ŞURA SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

ŞURA SURƏSİ

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 250

1,2 Ha / 8, Mim / 40, Eyn / 70, Sin / 60, Qaf / 100.[i]

3 En üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olan, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edən Allah, sənə və səndən əvvəlkilərə bax belə vəhy edər.

4 Göylərdə və yerdə olan şeylər yalnız Ona məxsusdur. O, çox ucadır, çox böyükdür.

5 Göylər, üstündən az qalsın çatlayacaq. Bütün güclər, Rəbbinin tərifi ilə birlikdə Onu nöqsan sifətlərdən pak tuturlar və yer üzündə olan kəslər üçün əfv diləyirlər. Gözünüzü açın! Şübhəsiz ki, Allah çox bağışlayandır, çox rəhm edəndir.

6 Və Onun altındakılardan [özlərinə] köməkçi, yol göstərən, himayəçi yaxınlar qəbul edən kəslər; Allah onların üstündə, etdiklərini qeydə almaqdadır. Və sən onlar üçün, canlı-cansız bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək tətbiq edən biri deyilsən.

7 Bax beləcə Biz, şəhərlərin anasına və onun kənarındakı kəslərə xəbərdarlıq edəsən deyə və heç bir şübhə olmayan toplanma günü barəsində xəbər verəsən deyə sənə ərəbcə bir Quran vəhy etdik. Bir dəstə cənnətdədir, bir dəstə də cəhənnəmdədir.

8 Və əgər Allah istəsəydi, əlbəttə onları başçısı olan vahid bir tayfa edərdi. Lakin O, istəyəni Öz mərhəmətinə daxil edər. Şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün bir himayəçi, yol göstərən yaxın və bir köməkçi yoxdur.

9 Yoxsa Onun altındakılardan köməkçilər, yol göstərənlər, himayəçi yaxınlarmı qəbul edirlər? Bax Allah, köməkçi, yol göstərən, himayəçi yaxın məhz Özüdür. Və O, ölüləri dirildir və O, hər şeyə qadirdir.

11 O, göyləri və yerin yoxdan yaradandır / parçalayandır. O sizin üçün özünüzdən zövcələr və heyvanlardan cütlər yaratmışdır. O, sizi bu nizam daxilində artırır və yayır. Onun bənzəri olan heç bir şey yoxdur. Və O, ən yaxşı eşidəndir, ən yaxşı görəndir.

12 Göylərin və yer üzünün kilidləri yalnız Ona məxsusdur. O, dilədiyi kimsənin ruzisini artırar və nizamlayar. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı biləndir.

13 Allah, dindən Nuha öhdəlik olaraq verdiyi şeyi, sənə vəhy etdiyimizi,  İbrahimə, Musaya, və İsaya öhdəlik olaraq verdiyimiz şeyi həyat yolu [qanun] etdi: “Dini həyata keçirin, yaşadın və onda ixtilafa düşməyin.” Sənin onları dəvət etdiyin şey, şərik qoşan kəslərə ağır gəldi. Allah istədiyini Özünə seçər və ürəkdən yönələni də dəvət edilən o şeyə yönəldər.

14 Və onlar, ancaq özlərinə xəbər gəldikdən sonra aralarındakı azğınlıq üzündən ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən “müəyyən bir müddətin sonuna qədər” söz verilməsəydi, aralarında həqiqətən [hökm] həyata keçirilərdi. Və şübhəsiz ki, onlardan sonra Kitaba varis edilən kəslər, Qurandan həqiqətən tərəddüdə aparan bir qəti olmayan, qeyri-kafi məlumat içindədirlər.

15,10 Bax buna görə sən, dəvət et və sənə əmr edildiyi kimi doğru ol. Onların boş müvəqqəti arzularına uyma və de ki: “Mən, Allahın nazil etdiyi kitaba inandım və mənə, aranızda ədaləti bərqərar etmək vəzifəsi əmr edildi. Allah, bizim Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz yalnız bizə, sizin əməlləriniz də yalnız sizə aiddir. Sizinlə bizim aramızda heç bir dəlilə yer yoxdur. Allah, bizi bir araya toplayacaq. Dönüş də yalnız Onadır. Və haqqında ixtilafa düşdüyünüz hər hansı bir şey [varsa]; artıq onun hökmü yalnız Allaha aiddir. Bax budur mənim Rəbbim Allah. Mən, yalnız Ona işin nəticəsini tapşırdım və mən, yalnız Ona üz tuturam.”[ii]

(62/42, Şura / 1-9, 11-15, 10)

 

Nəcm: 251

16 Və ona cavab verildikdən sonra Allah haqqında mübahisə edənlər [ki var]; onların dəlilləri Rəbbinin yanında batil olmuşdur. Və onların üstünə bir qəzəb var, şiddətli əzab da onlar üçündür.

17 Allah, bu kitabı və tərəzini / ölçünü haqq olaraq endirəndir. Və sən nə bilirsən, bəlkə də o qiyamətin qopma zamanı çox yaxındır!

18 Ona inanmayan kəslər qiyamətin tez gəlməsini istəyirlər. İnananlar isə onun qorxusundan əsirlər və onun həqiqət olduğunu bilirlər. Yaxşı bilin ki, qiyamətin qopma zamanı barəsində mübahisə edənlər həqiqətən geri dönüşü olmayan bir azğınlıq içindədirlər.

19 Allah qullarına çox nemət verəndir. Dilədiyinə / diləyənə ruzi verər. Və O, hər şeyə qadirdir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan / mütləq qalib olandır.

20 Her kim axirət əkinini istəsə, Biz onun əkinini onun üçün artırarıq. Və hər kim dünya tarlasını istəsə, ona da ondan verərik. Və onun üçün axirətdə heç bir pay yoxdur.

(62/42, Şura / 16-20)

 

Nəcm: 252

21 Yoxsa onların, Allahın dində izin vermədiyi bir şeye onlar üçün izin verən şərikləri var? Əgər verilmiş söz[iii] olmasaydı, aralarında həqiqətən işləri bitirilərdi. Və şübhəsiz ki, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər üçün ağrılı bir əzab var.

22 Onlar üçün gerçək olduqda, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən o kəslərin qazandıqları şeylər səbəbindən tir-tir titrədiklərini görərsən. İman etmiş, sahmana salmaq qayəsi ilə əməl işləmiş kəslər də cənnət bağçalarında olacaqlar. Rəbbinin yanında onlar üçün istədikləri şeylər var. Bax bu, böyük lütfün elə özüdür.

23 Bax bu, Allahın, iman edən, yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən bəndələrinə müjdəsini verdiyi şeydir. –De ki: “Mən bu təbliğim müqabilində sizdən yaxınlıqda [qohumluqda] məhəbbətdən başqa heç bir mükafat istəmirəm.”– Və hər kim bir yaxşı-gözəl əməl işləsə

, Biz onun üçün o əməlin yaxşılığını-gözəlliyini artırarıq. Şübhəsiz ki, Allah çox bağışlayandır, əvəzini verəndir.

24 Yaxud da onlar, “Allaha qarşı yalan uydurdu!” deyirlər? Əgər Allah istəsə, sənin də qəlbini möhürləyər; batili məhv edər və sözləri ilə haqqı gerçəkləşdirər. Şübhəsiz ki, O, sinələrdə olan şeyləri çox yaxşı biləndir.

(62/42, Şura / 21-24)

 

Nəcm: 253

25 Və O, qullarının tövbəsini qəbul edir, pislikləri bağışlayır və sizin etdiyiniz şeyləri bilir.

26 Və O, iman edən və yaxşılaşdırmaq qayəsi ilə əməl işləyən kəslərə [onların duasına] cavab verir və onlara daha çox nemət verir. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlər] üçün isə, şiddətli bir əzab var.

27 Və əgər Allah ruzini qullarına yaysaydı / döşəsəydi [bolluca ruzi versəydi], həqiqətən yer üzündə həddi aşardılar. Lakin Allah istədiyini müəyyən bir ölçü daxilində endirir. Şübhəsiz ki, O, bəndələrindən ən çox xəbərdar olandır, ən yaxşı görəndir.

28 Və O, insanlar ümidlərini kəsdikdən sonra yağış endirən və Öz rəhmətini yayandır. Və O, təriflənməyə layiq olandır, köməkçi, yol göstərən, himayəçi yaxın Odur.

29 Və göylərin, yer üzünün yaradılması və göylərdə və yerdə hər dabbədən / canlıdan törədib yayması, Onun işarətlərindən / nişanələrindəndir. Və O, dilədiyi zaman onların hamısını toplamağa qadirdir.

30 Və sizə üz verən müsibətlər, öz əllərinizlə qazandıqlarınıza görədir. O da çoxunu bağışlayır.

31 Və siz yer üzündə aciz qoya bilənlər deyilsiniz. Və sizin, Allahın altındakılardan bir yaxınınız yoxdur, köməkçiniz də yoxdur.

32-35 Denizde dağlar kimi axıb gedənlər də Onun işarətlərindən / nişanələrindəndir. Əgər O istəsə, küləyi dayandırar və gedən gəmilər dənizin üstündə dayanıb qalar. Şübhəsiz ki, bunda çox səbr edən və özünə verilən nemətlərin əvəzini çox ödəyən hər kəs üçün nə qədər işarətlər / nişanələr vardır. Yaxud Allah, onların qazandıqları şeylər səbəbiylə o gəmiləri dəyişikliyə / məhvə məruz qoyar. Bir çoxunu da bağışlayar. Və ayələrimiz / işarətlərimiz / nişanələrimiz barəsində mübahisə edənlər, özləri üçün qaçıb can qurtarmağa bir yer olmadığını bilirlər.

36-39 Sizə verilən hər hansı bir şey, bəsit dünya həyatının qazancıdır. Yalnız dünya həyatının müvəqqəti bir mənfəətidir. Allah yanında olanlar [nemətlər, mükafatlar] isə; iman etmiş və işin nəticəsini yalnız Rəbbinə tapşıran kəslər üçün, günahın böyüklərindən və həyasızlıqdan qaçınan və qəzəbləndikləri zaman bağışlayan kəslər üçün, Rəbbinin dəvətinə cavab verən, səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə  qurumlarını meydana gətirən-yaşadan], işləri də öz aralarında Şura etməkdən; “işin ən yaxşı tərəfini birgə axtarıb tapmaqdan” ibarət olan, onlara ruzi olaraq verdiyimiz şeylərdən Allah yolunda xərcləyən / başda yaxınları olmaq üzrə başqalarının ehtiyacını təmin edən kəslər üçün və bir haqsızlığa və hücuma məruz qaldıqlarında bir-birləriylə köməkləşən / intiqam alan kəslər üçün daha xeyirli və daha baqidir.

(62/42, Şura / 25-39)

 

Nəcm: 254

40 Və bir pisliyin cəzası onun kimi bir pislikdir. Amma kim bağışlasa və yoluna qoysa, artıq onun əcri Allaha aiddir. Şübhəsiz ki, O, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri sevməz.

41 Kim də haqsızlığa məruz qaldıqdan sonra haqqını alsa, bax onların əleyhinə bir yol yoxdur.

42 Yol ancaq, insanlara haqsızlıq edən və yer üzündə haqsız yerə azğınlıq edən kəslər əleyhinədir. Bax onlar üçün ağrılı bir əzab var.

43 Hər kim də səbr etsə və qüsuru bağışlasa, şübhəsiz bu, həqiqətən əzmkarlıqdır.

44 Və Allah hər kimi azdırsa, artıq bundan sonra onun üçün heç bir köməkçi, yol göstərən, himayəçi yaxın yoxdur. Və sən, əzabı gördükdə şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənləri: “Geri dönüş yerinə bir yol vardırmı?” deyən görəcəksən.

45 Və sən, onların zillətdən başları önə əyilmiş, göz ucuyla gizli-gizli ətrafa baxarkən atəşə sürükləndiklərini görəcəksən. İman etmiş kəslər də: “Şübhəsiz ki, ziyana uğrayanlar, özlərini və ailələrini, yaxınlarını qiyamət günü ziyana uğradan kəslərdir” deyəcəklər. Gözünüzü açın! Şübhəsiz ki, şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyənlər daimi bir əzab içərisindədirlər.

46 Onlar üçün Allahın altındakılardan onlara kömək edəcək heç bir köməkçi, yol göstərən, himayəçi yaxın yoxdur. Allah kimi azdırsa, artıq onun üçün hər hansı bir yol yoxdur.

47 Allah tərəfindən qayıdışı olmayan, geri qaytarılması mümkün olmayan gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışlarına cavab verin. O gün, sizin üçün sığınacaq bir yer yoxdur, sizin üçün tanımayacaq [inkar edəcək] vəziyyətə gətirmək / tanınmamaq [inkar etmək imkanı] da yoxdur.

48 Buna baxmayaraq əgər onlar üz döndərirlərsə, bilsinlər ki, Biz, səni onlar üçün bir keşikçi olaraq göndərməmişik. Sənə düşən yalnız təbliğdir. Və Biz, şübhəsiz ki, insana Öz dərgahımızdan bir mərhəmət daddırsaq, ona sevindi; [öz] əlləriylə işlədikləri üzündən onlara bir pislik dəysə, o zaman görərsən ki, şübhəsiz ki, o insan çox nankordur.

(62/42, Şura / 40-48)

 

Nəcm: 255

49,50 Göylərin və yer üzünün hökmranlığı ancaq Allaha məxsusdur. O, istədiyini əmələ gətirər, istədiyinə qız uşağı bəxş edər, istədiyinə də oğlan uşağı bəxş edər. Yaxud Allah onları oğlan və qız olmaq üzrə bir yerə yığar. O, istədiyini də sonsuz edər. Şübhəsiz ki, O, ən yaxşı biləndir, çox güclü olandır.

51 Və bir vəhy[iv] ilə və ya pərdə arxasından yaxud bir elçi göndərib icazəsiylə / məlumatı daxilində istədiyini vəhy etməsi xaricində Allahın bir bəşərə söz söyləməsi olmaz. Şübhəsiz ki, O, çox uca və ucaldandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan / möhkəm edəndir.

52,53 Bax beləcə Biz, sənə də Öz əmrimizdən / Öz işimizdən olan ruhu / Quranı vəhy etdik. Sən, kitab nədir, iman nədir bilməzdin. Lakin Biz onu, bəndələrimizdən dilədiyimizi yönləndirdiyimiz bir nur / işıq etdik. Heç şübhəsiz, sən də doğru bir yola; göylərdə və yerdə olanların sahibi olan Allahın yoluna bələdçilik etməkdəsən. Gözünüzü açın, bütün işlər yalnız Allaha qayıdar.

(62/42, Şura / 49-53)

Dipnot:

[i] Bax: 8 nömrǝli qeyd.

[ii] “Rǝsmi Müshǝf”dǝki 10-cu ayǝ texniki vǝ semantik baxımdan 15-ci ayǝdǝn sonra verilmişdir.

[iii] Bax: 200 nömrǝli qeyd.

[iv] Bax: 54 nömrǝli qeyd.

Paylaş