və azğınlar və İblisin / düşüncə qabiliyyətinin əsgərləri; yaxşı-yaxşı fikirləşməmiş hərəkət edənlər hamısı birlikdə cəhənnəmin içinə atılacaq.
96-102 Onlar, onun içində bir-birləriylə çənə-boğaz edərək deyəcək: “Vallah biz, həqiqətən açıq-aşkar bir azğınlıqda idik. Çünki biz sizi aləmlərin Rəbbi ilə eyni səviyyədə tuturduq. Və bizi ancaq o günahkarlar yoldan çıxartdı. Artıq bizim üçün heç bir yardımçı, şəfaətçi, candan bir köməkçi, yol göstərən, yaxın bir himayəçi yoxdur. Kaş bizim üçün bir geri dönüş imkanı olaydı, biz də möminlərdən olaydıq!”
103 Şübhəsiz bunda bir nişan / işarət var. Amma onların çoxu iman edənlər deyil.
104 Və şübhə yox ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan həqiqətən sənin Rəbbin Özüdür.
(47/26, Şuəra / 92-104)
Nəcm: 136
105 Nuhun qövmü göndərilənləri [elçiləri, xəbərləri] yalan saydı.
106-110 Bir zamanlar qardaşları Nuh onlara demişdi: “Siz Allahın mühafizəsi altına daxil olmayacasınızmı? Şübhəsiz ki, mən sizin üçün etibarlı bir elçiyəm. Artıq, Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin. Və buna görə mən sizdən heç bir muzd istəmirəm. Mənim muzdum ancaq aləmlərin Rəbbinə aiddir. Artıq, Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin!”
111 Onlar: “Sənə çox səfil kəslər tabe olduğu halda, biz sənə inanarıqmı?” dedilər.
112-115 Nuh dedi ki: “Onların nə etdiklərini dair bir məlumatım yoxdur. Onların hesabı yalnız Rəbbimə aiddir. Əgər ağlınızı işlədirsinizsə! Və mən iman gətirənləri qovan deyiləm. Mən ancaq açıq-aşkar xəbərdarlıq edən biriyəm.”
116 Onlar dedilər ki: “Ey Nuh! Əgər son [bu işdən] əl çəkməsən, yaxşı bil ki, həqiqətən sən daşqalaq edilərək öldürüləcəksən!”
117,118 Nuh: “Ey Rəbbim! Qövmüm məni təkzib etdi. Artıq mənim aramla onların arasında sən hökm çıxar. Və məni və möminlərdən mənimlə birlikdə olan kəsləri xilas et!” dedi.
119,120 Belə olan halda Biz də onu və onunla birlikdə olanları o dolu gəminin içində xilas etdik. Sonra da geridə qalanları suda boğduq.
121 Şübhəsiz ki, bunda həqiqətən bir nişan / işarə var. Amma onların çoxu iman edənlərdən deyil.
122 Və şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, mərhəmət sahibi həqiqətən sənin Rəbbin Özüdür.
(47/26, Şuəra / 105-122)
Nəcm: 137
123 Ad [qövmü] göndərilənləri [elçiləri, xəbərləri] təkzib etdi.
124-135 Bir vaxt qardaşları Hud onlara demişdi ki: “Siz Allahın mühafizəsi altına daxil olmayacasınızmı? Şübhəsiz ki, mən sizin üçün etibarlı bir elçiyəm. Artıq Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin. Və buna görə mən sizdən heç bir muzd istəmirəm. Mənim muzdum ancaq aləmlərin Rəbbinə aiddir. Hər yüksək təpənin üstündə nişan [olaraq] bir bina qurub əylənirsiniz? Əbədiləşmək üçün / sanki ədəbi qalacaqsınız kimi sənaye istehsal edən yerlərə [fabriklərə / qalalara] sahib olursunuz? Yaxaladıqda da zalımlar kimi yaxalayırsınız? Artıq Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin. Sizə o bildiyiniz şeyləri verənin [mal-qara, oğullar, bağ-bağça, çeşmələr verənin] mühafizəsi altına daxil olun. Şübhəsiz ki, mən sizin üçün böyük bir günün əzabından qorxuram.”
136-138 Onlar dedilər ki: “Sən, öyüd-nəsihət versən də, yaxud öyüd verənlərdən olmasan da bizim üçün fərqi yoxdur. Bu, sadəcə keçmişdəkilərin həyat tərzləridir. Və biz əzaba məhkum olmayacağıq.”
139 Bu halda onu yalançı saydılar və Biz də onları dəyişikliyə / məhvə məruz qoyduq. Şübhəsiz ki, bunda həqiqətən mütləq bir işarə / nişan var, amma onların çoxu iman edən deyil.
140 Və şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, mərhəmət sahibi həqiqətən sənin Rəbbin Özüdür.
(47/26, Şuəra / 123-140)
Nəcm: 138
141 Səmud [qövmü] göndərilənləri [elçiləri, xəbərləri] təkzib etdi.
142-152 Bir vaxt qardaşları Saleh onlara demişdi ki: “Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı? Şübhəsiz ki, mən sizin üçün etibarlı bir elçiyəm. Artıq Allahın mühafizəsi altına daxil olun və mənə itaət edin. Mən sizdən heç bir muzd istəmirəm də. Mənim muzdum ancaq aləmlərin Rəbbinə aiddir. Siz burada; bağçalarda, çeşmələr başında və əkinlərin və salxım-salxım xurmaların arasında arxayınlıqla qalacaqsınızmı? Və siz, dağlardan ustalıqla evlər yonursunuz. Artıq Allahın mühafizəsi altına daxil olun və mənim dediklərimi edin. Və yer üzündə fitnə-fəsad törədən, islah etməyən, həddini aşan o kəslərin əmrinə tabe olmayın.”
153,154 Onlar dedilər ki: “Sən həqiqətən sehrlənmişlərdənsən! Sən də bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir əlamət / nişan göstər.”
155,156 Saleh “Bax bu Yardım Qurumudur, onun yaşaması üçün yardım etmək lazımdır; qazancınızı bir hissəsini onun üçün ayrılmalısınız. Onu yaşadın. Yoxsa böyük bir günün əzabı sizi yaxalayar!” dedi.
157 Buna baxmayaraq onlar Yardım Qurumunun gəlir mənbələrini qurudaraq onu məhv etdilər və peşman bir halda səhəri açdılar.[x]
158 Belə olduqda onları əzab yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır, amma onların çoxu iman etmədilər.
159 Və şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, böyük mərhəmət sahibi həqiqətən sənin Rəbbin Özüdür.
(47/26, Şuəra / 141-159)
Nəcm: 139
160 Lutun qövmü göndərilənləri [elçiləri, xəbərləri] təkzib etdi.
161-166 Bir vaxt qardaşları Lut onlara demişdi ki: “Siz Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı? Şübhəsiz ki, mən sizin üçün etibarlı bir elçiyəm. Gəlin artıq, Allahın mühafizəsi altına daxil olun və mənim dediklərimi edin. Və buna görə mən sizdən heç bir muzd da istəmirəm. Mənim muzdum ancaq aləmlərin Rəbbinə aiddir. Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edərək aləm içində kişilərlə yaxınlıq edirsiniz? Həqiqətən siz həddi aşan bir tayfasınız.”
167 Onlar: “Ey Lut! Əl çəkməsən, mütləq xaric ediləcəksən” dedilər.
168 Lut: “Həqiqətən, mən sizin əməlinizi nifrətlə qarşılayıram” dedi.
169 –Rəbbim! Məni və ailəmi onların işlədikləri əməldən xilas et! –
170-172 Belə olduqda, Biz də onu və ailəsinin hamısını –geridə qalanların arasındakı zavallı zövcə istisna olmaqla– xilas etdik, sonra da qalanların hamısını dəyişikliyə / məhvə məruz qoyduq.
173 Və üstlərinə elə bir yağış yağdırdıq ki! Bax, xəbərdar edilmişlərin yağışı nə yaman imiş!
174 Şübhəsiz ki, bunda bir işarə / nişan var. Amma onların çoxu iman edən deyil.
175 Və şübhəsiz ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, böyük mərhəmət sahibi həqiqətən sənin Rəbbin Özüdür.
(47/26, Şuəra / 160-175)
Nəcm: 140
176 Əykə əhli[xi] göndərilənləri [elçiləri, xəbərləri] təkzib etdi.
177-184 Bir vaxt Şüeyb onlara demişdi ki: “Siz Allahın mühafizəsi altına daxil olmayacaqsınızmı? Şübhəsiz ki, mən sizin üçün etibarlı bir elçiyəm. Bu səbəblə Allahın mühafizəsi altına daxil olun və mənim dediklərimi edin. Buna görə mən sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Ölçüdə düz olun və haqq yeyənlərdən olmayın. Və düzgün tərəzi ilə çəkin. Camaatın mallarını dəyərdən salmayın və yer üzündə fitnə-fəsad törədib xaos yaratmayın. Və sizi və sizdən əvvəlki nəsilləri meydana gətirən Zatın mühafizəsi altına daxil olun.”
185-187 Onlar: “Sən həqiqətən ovsunlanmış birisən. Sən də bizim kimi bir insandan başqa bir şey deyilsən. Biz həqiqətən sənin yalançılardan biri olduğuna əminik. Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə sal!” dedilər.
188 Şüeyb: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir!” dedi.
189 Belə olduqda onu yalançı saydılar və onları o kölgəli gününün əzabı yaxaladı. Şübhəsiz ki, o böyük bir günün əzabı idi.
190 Şübhəsiz, bunda bir işarə / nişan var. Amma onların çoxu iman edən deyil.
191 Və şübhəsiz ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, böyük mərhəmət sahibi həqiqətən sənin Rəbbin Özüdür.
(47/26, Şuəra / 176-191)
Nəcm: 141
192 Və şübhəsiz ki, bu açıq-aşkar kitab, həqiqətən aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
193-195 O açıq-aşkar kitabla, xəbərdarlıq edəsən deyə açıq-aşkar ərəb dili ilə sənin qəlbinə Mötəbər Can [ilahi xəbər, mötəbər məlumat] nazil oldu.
196 Və şübhəsiz, Mötəbər Can [mötəbər məlumat] həqiqətən keçmişdəkilərin kitablarında da var idi.
197 Və İsrail oğullarından olan alimlərin öz kitablarında mötəbər məlumatın varlığını bilməsi, onlar üçün bir işarə / nişan olmadımı?
198,199 Və Biz açıq-aşkar kitabı əcnəbilərdən / ərəbcə bilməyənlərdən birinə nazil etsəydik və o da bunu onlara oxusaydı, onlar buna iman etməyəcəkdilər.
200,201 Beləliklə onu günahkarların qəlblərinə yerləşdirdik. Onlar ağrılı əzabı görməyənədək ona iman etməzlər.
(47/26, Şuəra / 192-201)
Nəcm: 142
202 Bax bu, onlara, özləri fərqində olmadan, qəflətən gələcək.
203 Sonra da onlar: “Bizə möhlət verilibmi?” deyəcəklər.
204 Onlar, Bizim əzabımızı olduqca tezləşdirmək istəyirlərmi?
205-207 Heç görürsənmi / heç fikirləşirsənmi ki, onları illərlə bəhrələndirsək, sonra onlara vəd edilən gün gəlib çatsa, o qazandıqları şeylərin onlara heç bir faydası olmayacaq.
208 Və Biz, yalnızca xəbərdarlıq edilən şəhərləri dəyişikliyə / məhvə məruz qoyduq.
209 Öyüd! Və Biz, haqsızlıq edən deyilik.
210 Və açıq-aşkar, açıqlayan kitabı şeytanlar sənin qəlbinə salmadı.
211 Bu onlara layiq deyil, onlar qadir də deyil.
212 Şübhəsiz, onlar eşitməkdən / vəhydən mütləq surətdə kənarlaşdırılmışlar.
213 O halda qətiyyən Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa əzab görənlərdən olarsan.
214 Və ən yaxın qəbiləni xəbərdar et.
215 Və möminlərdən sənə tabe olan kəslərə qanadını gər.
216 Əgər sənə üsyan etsələr, “Şübhəsiz ki, mən sizin əməllərinizdən tamamilə kənaram!” de.
217-219 Və sən qalxdığın / elçilik vəzifəni yerinə yetirmək üçün meydana çıxdığın və boyun əyib tabe olanların arasında gəzdiyin zaman [işin] əncamını səni görən ən üstün, ən güclü, ən şərəfli, məğlub olması mümkün olmayan / mütləq qalib olan, böyük mərhəmət sahibinə tapşır.
220 Şübhəsiz ki O, ən yaxşı eşidən, ən yaxşı biləndir.
221 Şeytanların kimə nazil olduğunu / kimlərin ağlına müxtəlif şeylər gətirdiyini sizə xəbər verimmi?
222 Şeytanlar, bütün böhtançı günahkarlara nazil olur / onların ağlına müxtəlif şeylər gətirir.
223 Onlar, şayiə buraxar, halbuki onların çoxu yalançıdır.
Nəml 6 –Şübhəsiz, bu Quran isə sənə, qanunlar qoyan və ən yaxşı bilən Allah tərəfindən sənin qəlbinə yeridilməkdədir.–[xii]
224 Və o şairlər ki var, şübhəsiz onlara yoldan çıxmış azğınlar uyar.
225,226 Onların hər vadidə sərgərdan dolaşdıklarını və həqiqətən etmədikləri şeyləri söylədiklərini görmürsənmi / heç fikirləşmirsənmi?
227 Ancaq iman edənlər və yaxşılaşdırmaq qayəsiylə əməl işləyənlər
, Allahı çox yad edənlər və zülmə uğradıqdan özünü müdafiə edənlər müstəsnadır. Haqsızlıq edənlər hansı dönüşə dönəcəklərini tezliklə biləcəklər.
(47/26, Şuəra / 202-223 + 48/27, Nəml / 6 + Şuəra / 224-227)
[i] Bax: 8 nömrǝli qeyd.
[ii] Buradakı “and içǝnlǝr” 6 nömrǝli nǝcmdǝ (2 / 68 Qǝlǝm / 17-33) and içǝnlǝrdir. “Rǝsmi Müshǝf”ǝ görǝ Hicr / 90-93 nömrǝli ayǝlǝr, texniki vǝ semantik baxımdan, olduqları yerǝ aid deyil. Bu ayǝlǝrin ǝslindǝ Şuǝra surǝsinin giriş abzasında olması gǝrǝkdiyini uzun tǝdqiqatlar nǝticǝsindǝ acizanǝ surǝtdǝ müǝyyǝnlǝşdirdik. Ona görǝ dǝ bu ayǝlǝri Şuǝra surǝsinin ilk abzasına yerlǝşdirdik.
[iii] Bax: 107 nömrǝli qeyd.
[iv] Bax: 108 nömrǝli qeyd.
[v] Bax: 109 nömrǝli qeyd.
[vi] Bax: 149 nömrǝli qeyd.
[vii] Burada, Musaya, Nil çayı üstündǝ, daha sonra sökülǝrǝk Firon vǝ ǝsgǝrlǝrinin boğulmasına sǝbǝb olan sǝdlǝr tikmǝsinin vǝhy edildiyi açıqlanır. Bu ayǝlǝrdǝ bildirilir ki, Musaya, bilik vǝ tǝcrübǝsindǝn istifadǝ edǝrǝk Nil çayının üstündǝ sǝdlǝr tikmǝk vǝhy edilmişdir, sonra da su dağ kimi yarılmışdır, yǝni hündür sǝdlǝr tikilmişdir. Elmǝ mǝlum olan ǝn qǝdim sǝd b. e. ǝ. 2900-2750-ci illǝr arasında Nil çayının üstündǝ qurulan, 15 metr hündürlüyündǝ Sǝddül-Kǝfara sǝddidir. Quranın açıqca ifadǝ etdiyinǝ görǝ, barajların sayı birdǝn çoxdur.
Sǝddin dağılması vǝ Fironun boğulma sǝhnǝlǝri “Rǝsmi Müshǝf”ǝ görǝ bu ayǝlǝrdǝ yer almışdır: Duxan / 23-24; Qǝsǝs / 40; Zariyat / 40.
[viii] “Rǝsmi Müshǝf”dǝki 52-67 nömrǝli ayǝlǝrin yer aldığı parçada problem var. Biz buradakı ayǝlǝri “63, 52-56, 60-66, 57-59, 67” ardıcıllığıyla tǝrtib etdik.
[ix] Bax: 21 nömrǝli qeyd.
[x] Burada 155-157 nömrǝli ayǝlǝrin lüğǝvi mǝnası belǝdir:
“O [Saleh]: ‘Bax bu, dişi dǝvǝdir; onun su içmǝk hüququ var, müǝyyǝn bir gündǝ dǝ su içmǝk hüququ sizindir, ona bir pislik etmǝyin, yoxsa böyük bir günün ǝzabı sizi yaxalayar’ dedi. Buna baxmayaraq onlar dǝvǝnin baldırlarını kǝsǝrǝk onu öldürdülǝr vǝ peşman bir halda sǝhǝri açdılar.”
Burada sǝlat vǝ zǝkat qavramları simvolik ifadǝlǝrlǝ izah edilmişdir. 63 nömrǝli qeydǝ baxın.
[xi] Bax: 87 nömrǝli qeyd.
[xii] “Rǝsmi Müshǝf”dǝ Nǝml surǝsinin 6-cı ayǝsi burada 223-224-cü ayǝlǝrin arasına yerlǝşdirilmişdir.
Dipnot:
[i] Bax: 8 nömrǝli qeyd.
[ii] Buradakı “and içǝnlǝr” 6 nömrǝli nǝcmdǝ (2 / 68 Qǝlǝm / 17-33) and içǝnlǝrdir. “Rǝsmi Müshǝf”ǝ görǝ Hicr / 90-93 nömrǝli ayǝlǝr, texniki vǝ semantik baxımdan, olduqları yerǝ aid deyil. Bu ayǝlǝrin ǝslindǝ Şuǝra surǝsinin giriş abzasında olması gǝrǝkdiyini uzun tǝdqiqatlar nǝticǝsindǝ acizanǝ surǝtdǝ müǝyyǝnlǝşdirdik. Ona görǝ dǝ bu ayǝlǝri Şuǝra surǝsinin ilk abzasına yerlǝşdirdik.
[iii] Bax: 107 nömrǝli qeyd.
[iv] Bax: 108 nömrǝli qeyd.
[v] Bax: 109 nömrǝli qeyd.
[vi] Bax: 149 nömrǝli qeyd.
[vii] Burada, Musaya, Nil çayı üstündǝ, daha sonra sökülǝrǝk Firon vǝ ǝsgǝrlǝrinin boğulmasına sǝbǝb olan sǝdlǝr tikmǝsinin vǝhy edildiyi açıqlanır. Bu ayǝlǝrdǝ bildirilir ki, Musaya, bilik vǝ tǝcrübǝsindǝn istifadǝ edǝrǝk Nil çayının üstündǝ sǝdlǝr tikmǝk vǝhy edilmişdir, sonra da su dağ kimi yarılmışdır, yǝni hündür sǝdlǝr tikilmişdir. Elmǝ mǝlum olan ǝn qǝdim sǝd b. e. ǝ. 2900-2750-ci illǝr arasında Nil çayının üstündǝ qurulan, 15 metr hündürlüyündǝ Sǝddül-Kǝfara sǝddidir. Quranın açıqca ifadǝ etdiyinǝ görǝ, barajların sayı birdǝn çoxdur.
Sǝddin dağılması vǝ Fironun boğulma sǝhnǝlǝri “Rǝsmi Müshǝf”ǝ görǝ bu ayǝlǝrdǝ yer almışdır: Duxan / 23-24; Qǝsǝs / 40; Zariyat / 40.
[viii] “Rǝsmi Müshǝf”dǝki 52-67 nömrǝli ayǝlǝrin yer aldığı parçada problem var. Biz buradakı ayǝlǝri “63, 52-56, 60-66, 57-59, 67” ardıcıllığıyla tǝrtib etdik.
[ix] Bax: 21 nömrǝli qeyd.
[x] Burada 155-157 nömrǝli ayǝlǝrin lüğǝvi mǝnası belǝdir:
“O [Saleh]: ‘Bax bu, dişi dǝvǝdir; onun su içmǝk hüququ var, müǝyyǝn bir gündǝ dǝ su içmǝk hüququ sizindir, ona bir pislik etmǝyin, yoxsa böyük bir günün ǝzabı sizi yaxalayar’ dedi. Buna baxmayaraq onlar dǝvǝnin baldırlarını kǝsǝrǝk onu öldürdülǝr vǝ peşman bir halda sǝhǝri açdılar.”
Burada sǝlat vǝ zǝkat qavramları simvolik ifadǝlǝrlǝ izah edilmişdir. 63 nömrǝli qeydǝ baxın.
[xi] Bax: 87 nömrǝli qeyd.
[xii] “Rǝsmi Müshǝf”dǝ Nǝml surǝsinin 6-cı ayǝsi burada 223-224-cü ayǝlǝrin arasına yerlǝşdirilmişdir.