TARİQ SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

TARİQ SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 59

1-4 Alimlər və Tariq; dəlib keçən Quran ayələri bölüyü şahiddir ki, həqiqətən mənliyini tamamlamış hər varlığın üzərində müəyyən mühafizəçilər var.79

5 Elə isə, insan nədən əmələ gətirildiyinə bir baxsın;

6,7 onurğa ilə köks sümükləri arasından çıxan, atıcı / püskürdücü bir sudan; “estrogen” və “testosteron”dan başlayaraq əmələ gətirildi.

8,9 Şübhəsiz ki, o Yaradan, bütün sirlərin aşkar olacağı gündə, onu geri qaytarmağa qadirdir.

10 Artıq onun üçün nə hər hansı bir qüvvə, nə də hə hansı bir köməkçi var.

11-14 Öldükdən sonra diriləcəyinə inanan alimlərin, cahil, etiqadsız kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] halı sübutdur ki, o, həqiqətən ayırd edən bir qərardır. Və o əyləncə deyildir.80

15 Həqiqətən onlar, elə hey hiylə qururlar.

16 Mən də onları cəzalandıraram.81

17 Elə isə sən kafirlərə [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərə] möhlət ver, onlara bir azcıq vaxt ver.

(36 / 86, Tariq / 1-17)

Dipnot:

[i] Ayǝdǝki sözlǝrin hǝqiqi mǝnaları belǝdir: “Göyǝ vǝ Tariqǝ and olsun ki, –Tariqin nǝ olduğunu sǝn nǝ bilirsǝn? (O,) dǝlib keçǝn nǝcmdir.– Elǝ bir nǝfs yoxdur ki, onun üstündǝ müǝyyǝn mühafizǝçilǝr olmasın [hǝr bir insanın üstündǝ mütlǝq müǝyyǝn mühafizǝçilǝr var].” Biz burada mǝcazi mǝnalarına üstünlük verdik.

Ayǝdǝ nǝzǝrdǝ tutulan mühafizǝçilǝr isǝ “insan orqanizmindǝki immunitet, endokrin sistemi vǝ beyindǝki diqqǝt funksiyası kimi zehni funksiyalardır”.

[ii] Ayǝdǝki sözlǝrin hǝqiqi mǝnaları belǝdir: “Dönüşün sahibi sǝmaya, yarılıb çatlayan yerǝ and olsun ki, şübhǝsiz, o, ayırd edǝn bir qǝrardır. Vǝ o, ǝylǝncǝ deyildir.” Biz mealda mǝcazi mǝnalarını tǝqdim etdik.

[iii] Allah heç kimǝ hiylǝ qurmaz. Bǝlağǝt elmindǝ müşakilǝ adı verilǝn bu ifadǝ şǝkli

, digǝr dillǝrdǝ dǝ mövcuddur. Müşakilǝ sǝnǝti “bir-birinǝ zidd iki şeydǝn birinin, digǝrinin adıyla adlandırılması”, yaxud “birinin dediyi sözün, başqa biri tǝrǝfindǝn, birinci şǝxsin işlǝtdiyinin ziddi olan bir mǝnada işlǝdilmǝsi” kimi tǝrif edilir. Mǝsǝlǝn, ǝrǝbcǝdǝ belǝ bir tǝhdid ibarǝsi mövcuddur: “Bizǝ qarşı bir cahillik etmǝkdǝn saqının, yoxsa biz dǝ sizǝ cahillik edǝrik.” Burada ikinci cahillik sözü, ǝslindǝ “sizǝ cǝza verǝrik, sizǝ bir pislik edǝrik” mǝnasına gǝlmǝkdǝdir. Dilimizdǝ dǝ buna oxşar ibarǝlǝr var. Mǝsǝlǝn: “Sǝn mǝni mǝyus etsǝn, mǝn dǝ sǝni mǝyus edǝrǝm.” Buradaki ikinci mǝyus etmǝk sözü dǝ ǝslindǝ “cǝzalandırmaq” mǝnasına gǝlir. Misallardan da görüldüyü kimi, işlǝnǝ ǝmǝl [günah] ilǝ bu ǝmǝlin ǝvǝzi [cǝza] eyni sözlǝ ifadǝ edilir. Quranda buna bir çox misal var: Şura / 40; Hǝşr / 19; Ali-İmran / 54; Sǝcdǝ / 14; Nisa / 142; Nǝml / 50; İbrahim / 46; Ənfal / 30.

Ona görǝ dǝ, Allahın hiylǝ qurduğu deyilǝn ayǝdǝ, ǝslindǝ hiylǝ quranların Allah tǝrǝfindǝn cǝzalandırılacağı, bu ayǝdǝki xǝbǝrdarlıq nǝticǝsindǝ onların hiylǝsinǝ qarşı mömünlǝrin tǝdbir görǝcǝyi vǝ Allahın kömǝyi ilǝ görülǝn bu tǝdbir nǝticǝsindǝ müşriklǝrin bütün hiylǝlǝrinin puç olacağı ifadǝ edilmişdir. Hǝqiqǝtdǝ dǝ belǝ olmuş vǝ müşriklǝrin mane olmağa çalışdığı aydınlıq get-gedǝ yayılmışdır.

Paylaş