TƏKVİR SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

TƏKVİR SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 18

1 Günəş qatlanıb büküləndə,

2 Ulduzlar bulananda,

3 Dağlar hərəkətə gətiriləndə,

4 Mənfəətlər və ən yaxşı gəlir mənbələri32 işə yaramayanda,

5 Canlılar öz xilqətlərini itirəndə,33

6 Dənizlər qaynadılanda,

7 İnsanlar etiqadına və əməllərinə görə qrup-qrup bölünəndə,34

8,9 Zar-zar zarıldadılanlardan,35 hansı günahlarına görə öldürüldükləri / həyatlarının məhv edildiyi soruşulanda,

10 Əməl dəftərləri açılıb yayılanda,

11 Göy siyrilərək açılanda,

12 Cəhənnəm alovlandırılanda,

13,14 Və cənət yaxınlaşdırılanda hər kəs nə tədarük etdiyini biləcək.

(7 / 81, Təkvir / 1-14)

Nəcm: 19

15-21 Quranı eşitməmək üçün gizlənənlərin, qaçanların halını, həqiqəti ört-basdır etməyin – cəhalətin gedişini, aydınlığın – yetkinliyin gəlişini36 sübut gətirirəm ki, həqiqətən bu, qüvvətli, ərşin / ən uca taxtın37 sahibinin yanında böyük qiyməti olan, itaət edilən, etibarlı, dəyərli bir elçinin sözüdür.38

22 Dostunuz gizli güclər tərəfindən dəstəklənən / dəlil olan bir insan deyil.

23 And olsun ki O, gördüklərini kendisi açıq-aşkar üfüqdə iken; qəlbi tərəddüd etmədən, gözü yanılmadan və həddi aşmadan gördü.

24 O, heç kəsin görmədiyi, eşitmədiyi, duymadığı, ona verilən vəhylər barəsində xəsis deyildir.

25 Bu, onun öz düşüncə qabiliyyətinin məhsulu olan bir söz də39 deyil.

26 Belə isə, hara gedirsiniz?

27-28 Bu, aləmlər üçün, sizlərdən doğru yolda olmaq istəyənlər üçün nəsihətdən başqa bir şey deyil.

29 Aləmlərin Rəbbi olan Allah sizin düşünməyinizi, öyüd almağınızı istəməsə, siz istəyə bilməzsiniz.

(7 / 81, Təkvir / 15-29)

Dipnot:

[i] Ayǝnin orjinalındakı sözlǝrin hǝqiqi mǝnası belǝdir: “on aylıq boylu dǝvǝlǝr qiymǝtsiz olanda”. “On aylıq boylu dǝvǝ” bugünkü ferma, mǝdǝn, iş mǝrkǝzi vǝ sair şeylǝr kimi, o dövrdǝ insanlara mǝnfǝǝt verǝn, onların sahib olduqları ǝn yaxşı gǝlir mǝnbǝlǝrini ifadǝ edir.

[ii] Ayǝnin orjinalındakı sözlǝrin hǝqiqi mǝnası belǝdir: “vǝhşi heyvanlar bir yerǝ yığışanda”. Qiyamǝtin dǝhşǝti qarşısında vǝhşi heyvanların belǝ qoyun-quzu kimi bir yerǝ yığışacaqları, yǝni öz xilqǝtlǝrini itirǝcǝklǝri bu ifadǝ ilǝ izah edilmişdir.

[iii] Ayǝnin orjinalındakı sözlǝrin hǝqiqi mǝnası belǝdir: “nǝfslǝr qoşalaşdırılanda”. Vǝqiǝ surǝsinin 7-ci ayǝsinǝ (Nǝcm 127) görǝ, buradakı qoşalaşdırma, insanların öz aralarında “sağın ǝhli, solun ǝhli vǝ önǝ keçǝnlǝr” olaraq toplanıb qruplaşdırılmasıdır.

[iv] Ayǝdǝki izal-mev’udǝti suilǝt ifadǝsi çox vaxt belǝ tǝrcümǝ edilir: “diri-diri torpağa basdırılan qızdan soruşulanda”. Halbuki bu tǝrcümǝ, ayǝnin mǝnasını daraltmaq demǝkdir. İfadǝnin ǝsl mǝnasında isǝ “tǝzyiq vǝ ǝziyyǝt nǝticǝsindǝ imkanları mǝhdudlaşdırılan, tǝhsil vǝ tǝlimdǝn, iş imkanından mǝhrum edilǝn, bu sǝbǝbdǝn ötrü çǝtin, sǝviyyǝsiz bir ömür yaşamaq mǝcburiyyǝtindǝ qalan, ömrü ah-vay ilǝ, inildǝmǝklǝ keçǝn qızlar, oğlanlar vǝ bütün yetişkinlǝr” nǝzǝrdǝ tutulmuşdur.

[v] Ayǝnin orjinalındakı ifadǝlǝrin hǝqiqi mǝnası belǝdir: “İndi o gizlǝnǝnlǝrǝ, yuvasına axıb gedǝnlǝrǝ, yönǝlǝndǝ gecǝyǝ, nǝfǝsini dǝrǝndǝ sǝhǝrǝ and içirǝm ki”. Biz, mǝcazi mǝnalarına üstünlük verdik.

[vi] Ərş “ǝn böyük, ǝn uca mǝqam / taxt” demǝkdir. Quranda 26 dǝfǝ işlǝdilmişdir. Bunlardan dördü Nǝml surǝsindǝ Sǝba mǝlǝkǝsinin taxtı, biri Yusuf surǝsinfǝ Yusuf peyğǝmbǝrin taxtı olmaqla, bǝndǝlǝr üçün istifadǝ edilmişdir. 21 yerdǝ ise mǝcazi olaraq Allahın taxtından bǝhs edilmişdir.

Burada ǝrşin mǝcazi olaraq Allaha mǝxsus olduğunun göstǝrilmǝsi, Allahın ǝn uca mǝqam sahibi olduğunu, Ondan üstün bir idarǝçi olmadığını bildirmǝk mǝqsǝdini güdür.

[vii] Elçinin sözü “Elçi tǝrǝfindǝn, ǝskildilib-artırılmadan, özündǝn bir şey ǝlavǝ edilmǝdǝn tǝbliğ edilǝn, onu elçi kimi göndǝrǝnin sözü” kimi başa düşülmǝlidir.

[viii] Ayǝnin orjinalındakı ifadǝ belǝdir: “bu, qovulmuş şeytanın sözü deyil”. Şeytan sözünün lüğǝt mǝnası “haqdan uzaq olan” demǝkdir. Qavram olaraq “haqqa vǝ ağla zidd hǝrǝkǝt edǝn bütün şǝxslǝrin, güclǝrin vǝ qurumların ümumi vǝ xarakteristik adı” kimi qǝbul edilmǝlidir.

Şeytanın kim yaxud nǝ ola bilǝcǝyi, xüsusiyyǝtlǝri Quranda tǝfsilatı ilǝ mövcuddur. Qurana görǝ şeytan: a) haram yemǝyi, haqsız qazanc ǝldǝ etmǝyi tǝklif / ǝmr edǝn; b) pislik, hǝyasızlıq etmǝyi, Allaha qarşı bilmǝdiyimiz şeylǝri söylǝmǝyi bizǝ tǝlqin edǝn; c) bizi yoxsulluqla qorxudan; d) bizim vǝhmǝ qapılmağımıza sǝbǝb olan; e) Allahın yaratdıqlarını dǝyişdirmǝyi bizǝ ǝmr edǝn; f) yoldan çıxarmaq mǝqsǝdi ilǝ bizǝ bǝr-bǝzǝkli sözlǝr pıçıldayan; g) bizǝ vǝsvǝsǝ verǝn, zehnimizi qarışdıran; h) işlǝdiyimiz ǝmǝllǝrlǝ bizi şıltaqlaşdıran; i) bizi yoldan azdıran; j) içki / narkotik vasitǝ vǝ qumar vasitǝsiylǝ insanların arasına düşmǝnçilik vǝ kin salmaq istǝyǝn; k) bizi Allahı yada salmaq vǝ Ona bǝndǝlik etmǝkdǝn geri qoymaq istǝyǝn şǝxslǝr vǝ güclǝrdir.

“Qovulmuş şeytan”, “inadkar şeytan” ifadǝlǝri dǝ Quranda “İblis” barǝsindǝ işlǝdilmişdir. “İblis” isǝ “insanın düşüncǝ qabiliyyǝti”dir. Quranda İblis – gözǝ görünmǝyǝn, insanın zehninǝ vǝsvǝsǝ verǝn; xam fikirlǝr meydana gǝtirǝn, insanlara onların ǝtraflarından yaxınlaşan, tǝsir nǝticǝsindǝ fǝaliyyǝtǝ keçǝn, tǝsirsiz sahǝlǝrdǝ fǝaliyyǝt göstǝrmǝyǝn, canlılardan sadǝcǝ insanda olan, insana tabe olmayan, enerjidǝn yaradılmış bir güc, qabiliyyǝt şǝklindǝ tǝrif edilmişdir. Quranda bu qabiliyyǝt müşǝxxǝs formada işlǝdilmişdir. Daha ǝtraflı mǝlumat üçün “Tǝbyinül-Quran”a baxa bilǝrsiniz.

Paylaş