ZARİYAT SURƏSİ
MƏKKƏ DÖVRÜ

Paylaş

ZARİYAT SURƏSİ

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 281

1-6 O sovurub dağıdanlar, arxasından ağırlığı daşıyanlar, sonra asanlıqla axanlar, sonra da bir əmri paylaşdıranlar[i] dəlildir ki, şübhəsiz, təhdid olunduğunuz o şey, mütləq doğrudur. Şübhəsiz, edilənlərin əvəzinin verilməsi də mütləq gerçəkləşəcək.

7-9 Gözəl yollara sahib olan alimlər[ii] dəlildir ki, şübhəsiz ki, sizin qərarlarınız həqiqətən müxtəlifdir. Müxtəlif qərardan çevrilən kəs, çevrilər.

(67/51, Zariyat / 1-9)

 

Nəcm: 282

10-12 Məh voldu bir sərxoşluq və şüursuzluq içində olan, “Din günü nə vaxtdır?” deyən o həddindən artıq yalançılar!

13,14 O gün, atəşdə / cəhənnəmdə ağılları başlarına gətiriləcək: “Dadın öz-özünüzün atəşdə əriməyinizi! Bax bu, sizin tez gəlib çatmasını istədiyiniz şeydir!”

15-21 Şübhəsiz, Allahın mühafizəsi altına daxil olan kəslər, Rəbbinin onlara verdiyini almış olaraq bağçalarda və çeşmələr başında olacaqlar. Şübhəsiz ki, onlar, bundan əvvəl yaxşı-gözəl əməl işləyənlər idilər. Onlar gecələr çox az yatırdılar. Onlar, səhərlər əfv diləyirdilər və onların mallarında istəyən və istəməyən üçün bir haqq və heç tərəddüdsüz, yəqinliklə inanacaqlar üçün yer üzündə və sizin öz daxilinizdə neçə-neçə işarət / nişanə var idi. Hələ də görmürsünüz?

  1. Və sizin ruziniz / sizə ruzi verən, sizə vəd olunan şeylər göydədir.

23 Elə isə göy və yer üzünün Rəbbinə and olsun ki, sizə edilən o vəd, mütləq, eynilə sizin danışmağınız kimi həqiqətdir.

(67/51, Zariyat, 10-23)

 

Nəcm: 283

24 İbrahimin möhtərəm qonaqlarının xəbəri sənə gəlib çatdımı?

25 O vaxt onlar  İbrahimin yanına gəlikdə “Salam!” demişdilər. İbrahim: “Salam, qeyri-adi, şəxsiyyəti müəyyən olmayan kəslər!” dedi.

26 İbrahim, sonra ailəsinin yanına getdi və qızıl[iii] ilə qayıtdı.

27 Sonra qızılı onlara yaxınlaşdırdı: “Nəsiblənmək istəmirsinizmi?” dedi.

28 Sonra onlardan çəkindi. Onlar: “Qorxma!” dedilər və onu çox bilikli bir oğul müjdəsi verdilər.

29 Belə olduqda arvadı qışqıraraq qabağa çıxdı və əlini üzünə vuraraq: “Bir bəxtsiz, bir sonsuz!” dedi.

30 Qonaqlar: “Rəbbin belə buyurdu. Şübhəsiz ki, Rəbbin, haqsızlıq və qarışıqlığa yol verməmək üçün qoyulmuş qanun, düstur və qaydaları qoyandır. Ən yaxşı biləndir” dedilər.

31 Belə olduqda, İbrahim: “Sizin vacib işiniz nədir, ey elçilər?” dedi.

32-34 Elçiler: “Şübhəsiz ki, biz, Rəbbinin yanından, həddi aşanlar üçün işarələnmiş, palçıqdan bişirilmiş möhkəm daşları üstlərinə yağdırmaq üçün günahkar bir qövmə göndərilmişik” dedilər.

35 Bundan sonra Biz, möminlərdən orada olan kəsləri çıxartdıq.

36 Fəqət Biz orada bir evdən başqa müsəlman tapmadıq.

37 Və Biz orada ağrılı bir əzabdan qorxan kimsələr üçün bir işarət / nişanə qoyduq.

38,39 Musada da işarətlər / nişanələr vardır. Bir zaman Biz onu açıq-aşkar bir dəlillə Firona göndərdik, ancaq Firon ordusu, bütün gücü [güc mənbələri] ilə birgə üz döndərdi. Və “Bu, bir sehrbazdır, hətta gizli gücləri olan / dəli biridir” dedi.

40 Sonra da Biz, onu və ordularını yaxaladıq və onları bol suya / çaya atdıq. O isə məzəmmət edilən / qınayan biridir.

41,42 Ad [qövmündə] də işarətlər / nişanələr vardır. Bir zaman Biz onların üstünə, dəydiyi heç bir şeyi [salamat] qoymayan

Heinänuha tiedotus

, onu kül kimi edən, qısır qoyan bir külək göndərdik.

43,44 Səmud [qövmündə] də işarətlər / nişanələr vardır. Bir zaman onlara: “Hələ ki, bir müddət bəhrələnin!” deyilmişdi. Sonra onlar Rəbbinin əmrindən çıxdılar və onları, gözləri baxa-baxa ildırım yaxaladı.

45 Artıq, onlar özlərini ayağa qaldıracaq hər hansı bir gücə sahib olmadılar. Kömək görənlərdən də olmadılar.

46 Daha əvvəl Nuh qövmünü dəyişikliyə / məhvə məruz qoymuşduq. Şübhəsiz ki, onlar, haqq yoldan çıxanlar qövmü idilər.

(67/51, Zariyat / 24-46)

 

Nəcm: 284

47 Və səma; Biz onu qüdrətlə / möhkəm bina etdik. Heç şübhəsiz ki, Biz, genişlədənlərik.

48 Və yer üzü; onu Biz döşədik. Bax, nə gözəl döşəyənlərik!

49 Və Biz, siz yaxşıca düşünəsiniz / öyüd alasınız deyə, hər şeydən iki tay yaratdıq.

(67/51, Zariyat / 47-49)

 

Nəcm: 285

50 Elə isə, Allaha tərəf qaçın, Allaha tərəf qaçın !!! Şübhəsiz ki, mən sizin üçün Onun tərəfindən açıq-aşkar xəbərdarlıq edən biriyəm.

51 Və Allah ilə yanaşı başqa bir tanrı qəbul etməyin. Şübhəsiz ki, mən sizin üçün Onun tərəfindən açıq-aşkar xəbərdarlıq edən biriyəm.[iv]

(67/51, Zariyat / 50-51)

 

Nəcm: 286

52 Bax belə, onlardan əvvəlkilərə bir elçi gəldikdə, onun barəsində də həqiqətən onlar: “Bir sehrbazdır!” və ya “Gizli gücləri olan / dəli biridir!” dedilər.

53 Onlar, bunu bir-birlərinə öhdəlik olaraqmı ötürürlər? Əksinə, onlar azğın bir qövmdür.

54,55 Artıq, sən onlardan üz döndər. Artıq, sən qınanası deyilsən. Və sən öyüd-nəsihət ver / xatırlat. Çünki şübhəsiz öyüd / xatırlatmaq möminlərə fayda verər.

(67/51, Zariyat / 52-55)

 

Nəcm: 287

56,57 Mən, bilmədiyiniz və bildiyiniz, gəlmiş-keçmiş hər kəsi yalnız Mənə ibadət etsinlər deyə əmələ gətirdim. Mən onlardan hər hansı bir ruzi istəmirəm. Mən, onların Məni yedirtmələrini də istəmirəm.

58 Şübhəsiz, çox ruzi verən məhz Allah Özüdür, çox böyük qüvvət sahibidir.

59 Artıq, şübhəsiz, şirk qoşaraq səhv, öz zərərlərinə olan əməli işləyənlər üçün yoldaşlarının payı kimi bir pay vardır. Artıq tələsməsinlər.

60 Artıq onlara vəd edilən gündən ötrü kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] vay halına!

(67/51, Zariyat / 56-60)

Dipnot:

[i] Surǝ bir qǝsǝm cümlǝsi ilǝ başlayır. 6 ayǝdǝn meydana gǝlǝn hissǝdǝ bir-birinin arxasınca müǝyyǝn şeylǝrǝ qǝsǝm edilir, belǝliklǝ, bu şeylǝrǝ and içilmǝklǝ, verilǝn vǝdlǝin [yenidǝn yaradılma, dirilmǝ, hǝşr vǝ sorğu-sual edilmǝk barǝdǝ xǝbǝrdarlığın] doğruluğu sübut edilmişdir. Burada deyilǝnǝ görǝ, qiyamǝt mütlǝq qopacaq, hǝr kǝs ǝmǝllǝrinin ǝvǝzini alacaqdır. Bu hissǝdǝ bir-birinin ardınca gǝlǝn ibarǝlǝrin Allahın kainatdakı ayǝlǝrinimi, yoxsa Quran ayǝlǝrinimi ifadǝ etdiyi barǝsindǝki qǝnaǝtimiz belǝdir ki, onların ikisi dǝ nǝzǝrdǝ tutula bilǝr. Ona görǝ dǝ, bu ayǝlǝrin iki baxımdan qiymǝtlǝndirilmǝsi lazım gǝlir. 1) Kainatdakı hadisǝlǝrlǝ ǝlaqǝsi baxımından: Rǝbbimiz burada suyun tǝbiǝtdǝki dövrünǝ diqqǝt yetiilmǝsini buyurur. Dǝniz, göl, çay vǝ ǝn böyüyündǝn tutmuş ǝn kiçiyinǝ qǝdǝr bütün gölmǝçǝlǝrdǝn istilik sayǝsindǝ qalxan buxarlar vǝ qurudaki torpaq hissǝciklǝri külǝklǝrlǝ sürüklǝnǝrǝk milyonlarla ton yükǝ [yağış buluduna] çevrilir, sonra da müxtǝlif yerlǝrǝ paylanaraq yer üzünǝ endirilir. Yağış olaraq yer üzünǝ enǝn bu su vasitǝsilǝ ölü torpaq tǝzǝdǝn canlandırılır. Bu dövrün ölü tǝbiǝti “tǝzǝdǝn canlandırması” ölǝn insanların da yenidǝn dirilmǝsinin mümkün olduğunu göstǝrǝn ǝn böyük dǝlillǝrdǝn biridir. (Rum / 46-50; Fussilǝt / 39; Fatir / 9; Bǝqǝrǝ / 164; Əraf / 57; Hicr /22-23.) 2) Quran ayǝlǝri ilǝ ǝlaqǝsi baxımından: Burada Quran ayǝlǝri dǝ nǝzǝrdǝ tutula bilǝr. Elǝ isǝ, buradakı sovurub dağıdanlar vǝ ondan sonra dǝlil kimi göstǝrilǝn ifadǝlǝrlǝ Quran ayǝlǝri nǝzǝrdǝ tutulmuşdur. Çünki Quran ayǝlǝri, qarşısına çıxan hǝr şeyi sovurub dağıtmaqda, heç bir batil düşüncǝ vǝ ǝmǝl Quran ayǝlǝrinin qarşısında duruş gǝtirǝ bilmǝmǝkdǝdir. Quran ayǝlǝri möhtǝvası baxımından çox ağırdır, ǝldǝn-ǝlǝ, dildǝn-dilǝ, könüldǝn-könülǝ yayılaraq hǝr kǝsǝ fayda vermǝkdǝ, hǝr kǝsin problemini hǝll etmǝkdǝdir. Quranın bir adı da “ruh”dur vǝ o, ölünü xatırladan kafirlǝrǝ vǝ cǝmiyyǝtlǝrǝ hǝyat bǝxş etmǝkdǝdir.

Bu surǝdǝ dǝ olduğu kimi, bir çox surǝnin ǝvvǝlindǝ Quran, mǝcazi ifadǝlǝrlǝ tǝqdim edilmişdir: Mürsǝlat /1-7, Nǝcm 55; Saffat / 1-5, Nǝcm 205; Naziat / 1-3, 26, Nǝcm 369.

[ii] Sǝma sözü mǝcazi olaraq “alimlǝri” ifadǝ edir.

[iii] Ayǝdǝki sǝmin sözünün lüğǝvi mǝnası “güc verǝn buzov” demǝkdir. Bu da, 210-cu qeyddǝ dǝ deyildiyi kimi, “qızılı” ifadǝ edir.

[iv] Bax: 204 nömrǝli qeyd.

Paylaş